TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə



Yüklə 27,32 Mb.
Pdf görüntüsü
səhifə31/168
tarix02.01.2022
ölçüsü27,32 Mb.
#1595
1   ...   27   28   29   30   31   32   33   34   ...   168
AZƏRBAYCANIN BEYNƏLXALQ 

ƏLAQƏLƏRĠ 

 

(1945-1990-cı illərdə) 

 

1. AZƏRBAYCANIN BEYNƏLXALQ ĠQTĠSADĠ ƏLAQƏLƏRĠ 

 

İkinci dünya müharibəsi başa çatdıqdan sonra SSRİ-nin beynəlxalq aləmdə 



siyasi və iqtisadi nüfuzu xeyli yüksəldi. İlk olaraq Şərqi Avropa və Asiyada onun 

hərbi və iqtisadi yardımı ilə bir sıra yeni dövlətlər yarandı. Bu dövlətlər siyasi və 

iqtisadi inkişaf yollarını SSRİ-nin birbaşa müdaxiləsi və köməyi ilə hakimiyyəti ələ 

keçirmiş  sovet  təmayüllü  Kommunist  və  Xalq  Demokratik  partiyalarının  işləyib 

hazırladıqları  proqramlar  əsasında  müəyyən  edirdilər.  1945-1961-ci  illər  ərzində 

isə Asiya, Afrika, Avropa və Amerika qitələrində "sosialist" inkişaf yolunu seçmiş 

bir sıra dövlətlər yarandı ki, onların da hamısı ilk siyasi, hərbi və iqtisadi yardımı 

SSRİ-dən  almışdılar.  Bu  dövlətlər  içərisində  Şərqi  və  Cənubi  Avropada  Polşa, 

ADR,  Çexoslovakiya,  Rumıniya,  Bolqarıstan,  Albaniya,  Yuqoslaviya,  Cənubi-

Şərqi  Asiyada,  Çin,  Vyetnam,  Laos,  Şimali  Afrikada  Misir,  Liviya  və  Əlcəzair, 

Yaxın  Şərqdə  Suriya  və  İraq,  Amerikada  Kuba  və  başqaları  idi.  Həmin  ölkələrə 

SSRİ  tərəfindən  göstərilən  yardımda  bütün  "müttəfiq"  respublikalar,  o  cümlədən 

Azərbaycan SSR də fəal iştirak edirdi. Bu yardım iqtisadi, ideoloji, kadr hazırlığı 

və digər sahələri əhatə edirdi. SSRİ dövlətinin apardığı bu siyasət XX əsrin ikinci 

yarısında  dünyanın  hərbi-siyasi  və  iqtisadi  cəhətdən  iki  sistemə  bölünməsi  ilə 

nəticələnmişdi. "Sosializm düşərgəsi"nə daxil olan ölkələrlə Sovet İttifaqı arasında 

olan siyasi iqtisadi və mədəni əlaqələr çox geniş və hərtərəfli idi. Bu isə SSRİ-nin 

siyasi  və  strateji  maraqlarından  irəli  gəlirdi.  Lakin  XX  əsrin  II  yarısında  Sovet 

İttifaqının ideoloji və siyasi fərqlərə baxmayaraq dünyanın inkişaf etmiş ölkələri ilə 

iqtisadi  və  mədəni  əlaqələri  də  mövcud  idi.  Bu  əlaqələr  dünya  xalqlarına  Sovet 

İttifaqında  yaşayan  xalqların,  ilk  növbədə  iqtisadiyyatının  mədəniyyəti  və 

incəsənəti ilə yaxından tanış olmağa imkan yaradırdı. 

Müharibədən  sonrakı illərdə  Azərbaycanın beynəlxalq aləmdə diqqətəlayiq 

fəaliyyəti olmuşdur. Həmin dövrdə ölkənin ictimai-siyasi, iqtisadi, mədəni və elmi 

potensialı dünya dövlətləri arasında gedən əməkdaşlıq sistemində özünəməxsus yer 

tutmuş  və  çoxsahəli  beynəlxalq  əlaqələr  yaratmışdır.  Respublikanın  beynəlxalq 

aləmdə  həyata  keçirdiyi  əməkdaşlığının  və  əlaqələrinin  əsas  sahələrindən  biri  də 

onun dünyada gedən iqtisadi proseslərdə öz milli potensialının imkanları daxilində 




