TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə



Yüklə 27,32 Mb.
Pdf görüntüsü
səhifə26/168
tarix02.01.2022
ölçüsü27,32 Mb.
#1595
1   ...   22   23   24   25   26   27   28   29   ...   168
Mədəni-maarif.  Mətbuat.  İnsanların  biliyinin,  mədəni  səviyyəsinin  

yüksəlməsində təhsil müəssisələri ilə yanaşı,  mədəni-maarif  müəssisələri, kütləvi-

informasiya vasitələri mühüm rol oynayırdı. 

 

  70-80-ci  illərdə  respublikanın  şəhər  və  kəndlərində  220  min  yerlik  1066 



mədəniyyət  evi  və  klub  müəssisəsi,  50  min  yerlik  111  kinoteatr  istifadəyə 

verilmişdi.

145

  Dövlət  klub  müəssisələrinin  sayı  2146-dan  3680-ə,  kütləvi 



kitabxanaların  sayı  2922-dən  4605-ə,  kinoqurğuların  sayı  2004-dən  2167-ə 

çatmışdı.

146

  Bakıda  80-ci  illərin  ortalarında  stereofilmlər  kinozalı  ("Araz" 



kinoteatrında) fəaliyyətə başlamışdı. 

Kütləvi  kitabxanalarda  kitab  və  jurnalların  sayı  23  milyon  nüsxədən  45,3 

milyon  nüsxəyə  çatmışdı.  Hər  1000  nəfər  sakinə  6,4  min  nüsxə  kitab  və  jurnal 

düşürdü.


147

 

Respublikada  87  yeni  muzey  -  1972-ci  ildə  Azərbaycan  xalçası  və  tətbiqi 



sənət  muzeyi,  Sergey  Yeseninin  xatirə  muzeyi,  1975-ci  ildə  Bakıda 

Ü.Hacıbəyovun və S.Vurğunun, 1981-ci ildə Naxçıvanda  H.Cavidin, 1982-ci ildə 

Bakıda  C.Cabbarlının,  Bülbülün  ev  muzeyləri,  onlarla  yeni  tarix-diyarşünaslıq 

muzeyləri  təşkil  olunmuşdu.  Azərbaycan  tarixi  muzeyinin  fondları  getdikcə 

zənginləşir, ekspozisiyası daim təzələnirdi. 70-ci illərdə Zoologiya və Arxeologiya 

muzeyləri  müvafiq  elmi-tədqiqat  institutları  nəzdində  yaradılmışdı.  1990-cı  ildə 

124 muzey fəaliyyət göstərirdi. Bədii muzeylər, şəkil qalereyaları təşkil edilmişdi. 

Bakıda  S.Bəhlulzadə  adına  sərgi  salonu,  uşaq  şəkil  qalereyası,  ədəbiyyat  və 

incəsənət  xadimlərinin  xatirə  muzeyləri  açılmışdı.  Azərbaycanın  böyük  şairi  və 

mütəfəkkiri  Nizami  Gəncəvinin  ədəbi  irsinin  öyrənilməsini,  şərhini  və  təbliğini 

yaxşılaşdırmaq  məqsədilə  Gəncədə  "Nizami  təsviri  sənət  qalereyası",  "Nizami 

dövrü və yaradıcılığı muzeyi" açılmışdı. 

Azərbaycan  tarixi  muzeyində  əsas  ekspozisiya  ilə  yanaşı,  hər  il  mühüm 

hadisələrə  və  əlamətdar  günlərə  həsr  edilmiş  tematik  və  səyyar  sərgilər  təşkil 

edilirdi.  Belə  sərgilər  Bakıda  və  Azərbaycanın  ayrı-ayrı  rayonlarında  nümayiş 



175 

 

etdirilirdi. Muzey xarici ölkələrdə təşkil olunan sərgilərdə də iştirak etmişdi. Onun 



eksponatları Tokioda, Budapeştdə, Parisdə, Madriddə, Nyu-Yorkda, London və b. 

şəhərlərdə  keçirilən  sərgilərdə  nümayiş  etdirilmişdi.  Azərbaycan  Tarixi  Muzeyi 

YUNESKO-nun  nəzdində  olan  Beynəlxalq  Muzey  Komitəsinin  üzvü  seçildi. 

Azərbaycanın  tətbiqi  sənət  sərgisi  üç  ay  müddətində  Parisdə  və  Bordoda 

göstərilmişdi.  Respublikada  6500-dən  çox  tarix,  arxeologiya,  memarlıq  abidəsi 

dövlət tərəfindən qorunurdu.

148 

70-80-ci  illərdə  respublikada  səkkiz  yeni  dövlət  teatrı  açılmışdı.  Onların 



sayı 20-yə çatmışdı.

149


 

Xalq  universitetlərini  də  mədəni-maarif  müəssisələri  sisteminin  mühüm 

halqalarından  birinə  çevirmək  cəhdləri  göstərilirdi.  80-ci  illərin  axırlarında 

respublikada  müxtəlif  ixtisaslar  üzrə  550  xalq  universiteti  vardı.  Onlara  121  min 

nəfərə qədər dinləyici cəlb olunmuşdu.

150


 Televiziyanın məişətə geniş daxil olması 

ilə  əlaqədar  mədəni-maarif  müəssisələrinə  maraq  azalırdı.  Kinoteatrlara  gələn 

tamaşaçıların  sayı  1970-ci  ildəki  56,4  milyon  nəfərdən  1990-cı  ildə  30,1  milyon 

nəfərə enmişdi. Muzeylərə gələnlərin sayı azalmışdı. Teatr tamaşaçılarının sayı 1,5 

milyon nəfərdən 1,4 milyon nəfərə qədər azalmışdı.

151 


Azərbaycanda  kütləvi  informasiya  vasitələri  şəbəkəsi  inkişaf  etməkdə  idi. 

1970-ci  ildə  respublikada  234,  1990-cı  ildə  isə  259  qəzet, jurnal  və  məcmuə  nəşr 

olunurdu.

152


1969-cu  ildən  "Qobustan"  almanaxı,  1970-ci  ildən  Bakıda  "Sovet 

Türkologiyası",  1975-ci  ildən  "Azərbaycan  təbiəti"  jurnalları  çap  olunmağa 

başladı. Dövri nəşrlərin illik tirajı 49 milyon nüsxədən çox idi.

153


 

80-ci illərin sonunda ölkədə demokratik hərəkatın, plüralizmin genişlənməsi 

onlarla  yeni  formal  və  qeyri-formal  nəşrlərin  meydana  gəlməsinə  səbəb  oldu. 

Hadisələri qeyri-ənənəvi tərzdə, müxtəlif qrupların, cərəyanların mövqeyindən şərh 

edən,  qiymətləndirən  "Azərbaycan",  "Odlar  yurdu",  "Azadlıq",  "Yeni  fikir", 

"Vətən  səsi",  "Respublika",  "Ayrılıq",  "Səhər",  "Ayna",  "Dalğa",  "Ədalət", 

"İlham",  "Novruz"  və  b.  qəzetlər,  "Gənclik",  "Xəzər", "Açıq  söz" jurnalları  əhali 

arasında yayılır və maraqla qarşılanırdı. 

Ümumiyyətlə, 1990-cı ilin axırlarında respublikada 75-ə qədər qeyri-formal 

qəzet və məcmuə çap olunurdu.

154

 

Azərbaycan Radiosu və Televiziyası qurumu kamilləşdi. Respublika radiosu 



müxtəlif dalğalarda hər gün 1 proqram, "Araz" və "Stereo" proqramları ilə müxtəlif 

dillərdə 37 saat veriliş yayırdı. Azərbaycan Beynəlxalq Radiosu təsis edilmişdi. 

Azərbaycan  kütləvi  informasiya  vasitələri  bəşəri  və  milli  dəyərlər  fonunda 

sovet həyat tərzini, rəsmi ideologiyanı geniş təbliğ edirdi. Onun milli oyanışa təsiri 

güclənməkdə idi. Respublikada hər il 10-12 milyon nüsxə tirajla 1200-1300 adda 

kitab nəşr olunurdu.

155

 



176 

 

Partiyanın sənədləri, "marksizm-leninizm klassikləri"nin əsərləri tərcümə və 



böyük tirajla çap edilir, geniş təbliğ olunurdu. 

1976-1988-ci  illərdə  Azərbaycan  xalqının  tarixində  ilk  oncildlik 

"Azərbaycan Sovet Ensiklopediyası" çapdan çıxdı. Bu, respublikanın ictimai-siyasi 

və  mədəni  həyatında  əlamətdar  bir  hadisə  idi,  çünki  sovet  dövründə  dörd  dəfə 

(1934-cü  ildə,  1938-ci  ildə,  1959-cu  ildə  və  1965-ci  ildə)  Azərbaycan 

ensiklopediyası  nəşr  etmək  təşəbbüsü  olmuş,  əfsuslar  olsun  ki,  heç  biri  baş 

tutmamışdı.  Beşinci  dəfə  cəhd  Heydər  Əliyevin  rəhbərliyi  sayəsində  uğurla 

nəticələndi. Heydər Əliyevin təşəbbüsü ilə 1975-ci il oktyabrın 24-də Azərbaycan 

KP MK-da "Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasının işində ciddi 

nöqsanlar haqqında" qərar qəbul olundu. 1976-cı il fevralın 10-da isə Azərbaycan 

KP  MK  "ASE-nin  Baş  redaksiyasının  və  elmi-redaksiya  şurasının  yeni  tərkibi" 

haqqında qərar qəbul etdi. Akademik Cəmil Quliyev Baş  redaktor təyin  olundu.  

Heydər  Əliyevin bilavasitə  iştirakı ilə İçəri şəhərdə  ASE-nin  yeni binası tikilmiş, 

nəqliyyat  (müxtəlif  markalı  üç  maşın  ayrılmışdı),  təsərrüfat,  təchizat,  maliyyə 

məsələləri  həll  olunmuşdu.  ASE-nin  tirajı  50  min  nəzərdə  tutulmuşdu.  Lakin  bu, 

Heydər Əliyevin təşəbbüsü ilə 80 minə qaldırıldı. 

70-80-ci  illərdə  klassik  Azərbaycan  şair  və  yazıçılarının  əsərləri 

külliyyatları,  20  cildlik  "Azərbaycan  Ədəbiyyatı  Kitabxanası",  50  cildlik  "Dünya 

Uşaq  Ədəbiyyatı  Kitabxanası",  100  cildlik  "Dünya  Ədəbiyyatı  Kitabxanası", 

"Molla Nəsrəddin" 12 cildlik toplusunun birinci cildi çap edilmişdi. Bütün bunlar 

xalqın milli oyanışına əhəmiyyətli təsir göstərirdi. 

70-80-ci illərdə Nizaminin 840 illiyi (1981), Əcəminin, Nəsiminin 600 illiyi 

(1973),  Tusinin  780  illiyi  (1981),  Vaqifin,  Aşıq  Alının  180  illiyi  (1981),  Aşıq 

Ələsgərin  150  illiyi  (1972),  Üzeyir  Hacıbəyovun  100  illiyi  (1984),  Müslüm 

Maqomayevin  100  illiyi  (1984),  Zakirin  200  illiyi  (1984),  Hüseyn  Cavidin  100 

illiyi  (1981),  M.F.Axundovun  175  illiyi  (1985),  M.A.Əliyevin  100  illiyi  (1984), 

M.S.Ordubadinin  100  illiyi  (1972)  və  başqa  ədəbiyyat,  incəsənət,  elm 

xadimlərinin,  Azərbaycan  teatrının  100  illiyi  (1974)  yubileyləri  təntənə  ilə    qeyd 

olundu.  Nəsiminin  YUNESKO-nun  himayəsi  altında  (1979-cu  ildə)  keçirilən  600 

illiyi böyük ədəbi-mədəni hadisəyə çevrildi. Nəsimi əsərlərinin elmi-tənqidi mətni 

üç  cilddə  nəşr  olundu,  yaradıcılığı  haqqında  monoqrafiyalar,  elmi-tədqiqat 

nümunələri işıq  üzü gördü, bir çox əsərləri müxtəlif dillərə tərcümə edildi. Şairin 

Bakıda keçirilən yubiley təntənələrində keçmiş İttifaqın hər yerindən və 25 xarici 

ölkədən gəlmiş nümayəndələr iştirak etmişdi. 

70-ci  illərdə  Azərbaycan  yazıçılarının  və  bəstəkarlarının  SSRİ-nin  böyük 

şəhərlərində,  xüsusən  Moskva  və  Leninqradda  yubiley  təntənələrinin  keçirilməsi 

bir ənənəyə çevrilmişdi. Bu illərdə Azərbaycanda Rusiya Ədəbiyyatı və İncəsənəti 



177 

 

(1972), Sovet Ədəbiyyatı (1975), Ukrayna və Özbəkistan (1979), Leninqrad (1987) 



Ədəbiyyatı və İncəsənəti günləri təşkil olunmuşdu. 

Vaxtaşırı Zaqafqaziya xalqlarının musiqi festivalı keçirilirdi. 1988, 1989 və 

1991-ci  illərdə  Azərbaycanda  "Xarı  bülbül"  Ümumittifaq  muğam  festivalı  təşkil 

olunmuşdu. 

Ardıcıl olaraq teatr festivalları, baxışlar keçirilirdi.  

Rəşid  Behbudov,  Zeynəb  Xanlarova,  Elmira  Rəhimova,  Müslüm 

Maqomayev  və    başqalarının  tez-tez  xarici  ölkələrə    qastrolları  Azərbaycan 

musiqisinin və ifaçılıq sənəti nailiyyətlərinin geniş təbliğinə kömək edirdi. 

Bütün  nailiyyətlərə  baxmayaraq,  maarif  sistemi  kütləvi  informasiya 

vasitələrinə  güclü  hakim  ideoloji  təzyiq  olduğundan  açıq-aşkar,  azad  və  səmərəli 

fəaliyyət göstərə bilmirdi. 

60-cı  illərdə  "geniş  kommunizm  quruculuğu",  70-ci  illərdə  "inkişaf  etmiş 

sosializm  cəmiyyəti"  haqqında  fərziyyələr,  uydurmalar  da  ideoloji  təzyiq 

"institutunun" əsas ehkamları idi. Adamlarda mövcud sistemin "qələbələrə aparan 

üstünlükləri"  haqqında  yəqinlik  yaratmaq  üçün  irəliləyişlər  şişirdilir,  qüsurlar 

gizlədilirdi.  Sovet cəmiyyəti,  sosialist sistemi,  kommunist  partiyasının "rəhbər və 

istiqamətverici  rolu"  haqqında  ehkamlar  "elmi  dünyagörüşü"  adı  ilə  beyinlərə 

yeridilirdi. 

"İdeoloji  cəbhə"  anlamadan  xalqın  bir  çox  adət-ənənələrini  dini  əlamətlər 

kimi  qiymətləndirir,  onları  sıxışdırırdı.  Xurafatla  heç  bir  əlaqəsi  olmayan,  hətta 

islamdan  əvvəlki  dövrdə  xalqın  məişətinə  daxil  olmuş,  əməksevərliyi,  nəcibliyi, 

rəhmliyi tərənnüm edən, müəyyən dərəcədə beynəlmiləl xarakterli Novruz bayramı 

rəsmi  şəkildə  qeyd olunmurdu. Kənd  yerlərində  "sosialist" adı altında  21 bayram 

və mərasim "ənənəyə" çevrilməkdə idi. 

Din açıqca sıxışdırıldığından əhalinin çoxu ona gizlincə riayət edirdi. 1970-

ci  ildə  respublikada  cəmi  17  məscid  və  70  nəfərə  qədər  əsasən  azsavadlı  və  yaşlı 

din  xadimi  vardı.

156


  Bu,  təhsil,  mədəni  səviyyəsi,  bilik  dairəsi  xeyli  artmış 

dindarların tələbatını ödəyə bilmirdi. Xüsusi səylərə baxmayaraq, ideoloji aparatın 

ateist  təbliğatı  səmərə  vermirdi.  Xalq  milli  ənənələrini  qoruyub  saxlamağa 

çalışırdı.  Dini  bayram  və  mərasimlər  yarımleqal  şəkildə  qeyd  olunurdu. 

Respublikadakı  yüzdən  çox  müqəddəs  pir  və  ocaqdan  25-i,  o  cümlədən  "Mir 

Möhsün  ağa",  "Əliayağı"  (Bakı),  "Babaratma"  (Şəki),  "Asəfkəf",  "İmamzadə" 

(Babək),  "Soltan  xalac"  (Quba)  və  başqaları  əsasən  yaşlı  və  xəstə  adamlar 

tərəfindən  fəal  ziyarət  olunurdu.  Azərbaycanda  40-dan  çox  qeydə  alınmamış 

müsəlman, habelə  digər dini birliklər vardı.  30-dan çox müsəlman dini birliyi isə 

ancaq  məhərrəmlik  vaxtı  50  gün  ərzində  fəaliyyət  göstərirdi.

157

  Dini  birlikləri 



nəzarət  altında  saxlamaq  üçün  Azərbaycan  SSR  Ali  Sovetinin  Rəyasət  Heyəti 

1976-cı  il  13  sentyabrda  "Azərbaycan  SSR-də  dini  birliklər  haqqında  Əsasnamə" 




178 

 

qəbul  etdi.  Dini  birliklərin  bir  neçəsi  rəsmi  məscidə  çevrilə  bildi,  qalanları  isə 



fəaliyyətini dayandırmalı oldu.

158


 

80-ci  illərin  sonlarında  respublikada  demokratik  hərəkat,  plüralizmin 

artması  dünyagörüşün  formalaşması  prosesində  demokratik  prinsiplərin  bərqərar 

olunmasına  kömək  edirdi.  Artıq  dindarlara  hörmətlə  yanaşılırdı.  1988-1990-cı 

illərdə  30-dan  çox  məscid  açıldı.  1989-cu  ildə  Bakıda  mədrəsə  təşkil  olundu. 

Naxçıvan  MSSR-də  200  məscid  binasından  97-si  bərpa  edilmişdi.  Ziyarətgahlar 

abadlaşdırılırdı.  1990-cı  ildə  dindar  müsəlmanların  Məkkəyə  ziyarəti  təşkil 

edildi.


159

  Dini  ədəbiyyatın  çap  olunub  yayılmasına  şərait  yarandı.  1990-cı  ilin 

noyabr ayında "İslam" qəzetinin nəşrinə başlandı. 

Fikirlər  plüralizminə,  diskussiyalara  geniş  meydan  açıldı.  Təhsilin,  kütləvi 

informasiyanın,  mədəni-kütləvi  tədbirlərin  məzmunu  zənginləşdi.  Aşkarlıq  və 

demokratiya  ictimai  elmlərin,  ədəbiyyat  və  incəsənətin  inkişafına  əlverişli  şərait 

yaratdı. 

Elm.  70-80-ci  illər  Azərbaycan  elminin  inkişafında  da  mühüm  dövr  kimi 

səciyyələndi.  Elmi  müəssisələrin  (ali  məktəblər  də  daxil  olmaqla)  sayı  142-dən 

151-ə, o cümlədən elmi-tədqiqat institutları və onların filiallarının sayı 73-dən 85-ə 

çatmışdı.

160

  Elmi  tədqiqatla  məşğul  olan  işçilərin  sayı  17  min  nəfərdən  32,3  min 



nəfərədək artmışdı. Onların sırasında elmlər doktorlarının sayı 1,8 dəfə artıb 1186 

nəfərə,  elmlər  namizədlərinin  sayı  isə  1,7  dəfə  artıb  8905  nəfərə  çatmışdı.

161

 

Konstruktor  büroları  və  təcrübə  təsərrüfatları  olan  altı  elmi-istehsalat  kompleksi 



formalaşmışdı.  Neft  sənayesi,  kənd  təsərrüfatı,  tikinti,  səhiyyə  və  başqa  sahələr 

üzrə  nazirlik  və  baş  idarələr  iri  elmi-tədqiqat  müəssisələrinə  malik  idi.  Elmi-

Tədqiqat  Oftalmologiya  İnstitutu  SSRİ-də  sanballı  elm  ocaqlarından  biri  kimi 

tanınırdı. 

1972-ci  ildən  Azərbaycan  Elmlər  Akademiyasının  Naxçıvanda  Elmi 

Mərkəzi fəaliyyətə başladı. 1975-ci ildən "Xəzər" Elmi Mərkəzində respublikanın 

təbii  ehtiyatlarının  kosmik  tədqiqi  aparılırdı.  1978-ci  ildə  Bakıda  Kosmik 

Tədqiqatlar Elm-İstehsalat Birliyi fəaliyyətə başladı. 

Yüksək  ixtisaslı  elmi  kadrlar  hazırlanmasında  elmi  müəssisə  və  ali 

məktəblərin aspirantura və doktoranturaları əhəmiyyətli rol oynayırdı. 1970-ci ildə 

aspiranturalarda  1991  nəfər  (o  cümlədən  1185  nəfər  əyani)  aspirant  təhsil  alırdı. 

70-80-ci  illərdə  aspiranturalara  qəbul  diqqətin  kəmiyyətdən  keyfiyyətə 

yönəldilməsi, 80-ci illərin ikinci  yarısında elmə qayğının və  marağın azalması ilə 

əlaqədar azaldı. 1990-cı ildə respublikada 1340 nəfər (o cümlədən 597 nəfər əyani) 

aspirant vardı.

162


 

1990-cı  ildə  13  elmi  müəssisədə  və  3  ali  məktəbdə  doktorantura  fəaliyyət 

göstərir, onlarda 36 nəfər tədqiqat işləri ilə məşğul olurdu.

163  



179 

 

Böyük elmi-texniki potensiala malik olan Azərbaycan Elmlər Akademiyası 



təbiət,  ictimai  və  humanitar  elmlər  sahəsində  fundamental  araşdırmaların  iri 

mərkəzinə, respublikada aparılan elmi işlərin əlaqələndiricisinə çevrildi. 

Elmlər  Akademiyasının  altı  bölməsində  fizika-texnika  və  riyaziyyat,  Yer 

haqqında  elmlər,  biologiya,  kimya  elmləri,  tarix  və  iqtisadiyyat,  fəlsəfə, 

dilşünaslıq,  ədəbiyyat  və  incəsənət,  sənaye,  kənd  təsərrüfatı  və  mədəni 

quruculuğun  elm  qarşısında  qoyduğu  mürəkkəb  və  mühüm  məsələlər  həll 

olunurdu. 

1970-ci  ildə  Azərbaycan  Elmlər  Akademiyasında  30  elmi  müəssisə,  o 

cümlədən  22  elmi-tədqiqat  institutu,  3,3  min  elmi  işçi,  o  cümlədən  209  elmlər 

doktoru,  1311  elmlər  namizədi  fəaliyyət  göstərirdi.  Akademiyanın  54  həqiqi,  41 

müxbir üzvü vardı.

164


 

Elmin  inkişafı  sahəsində  ali  təhsil  müəssisələri  mühüm  rol  oynayırdı. 

Onların  yüksək  elmi  potensialı  həm  fundamental  xarakterli,  həm  də  istehsalın 

konkret  tələblərinin  təmin  edilməsinə  yönəldilmiş  təsərrüfathesablı  müqavilələr 

əsasında  əhəmiyyətli  dərəcədə  tətbiqi  xarakterli  araşdırmalar  aparmağa  imkan 

verirdi. 

SSRİ Ali Attestasiya Komissiyasının Azərbaycanın elmi idarələrində və ali 

məktəblərində  namizədlik  və  doktorluq  dissertasiyaları  müdafiəsini  təşkil  etmək 

üçün onlarla ixtisaslaşdırılmış elmi şuraları fəaliyyət göstərirdi. Hər il orta hesabla 

350-400 nəfərdən çox gənc elmi tədqiqat işlərinə cəlb edilirdi. 

Azərbaycan  alimləri  elmin  inkişafına, 

xalq  təsərrüfatının  aktual 

problemlərinin  işlənib  hazırlanmasına,  elmi  araşdırmaların  səmərəsinin  artmasına 

öz töhfəsini verirdilər. 

Ayrı-ayrı elmi müəssisələr və ali məktəb kafedraları neft və qaz yataqlarının 

araşdırılması,  tibbi  termoelektrik  turşuların  hasilatı  və  yarımkeçirici  maqnitlər 

problemi sahələrində aparıcı mövqe tutdular.  

Bakı  "Neft  Akademiyası"  adlanırdı.  Faydalı  yataqların  aşkar  edilməsi  və 

istismar olunmasının mühüm elmi-texniki problemləri öyrənilmişdi. Azərbaycanda 

300-dən  çox  neft,  qaz,  faydalı  qazıntı,  tikinti  materialları  yataqları,  çoxlu  mineral 

su  mənbələri  aşkar  edilmişdi.  Bu  sahədə  görkəmli  alimlər  Mirəli  Qaşqay,  Şəfaət 

Mehdiyev,  Əliəşrəf  Əlizadə,  Əzəl  Sultanov  və  başqaları  mühüm  əməli  fəaliyyət 

göstərmişdilər.  Xəzər  dənizinin  Azərbaycan  sektorunda  perspektivli  yataqlar 

aşkara  çıxarılmışdı.  Respublikanın  bütün  geoloji  şəkli  çıxardılmış,  geoloji, 

geotektonik, dərinlik yataqları, coğrafi və başqa xarakterli atlaslar tərtib edilmişdi. 

"SSRİ  geologiyası"  çoxcildliyinin  47-ci  cildi  -  "Azərbaycan  SSR"  (iki  kitabda), 

"Azərbaycan SSR  Atlası" (1979), "Azərbaycan SSRİ-in  istilik balansı" (1979) və 

b. kitablar nəşr olundu. 




180 

 

Azərbaycan  alimlərinin  bir  çox  işləri,  xüsusən  neft  sənayesi  ilə  bağlı 



tədqiqatları,  neft-kimya,  geologiya,  riyaziyyat  və  biologiya  sahəsindəki 

araşdırmaları  respublikanın  hüdudlarından  kənarda  da  tanınırdı.  Onların  elmi 

nailiyyətlərinin  tətbiqi  coğrafiyası  genişlənərək  keçmiş  SSRİ-nin  bütün  əsas 

iqtisadi rayonlarını əhatə edirdi.  

Geologiya-mineralogiya  elmləri  doktoru  Fərman  Salmanovun  rəhbərliyi 

altında  Qərbi  Sibirin  neft  və  qaz  yataqları  kəşf  olunmuşdu.  Təkcə  Tümen 

vilayətində  F.Salmanov  20-dən  çox  neft  yatağı  kəşf  etmişdi.  Azərbaycan 

geofizikləri Xəzər dənizinin İrana məxsus şelfində qonşu dövlətin xahişinə əsasən 

44 perspektivli neftli-qazlı struktur aşkar etmişdilər. 

Azərbaycan  neft  kimyaçıları  ölkədə  ilk  dəfə  "qaynar  layda"  baş  verən 

prosesləri  öyrənmiş,  onlara  əsaslanan  texnologiyalar  üzrə  işləyən  qurğular 

hazırlamışdılar. 

Azərbaycan astronomlarının elmi işləri bütün dünyada tanınırdı. Beynəlxalq 

Astronomiya  İttifaqının  qərarı  ilə  görkəmli  astronom  Nadir  İbrahimovun  şərəfinə 

Mars planeti kraterlərindən birinə "İbrahimov krateri", üç asteroidə "Azərbaycan", 

"Nizami Gəncəvi" va "ŞAR" (Şamaxı Astrofizika Rəsədxanası) adı verilmişdi. 

Riyaziyyat  və  mexanika  sahəsində  tanınmış  elmi  məktəblər  yaradılmışdı. 

Fiziklər  yeni  yarımkeçirici  materiallar,  çoxtəbəqəli  quruluşlar  almış,  şüalanma 

qəbulediciləri, elektrik və optik yaddaşlı aşırıcı qurğuları yaratmışdılar. 

Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyində SSRİ-də ilk dəfə ətraf mühitə 

operativ nəzarət edən peykaltı nəzarət-ölçü sistemləri yaradılmışdı. 

