1988, 11 dekabr – Azərbaycandan Ermənistana zəlzələ zonasına köməyə
gələn 78 nəfərin mindiyi İL-76 təyyarəsinin Leninakan yaxınlığında müəmmalı
şəkildə qəzaya uğraması
1989 – Azərbaycanda ilk ilahiyyat məktəbi – Bakı İslam Mədrəsəsinin
açılması
1989 – Azərbaycan Yazıçılar Birliyi yanında Bədii tərcümə və ədəbi
əlaqələr Mərkəzinin təşkili
1989, 12 yanvar -1991, 28 noyabr – SSRİ Ali Soveti Rəyasət Heyəti
tərəfindən yaradılmış A.Volskinin başçılıq etdiyi qondarma Xüsusi İdarə
Komitəsinin (XİK) fəaliyyətə başlaması
1989, 16 iyun – Bakıda yarımgizli şəraitdə AXC-nin təsis konfransının
keçirilməsi
Dostları ilə paylaş: |