202
§2. MĠLLĠ HƏRƏKATIN BAġLANMASI. ÖLKƏDƏ SĠYASĠ
VƏZĠYYƏTĠN DƏYĠġMƏSĠ
"Yenidənqurma"
siyasətinin ziddiyyətliliyi, mühafizəkarların ciddi
müqaviməti üzündən mövcud siyasi və iqtisadi rəhbərlik metodlarını
demokratikləşdirmək tədbirləri baş tutmurdu. Köhnə idarəçilik mexanizminin
dağılması, yeni mexanizmin isə hələ yaradılmaması ilə əlaqədar İttifaqın düşdüyü
ümumi böhran gündən-günə dərinləşirdi. Xalqın güzəranı pisləşirdi. Belə bir
şəraitdə SSRİ-nin dağılma prosesinin qarşısını almaq üçün hakim dairələr milli
münaqişələri, antitürk, antiislam siyasəti qüvvətləndirirdilər. Mühüm geosiyasi
məkanda imperiyanın türk xalqları ilə Türkiyə arasında körpü olduğundan
Azərbaycan əsas zərbə hədəfi idi. Ermənistanda və Azərbaycanın Dağlıq Qarabağ
bölgəsində azərbaycanlıların soyqırımını törətmək, Azərbaycanı parçalamaq, bu
yolla bütün regionda ağalığı saxlamaq siyasəti həyata keçirilirdi. Uzun illər
münasib fürsət gözləyən erməni millətçiləri yaranmış vəziyyətdən məharətlə
istifadə edib, bu dəfə də Azərbaycanın hesabına öz torpaqlarını genişləndirmək
məqsədi ilə fəaliyyətə başladılar. Lakin Azərbaycan Respublikasının Moskvaya
sədaqətlə xidmət edən rəhbərliyi yaranmış yeni beynəlxalq şəraitdə qüvvələri
düzgün qiymətləndirib, xalqı vahid ümummilli platforma ətrafında mübarizəyə
qaldıra bilmədi. Onun bağışlanılmaz passivliyi və laqeydliyi nəticəsində
Azərbaycanın suveren hüquqları tapdalandı. Ərazisində milli münaqişə ocağı
alovlandırıldı, azərbaycanlılar öz dədə-baba torpaqlarında növbəti dəfə soyqırımına
məruz qaldılar. Hadisələrin belə gedişi Azərbaycanda milli hərəkatın qalxmasına
güclü təkan verdi. 1988-ci ilin əvvəllərindən ilk kütləvi etiraz çıxışları başlanmışdı.
Hərəkat həmin ilin sonunadək, demək olar ki, kortəbii xarakter daşıyırdı.
Cəmiyyətdə "Demokratiya və aşkarlıq" şüarı altında ədalət, humanizm, hüquqi
dövlət, xüsusən milli suveren hüquqların qorunması haqqında fikirlər plüralizmi
yaranmışdı. Yeni ictimai-siyasi təşkilatlar meydana gəlirdi. 1987-ci ilin axırlarında
Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) yaradılmış
"Yurd" təşkilatı, 1988-cı ilin baharından fəaliyyətə başlayan "Çənlibel",
"Müstəqillər", "Qala , "Aşıq Ələsgər", "Ozan" cəmiyyətləri, "Varlıq" komitəsi,
"Azərbaycan Xalq Cəbhəsi"nin (AXC) təşəbbüs qrupu, "Bakı gənc alimlər klubu",
"Bakı incəsənət mərkəzi" və başqa təşkilatlar bu hərəkata istiqamət verməyə
çalışırdı.
87
Lakin yeni yaranmış və təbii ki, siyasi təcrübəsi olmayan bu təşkilatları
birləşdirib vahid istiqamətə, ümummilli məsələlərin həllinə yönəldən mütəşəkkil
qüvvə yox idi. Xalq Azərbaycanı parçalamaq cəhdlərinə, ermənilərin Dağlıq
Qarabağın Ermənistana verilməsi tələblərinə qarşı münasibətini əvvəllər Mərkəzi
Komitəyə, ölkə və respublika rəhbərlərinə etiraz teleqramları, məktubları
göndərməklə, imza toplamaqla bildirirdi.
88
İlk etiraz mitinqi 1988-ci il fevralın 19-
203
da Bakıda keçirildi. Martın 16-da Azərbaycan Elmlər Akademiyasında (indiki
Azərbaycan Milli Elmlər Akademiyası) etiraz mitinqi təşkil olundu. Ermənistanda
azərbaycanlıların soyqırımının kütləvi hal almasına qarşı mayın 16-da Dövlət
Universiteti qarşısında "Yurd" təşkilatının fəal iştirakı ilə böyük mitinq keçirildi.
Mitinqçilər şəhərin Lenin adına baş meydanına (indiki Azadlıq meydanı) istiqamət
aldılar. Burada davam edən mitinqdə respublikanın görkəmli ziyalıları çıxış etdilər,
xalqı və rəhbərləri respublikanın hüquqlarını müdafiə etməyə çağırdılar.
Mitinqçilər Moskvadan və Azərbaycan rəhbərliyindən erməni millətçilərinin azğın
hərəkətlərinə qanunu əsas götürməklə qəti cavab verilməsini tələb edirdilər.
89
Respublikanın başqa şəhərlərində də mitinqlər keçirilirdi. Ermənipərəst siyasət
yeridən, Moskvada sözü keçməyən respublika rəhbərləri xalqın ciddi narazılığını
nümayiş etdirib ölkə başçılarına təsir göstərmək ümidində idilər. Buna görə də
mitinqlərin keçirilməsinə inzibati orqanlar demək olar ki, mane olmurdu. Eyni
zamanda tanınmış ziyalıları mitinq tribunalarına cəlb etməklə kortəbii etiraz
hərəkatının böyüyüb mövcud rejimə, onun respublikadakı canişininə qarşı
ümumxalq hərəkatına çevrilməsinə yol verməməyə çalışırdılar.
Moskva 1988-ci il mayın 21-də Azərbaycandakı canişinini dəyişdirib,
Əbdürrəhman Xəlil oğlu Vəzirovu hakimiyyətə - Azərbaycan Kommunist Partiyası
Mərkəzi Komitəsinin (AKP MK) birinci katibi vəzifəsinə gətirdi.
90
Əbdürrəhman
Vəzirov xalqa, onun milli mənafelərinə zidd siyasəti ilə Dağlıq Qarabağ
məsələsində erməniləri öz xəbis niyyətlərini həyata keçirməyə daha da
həvəsləndirdi.
91
Moskvanın Dağlıq Qarabağdakı səlahiyyətli nümayəndəsi A.Volskinin
ermənipərəst siyasəti, xüsusən nadir Topxana meşəsində sənaye obyekti tikintisinə
başlanması xəbəri bütün xalqı hiddətləndirdi. Noyabrın 15-də Dövlət Universiteti
qarşısında, səhəri gün Elmlər Akademiyasının dəyirmi salonunda "Varlıq"
cəmiyyəti və M.Ə.Sabir adına bağda "Yurd" təşkilatının təşəbbüsü ilə mitinqlər
keçirildi.
Xalq hərəkatının kortəbii mərhələsinin ən qızğın dövrü noyabrın 17-dən
başlandı. Həmin gün səhər Universitet, Akademiya, Politexnik və İqtisad
institutları qarşısından nümayişçi dəstələr milisin
canlı maneələrini aşaraq,
M.Ə.Sabir adına bağa, oradan isə şəhərin baş meydanına gəldilər. Meydanda
mitinqçilərin tələbləri oxundu. Ermənistanın Azərbaycana qarşı təcavüzünün
dayandırılması, Dağlıq Qarabağda antiazərbaycan siyasəti yeridən qurumun ləğv
edilməsi, əks təqdirdə Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq edilməsi,
Azərbaycandan olan deputatların SSRİ Ali Soveti sessiyasında Ermənistanın
təcavüzü ilə əlaqədar məsələ qaldırması başlıca tələblərdən idi. Bu tələblər
Azərbaycan rəhbərliyini qane edirdi, lakin hökumət nümayəndələri mitinqi
dayandırmağı tələb etdikdə mitinqçilər tələbləri yerinə yetirilməyincə meydanı tərk
204
etməyəcəklərini bildirdilər. Burada "Moskvanın fitnələrinə son qoyulsun!",
"Suverenlik!", "Azadlıq!" şüarları səslənməyə başlandı. Bundan Moskvaya təzyiq
edib respublikalarda hakimiyyəti ələ keçirmək istəyən qüvvələr istifadə etməyə
çalışırdılar. Bakının bəzi rayonlarında vəziyyət qəsdən gərginləşdirilir, xuliqanlıq
hərəkətləri törədilirdi. Naxçıvanda dövlət orqanları binasına hücum edilmişdi,
noyabrın 22-də Gəncədə əhali ilə ordu arasında qanlı toqquşma baş vermiş, 160
nəfər yaralanmış, üç əsgər və bir uşaq həlak olmuşdu. Noyabrın 24-də Bakı,
Naxçıvan və Gəncə şəhərlərində xüsusi vəziyyət və komendant saatı tətbiq edildi.
Küçələrə ağır silahlı qoşun hissələri yeridildi.
93
Meydan səngimək bilmirdi. İnsanlar küçələrə çıxarılmış tankların lülələrinə
qərənfillər taxır, əsgərləri camaatın tələbləri ilə tanış edir, qan tökməməyə
çağırırdılar. Nümayişçilər meydana Azərbaycan SSR-in oraq çəkicli bayrağı ilə
gəlmişdisə, bir neçə gün sonra - noyabrın 19-da burada ilk dəfə 1918-1920-ci
illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qaldırıldı. Hər
gün yüz minlərlə adam tankların, əsgərlərin arasından keçib meydana axışırdı. Çox
vaxt mitinqçilərin sayı milyon nəfəri ötürdü. Gecələr meydanda qalanmış
tonqalların ətrafında minlərlə adam qalırdı.
Xalq artıq mitinqlə mümkün olan nəticəni əldə etmişdi. Ölkə rəhbərliyi
mövcud problemə Azərbaycan xalqının münasibətini bilmişdi. Lakin erməni
millətçiliyinə, separatizminə qarşı heç bir tədbir görülmürdü.
İndi təşkilatlanmaq, mübarizəni demokratik vasitələrlə davam etdirmək
lazım idi. Cəmiyyətin bunu dərk edən qüvvələri mitinqdən tədricən uzaqlaşırdılar,
meydanın mühasirə həlqəsi daraldılırdı. Dekabrın 3-də hərbi hakimiyyət
mitinqçilərdən meydanı tərk etməyi tələb etdi. Dekabrın 4-də isə gecə hərbçilər
hücum edib zorla meydanı boşaltdılar, burada gecələyən mitinqçiləri həbs etdilər.
95
Meydan dağıldıqdan sonra da bir neçə gün Bakıda və başqa şəhərlərdə
etiraz tətili və nümayişləri keçirildi. Həmin günlər təkcə Bakıda 14,5 min fəhlə və
qulluqçu tətil etmişdi.
96
Xalq hərəkatının birinci - kortəbii mərhələsinin zirvəsi olan Meydan
göstərdi ki, mitinq və nümayişlərlə mövcud problemi həll etmək olmaz,
demokratikləşmə yolu ilə getmək, Moskvanın təyin etdiyi rəhbərlər əvəzinə
demokratik yolla xalqın nümayəndələrini seçmək, xalq birliyini təmin etmək,
respublikanın suveren hüquqlarının qorunmasına nail olmaq lazımdır. Xalqın
mənafeyini yalnız onun istədiyi, ona etimad etdiyi lider müdafiə edə bilər.
Kommunist elitası içərisində kəskin, gurultulu çıxışları ilə xalqın etimadını
qazanmaq və hakimiyyətə gəlmək istəyənlər də vardı.
97
Xalq isə Azərbaycanın
üzləşdiyi taleyüklü problemləri həll etməyə qadir siyasətçinin Heydər Əliyev
olduğunu dərk edərək, onun yenidən respublikaya rəhbər təyin olunmasını
arzulayırdı. Minlərlə adam mitinq və nümayişlərə, xüsusən münaqişə bölgələrində,
205
Heydər Əliyevin portreti ilə çıxırdı.
98
Təkcə Yevlax şəhərində 1988-ci ildə
vətənpərvər gənclərin təşkil etdiyi nümayiş və izdihamlı mitinqdə 20 minədək
adam iştirak etmişdi. Nümayişçilər Heydər Əliyevin yenidən hakimiyyətə
qaytarılmasını tələb edirdilər. Mitinqin təşkilatçıları həbs olunmuş, izdiham ordu
hissələrinin köməyi ilə dağıdılmışdı.
99
Xalqı birləşdirib mübarizəni vahid
istiqamətə yönəltmək məqsədi ilə bir qrup nüfuzlu ziyalının təşəbbüsü də Xudu
Məmmədovun qəfil ölümü ilə (14 oktyabr 1988-ci il) boğuldu.
100
Xalq Azərbaycan SSR-in SSRİ daxilində iqtisadi və mədəni suverenliyi
uğrunda mübarizə aparmağı, hüquqi dövlət, vətəndaş cəmiyyəti qurmağı proqram
məqsədi elan edən, lakin kifayət qədər siyasi təcrübəsi olmayan liderlərin
rəhbərliyi altında fəaliyyət göstərən AXC ətrafında birləşməyə başladı. 1989-cu il
martın 13-də
AXC təşəbbüs qrupu və "Varlıq" komitəsi arasında siyasi razılaşma
əsasında AXC-nin Müvəqqəti Təşəbbüs Mərkəzi təşkil edildi. 1989-cu il iyulun
16-da Bakıda AXC-nin təsis konfransı keçirildi. Cəbhənin Proqram və
Nizamnaməsi qəbul olundu. İdarə heyəti formalaşdı. Əbülfəz Elçibəy AXC-nin
sədri seçildi.
101
AXC demokratik - mərkəziyyət prinsipindən imtina etmişdi. Onun
konfederativ quruluşu, yuxarı təşkilatların qərarının üzvlər üçün yalnız məsləhət
xarakteri daşıması, tədbirlərdə iştirakın tam könüllü olması buna imkan yaradırdı.
Cəbhə daxilində plüralizm, ən müxtəlif fraksiyaların yaradılması nəzərdə tutulurdu.
AXC sədri təmsilçi funksiya daşıyırdı, onun hətta səsvermə hüququ yox idi.
102
Demokratiya mədəniyyəti hələ formalaşmamış cəmiyyətdə ifrat demokratik
nizamnamə ilə çox mürəkkəb siyasi şəraitdə taleyi həll olunan xalqa rəhbərlik edə
biləcək güclü təşkilat yaratmaq mümkün olmadı. Bundan yuxarı dairələrdə
hakimiyyət uğrunda mübarizə aparan qüvvələr məharətlə istifadə edir, öz
adamlarını, xüsusi idarə agentlərini bu təşkilata yeridirdilər.
103
Hansı yolla olur-
olsun xalqın etimadını qazanıb hakimiyyət iştahasına düşənlər çoxalmışdı. "Xalq
arasından çıxan bu insanlar öz maraqlarını, öz şəxsi ambisiyalarını, hakimiyyət
hərisliyini ümummilli mənafelərdən üstün tuturdular".
104
Respublikada üçdə ikisi hələ məskunlaşdırılmamış 230 mindən çox didərgin
vardı. İqtisadi çətinliklər, cinayətkarlıq gündən-günə artırdı. İyulun 13-dən
DQMV-də azərbaycanlılar yaşayan kəndlərin, Naxçıvan MSSR-in blokadaya
alınması, Ermənistandan Azərbaycanın sərhəd məntəqələrinin atəşə tutulması
vəziyyəti daha da gərginləşdirirdi.
105
Radikal tədbirlərə üstünlük verən xalq cəbhəsi liderləri iyunun 29-da
Bakıda ümumşəhər mitinqi təşkil etdilər.
106
Əvvəl belə mitinqlərin əleyhinə olan
AXC İdarə Heyəti mitinq və tətil hərəkatının genişləndiyini görüb onu idarə etməyi
vacib bildi. Sonrakı mitinqlər AXC-nin rəhbərliyi ilə təşkil olunur, üçrəngli, ay-
ulduzlu bayraq altında keçirilir, Üzeyir Hacıbəyovun "Koroğlu" operasının birliyə,
206
qələbəyə çağıran uvertürası ilə açılır və bağlanırdı. Bu mitinqlərdə Azərbaycan
SSR Ali Sovetinin növbədənkənar sessiyasını çağırmaq, sessiyada da AXC İdarə
Heyətinin iştirakı ilə DQMV-də XİK-nin ləğv olunması məsələsinə baxmaq,
suverenlik, iqtisadi müstəqillik, vətəndaşlıq haqqında qanunlar qəbul etmək, Bakı
və başqa şəhərlərdə fövqəladə vəziyyəti ləğv etmək, AXC-ni rəsmi tanımaq və b.
demokratik tələblər irəli sürülürdü.
107
Ə.Vəzirov isə bu tələbləri qəbul etmədi.
Avqustun 14-də Bakıda birgünlük, 21-22-də Bakı və Sumqayıtda ikigünlük
xəbərdarlıq tətilləri keçirildi.
108
Sentyabrın 2-də Bakı ümumşəhər tətilində tələblərə cavab verilməsə,
sentyabrın 4-dən birhəftəlik ümummilli tətil başlanacağı elan olundu.
109
Həmin gün
respublikanın əksər şəhərlərində mitinqlər təşkil edildi. İki gün sonra ümummilli
tətil başlandı. Bakıda şəhərin normal həyat fəaliyyətini təmin edən müəssisə və
texnoloji rejim işi dayandırmağa yol verməyən neftayırma qurğularından başqa
bütün müəssisələr, habelə dəmiryolçular tətilə qoşuldu. Ayın 5-də Şimali Qafqaz
dəmir yolunda hərəkət tam dayandı.
110
Tətillər təsərrüfata böyük ziyan vurdu.
Sentyabrın 6-da mitinqçilər öz tələblərinə respublika rəhbərliyinə "istefa"
tələbini də əlavə etdilər. Bundan sonra AXC və AKP MK arasında danışıqlar
başlandı. Tələblərin ödənəcəyi barədə razılıq əldə olundu. Sentyabrın 13-də xüsusi
saziş protokolu imzalandı.
111
Sentyabrın 15-də Azərbaycan SSR Ali Sovetinin
növbədənkənar sessiyası çağırıldı. Burada DQMV-də XİK-nin ləğvi, Azərbaycan
SSR Konstitusiyasına respublikanın sərhədlərinə yalnız ümumxalq referendumu
yolu ilə dəyişiklik etməyin mümkünlüyünü nəzərdə tutan əlavələr edilməsi,
suverenlik, vətəndaşlıq və iqtisadi müstəqillik haqqında qanun layihələrinin geniş
müzakirəyə verilməsi haqqında qərarlar qəbul edildi.
112
Suverenlik haqqında qanun layihəsinin ümumxalq müzakirəsi keçirildi.
Qanuna respublikada Azərbaycan SSR qanunlarının ittifaq qanunlarından
üstünlüyü və onun SSRİ tərkibindən çıxmaq reqlamenti haqqında mühüm bəndlər
daxil edildi. Ali Sovetin sentyabrın 23-də öz işini davam etdirən növbədənkənar
sessiyası "Azərbaycan SSR-in suverenliyi haqqında" Konstitusiya qanununu qəbul
etdi.
113
Azərbaycan SSR Nazirlər Soveti 1989-cu il oktyabrın 5-də AXC-ni rəsmi
qeydə aldı.
114
AXC-nin bu vaxta qədər buraxılan bülleteni əvəzinə dekabrın 4-dən
"Azadlıq" qəzetinin kütləvi tirajla nəşrinə başlandı.
115
Azərbaycan Xalq Cəbhəsi artıq nüfuzlu kütləvi təşkilata çevrilmişdi. Onun
sıralarında 300 minə qədər üzv və tərəfdar birləşmişdi.
116
Lakin xalq içərisində Heydər Əliyevin nüfuzu daha böyük idi.
Avtomobillərin ön şüşələrində onun şəkillərini gəzdirirdilər. Azərbaycan SSR
Dövlət Təhlükəsizlik Komitəsi sədrinin Moskvaya göndərdiyi 1990-cı il 3 yanvar
tarixli məlumatında yazılırdı: "Əvvəlki kimi... Heydər Əliyevin mövqeləri
207
güclüdür. Əhali indiyədək Heydər Əliyevin adını ehtiramla çəkir... Heydər
Əliyevin Azərbaycan SSR Ali Sovetinə Ordubad rayonundan deputatlığa
namizədliyini irəli sürməyi, əlverişli şərait yarandığı halda isə onu Ali Sovet
Rəyasət Heyətinin sədri vəzifəsinə seçməyi planlaşdırırlar".
117
Dostları ilə paylaş: |