Dördcildlik  "Azərbaycan  faunası"nın  II-IV  cildləri  nəşr  olundu  (1976-

1978). 1974-cü ildə Bəsitçay, 1978-ci ildə Ağgöl, Qarayazı, 1981-ci ildə İsmayıllı, 

1987-ci ildə İlisu qoruqları yaradıldı. Azərbaycanın "Qırmızı kitabı" hazırlandı və 

çap edildi. 

Görkəmli  alimlər  Xudu  Məmmədovun  kristalloqrafiyanın,  Zahid  Xəlilov, 

Əşrəf  Hüseynov  və  Fərəməz  Maqsudovun  riyaziyyatın,  Hacıbəy  Sultanovun 

astronomiyanın,  Tofiq  İsmayılovun  kosmik  cihazqayırmanın,  Həsən  Abdullayev, 

Çingiz  Cuvarlının  fizikanın,  Toğrul  Şahtaxtinskinin  kimyanın,  Ümnisə 

Musabəyova,  Sona  Vəlixanlı,  Zərifə  Əliyeva  və  Zəhra  Quliyevanın 

oftalmologiyanın, 

Adilə 


Namazovanın 

pediatriyanın, 

Mirməhəmməd 

Cavadzadənin  urologiyanın,  Cəlil  Hüseynovun  patoloji  anatomiyanın,  Hüseyn 

Həsənovun  neyrofiziologiyanın,  Həsən  Əliyevin  torpaqşünaslığın,  Cəlal  Əliyevin 

bitki  fiziologiyası  və  seleksiyanın,  Validə  Tutayuqun  Qafqaz  florasının,  Musa 

Musayevin,  Mirzəağa  Nəzərovun  zoologiyanın,  Vahid  Hacıyevin  botanikanın,  

Urxan  Ələkbərovun genetikanın, neftçi alim Midhəd Abasovun, Akif Əlizadənin 

geologiyanın 

və 


Budaq 

Budaqovun 

Azərbaycan 

geomorfologiyasının 

öyrənilməsində böyük xidmətləri olmuşdur. 



181 

 

Humanitar-ictimai  elmlər  sahəsində  də  mühüm  nailiyyətlər  əldə  edilmişdi. 



Ziya Bünyadov, Cəmil Quliyev, İqrar Əliyev, Sara Aşurbəyli, Teymur Bünyadov, 

Tofiq  Köçərli,  Qaraş  Mədətov,  Mahmud  İsmayılov  və  b.  Azərbaycan  tarixinə, 

Məmmədağa  Şirəliyev,  Zərifə  Budaqova,  Əziz  Əfəndizadə,  Ağamusa  Axundov, 

Əlövsət Abdullayev və Yusif Seyidovun Azərbaycan dilinə, Əziz Şərif, Məmməd 

Cəfər,  Mir  Cəlal,  Həmid  Araslı,  Abbas  Zamanov,  Məmmədhüseyn  Təhmasib, 

Mirzə  İbrahimov,  Kamal  Talıbzadə,  Əziz  Mirəhmədov,  Bəkir  Nəbiyev,  Yaşar 

Qarayev,  Azadə  Rüstəmova  və  b.  Azərbaycan  ədəbiyyatına,  Aslan  Aslanov, 

Firudin Köçərli, Fuad Qasımzadənin fəlsəfəyə, Əhməd Mahmudov, Asəf Nadirov, 

Ziyad Səmədzadə, Bəhman Axundov, Ağasəlim Ələsgərov, Teymur Vəliyev və b. 

iqtisadiyyata dair tədqiqat işləri xalqın mənəvi sərvətinə çevrilmişdi. Azərbaycanda 

pedaqogika elminin inkişafında və xalq maarifinin təşkilində görkəmli alim, SSRİ 

Pedaqoji  Elmlər  Akademiyasının  həqiqi  üzvü  Mehdi  Mehdizadə  böyük  rol 

oynamışdı. O, YUNESKO xətti ilə inkişaf etməkdə olan ölkələrdə təhsilin inkişafı 

planının hazırlanmasında fəal iştirak etmişdi. 

Bu  illərdə  nəşr  olunmuş  üçcildlik  "Müasir  Azərbaycan  dili"  (1978-1981), 

üçcildlik "Cənubi Azərbaycan ədəbiyyatı antologiyası"  (80-ci  illərdə),  üçcildlik 

"Rusca-azərbaycanca    lüğət"  (1970-80-ci  illərdə),  dördcildlik  "Azərbaycan  dilinin 

izahlı  lüğəti"  (1964-1987),    "Azərbaycan    dilinin  orfoqrafiya  lüğəti"    (1975), 

"Azərbaycan    dilinin  etimologiya  və    onomastikası    məsələləri"  (1990),  "Sovet 

Azərbaycanının heykəltəraşlığı" (1973), "Azərbaycan etnoqrafiyası" (I cild, 1988), 

"Azərbaycan  Dram  Teatrı"  (1974),  ikicildlik  "Azərbaycan  teatrı  salnaməsi" 

(1975,1983),  üçcildlik  "Azərbaycan  xalçası"  (1961,  1983,  1987),  "Sovet 

Azərbaycanı  musiqi  incəsənətinin  oçerkləri"  (1974,  1976),  "Azərbaycan  teatrı", 

"Azərbaycan dekorativ-tətbiqi sənətləri", "Cənubi Azərbaycan tarixinin oçerkləri" 

(1985), "Cənubi Azərbaycan tarixinin məsələləri" (1991) və başqa ümumiləşdirici 

əsərlər çap olunmuşdu. 

70-ci  illərdə  respublika  ərazisindəki  maddi-mədəniyyət  abidələri  yenidən 

qeydə  alındı,  onların  tədqiqinə,  mühafizəsinə  və  səmərəli  istifadə  olunmasına 

diqqət artırıldı. 

Lakin  elmlərin,  xüsusən  ictimai  elmlərin  inkişafına  "hakim  ideologiya"nın 

güclü  təzyiqi  ciddi  mənfi  təsir  göstərirdi.  Xüsusən,  Azərbaycan  tarixinin, 

ədəbiyyatının,  incəsənətinin  sovet  dövrü  birtərəfli  öyrənilir,  mövcud  dərin 

ziddiyyətlər və onların kökü, ictimai quruluşun, təsərrüfatçılıq sisteminin qüsurları 

ilə  bağlı  səbəblər  açıqlanmırdı.  Məsələn,  70-ci  illərdə  müttəfiq  respublikaların 

elmlər  akademiyaları  tarix  institutlarının  əksəriyyəti  öz  xalqlarının  çoxcildlik 

tarixini hazırlamağı planlaşdırmışdılar, o cümlədən Azərbaycan EA Rəyasət Heyəti 

də  "Azərbaycan  tarixi"nin  (9  cilddə)  yazılması

 

qərarı  ilə  Baş  redaksiya  şurası 



yaratmışdı,  cildlərin  redaksiyaları,  müəllifləri  artıq  fəaliyyətə  başlamışdılar.  Bu 


182 

 

təşəbbüs "ideoloji rəhbərliyi" (ələlxüsus, MK-nın katibi M.A.Suslovu) çox narahat 



etmişdi.  Hətta  Sov.İKP  Mərkəzi  Komitəsində  bu  məsələ  respublika  rəhbərlərinin 

və  tarixçilərinin  iştirakı  ilə  müzakirə  olunmuşdu.  Müzakirədə  hər  respublikanın 

fərdi "çoxcildlik" tarixinin əvəzinə regionlar (zonalar) üzrə birgə kitabın yazılması 

məsləhət görülmüşdü. Bu səbəbdən bir müddət respublikalar üzrə çoxcildlik tarixin 

yazılması    ləngidildi.  Ancaq  Azərbaycan  KP  MK  birinci  katibi  H.Ə.Əliyevin  və 

Qazaxıstan KP MK birinci katibi D.Ə.Kunayevin Moskvaya məktubları sayəsində 

işə yenidən başlanıldı. 

Respublikada  elmin  maddi-texniki  bazasının  inkişafına  lazımi  qədər  vəsait 

ayrılmırdı.  Elmə  milli  gəlirin  0,4  faizindən  də  az  (SSRİ-də  6  faiz  idi)  vəsait  sərf 

olunurdu.

165

 Alimlərin əməyi kifayət qədər qiymətləndirilmirdi. Tədqiqat aparmaq 



üçün  müasir  avadanlıq,  hesablama  texnikası,  cihazlar  çatmırdı.  Alimlərə  xarici 

ədəbiyyatdan, arxivdən istifadə etmək, beynəlxalq aləmə çıxmaq çətin idi. 

Lakin  bütün  bunlara  baxmayaraq,  80-ci  illərdə  elmin  inkişafı  sahəsindəki 

xidmətlərinə  görə  Azərbaycan  Elmlər  Akademiyasının  5  alimi  Lenin  mükafatı 

laureatı  adına,  14  alimi  isə  SSRİ  Dövlət  mükafatına  layiq  görülmüşdü.  Elmi 

nailiyyət  və  fundamental  əsərlərinə  görə  akademiklər  R.H.İsmayılov, 

M.A.Topçubaşov, M.F.Nağıyev, M.Ə.Hüseynov, M.Ə.İbrahimov  Sosialist Əməyi 

Qəhrəmanı  fəxri  adı,  onlarla  alim  Respublika  Dövlət  və  Komsomol  mükafatları 

almışdılar. 


Yüklə 27,32 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin