TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə



Yüklə 27,32 Mb.
Pdf görüntüsü
səhifə27/168
tarix02.01.2022
ölçüsü27,32 Mb.
#1595
1   ...   23   24   25   26   27   28   29   30   ...   168
Ədəbiyyat  və  incəsənət.  70-80-ci  illərdə  Azərbaycan  ədəbiyyatının 

inkişafında  da  mühüm  nailiyyətlər  qazanılmışdı.  Xalq  şairi  Mirvarid  Dilbazinin 

"Bənövşələr  üşüyəndə"  (1970),  "Ana  qanadı"  (1972),  "Dağ  çiçəyi"  (1977), 

"Yasəmən  fəsli",  "Seçilmiş  şeirlər"  (1979)  şeir  kitabları  və  üç  cilddə  seçilmiş 

əsərlərində  (1982-1984)  Vətən  məhəbbəti,  ana  torpağa  bağlılıq  ideyalarının 

tərənnümü əsas yer tuturdu. 

Azərbaycanın  gözəl  təbiət  mənzərələri,  Azərbaycan  qadınlarının  mənəvi 

zənginliyi,  vətənpərvərlik,  azadlıq  ideyaları  xalq  şairi  Nigar  Rəfibəylinin 

"Günəşdən  gənclik  istədim",  "Bizə  bahar  yaraşır"  kitablarındakı  şeirlərin  əsas 

mövzuları idi. 

İslam Səfərlinin "Çiçək təranəsi" (1970), "Dan ulduzu, bir də mən" (1974) 

"Ədəbi  beşik"  (1978),  Əli  Kərimin  "Qaytar  ana  borcunu"  (1970),"Uşaqlar  və 

ulduzlar" (1971),"Pillələr" (1978),"Qayıt" (1983) şer kitabları oxucuların rəğbətini 

qazanmışdı. 

Nəbi Xəzrinin "Dərələr" (1970), "Ulduz karvanı" (1979), "Heykəlsiz abidə" 

(1982),  "İnam"  (1982),  dördcildlik  seçilmiş  əsərləri  (1983-1985)  və  b.  şeir 

kitablarında vətənin, onun təbii gözəlliklərinin, insanların nəcib arzu və ideallarının 

tərənnümü əsas  yer  tuturdu.  Xalq şairi Rəsul  Rzanın  şeirlərində  ümumbəşəri  hiss 




183 

 

və düşüncələr başlıca yer tuturdu. Bu, "Dünən, bu gün, sabah" (1973), "Güneylər, 



quzeylər" (1977), "Üzüküləyə" (1979) kitablarındakı şeirlərin əsas mövzusu idi. 

Xalq şairi Bəxtiyar Vahabzadənin fəlsəfi poeziyası xalqa olduqca yaxın idi. 

Onun  "Muğam",  "Atılmışlar"  və  b.  poemaları  bu  baxımdan  daha  səciyyəvi  idi. 

Qabilin "Nəsimi" poeması və şeirləri Azərbaycan poeziyasının o dövrdə yaranmış 

ən yaxşı nümunələrindəndi. Xəlil Rza, Məmməd Araz, Fikrət Qoca və b. yaratdığı 

əsərlər ədəbiyyatımızı daha da zənginləşdirirdi. 

70-80-ci  illərdə  Azərbaycanın  bədii  nəsri  zəngin  bir  inkişaf  yolu  keçmiş, 

ictimai  həyatı  müxtəlif  cəhətlərdən  əks  etdirən  çoxlu  roman  və  povestlər 

yazılmışdı.   Süleyman  Rəhimovun "Ana   abidəsi" (1967-1980), "Qafqaz qartalı" 

(1971-1975),  "Qoşqar  qızı",  İlyas  Əfəndiyevin  "Sarıköynəklə  Valehin  nağılı" 

(1978),  Əzizə  Cəfərzadənin  "Aləmdə  səsim  var  mənim",  "Bakı-1501",  İsa 

Hüseynovun "Nəsimi" romanları, Ələviyyə Babayevanın "Adamlar və talelər" əsəri 

oxucular tərəfindən böyük maraqla qarşılanmışdır. 

Anarın  "Ağ  liman"  (1977),  "Macal"  (1978),  "Beşmərtəbəli  evin  altıncı 

mərtəbəsi" (1972) əsərlərində mühüm mənəvi-əxlaqi problemlər qaldırılmışdı. 

Əkrəm  Əylislinin  "Mənim  nəğməkar  bibim",  "Tənha  narın  nağılı", 

"Adamlar  və  ağaclar"  povestləri  əsasən  kəndin  müasir  və  aktual  sosial-mədəni 

problemlərinə həsr olunmuşdu. 

Elçinin "Gümüşü narıncı" (1973), "Bu dünyada qatarlar gedər" (1974), "Bir 

görüşün tarixçəsi" (1977), "Dolça" (1978) və b. hekayə və povestlərində, "Mahmud 

və  Məryəm",  "Ağ  dəvə"  romanlarında  həyatın  mənəvi-əxlaqi  problemləri  əsas 

mövzu idi. 

Xalqda  milli  şüurun  oyanmasında  Cənubi  Azərbaycan  mövzusunda 

yazılmış  əsərlərin  xüsusi  əhəmiyyəti  vardı.  M.İbrahimovun  "Pərvanə"  (1970) 

romanı, "Cənub hekayələri" silsiləsi maraqla qarşılanmışdı. 

Azərbaycan  dramaturgiyası  bir  sıra  nailiyyətlər  əldə  etmişdi.  Mirzə 

İbrahimovun  "Bəşərin  komediyası"  (1978),  İ.Qasımovun  "Nağıl  başlananda" 

(1972),  "Dairəni  genişləndirin"  (1974),  Bəxtiyar  Vahabzadənin  "Yağışdan  sonra" 

(1971) pyeslərində mənəvi-əxlaqi problemlər əsas yer tuturdu. 

İlyas  Əfəndiyevin  müasir  mənəvi-əxlaqi  dəyərlərdən  söhbət  açan  "Qəribə 

oğlan"  (1973),  "Bağlardan  gələn  səs"  (1976),  "Büllur  sarayda",  "Sevgililərin 

cəhənnəmdə  görüşləri", "Geriyə  baxma,  qoca"  (1980), "Üçatılan"  (1981) pyesləri 

psixoloji dramın gözəl nümunələri idi. 

Anarın  "Şəhərin  yay  günləri"  (1978),  "Adamın  adamı"  (1970),  "Səhra 

yuxular"  (1981),  "Sizi  deyib  gəlmişəm"  (1982)  pyesləri  oxucular  tərəfindən 

rəğbətlə qarşılanmışdı. 

Respublikada  musiqi,  ifaçılıq,  teatr  və  kino  sənəti  sahəsində  də  mühüm 

irəliləmələr baş vermişdi. 




184 

 

Fikrət  Əmirovun  "1001  gecə",  Aqşin  Əlizadənin  "Babək"  baletləri  musiqi 



sənətinin  ən  mühüm  nailiyyətləri  idi.  Arif  Məlikov,  Xəyyam  Mirzəzadə  və  b. 

əsərləri  simfonik  musiqinin  inkişafında  mühüm  rol  oynadı.  Şəfiqə  Axundovanın 

"Gəlin  qayası"  operası  (1972),  Emin  Sabitoğlunun  "Hicran"  musiqili  komediyası 

tamaşaçılar  tərəfindən  maraqla  qarşılandı.  Tofiq  Quliyev,  Süleyman  Ələsgərov, 

Vasif  Adıgözəlov, Emin  Sabitoğlu, Polad Bülbüloğlu, Elza İbrahimova,  Cavanşir 

Quliyev,  Ələkbər  Tağıyev,  Oqtay  Rəcəbov  və  başqalarının  mahnıları  xalqın 

rəğbətini qazandı. 

Rəşid Behbudov, Müslüm Maqomayev (nəvə), Zeynəb Xanlarova, Firəngiz 

Əhmədova,  Lütfiyar  İmanov,  Fidan  və  Xuraman  Qasımovalar,  Rauf  Atakişiyev, 

Rübabə  Muradova,  Fərhad  Bədəlbəyli,  Vaqif  Mustafazadə,  Habil  Əliyev,  Həbib 

Bayramov, Hacı Məmmədov, Ramiz Quliyevin ifaçılıq sənəti özünəməxsus zəngin 

koloriti və təkrarsızlığı ilə seçilirdi. 

Azərbaycan  simfonik  musiqisinin  inkişafı  və  təbliğində  görkəmli  dirijor 

Niyazinin  əvəzsiz  rolu  danılmazdır.  70-ci  illərdə  Heydər  Əliyevin  təşəbbüsü  ilə 

Azərbaycan  Dövlət  Filarmoniyasında  simfonik  konsert  gecələrin  təşkili  ənənə 

şəklini almışdı. 

Rəfiqə  Axundova,  Maqsud  Məmmədov,  Çimnaz  Babayeva,  Tamilla 

Şirəliyeva və b. milli baletimizin yorulmaz ifaçıları və təbliğatçıları idi. 

Bakı,  Gəncə,  Naxçıvan,  Sumqayıt,  Şəki,  Şuşa,  Ağdam,  Lənkəran  dram 

teatrlarının  səhnəsində  klassik  və  müasir  mövzuda  bir  sıra  maraqlı  tamaşalar 

hazırlanmışdı. 

Görkəmli  aktyorlar  Hökümə  Qurbanova,  Ağasadıq  Gəraybəyli,  Barat 

Şəkinskaya,  İsmayıl  Dağıstanlı,  İsmayıl  Osmanlı,  Leyla  Bədirbəyli,  Möhsün 

Sənani,  Rza  Əfqanlı,  Mustafa  Mərdanov,  Lütfəli  Abdullayev,  Nəsibə  Zeynalova, 

Məlik Dadaşov, Əli Zeynalov, Məmmədrza Şeyxzamanov, Əliağa  Ağayev, Sofya 

Bəsirzadə  və  onlarla  başqaları  Azərbaycan  səhnəsində  yüzlərlə  orijinal  və  parlaq 

obrazlar yaratmışdılar. 

Azərbaycan  səhnəsinə  Həsən  Turabov,  Amaliya  Pənahova,  Səməndər 

Rzayev,  Fuad  Poladov,  Səyavuş  Aslan,  Yaşar  Nuri,  Hacıbaba  Bağırov,  Arif 

Quliyev,  Hamlet  Xanızadə,  Əliabbas  Qədirov,  Mikayıl  Mirzə  və  başqalarının 

təmsil etdiyi yeni, istedadlı bir nəsil gəlmişdi. 

Böyük dramaturq İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı", "Qəribə oğlan" 

(1973),  "Bağlardan  gələn  səs"  (1975)  lirik  psixoloji  ruhda  yazılmış  pyesləri 

müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur. 

B.Vahabzadənin  "Yağışdan  sonra"  (1971),  "Əks-səda"  (1975),  Nəbi 

Xəzrinin  "Sən  yanmasan"  (1972),  Seyfəddin  Dağlının  "Mənziliniz  mübarək" 

(1971),  Səməd  Vurğunun  "İnsan"  (1974),  İmran  Qasımovun  "Nağıl  başlananda" 

(1978),  İslam  Səfərlinin  "Yol  ayrıcında"  dram  əsərləri  müvəffəqiyyətlə  maraqlı 




185 

 

quruluşda tamaşaçılara təqdim olunmuşdu. 1970-ci ildə Hüseyn Cavidin "Xəyyam" 



tamaşası  ilə  görkəmli  rejissor  Mehdi  Məmmədov  özünü  klassik  irsin  müasir 

təfsirçisi  kimi  bir  daha  təsdiq  etdi.  "Dəli  yığıncağı"  (Cəlil  Məmmədquluzadə) 

tamaşası  rejissorun  yaradıcılığında  klassik  mədəniyyətin  müasirliyi  fikrinin 

ənənəvi davamı və onun sənət dünyasının estetik prinsipi kimi mənalanırdı. 

1974-cü ildə Azərbaycan teatrının 100 illik yubileyi təntənə ilə qeyd edildi. 

May  ayının  26-dan  iyunun  10-na  kimi  teatr  Moskva  Kiçik  Teatrının  binasında 

yubiley tamaşaları ilə çıxış etdi. 

 

80-ci  illərin  sonunda  Yusif  Səmədoğlunun  "Qətl  günü",  Anarın  Adamın 

adamı" və "Təhminə və Zaur" pyesləri tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. 

1981-ci  ildə  H.Cavidin  100  illiyi  ilə  əlaqədar  olaraq  respublikanın  bir  çox 

teatrlarında  dramaturqun  əsərləri  tamaşaya  qoyuldu.  "İblis"  (Akademik  teatr), 

"İsmət" (Sumqayıt teatrı), "Topal Teymur'' (Lənkəran və Azərbaycan televiziyası), 

"Ana",  "Mənim  tanrım  gözəllikdir,  sevgidir"  (Naxçıvan),  "Knyaz"  (Şəki),  "Şeyx 

Sənan"  (S.Vurğun  adına  Rus  Dram  Teatrı)  teatrsevərlər  tərəfindən  rəğbətlə 

qarşılandı. 

80-ci  illərdə  Akademik  Teatrın  səhnəsində  tarixi  qəhrəmanlıq  mövzusunda 

yazılmış və səhnələşdirilmiş "Atabəylər" (N.Həsənzadə), "Fəryad" (B.Vahabzadə), 

"Torpağa  sancılan  qılınc"  (N.Xəzri)  tamaşalarında  teatr  özünün  işıqlı  və 

demokratik  ideallar  uğrundakı  mübarizədə  həqiqəti,  humanizm  mövqeyini, 

vətəndaşlıq və müasirlik keyfiyyətlərini ifadə etməyə çalışmışdı. 

Azərbaycan  kinosu  da  inkişaf  etməkdə  idi.  "Azərbaycanfilm"in  istehsal 

etdiyi kinofilmlərdə xalqın tarixi keçmişi, yüksək mənəvi dəyərləri, habelə çağdaş 

ictimai  reallıqlar  öz  əksini  tapırdı."Şərikli  çörək"  (1969-cu  il,  rejissor 

Ş.Mahmudbəyov),  "Yeddi  oğul  istərəm"  (1970-ci  il,  rejissor  T.Tağızadə), 

"Ulduzlar  sönmür"  (1970-ci  il,  rejissor  Ə.İbrahimov),  "Gün  keçdi"  (1971-ci  il, 

rejissor A.Babayev), "Nəsimi" (1973-cü il, rejissor H.Seyidbəyli), "Babək" (1979-

cu  il,  rejissor  E.Quliyev),  "Tütək  səsi"  (1975-ci  il,  rejissor  R.Ocaqov),  "İstintaq" 

(1979-cu  il,  rejissor  R.Ocaqov),  "Axırıncı  aşırım"  (1971-ci  il,  rejissor 

K.Rüstəmbəyov),  "Dədə  Qorqud"  (1975-ci  il,  rejissor  T.Tağızadə),  "Yaramaz" 

(1989-cu  il,  rejissor  V.Mustafayev),  "Lətifə"  (1990-cı  il,  rejissor  N.Musayev)  və 

başqa  filmlər  bu  baxımdan  daha  maraqlı  idi.  Azərbaycan  cizgi  filmlərinin 

yaradılmasında  rejissorlar  B.Əliyev  və  N.Məmmədovun  böyük  xidmətləri  vardı. 

Bu illərdə Həsən Məmmədov, Rasim Balayev, Şəfiqə Məmmədova və başqalarının 

təmsil etdiyi istedadlı kino aktyorları nəsli yetişmişdi. 

Azorbaycan memarlığı daha çox tərəqqi etmişdi. Yaşayış binalarının kütləvi 

inşası  ilə  yanaşı,  orijinal  layihələr  üzrə  şəhərləri  bəzəyən  iri  ictimai  binalar  da 

tikilmişdi. 



186 

 

Memarlar  M.Hüseynovun,  H.Ələsgərovun,  Ə.Hüseynovun  və  b.  layihələri 



ilə  Bakıda  və  respublikanın  digər  şəhərlərində  milli

 

memarlıq  elementlərini  əks 



etdirən layihələr üzrə onlarla bina inşa olunmuşdu. 

Bakıda "Bakı" (1970), "Moskva" (1978), "Azərbaycan" (1970), 

"Qarabağ"  (1970),  "Abşeron"  (1985)  mehmanxanaları,  "Respublika"  (  o 

zaman  Lenin  adına)  sarayı  (1972),  "Gülüstan"  sarayı  (1978),  Gəncədə  "Kəpəz", 

Şəkidə "Şəki", Şuşada "Şuşa" mehmanxanaları tikilmişdi. 

Bakı metropoliteninin "Nizami", "Əcəmi" və b. stansiyaları müasir və milli 

memarlıq elementlərinin orijinal, harmonik birləşməsi  nəticəsində  yaranan  uğurlu 

layihələr əsasında inşa olunmuşdu. 

Azərbaycan  heykəltəraşları  bir  sıra  uğurlu  əsərlər  yaratmışdılar.  Cəlal 

Qaryağdının  "N.Nərimanov"  (1972),  "Y.Məmmədəliyev"  (Ordubad,  1977), 

Mirələsgər  Mirqasımovun  "C.Məmmədquluzadə"  (Naxçıvan,  1974), "C.Cabbarlı" 

(1982),  Tokay  Məmmədov,  İbrahim  Zeynalovun  "Nəsimi"  (1979),  Fuad 

Əbdürrəhmanovun  "M.Hüseynzadə"  (1973),  Elmira  Hüseynovanın  "H.Zərdabi" 

(1983)  və  b.  əsərlər  Azərbaycan  monumental  heykəltəraşlığının  ən  yaxşı 

nümunələri idi. 

Fuad  Əbdürrəhmanovun  İbn  Sinaya  Buxarada  (1975),  Ö.Eldarovun  tacik 

yazıçısı  Sədrəddin  Ayniyə  Düşənbədə  (1979)  qoyduqları  abidələr  heykəltəraşlıq 

sənətinin mühüm nailiyyətləri kimi qiymətləndirilir. 

Azərbaycanın istedadlı fırça  ustalarından Tahir Salahovun "R.Rza" (1971), 

"D.D.Şostakoviç"  (1975)  portretləri  və  b.  əsərləri  Azərbaycan  boyakarlığının  ən 

görkəmli  nümunələri  idi.  Mikayıl  Abdullayevin  "İmadəddin  Nəsimi"  (1973), 

"Pianoçu F.Bədəlbəyli" (1975) portretləri, Salam Salamzadənin "Çay plantasiyası" 

(1970) Azərbaycan xalqının müasir həyatının çoxplanlı poetik salnaməsidir. 

Səttar  Bəhlulzadənin  "Azərbaycan  nağılları"  (1970),  "Suraxanı  atəşgahı" 

(1970),  "Əfsanəvi  torpaq"  (1971),  "Naxçıvan  axşamçağı",  "Ordubad  bağlarında" 

(1974),  "Abşeron  tacı"  (1970)  tablolarında  doğma  torpağa,  insanlara  hədsiz 

məhəbbət motivləri başlıca yer tutur. 

Maral  Rəhmanzadənin  "Xınalıq",  "Bizim  qızlar",  "Doğma  vətənim", 

"Azərbaycan",  "Mənim  bacılarım"  və  b.  linoqravürlərində  əmək  və  məişət 

mövzuları, Azərbaycan kəndinin həyatı, təbiəti böyük sənətkarlıqla əks olunmuşdu. 

Toğrul  Nərimanbəyovun,  Tağı  Tağıyevin,  xalçaçı  rəssamlar  Lətif 

Kərimovun,  Kamil  Əliyevin,  plakat  ustası  Hacıağa  Nəzərovun  və  başqalarının 

əsərləri  yenilik  və  sənətkarlıq  baxımından  təkrarolunmaz  idi.  Elmira 

Şahtaxtinskayanın  "Azərbaycan  qədim  mədəniyyət  diyarıdır"  silsilə  plakatları 

özünün  orijinal  forma  biçiminə,  klassik  irsə  bağlılığına  görə  xalqın  mədəni 

həyatında mühüm hadisəyə çevrilmişdi. 




187 

 

Azərbaycan,  rus,  xarici  ölkə  klassiklərinin  əsərlərinə  tərtibat  vermiş 



O.Sadıqzadə  kitab  illüstrasiyası  sahəsində  uğurla  çalışırdı.  İ.Nəcəfqulunun  satirik 

rəsm və karikaturaları maraqla qarşılanırdı. 

Beləliklə,  70-80-ci  illər  Azərbaycan  mədəniyyətinin  inkişafında  mühüm 

dövr  oldu.  Heydər  Əliyevin  milli  oyanış  siyasəti  sayəsində  təhsil,  elm,  mətbuat, 

ədəbiyyat  və  incəsənətin  tərəqqisi  üçün  münasib  imkanlar  açıldı.  Respublikanın 

mənəvi  sərvətləri,  kadr  potensialı  daha  da  artdı.  Xalqın  mədəni  irsinin,  tarixinin, 

dilinin öyrənilməsi və təbliği genişləndi. 

 

 




188 

 

 



V FƏSİL 

 


Yüklə 27,32 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin