ĠCTĠMAĠ-SĠYASĠ HƏYAT
(1945-1960-cı illər)
§1. TOTALĠTAR SĠYASĠ REJĠMĠN SƏRTLƏġMƏSĠ
İkinci dünya müharibəsi, onun tərkib hissəsi - Böyük Vətən müharibəsi başa
çatdıqdan sonra bəşəriyyətin ictimai-siyasi həyatında köklü dəyişikliklər baş verdi.
Sovetlər ölkəsində 1945-ci ilin sentyabrında Dövlət Müdafiə Komitəsi fəaliyyətini
dayandırdı. 1946-cı il fevralın 10-da SSRİ Ali Sovetinə yeni seçkilər keçirildi.
Həmin ilin martında SSRİ Ali Soveti xalq komissarları sovetlərini nazirlər
sovetlərinə çevirmək haqqında qanun qəbul etdi.
1
İ.V.Stalin SSRİ Nazirlər
Sovetinin sədri təsdiq olundu. Əslində siyasi hakimiyyət yenə də ÜİK(b)P MK
Siyasi Bürosunun əlində idi. Az sonra bu siyasi qurum da praktiki olaraq
fəaliyyətdən qaldı. Stalin dövləti və partiyanı MK Siyasi Bürosunun, 1952-ci il
oktyabrından (partiyanın XIX qurultayından sonra) isə MK Rəyasət Heyətinin
daxilində şəxsi seçimi ilə yaradılan "üçlük", "beşlik", "altılıq" və s. vasitəsilə
təkbaşına idarə etməyə çalışırdı. Partiya nizamnaməsi pozulur, ali orqanlar vaxtlı-
vaxtında çağırılmır (XVIII qurultayla XIX qurultay arasından 13 il yarım
keçmişdi), kollegiallıq prinsipinə əməl olunmurdu.
2
Stalinin şəxsiyyətinə pərəstiş, onun əlaltılarının partiyaya, dövlətə zidd
hərəkətləri və siyasi avantürist Beriyanın cinayətkar fəaliyyəti totalitar rejimin
güclənməsinin əsas səbəblərindən idi. 1949-cu il aprelin 12-də şəhər və rayon milis
orqanlarında siyasi idarələr yaradıldı, avqustun 9-da paytaxtlarda, o cümlədən
Bakıda milisə xüsusi hüquqlar verildi, oktyabrın 13-də milis SSRİ Dövlət
Təhlükəsizlik Nazirliyinin tabeçiliyinə keçirildi.
3
Fikirlərə nəzarət, gizlin izləmə,
çuğulluq (donos) genişləndi.
4
Əsassız repressiyalar başlandı. Repressiyanın əsas
hədəfləri, ilk növbədə, əsirlikdən qayıtmış müharibə iştirakçıları oldular. Vətənə
qaytarılan keçmiş əsirlərin üzərində və ''tələbələrin əhvali-ruhiyyəsinə nəzarət"
gücləndirildi. Partiya dövlət mətbuatında və başqa ideoloji təbliğat vasitələrində
1952-ci
ilin sonu - 1955-ci ilin əvvəllərində dərc olunan materiallarda 1937-ci ilin
qanlı havası sezilirdi.
5
Stalinin şəxsiyyətinə pərəstişi formalaşdırmaq totalitar üsuli-idarəni daha da
gücləndirməyin vasitələrindən biri idi.
Totalitar rejimin sərtləşməsinin təzahürlərindən biri elm, ədəbiyyat və
incəsənət üzərində "hakim" ideologiyanın inhisarının daha da güclənməsi idi.
107
ÜİK(b)P MK 1947-1951-ci illərdə fəlsəfə, biologiya, fiziologiya, siyasi iqtisad,
dilçilik və başqa elm sahələri üzrə açdığı "elmi" diskussiyalarda əslində geniş elmi
mübahisə yox idi, "marksist" maskası geymiş elmdə təsadüfi fırıldaqçılar,
ehkamçılar hökm edirdilər. Bu cür həqiqi elmdən uzaq olan, "hakim ideyaya" tabe
olmaq məqsədini daşıyan saxta tədbirlər ölkədə elmin inkişafına ciddi ziyan vurdu.
Genetika belə, lazımsız elm kimi yasaq edilmişdi.
Azərbaycanda da "Lisenko məktəbinə" uyğunlaşmayan bioloqlar -
M.Ə.Axundov və başqaları təqib olunurdular. Şəxsiyyətə pərəstişin ağır nəticələri
ictimai, humanitar, ələlxüsus, tarix elmində özünü daha çox göstərirdi. XX əsrin
tarixinə aid tədqiqatlar "ÜİK(b)P tarixinin qısa kursu"nun təsiri altında qalmışdı.
Faktlar saxtalaşdırılırdı. Şimali Azərbaycanın çar Rusiyası tərəfindən istilası
haqqında həsətinə qarşı çıxış edən mütərəqqi milli burjuaziyanın nümayəndələrinin
müstəqil Azərbaycan Respublikası uğrunda mübarizəsi saxtalaşdırılırdı. Sovet
üsuli-idarəsinin, təkpartiyalı siyasi sistemin, cəmiyyət həyatının bütün sahələrində
partiya amirliyinin, ictimai mülkiyyətin, "sosialist" istehsal münasibətlərinin
ziddiyyətləri ört-basdır olunurdu.
6
Həqiqəti yazmaq cəhdlərinin qabağı tezliklə təqib, habelə müxtəlif cəzalarla
alınırdı. Mir Cəfər Bağırovun əlaltıları olan satqınlar dəstəsi - Markaryan,
Qriqoryan, Yemelyanov-Borşov və Sumbatov-Topuridze, Atakişiyev Azərbaycan
xalqının ən qabaqcıl, nüfuzlu şəxsiyyətlərinə, ələlxüsus millətin mənəvi aparıcı
təbəqəsi olan ziyalılara qarşı səlib yürüşünə başlamışdılar. Azərbaycan neftçi
alimlərindən Ələşrəf Əlizadə, Baxışbəy Sultanov, Əli Muradbəyli Cəmil, Yusif
Səfərov,
7
filosoflardan Heydər Hüseynov, Əli Əlizadə, yazıçılardan Əbülhəsən
Ələkbərzadə, şairlərdən Səməd Vurğun, bəstəkarlardan Üzeyir Hacıbəyov və
başqaları təqiblərin əsas obyektləri idilər.
İstedadlı filosof, görkəmli alim və ictimai xadim, akademik Heydər
Hüseynovun 1949-cu ildə çap olunmuş "Azərbaycanda XIX əsr ictimai və fəlsəfi
fikir tarixindən" əsəri Stalin mükafatı almışdı. Elmi-ictimaiyyət və cəmiyyət
tərəfindən ehtiramla qəbul olunmuş kitab "Şamilin başçılığı ilə hərəkat, müridizm,
guya Rusiya xalqına qarşı mübarizə kimi qiymətləndirilmiş", məhz buna görə
Stalin mükafatı hökumətin qərarı ilə ləğv edilmişdi, müəllif ağır təqiblərə məruz
qalmış, özünə qarşı haqsızlığa görə intihar etmişdi.
9
Ədəbi jurnallar, teatr repertuarları və kino sənəti haqqında ÜİK(b)P MK-nın
1946-1948-ci illərdə qəbul etdiyi qərarlarda bədii formanın "yüksək ideyalara" tabe
edilməsinin "geniş proqramı" verilmişdi. Ədəbiyyat və incəsənətdə fərdiliyə,
milliliyə "formalizm" damğası vurulurdu. "Sosialist realizmi" ideoloji qəlibindən
kənara çıxmaq, cəmiyyətin həyatında mövcud olan nöqsanlardan, ziddiyyətlərdən
danışmaq olmazdı.
108
Azərbaycan xalqının dastanları feodal münasibətlərini təbliğ etməkdə,
qeyri-xəlqilikdə ittiham olunurdu. Türk dünyasının möhtəşəm orta əsr abidəsi
"Kitabi-Dədə Qorqud" "irticaçı feodal-xan eposu" adı ilə damğalanmış, onun
tədqiqatçıları təqiblərə məruz qalmışdılar. A.A.Bakıxanov idealizmdə, fanatizmdə,
xan və bəyləri müdafiə etməkdə, M.M.Kazım bəy "çarizmin sadiq qulu" olmaqda
günahlandırılırdı.
Akademik
M.A.Dadaşzadə
"Türkiyə
casusu"
kimi
damğalanmışdı. Akademik, yazıçı M.İbrahimov, professor, SSRİ Elmlər
Akademiyasının müxbir üzvü A.O.Makovelski elmi-siyasi sayıqlığı itirməkdə
tənqid edilmişdi. M.Rəfili "kosmopolit" damğası ilə işdən uzaqlaşdırılmış,
Süleyman Vəliyev sürgün olunmuşdu. M.C.Bağırov AK(b)P XIX qurultayında
(1952, sentyabr) Səməd Vurğunu hədələyərək, "Sən ləngimədən kommunizmin
əlifbasından başlamalısan, yoxsa məhv olacaqsan" - demişdi.
10
Mərkəz azərbaycanlılara etibar etmirdi, mühüm vəzifələrin çoxuna, xüsusən
güc orqanlarına başqa millətlərin, əsasən rus və ermənilərin nümayəndələrini cəlb
edirdi. Bu şovinist münasibətdən erməni millətçiləri azərbaycanlı kadrlara qarşı
hiyləgərcəsinə istifadə edirdilər. Hətta M.C.Bağırov belə vəziyyətin güc
orqanlarında kök saldığını hiss edərək, 1945-1953-cü illərdə Azərbaycan xalqının
qatı düşməni olan bir sıra erməni daşnak fitnəkarlarını ifşa edərək respublikadan
qovmuşdu. Qarabağın, Naxçıvanın və başqa tarixi Azərbaycan torpaqlarının
erməni ərazisi olduğunu "yaradıcılığı"nda əsaslandırmağa çalışan yazıçı Marietta
Şaginyanın Bakıya gəlməsini rədd etmişdi. O, eyni münasibəti marşal
İ.Baqramyanın qardaşı Baqramova və 1918-ci ilin martında Bakıda
azərbaycanlıların qırğınını təşkil edən Stepan Şaumyanın oğlu, "Böyük Sovet
Ensiklopediyası"nın baş redaktorunun müavini Levon Şaumyana qarşı da tətbiq
etmişdi.
11
İnzibati-amirlik üsuli-idarəsinin güclənməsi, sözdə verilmiş "demokratik"
hüquqların çoxunun təmin olunmaması insanların ictimai-siyasi həyatda, dövlət
idarəçiliyində fəal iştirakına ciddi maneələr törədirdi. "Xalq hakimiyyəti"
orqanlarına seçkilər formal, inzibati nəzarət, hətta təzyiq altında keçirilirdi.
Zehni inkişaf səviyyəsi yüksək olan əhalinin, xüsusən gənclərin arasında
mövcud quruluşun ziddiyyətlərini, həqiqi mahiyyətini dərk edənlər çoxalırdı.
Təşkilatlanmaq və mübarizə aparmaq arzusunda olanlar da vardı. Gizli fəaliyyət
göstərən "İldırım" təşkilatının üzvü olan bir qrup vətənpərvər və romantik gənc -
İsmixan Rəhimov, Gülhüseyn Abdullayev, Hacı Zeynalov, Kamal Əliyev, Aydın
Vahidov və b. Azərbaycanın azadlığa çıxması üçün xalqa onun qüvvələrini
birləşdirə biləcək güclü, tanınmış bir liderin rəhbərlik etməsini vacib bilərək,
S.Vurğuna gizli məktubla müraciət etmişdilər ki, bu missiyanı öz üzərinə götürsün.
İstibdada qarşı açıq mübarizə üçün hələ real vəziyyət yaranmamışdı. Təşkilat
109
1947-ci ilin əvvəllərində fəaliyyətini dayandırdı. 1948-1949-cu illərdə onun 8 fəal
üzvü həbs edilib sürgün olundu.
12
Xaricdə fəaliyyət göstərən siyasi mühacirlərin də Azərbaycanda sovet
rejiminə qarşı fəaliyyəti genişlənirdi. Müharibədən sonrakı illərdə Azərbaycan
mühacirləri "əski" və "yeni" mühacirlər adlanan qruplara bölünmüşdü, onların
arasında əsas məsələlərdə birlik yox idi.
13
M.Ə.Rəsulzadə 1949-cu ildə Ankarada
"Azərbaycan kültür dərnəyi" təşkil etmişdi. Onun rəhbərliyi ilə 1952-ci ildən
Ankarada "Azərbaycan" jurnalı nəşr olunmağa başlanmışdı. Bolşevizmə qarşı
mübarizədə Mirzə Bala Məmmədzadə (1954-cü ildən Münhendə (Almaniya)
SSRİ-ni öyrənən institutun Azərbaycan dilində nəşr etdiyi siyasi jurnalın redaktoru
idi), Əbdürrəhman Fətəlibəyli-Düdənginski (1945-1954-cü illərdə Münhendə
ABŞ-ın təsis etdiyi Azadlıq" radiosunun Azərbaycan şöbəsinin rəhbəri idi) və
başqaları da fəal iştirak edirdilər.
14
Dostları ilə paylaş: |