216 

 

iştirakı  və  bu  istiqamətdə  Yer  kürəsinin  müxtəlif  qitələrində  yerləşən  ölkələr  ilə 



geniş iqtisadi əlaqələr yaratmasıdır. Azərbaycanın beynəlxalq iqtisadi əlaqələri öz 

məzmununa,  əhatə  dairəsinə  və  istiqamətlərinə  görə  ikitərəfli  və  çoxtərəfli 

olmuşdur.  Bu  əlaqələrin  özü  də  müxtəlif  dövrlərdə  müxtəlif  forma  və  həcmdə 

həyata keçirilmişdir. 50-60-cı illərdə Azərbaycandan dünyanın müxtəlif ölkələrinə 

çoxçeşidli  sənaye  məhsulu  göndərilirdi.  Əgər  1956-cı  ildə  Azərbaycanın  sənaye 

məhsulu  14  ölkəyə  ixrac  olunurdusa,

1

  1957-ci  ildə  respublikadan  artıq  20  ölkəyə 



məhsul  ixrac  edilirdi.

2

  İxrac  olunan  sənaye  məhsullarının  növləri  də,  həcmi  də 



artmışdı. Azərbaycandan dünya ölkələrinə 1947-ci ildə 35, 1958-ci ildə 120, 60-cı 

illərdə  isə  280  adda  sənaye  məhsulu  ixrac  edilirdi.  İxraca  işləyən  sənaye 

müəssisələrinin sayı 1947-1950-ci illərdə 5-dən 17-yə, 1960-1970-ci illərdə isə 60-

a  çatmışdı.

3

  İxracda  neft  və  maşınqayırma  sənayesi  məhsulları  əsas  yer  tuturdu. 



Onlar  ümumi  xarici  ixracda  1958-ci  ildə  57,4  faiz,  1964-cü  ildə  isə  artıq  62  faiz 

təşkil edirdilər.

4

  1960-cı  ildə  Azərbaycandan  neft  məhsullarının  ixracı  1958-ci  ilə 



nisbətən 270 faiz artmışdı.

5

 



Azərbaycandan  xarici  ölkələrə  ixrac  olunan  məhsulların  ümumi  çəkisində 

neft sənayesi üçün avadanlıqlar əsas yer tuturdu. Azərbaycan 1945-1970-ci illərdə 

bu sahədə dünyanın 15-dən çox ölkəsi ilə əlaqə saxlayırdı. 1970-1990-cı illərdə bu 

əlaqələr daha geniş miqyasda olmuşdur.

6

 

Həmin  illərdə  Azərbaycanın  xarici  iqtisadi  əlaqələrinin  daha  effektli 



işləməsi  üçün  dövlət  orqanları  yaradılmışdı.  Bunların  sayəsində  Azərbaycanın 

beynəlxalq  iqtisadi  münasibətləri,  dünyanın  bütün  qitələrində  yerləşən  ölkələrlə 

inkişaf  etdirilmiş  və  beynəlxalq  təsərrüfat  əlaqələrinin  bütün  forma  və 

istiqamətlərində  özünü  göstərmişdir.  Respublikanın  bu  sahədə  töhfəsi  həm 

keyfiyyətcə, həm də kəmiyyətcə artmışdı. Əgər 1970-ci ildə Azərbaycan dünyanın 

55  ölkəsinə  öz  20  sənaye  sahəsinin  70  böyük  müəssisələrinin  istehsal  etdiyi  300 

adda məhsulu ixrac edirdisə, 1980-ci ilin axırına olan məlumata görə artıq ölkənin 

bütün  sənaye  sahələrini  əhatə  edən  115  zavod,  müəssisə  və  fabrikləri  xarici 

ölkələrə  340  addan  yuxarı  məhsul  ixrac  edirdilər.  Ümumiyyətlə,  1970-1990-cı 

illərdə  Azərbaycan  100-dən  yuxarı  xarici  ölkəyə  400  adda  məhsul  ixrac  edirdi.

Xarici  iqtisadi  əlaqələrdə,  ələlxüsus,  məhsul  ixracında,  respublikanın  əsas  sənaye 



mərkəzi kimi Bakı əsas rol oynayırdı. Onun 53-dən artıq müəssisəsi dünyanın 65 

ölkəsinə öz məhsullarını ixrac edirdilər. Həmin əlaqələrdə Bakı  şəhərindən başqa 

Gəncə,  Mingəçevir,  Sumqayıt,  Salyan,  Zaqatala  və  başqa  şəhərlərin  sənaye 

müəssisələri  də  fəal  iştirak  edirdilər,  kimyaçılar  şəhəri  Sumqayıtın  sənaye 

müəssisələri dünyanın 60 ölkəsinə müxtəlif növdə sənaye məhsulları göndərirdi.

8

 



Azərbaycan  istehsal  etdiyi  məhsulları  xarici  ölkələrə  ixrac  edərək,  öz 

növbəsində dünyanın bir çox ölkələrindən respublikada  yeni sənaye obyektlərinin 

tikilməsi  üçün  kompleks  avadanlıqlar,  maşın  və  aqreqatlar,  avtomat  sistemləri 



217 

 

alırdı.  Bu  isə  respublikada  bir  sıra  yeni  sənaye  sahələrinin  yaranmasında  və 



inkişafında böyük rol oynadı. 1976-1980-ci illərdə xarici ölkələrdən idxal olunmuş 

məhsulların  köməyi  ilə  Azərbaycanda  20-dən  yuxarı  aqrar-sənaye  obyektləri 

tikilmiş,  yenidən  qurulmuş,  Sumqayıtda  kauçuk  və  superfosfat  zavodlarında  yeni 

texniki  sahələr,  "Orqsintez",  "Kimyasənaye"  və  "Azərsu",  Bakı  kondisionerlər 

zavodu,  Ələt  Ağac  Emalı  Kombinatı,  Gəncə  Təcrübə  Kombinatı,  Dərin  Dəniz 

Özülləri zavodu tikilmiş, bərpa edilmiş və yenidən inşa edilmişdi.

9

 

1945-1990-cı 



illərdə 

Azərbaycanın 

xarici 

iqtisadi 

əlaqələrinin 

genişlənməsində  onun  beynəlxalq  sərgilərdə,  yarmarkalarda  iştirakı  mühüm  rol 

oynayırdı.  Respublikada  istehsal  olunan  sənaye  məhsulları  1950-ci  ildə  Milanda 

keçirilmiş  yarmarkada,  1958-ci  ildə  Belçikanın  Brüssel  şəhərində  52  ölkənin 

iştirakı ilə keçirilən yarmarka-konfransda təmsil olunmuşdu.

10

1965-ci ildə ilk dəfə 



SSRİ  respublikalarından  yalnız  Azərbaycan  İranın  paytaxtı  Tehranda  keçirilən 

ticarət-sənaye  sərgisində  iştirak  etmişdi.  1966-cı  ildə  isə  respublikamız  Suriya 

Ərəb  Respublikasının  paytaxtı  Dəməşqdə  13-cü  Beynəlxalq  yarmarkada  (bu 

sərgidə  respublikanın  40  sənaye  müəssisəsinin  300-dən  çox  məhsulu  nümayiş 

etdirilmişdi),  1967-ci  ildə  Kanadanın  Monreal  şəhərində  keçirilən  "EKSPO-67" 

ümumdünya  sərgisində,  həmin  ildə  Buxarestdə  keçirilən  xalq  ticarət-sənaye 

sərgisində, 1968-ci ildə Əlcəzairdə 5-ci Beynəlxalq yarmarkada özünün 51 sənaye 

müəssisəsinin  istehsal  etdiyi  360  məhsul  növü  ilə  iştirak  etmişdi.

11

  1970-1990-cı 



illərdə  də  Azərbaycan  SSR-in  ilk  növbədə  beynəlxalq  sərgilərdə  iştirakı  daha  da 

geniş  miqyas almışdır. Həmin illərdə  Azərbaycan dünyanın  müxtəlif şəhərlərində 

keçirilən  100-ə  yaxın  böyük  beynəlxalq  iqtisadi  yarmarka  və  sərgilərdə 

respublikanın 115 sənaye sahəsinin 100-dən yuxarı  müəssisəsində istehsal olunan 

15000-ə  yaxın  məhsul  növləri  nümayiş  etdirmişdi.  Respublikanın  özündə 

keçirilmiş  80-dən  artıq  yarmarka  və  sərgilər  də  əhəmiyyətli  olmuşdur.

12

  Bakı 


demək  olar  ki,  dünyanın  yarmarka,  sərgi  və  simpozium  mərkəzlərindən  birinə 

çevrilmişdi. Bakıda  keçirilən yarmarka sərgilərdə ayrı-ayrı  bölmələrdə 18000-dən 

yuxarı  məhsul növü nümayiş etdirilmişdi. Bakıda 40-dan çox beynəlxalq iqtisadi, 

elmi-texniki  simpoziumlar,  o  cümlədən  "Konfleksil"  (Fransa),  "Simens-AQ" 

(Almaniya),  "Şell"  (Böyük  Britaniya),  "AQA-İnfrered  AB"  (İsveçrə)  kimi 

şirkətlərin iştirakı ilə keçirilmişdir.

13

 Bakıda 1989-cu ildə Amerika, Avropa, Asiya 



və Afrika iş adamlarının 15 ölkənin iştirakı ilə keçirilən iqtisadi sərgi daha nəticəli 

olmuşdur.  Sərginin  işlədiyi  10  gün  müddətində  Azərbaycanın  86  müəssisəsi 

iqtisadi  təşkilatları  və  kooperativləri  xarici  ölkələrin  75  firmaları  ilə  iş  əlaqəsi 

yarada bilmişdilər.

14

 

1981-1985-ci  illərdə  Bakıda  48  xarici  firmanın  131  və  1690  Azərbaycan 



mütəxəssisinin  iştirakı  ilə  13  beynəlxalq  simpozium  və  respublikanın  3650 

mütəxəssisinin  fəal  iştirakı  ilə  35  simpozium  təşkil  edilmişdi.

15

  1945-1990-cı 




218 

 

illərdə  keçirilmiş  yarmarka  və  sərgilərdə  Azərbaycan  35  dəfə  qızıl  medala  layiq 



görülmüşdü.  Bundan  başqa,  Azərbaycanın  sərgi  bölmələri  onlarca  yüksək 

diplomlar və fəxri fərmanlarla təltif edilmişdi.

16

 

Azərbaycan  Respublikasının  ictimai  və  siyasi  quruluşlarından  asılı 



olmayaraq  dünyanın  müxtəlif  dövlətləri  ilə  beynəlxalq  iqtisadi  əlaqələri 

yaradılmışdı.  Azərbaycanla  "sosialist"  dövlətləri  arasında  iqtisadi  əlaqələr  daha 

geniş  idi.  Əgər,  1966-cı  ildə  Azərbaycan  həmin  ölkələrə  180  adda  məhsul 

göndərmişdisə,  70-80-ci  illərdə  onların  sayı  artıq  250-yə  çatmışdı.  Həmin  illərdə 

respublikanın  100-dən  yuxarı  sənaye  müəssisəsi  sosialist  ölkələrinə  məhsul  ixrac 

edirdi.


17 

Azərbaycandan  bu  ölkələrə  göndərilən  məhsulların  arasında  kənd 

təsərrüfatı  məhsulları  mühüm  yer  tuturdu.  Təkcə  1980-1985-ci  illərdə  həmin 

ölkələrə  331 min 60 ton pambıq ixrac edilmişdi.  Onun ümumi ixracı 1970-ci  illə 

müqayisədə  1985-ci  ildə  22-dən  37  faizə  qədər  artmışdı.  Xarici  ölkələrə  ixrac 

olunan  məhsullar  içərisində  şərab  məhsulları  mühüm  yer  tuturdu.  1976-1980-ci 

illərdə  sosialist  ölkələrinə  2,5  mln  dollar  dəyərində  110  min  dekalitr  konyak,  32 

mln  600  min  manatlıq  şampan  şərabları  göndərilmişdi.

18

  Öz  növbəsində 



Azərbaycan da sosialist ölkələrindən həmin illərdə 20-55 adda məhsul almışdı.

19

 



Azərbaycanın  "sosialist"  ölkələrindən  aldığı  məhsullar  içərisində  kənd 

təsərrüfatı  texnikası  idxalı  əsas  yerlərdən  birini  tuturdu.  1971-1979-cu  illərdə 

Azərbaycan  Bolqarıstandan,  Çexoslovakiyadan,  Rumıniyadan,  ADR-dən, 

Macarıstandan  kənd  təsərrüfatının  müxtəlif  sahələrində  istifadə  olunan  traktor 

kombayn və başqa maşınları almışdı.

20

 



Keçmiş  SSRİ  ilə  dünya  dövlətləri  arasında  yaranan  iqtisadi  əlaqələrin 

inkişafında  Azərbaycanın  da  özünəməxsus  yeri  olmuşdur.  Məsələn,  70-ci  illərdə 

Azərbaycan  Hindistana  30  adda  20  sənaye  müəssisəsinin  məhsulunu,  Suriyaya  - 

30, İrana - 30 və 70, Əfqanıstana - 20 və 50, MƏR-ə - 20 və 30, Pakistana - 18 və 

25,  Şri-Lankaya  -  15  adda  20  sənaye  müəssisəsinin  məhsullarını  göndərmişdi. 

Afrika  ölkələrindən  Əlcəzair,  Qvineya,  MƏR,  Keniya,  Konqo,  Liviya,  Mali, 

Mərakeş, Somali, Sudan, Tanzaniya, Efiopiya, Anqola və başqa ölkələrə 50 sənaye 

müəssisəsinin 35 adda məhsulları göndərilirdi.

21

 

Qərbi  Avropa  ölkələrindən  Belçika,  Avstriya,  Finlandiya,  AFR,  Böyük 



Britaniya, Fransa, İtaliya, İspaniya, Norveç, həmçinin Avstraliya, ABŞ, Niderland, 

İsveçrə,  İsveç,  Yaponiya  və  digər  dövlətlərin  həmin  dövrdə  Azərbaycan  SSR-lə 

əlaqələri  olmuşdur.  Bu  ölkələrə  respublikadan  200-ə  yaxın  məhsul  növü  ixrac 

edilmişdir.  Öz  növbəsində  isə  Azərbaycana  həmin  ölkələrdən  350-yə  qədər  adda 

müxtəlif  məhsullar  -  avadanlıq,  maşın,  texniki  vasitələr  alınmışdı.  Təkcə  1981-ci 

ildə  Fransadan  "Azneft"  üçün  150  ton  tutumu  olan  soyuducu,  Dərin  Özüllər 

zavodunda  platformaların  tikintisi  üçün  48796  min  manatlıq,  Sumqayıt  "Kimya" 

Birliyi  üçün  26,7  milyon  manatlıq  avadanlıq  idxal  edilmişdi.

22

  80-ci  illərdən  isə 




219 

 

Azərbaycanda bir sıra Qərb ölkələri ilə birgə istehsal sahələri işə başlamışdı. 1989-



cu  ildə  xarici  ölkə  şirkətinin  iştirakı  ilə  istismara  verilmiş  "Bakı-Milan"  istehsal 

sahəsinin illik məhsul buraxılışı həmin illərdə elektrik cihazları üzrə 700 min ədəd, 

elektrik  mühərrikləri  üzrə  isə  1,5  milyon  ədəd  olmuşdu.  Bu  müəssisə  "Bakı 

kondisioner"  Birliyi  ilə  İtaliyanın  "Merlopi-Pricetti"  firması  arasında  1987-ci  ildə 

bağlanmış  müqavilə  əsasında Bakıda  fəaliyyətə  başladı.  1988-ci  ildən isə  "Delta" 

Azərbaycan-Türkiyə  birgə  müəssisəsi  işə  başlamış,  "Bakı  kondisioner"  Birliyi  ilə 

ABŞ-ın  "Dceneral  elektrik"  şirkəti  arasında  birbaşa  əlaqələr  yaranmışdı.

23

  Təkcə 



1970-1990-cı  illərdə  ABŞ,  Böyük  Britaniya,  Fransa,    Finlandiya,  Danimarka,  

Avstriya,  Argentina, İsveçrə, Türkiyə və digər dövlətlərdən Bakıya 120-dən artıq 

nümayəndə  heyəti  gəlmişdi.  Bundan  başqa,  bu  ölkələrin  iş  adamlarının  100-dən 

çox  nümayəndə  heyəti  Bakıda  olmuş  və  burada  onlarca  iqtisadi  sərgi  və 

simpoziumlar təşkil edilmişdi.

24

 



Ümumiyyətlə,  1945-1990-cı  illərdə  Azərbaycan  dünyanın  müxtəlif 

dövlətləri ilə beynəlxalq iqtisadi əlaqələr yaratmış və həmin əlaqələrin ən müxtəlif 

formalarından istifadə etmişdir. Eyni zamanda, o  bu əlaqələrin vasitəsi ilə özünün 

maddi  potensialı  haqqında  geniş  məlumatların  yayılmasına  nail  olmuşdur.  Bu, 

həmçinin  Azərbaycanın  həmin  illərdə  inkişaf  etmiş  iqtisadi  potensiala  malik 

olmasını,  onun  dünya  iqtisadi  prosesləri  sistemində  özünəməxsus  yer  tutmasını 

göstərir. 

 


Yüklə 27,32 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin