SĠYASĠ MÜLAYĠMLƏġMƏ. ĠCTĠMAĠ-SĠYASĠ HƏYATDA
DEFORMASĠYA VƏ DƏYĠġĠKLĠKLƏR
1953-cü il martın 5-də totalitar sovet sistemini törədən İ.V.Stalin vəfat etdi.
Stalinin şəxsiyyətinə pərəstişin zərərli, ağır nəticələri aşkarlandı. Hakimiyyət
uğrunda rəhbərlikdə mübarizə başlandı və həmin ilin sentyabr ayında ölkənin
siyasi hakimiyyətində köklü dəyişiklik baş verdi. Hakimiyyətə gələn N.S.Xruşşov,
Sov.İKP Mərkəzi Komitəsinin katibi kimi, nəzarət etdiyi partiya aparatının, ali
hərbi rəhbərlərin yaxından köməyi ilə hakimiyyəti əlinə keçirməyə cəhd edən
siyasi avantürist L.P.Beriyanı və onun əlaltılarını aradan götürdü, stalinizm
tərəfdarları hakimiyyətdən uzaqlaşdırıldı.
N.S.Xruşşov 1953-cü ilin sentyabrında Sov.İKP MK-nın birinci katibi
seçildi.
M.C.Bağırov Azərbaycan KP MK və Bakı Komitəsinin birgə plenumunda
(1953, 12-13 iyul) ziyankarlıqda, qüsurlu rəhbərlik metodlarında, kadrlara səmərəli
fəaliyyət üçün şərait yaratmamaqda və başqa əməllərdə təqsirkar bilinib
vəzifəsindən kənar edildi.
34
M.C.Bağırov bir müddət Kuybışev Neft Birliyinin rəis
müavini vəzifəsində işlədi. Lakin tezliklə həbsə alındı. Bakıda SSRİ Ali
114
Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən mühakimə edilib (1956, 12-26 aprel),
xalq düşməni kimi ölüm cəzasına - güllələnməyə məhkum olundu. Məhkəmədə
M.C.Bağırov ittihamnamənin qərəzli olduğunu bildirsə də, öz günahlarını etiraf
edərək demişdi: "Mənim əsas səhvim odur ki, Sumbatov, Borşov, Qriqoryan,
Markaryan və başqalarına göz yummuşam, onların iç üzünü tanımamışam. Mən
onlara inanaraq XDİN orqanlarını onlara etibar etmişəm. Bu işdə xalqım qarşısında
günahlarım o qədər böyükdür ki, məni güllələmək azdır, asmaq azdır, məni
şaqqalamaq, parça-parça etmək lazımdır".
35
1954-cü il fevralın 14-16-da Azərbaycan KP-nin XX qurultayı keçirildi və
akademik İ.D.Mustafayev MK-nın birinci katibi seçildi. İmam Daşdəmir oğlu
Mustafayev (25.02.1910-10.03.1997) Zaqatala qəzasının Qax kəndində anadan
olub. Görkəmli bioloq-alim, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki
(1950), 1934-1940-cı illərdə AKTİ-də işləmiş, 1940-cı ildən Sov.İKP üzvü idi.
1940-1954-cü illərdə Azərbaycan SSR Dövlət nəzarəti komissarının birinci
müavini, xalq torpaq komissarının birinci müavini, Azərbaycan SSR kənd
təsərrüfatı naziri, AKP Gəncə Vilayət Komitəsinin birinci katibi və AKP-nin
birinci katibi (1954-1959-cu illərdə) işləmişdi. Sadıx Rəhimov Azərbaycan SSR
Nazirlər Sovetinin sədri, yazıçı Mirzə İbrahimov Ali Sovetin Rəyasət Heyətinin
sədri təyin olundular.
İ.D.Mustafayev, M.İbrahimov, S.Rəhimov və həmkarları yeni şəraitdə
respublikanın, xalqın vəziyyətini yaxşılaşdırmağa, milli, mənəvi dəyərlərin,
mədəniyyətin, elmin, təhsilin inkişaf etdirilməsinə, xalq təsərrüfatının tərəqqisinə
nail olmağa cəhdlər göstərdilər. Sənayenin sürətlə inkişafı, yeni iş yerlərinin
açılması, kəndli gənclərin Bakıya axını nəticəsində paytaxtın iqtisadi-ictimai
həyatında azərbaycanlı kadrların rolu artdı, sosial-siyasi sahədə vəziyyət yeniliyə
doğru dəyişməyə başladı. Beynəlmiləl şəhər kimi məşhurlaşmış Bakı
azərbaycanlılaşmağa doğru tərəqqi yoluna düşdü. Respublikada kənd təsərrüfatına
göstərilən diqqət nəticəsində ərzaq məhsulları istehsalı artmağa başladı.
Azərbaycan rəhbərliyi Mərkəzi hökumət qarşısında respublikada istehsal
olunan pambığın emalı üçün yerlərdə müvafiq zavodlar və fabriklərin tikilməsi
məsələsini qaldırdı. İ.D.Mustafayev xatirələrində yazır: "Məsələ onda idi ki, biz
respublikada istehsal olunan pambığın və eləcə də neftin bir tonuna büdcədən əlavə
10 rubl pul alırdıq və həmin məhsulların 9-10 faizi Azərbaycana qalırdı. Mən
məsələnin həlli üçün o zaman N.Xruşşova müraciət etdim və o mənim təklifimi
rədd edərək: "Nədir, yoldaş Mustafayev, Rusiya kəndlisi ac-yoxsul vəziyyətdə
yaşadığı halda, siz istəyirsiniz Azərbaycanda yağ-bal içində üzsünlər? - "deyə
cavab vermişdi".
36
İctimai-siyasi ab-havanın mülayimləşməsi şəraitində respublikada
Azərbaycan dilinin rəsmi dövlət dili statusunun təmin olunmasına təşəbbüs edildi.
115
Bu məsələnin mətbuatda açıq müzakirəsi keçirildi. 1956-cı ildə Azərbaycan SSR
Ali Soveti 1937-ci ildə qəbul edilmiş Konstitusiyaya respublikada dövlət dilinin
Azərbaycan dili olması barədə maddə əlavə etdi.
37
Rəsmi sənədlərin, kargüzarlıq işlərinin Azərbaycan dilində aparılması üçün
konkret tədbirlər görüldü. Elmi işçilərin, aspirantların sayı xeyli çoxaldı. 1957-
1959-cu illərdə "İncəsənət" almanaxı, 1958-ci ildən Azərbaycan və rus dillərində
"Bakı" axşam qəzeti, uşaqlar üçün "Göyərçin" jurnalı çap olunmağa başlandı.
1956-cı ildə Bakı telestudiyası işə düşdü.
Azərbaycan xalqının milli şüurunun, özünü dərindən dərketmə ruhunun
oyanması, ədəbiyyatda da, incəsənət aləmində də yaradıcılıq, əsl insan azadlığı
iqliminin təşəkkülü görünürdü. İctimai hadisələri tənqidi təhlilə çağıran cəsarətli
mövzular meydana çıxırdı. Bəxtiyar Vahabzadənin "Gülüstan", Rəsul Rzanın
"Qızılgül olmayaydı" poemaları bu illərin məhsulu idi.
Stalinin şəxsiyyətinə pərəstişin aradan götürülməsi ilə həqiqətən sovet
ölkəsinin ictimai-siyasi həyatında mülayimləşmə başlanmışdı. Ölkədə yeni kütləvi
tədbirlər, islahatlar, partiya və cəmiyyətdə nüfuz qazanmaq məqsədi daşıyan
dəyişikliklər başladı. Partokratik inzibati-amirlik üsuli-idarəsinin ictimai tərəqqiyə
əngəl olan, köhnə siyasi bürokratiya sisteminin ifrat cəhətlərini, partiya-təsərrüfat
fəallarına qarşı repressiyanı, cəmiyyətdəki vahiməni aradan qaldırmağa cəhdlər
göstərilməli idi. Mövcud siyasi sistemin qüsurları, əsasən Stalinin şəxsiyyətinə
pərəstişin nəticəsi partiya həyatında "Lenin prinsipləri"nin pozulması kimi qələmə
verildi. Sov.İKP XX qurultayında (1956, fevral) sosialist demokratiyasını
dərinləşdirməklə sistemi, kollektiv rəhbərliyi, partiyadaxili demokratiyanı, xalqla
əlaqəni genişləndirmək tədbirləri müəyyən olundu. Partiyanın Mərkəzi Komitəsi
"Şəxsiyyətə pərəstiş və onun nəticələrini aradan qaldırmaq haqqında" (1956, 30
iyun) qərar qəbul etdi. Stalinizm, şəxsiyyətə pərəstiş tənqid olundu, onun
təzahürləri göstərildi, lakin bu hadisəni törədən səbəblər, mövcud rejim üçün
əlverişli olmadığından, tam açıqlanmadı. Faktiki cəhətdən partiya nəzarətindən
çıxmış və siyasi sistemə həddindən çox təzyiq gücünə malik olan Daxili İşlər
Nazirliyi, Dövlət Təhlükəsizlik və başqa güc orqanları nəzarət altına alındı. Bu
orqanlar, habelə partiya aparatı 1953-cü ilin iyun ayında hakimiyyət uğrunda daha
çevik hərəkət edən Xruşşovun səyi ilə vəzifəpərəstlikdə, millətçilikdə, xarici
kəşfiyyatla əlaqədə təqsirləndirilib həbs edilmiş L.P.Beriyanın əlaltılarından
təmizləndi. Azərbaycanda güc orqanlarına rəhbərlik etmiş Y.D.Sumbatov-
Topuridze, X.Qriqoryan, T.Borşov, S.Yemelyanov, A.Atakişiyev, K.Markaryan da
öz qanlı əməllərinə görə 1956-cı ilin aprelində güllələnməyə məhkum olundular.
Repressiya illərində cəzaya məruz qalanların işlərinə yenidən baxılması
üçün komissiyalar təşkil olundu. Bəraətvermə prosesi başlandı. Bu proses
repressiyalarda ən ümdə, stalinizmi təqsirləndirmək, hakim partiyanı, sovet siyasi
116
sisteminin nüfuzunu qorumaq,
ona xalqın inamının itməməsinin qarşısını almaq
məqsədilə siyasi kampaniya kimi planlaşdırılmışdı. Buna baxmayaraq,
bəraətvermə prosesi əslində humanist bir proses idi.
SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası, Azərbaycan SSRİ Ali
Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyası cəzaya məruz qalanların
əksəriyyətinə bəraət verdi. Minlərlə azərbaycanlının üzərindən "xalq düşməni"
damğası götürüldü. Onların ailələrinin, övladlarının məruz qaldığı təqiblərə son
qoyuldu, hüquqları bərpa edildi. 1956-cı ilin ortalarından yüzlərlə dövlət, ədəbiyyat
və incəsənət xadiminə, o cümlədən S.M.Əfəndiyev, Q.Musabəyov, D.Bünyadzadə,
R.Axundov, Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Yusif Vəzir
Çəmənzəminliyə və başqalarına bəraət verildi. Azərbaycan xalqının tarixi, dili,
folkloru və etnoqrafiyası baxımından çox qiymətli monumental dastanı "Kitabi-
Dədə Qorqud" və "həbs olunmuş" yazılı abidələr, əsərlər azad edildi, bəraət almış
şair və yazıçıların əsərləri yenidən çap olundu.
Bununla belə, minlərlə siyasi mübarizə, günahsız qurbana, habelə 20-30-cu
illərdə apardığı istiqlal mübarizəsi üstə təqib olunaraq xaricə getməyə məcbur
olmuş mühacirlərə bəraət verilmədi. Tarixi keçmişimizdən, türk xalqları
birliyindən bəhs edən bir çox əsərlər üzərindən qadağalar götürülmədi. Hüseyn
Cavidin "Topal Teymur", "Peyğəmbər" pyesləri yenə də qəsdən "unuduldu".
Azərbaycan tarixinin obyektiv şəkildə öyrənilməsinə cəhdlər mərkəz tərəfindən
qısqanclıqla qarşılanırdı. Hətta Sov.İKP MK yanında Marksizm-Leninizm
İnstitutunun təsdiq etdiyi "Azərbaycan KP tarixinin oçerkləri" əvəzinə
"Azərbaycan Kommunist Partiyası tarixi"nin (iki cilddə) yazılması haqqında bu
institutun AKP MK yanındakı filialı alimlərinin təşəbbüsünü Sov.İKP MK katibi
M.A.Suslov "millətçilik" təzahürü kimi qiymətləndirmişdi, Bakıya böyük bir
komissiya göndərilmişdi.
1959-cu ilin oktyabrında AKP MK xüsusi qərarla "partiya tarixi
ədəbiyyatında buraxılan səhvlərin" aradan qaldırılmasını tələb etmişdi.
Respublikanın ictimai-siyasi həyatında mövcud siyasi sistemin əsas
prinsiplərinə - təkpartiyalılığa, Kommunist partiyasının bütün siyasi təşkilatlar,
dövlət üzərində amirliyinə toxunmadan ictimai təşkilatların, xalq hakimiyyəti
orqanlarının fəaliyyətini nisbətən canlandırmaq üçün şərait yaradıldı. Bəzi operativ
məsələlərdə idarəçilik mərkəzdən yerlərə keçirildi. Yerli sovetlər iriləşdirildi. Kənd
sovetlərinin sayı azaldıldı. 1955-ci il seçkilərində deputatların sayı artırılıb, kənd
və qəsəbə sovetlərində 9-dan 15-ə, rayon sovetlərində 25-dən 35-ə çatdırıldı.
Deputatların ümumi sayı 3 min nəfər çoxaldı. Sovetlərin daimi komissiyaları 6
minə çatdırıldı. Onların işinə 33 min nəfərdən çox deputat - fəal cəlb edildi.
38
Lakin yenə də partiyanın sovetlər üzərində qəyyumluğu saxlandığı, istər ali, istərsə
də yerli sovetlərə seçkilər əvvəlki prinsiplərlə keçirildiyi, deputat korpusunun
117
əsasən mövcud siyasi sistemə, liderlərə arxa ola biləcək müti, icraçı, səriştəsiz
adamlardan formalaşdığı üçün bütün pillələrdən olan hakimiyyət orqanlarının
fəaliyyəti əvvəlki kimi formal xarakter daşıyırdı. Elə bu səbəbdən Sov.İKP MK-nın
"Zəhmətkeş deputatları sovetləri fəaliyyətini yaxşılaşdırmaq və onların kütlələrlə
əlaqəsini möhkəmləndirmək haqqında" 1957-ci il 22 yanvar qərarı
39
ilə əlaqədar
yerli sovetlərin təsərrüfat və mədəni quruculuq məsələlərinin həllində iştirakı,
seçicilərlə əlaqələri fəallaşdı.
Azərbaycan SSR Ali Sovetinin səlahiyyət dairəsi nisbətən genişləndi. 1956-
cı ildə Ali Sovetin sənaye, kənd təsərrüfatı, mədəni-maarif, səhiyyə və ictimai
təminat, tikinti və abadlıq komissiyaları yaradıldı. Məhkəmə quruculuğu
məsələləri, mülki və cinayət məcəllələrinin qəbulu respublikaların öz ixtiyarına
verildi. Rayon, şəhər, kənd və qəsəbə zəhmətkeş deputatları Sovetləri haqqında
yeni əsasnamələr qəbul edildi, onların hüquqları artdı.
40
50-ci illərin ortalarında partiya sıralarında 110 minədək üzv birləşmişdi.
41
Həmkarlar ittifaqı, komsomol təşkilatları, onların seçkili orqanları yenə partiyanın
ciddi nəzarəti altında fəaliyyət göstərirdi. Həmkarlar ittifaqlarına bəzi yeni
hüquqlar verilmişdi. Onlar 1958-ci ildən fəhlə və qulluqçuların əmək və məişət
şəraitini yaxşılaşdırmaq tədbirlərində, təsərrüfat planlarının hazırlanması işində
iştirak etmək, idarə rəhbərini dəyişdirmək məsələsini qaldırmaq, əmək
mübahisələrinin həllində qəti qərar vermək, əmək mühafizəsi və sığorta işlərini,
1960-cı ildən isə həm də sanatoriya və istirahət evlərini idarə etmək hüququ aldılar.
Lakin 600 minə qədər (1960-cı il) fəhlə və qulluqçunun üzv olduğu bu təşkilat
xalqın mənafeyinin həqiqi müdafiəçisinə çevrilə bilmədi. Sıralarında 333 min
(1960-cı il) oğlan və qızı birləşdirən komsomol təşkilatları da partiyanın diktəsi
altında işləyirdi.
42
Respublikada qadınlar şurası, könüllü xalq drujinaları, məhəllə, valideyn
komitələri, yoldaşlıq məhkəmələri kimi ictimai təşkilatlar fəaliyyət göstərirdilər.
1957-ci il martın 27-də Azərbaycan qadınlarının II qurultayı keçirilmişdi. Qurultay
ictimai-siyasi və təsərrüfat həyatında qadınların rolunu daha da canlandırmaq üçün
tədbirlər müəyyən etmişdi.
43
50-ci illərin ortalarında siyasi ab-havanın nisbətən yumşalması ilə əlaqədar
müttəfiq respublikalarda, o cümlədən Azərbaycan SSR-də milli dirçəliş meyilləri
mərkəzdə kök salmış şovinizmi çox narahat etmiş, onlara qarşı ciddi müqavimət
göstərilmişdi. 1956-cı ilin oktyabr-noyabr aylarında Macarıstanda baş vermiş
antisovet qiyamı da buna təsir göstərmişdi. N.S.Xruşşov hakimiyyətdə
möhkəmləndikdən, xüsusən Sov.İKP MK-nın 1957-ci il İyun plenumunda siyasi
rəqiblərini məğlub edib partiyadan və rəhbər vəzifələrdən uzaqlaşdırdıqdan, orduda
və Dövlət Təhlükəsizlik Komitəsində rəhbərliyi təzələdikdən sonra partiya və
118
cəmiyyət üzərində şəxsi amirliyini gücləndirdi. Xruşşov "volyuntarizmi" dövrü
başlandı.
Milli oyanış əlamətləri hiss edilən respublikaların, o cümlədən
Azərbaycanın rəhbərliyinə qarşı təqiblər başlandı. Mərkəz xalqı qorxutmaq, özünə
tabe saxlamaq üçün növbəti dəfə Dağlıq Qarabağ məsələsini ortaya atdı.
Ermənistan SSR və Azərbaycan SSR-in DQMV erməni əhalisi Dağlıq Qarabağın
Ermənistana verilməsini tələb etməyə başladı. Ermənistanda antitürk əhvali-
ruhiyyəsi yenidən qızışdırıldı. Yerevan Pedaqoji İnstitutunun əyani və qiyabi
Azərbaycan bölmələri bağlandı. Yerevan Azərbaycan Pedaqoji Texnikumu
Azərbaycanın Xanlar rayonuna köçürüldü. C.Cabbarlı adına Dram Teatrı,
Azərbaycan dilində çıxan rayon qəzetləri və b. nəşrlər bağlandı. Ermənistanda
"Qarabağ hərəkatı" xeyli leqallaşdırıldı. 1958-ci ildə erməni katolikosu II Vazgen
Bakıya səfəri zamanı respublika Nazirlər Sovetinin Sədrinə Dağlıq Qarabağın
Ermənistana verilməsini, Bakıda erməni ruhani seminariyasının açılmasını, hər
səhər şəhərin mərkəzində yerləşən erməni kilsəsinin zəng vurmasına icazə
verilməsini təklif etmiş, lakin rədd cavabı almışdı. Ermənilərin Moskvada güclü
arxası olduğunu bilən, özlərinin təkləndiyini hiss edən azərbaycanlılar həyəcan
içində idi. Lakin mərkəz sərhəd dəyişikliklərinin mübahisəli ərazilər olan digər
respublikalarda arzuedilməz reaksiyalar doğuracağından çəkinərək, Azərbaycanda
məkrli siyasətindən çəkindi.
Azərbaycan SSR rəhbərliyi millətçilik siyasəti həyata keçirməkdə
təqsirləndirildi. Sov.İKP MK Azərbaycanda partiya təşkilatının işini yoxlamaq
üçün Bakıya 26 nəfərdən ibarət komissiya göndərdi. Həmin günlərdə Moskvada
keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünə respublikanın
"millətçi" rəhbərləri dəvət edilmədi.
Sov.İKP MK-nın 1959-cu il iyunun 24-29-da keçirilən plenumu heç bir əsas
olmadan, qondarma ittihamlarla Azərbaycan SSR rəhbərliyini ciddi tənqid etdi.
Azərbaycan KP MK-nın 1959-cu ilin iyulunda keçirilən XI plenumunda
İ.D.Mustafayev vəzifəsindən azad edildi. V.Y.Axundov Azərbaycan KP MK-nın
birinci katibi seçildi. Vəli Yusif oğlu Axundov (14.05.1916-1986) Bakıda anadan
olub. Tibb alimi olaraq Azərbaycan SSR Elmlər Akademiyasının akademiki (1969)
seçilmişdi. O, tibb işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri (1946-
1949), Azərbaycan SSR səhiyyə nazirinin müavini (1949-1952), AKP-də şöbə
müdirinin müavini (1953-1954), Azərbaycan SSR səhiyyə naziri (1954-1958),
AKP MK katibi (1958), Azərbaycan SSR Nazirlər Sovetinin sədri (1958-1959)
işləmişdi.
Uğursuz islahatlar, Sov.İKP XXII (1961, oktyabr) qurultayında elan etdiyi
yaxın gələcəkdə SSRİ-də kommunizm qurulacağı haqqında utopik ideyalar
N.S.Xruşşovu cəmiyyətdə və partiyada hörmətdən salmışdı. Partiya elitasında ona
119
qarşı müxalifət formalaşırdı. 1961-ci ildə qəbul olunmuş nizamnaməyə görə,
partiyanın seçkili orqanlarına bir nəfərin dalbadal iki dəfədən çox seçilməsini
qadağan edən maddə daxil edilməsi də rəhbər partiya vəzifəlilərinin ona qarşı
birləşməsinə səbəb olmuşdu. Hakimiyyəti əldə saxlamaq üçün Xruşşov partiyanı
parçalamaq,
siyasi məsələlərin həllində təşkilatların birgə fəaliyyətini
məhdudlaşdırmaq, onların diqqətini təsərrüfat məsələlərinə, islahatlara operativ
rəhbərliyə yönəltmək istədi. Sov. İKP MK-nın 1962-ci il Noyabr plenumu rəhbər
partiya orqanlarının istehsalat prinsipi üzrə yenidən təşkil edilməsini qərara aldı.
Mərkəzi komitələrdə iki büro - sənaye, tikintiyə və kənd təsərrüfatına rəhbərlik
üzrə bürolar yarandı. Azərbaycanda da AKP MK-ya bilavasitə tabe olan sənaye-
istehsal, kolxoz-sovxoz istehsalat idarələri, şəhər, dağlıq rayon partiya komitələri
təşkil olundu. Başqa ictimai təşkilatlar da bu prinsip üzrə yenidən quruldu. Xruşşov
partiya və dövlət nəzarətini birləşdirməkdə partiyanın nəzarət funksiyasını da xeyli
zəiflətdi. Lakin onun xüsusən 1958-ci ildən, SSRİ Nazirlər Sovetinin sədri
olduqdan sonra xeyli intensivləşən partiya aparatını zəiflətmək cəhdlərindən narazı
qalan ali partiya və təsərrüfat rəhbərləri birləşdilər. Sov.İKP MK-nın 1964-cü il 14
Oktyabr plenumunda N.S.Xruşşov vəzifəsindən kənar edildi. L.İ.Brejnev Sov. İKP
MK-nın birinci (1966-cı ildən Baş) katibi seçildi.
60-cı illərin ortalarında partiya, onunla birlikdə sovet, həmkarlar ittifaqları
və komsomol orqanları təşkilatca yenidən ərazi prinsipi üzrə quruldu. Sov.İKP və
respublika KP Mərkəzi Komitələrində bürolar birləşdirildi, kənd, rayon partiya
komitələri bərpa olundu. İqtisadiyyata partiya rəhbərliyi gücləndirildi.
Milli dəyərlərə diqqət artdı. Bu işdə 1966-1967-ci illərdə AKP MK katibi
vəzifəsində işləmiş Şıxəli Qurbanovun və onun həmfikirlərinin önəmli xidməti
olmuşdu. 1966-cı ildə İranda yaşayan böyük Azərbaycan şairi Seyid Məhəmməd
Hüseyn Şəhriyarın "Heydərbabaya salam" poeması Bakıda çap olundu. Mütərəqqi
fikirli yaradıcı gənclər üçün 1967-ci ildə "Ulduz" jurnalının nəşrinə başlandı.
Novruz bayramı "Bahar bayramı" adı ilə rəsmi şəkildə qeyd edildi. Ədəbiyyatda
yeni milli motivlər, tənqidi ruh qüvvətləndi.
Milli-azadlıq uğrunda mübariz nəsil yetişməkdə idi. 60-cı illərin
əvvəllərində Azərbaycan Dövlət Universitetinin azadfikirli tələbələrindən bir qrupu
Əbülfəz Əliyevin rəhbərliyi ilə gizli siyasi mübarizəyə başlamışdılar. Onlar gizli
özək təşkil edərək, üçlük qruplar yaradır və tələbə gəncləri azadlıq uğrunda
mübariz ruhda tərbiyələndirməyə çalışırdılar.
44
1962-ci il dekabrın 17-də 95 nəfərin iştirak etdiyi gizli yığıncaqda "Milli
Azərbaycan Qərargahı" (MAQ) təşkil olundu. Onun sədri Oqtay Rəfili, sədr
müavini Xudu Məmmədov seçildi. MAQ-ın rayonlarda şöbələri yaradıldı. Təşkilat
üzvlərinin əksəriyyəti vəzifəli şəxslər idi. Başlıca məqsəd rəhbər vəzifələrdə
azərbaycanlıların olmasına, respublika büdcəsinə ayırmaların Moskvada deyil,
120
Bakıda həll olunmasına çalışmaq, milli oyanışa xidmət etmək idi. MAQ-çılar bir
neçə mühüm vəzifəyə azərbaycanlı kadrların təyin edilməsinə nail oldular.
1964-cü ilin yazında Azərbaycanın Rusiyanın tərkibinə "daxil olması"nın
150 illiyi "bayram" edildi, bu, geniş ictimai-siyasi kampaniyaya çevrildi.
Azərbaycan tarixçilərindən bu "bayramın" keçirilməsinə zidd çıxanlar da
oldu. 1969-cu ilin martında Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin
elmi şurasında çıxış edən tarixçi alimlər Z.M.Bünyadov, M.Ə.İsmayılov və
Süleyman Əliyarov qeyd etdilər ki Azərbaycan XIX əsrin əvvəllərində Rusiyaya
birləşməmişdir, onu çar Rusiyası zəbt etmişdir. Bu çıxışa görə onlar müəyyən
müddət təqibə məruz qaldılar. Şair və yazıçıların, alimlərin çoxu öz əsərlərində
"sətiraltı" fikirlər söyləməkdən uzağa getmirdilər. Lakin bu da təsirsiz qalmırdı.
Bununla belə, Rusiya və başqa müttəfiq respublikalardakı kimi, Azərbaycanda
dissident hərəkatı geniş inkişaf etməmişdi. O vaxt Azərbaycan SSR Dövlət
Təhlükəsizliyi Komitəsində rəhbər vəzifələrdə çalışan, 1964-cü ildən bu komitənin
sədr müavini, 1967-ci ildən isə sədri olmuş Heydər Əliyevin Azərbaycanın milli
düşüncəli vətənpərvər ziyalılarının müdafiəsində mühüm xidmətləri olmuşdur.
60-cı illərin ortalarında Ermənistan SSR-də növbəti dəfə antiazərbaycanlı
hərəkat qızışdı. 1965-ci il aprelin 23-də uydurma "erməni genosidi"nin 50 illiyi,
cəllad Andronikin isə 100 illiyi Ermənistanda geniş qeyd edildi və bu da burada
ata-baba torpaqlarında yaşayan azərbaycanlıların daha da sıxışdırılmasına yeni,
güclü təkan verdi. DQMV-də erməni millətçiliyi açıq surətdə dərin kök salırdı.
Azərbaycanlılar burada - öz torpaqlarında sıxışdırılırdı. Vilayətin azərbaycanlılar
yaşayan məntəqələrinə kömək etmək məqsədilə 1967-ci ildə ayrılan vəsaitin
Bakıda DQMV-nin rayonları üzrə konkret tələblər üzrə bölünüb təsdiq olunması
cəhdinə erməni lobbisi ciddi müqavimət göstərdi. Həmin il Stepanakertdə bir neçə
azərbaycanlı qətlə yetirildi. Mərkəzin təzyiqi ilə Azərbaycan SSR Ali Sovetinin
Rəyasət Heyəti 1969 -cu il 7 may tarixli qərarı ilə sərhəd rayonlarında 2 min
hektardan çox Azərbaycan torpağının Ermənistana verilməsi haqqında hələ 1938-ci
il mayın 5-də qəbul olunmuş qərarı təsdiq etdi. Lakin az sonra Azərbaycan
rəhbərliyinə gəlmiş Heydər Əliyev bu qərarın icrasına yol vermədi.
46
121
III FƏSİL
Dostları ilə paylaş: |