TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə



Yüklə 27,32 Mb.
Pdf görüntüsü
səhifə37/168
tarix02.01.2022
ölçüsü27,32 Mb.
#1595
1   ...   33   34   35   36   37   38   39   40   ...   168

Partiyanın  1992-ci  il  21  noyabr  tarixli  bəyanatında  qeyd  olunurdu  ki,  bu 

partiyanın  başlıca  proqram  məqsədi  dövlət  müstəqilliyinin  möhkəmləndirilməsi, 

ərazi bütövlüyü, sivilizasiyalı demokratik hüquqi dövlət, möhkəm əmin-amanlıq və 

ictimai  həmrəylik,  sabit  və  sosial  istiqamətli  iqtisadiyyat  yaratmaqdan,  geniş 

demokratik  islahatlar  həyata  keçirmək  uğrunda  mübarizə  aparmaqdan  ibarətdir. 

"Bizim  şüarımız  müxalifət  naminə  müxalifət  ola  bilməz!  Bizim  prinsipimiz 

konstruktivlikdir".

8

  Partiyanın  sıraları  sürətlə  artırdı.  Lakin  o,  iqtidara  birdən-birə 



gələ bilmədi.

9

 



Heydər Əliyev təkcə YAP-ın deyil, bütün Azərbaycan xalqının lideri idi. O 

öz  məsləhətləri ilə xalqı yaxınlaşmaqda olan daha böyük fəlakətlərdən qurtarmaq 

üçün  iqtidara  yol  göstərməyə  çalışırdı.  Uzun  müddət  bu  məsləhətlərə  məhəl 



264 

 

qoymayıb səriştəsiz siyasəti ilə ölkəni parçalanmaq, vətəndaş müharibəsi həddinə 



gətirmiş  iqtidar  başlanmış  təhlükəli  proseslərin  qarşısını  almaqda  gücsüzlüyünü 

görüb  son  anda  kömək  üçün  Heydər  Əliyevə  müraciət  etdi.  Prezident  Elçibəyin 

dəfələrlə  təkidli  dəvətlərindən  sonra  Heydər  Əliyev  1993-cü  il  iyunun  9-da 

hökumətin onun ardınca göndərdiyi təyyarə ilə Bakıya gəldi.

10

 

Heydər  Əliyev  genişlənmək  təhlükəsi  olan  vətəndaş  müharibəsini 



dayandırmaq üçün ağıllı, düşünülmüş siyasi tədbirlər həyata keçirdi. O, iyunun 13-

14-də  Gəncə  şəhərində  hərbi  müxalifətlə  danışıqlar  apardı,  mövcud  siyasi 

böhrandan çıxış yollarını müəyyənləşdirdi. 

İyunun 15-də Azərbaycan Respublikası Milli Məclisinin fövqəladə sessiyası 

Heydər  Əliyevi  Ali  Sovetin  sədri  seçdi.

12

  Bu  gün  Azərbaycanın  müasir  dövr 



tarixinə  "Qurtuluş  Günü"  kimi  daxil  oldu.  Sonralar  -  1997-ci  ilin  iyununda  Milli 

Məclis  bu  günü  "Milli  Qurtuluş  Günü"  kimi  bayram  elan  etdi.

13

  1992-ci  ilin  15 



iyunu  -  Üçüncü  Azərbaycan  Respublikasının  həyatında  baş  verən  bu  əlamətdar 

hadisə Azərbaycan tarixində yeni bir dövrün başlanğıcı oldu. 

Siyasi  bacarıqsızlığı  ilə  ölkəni  vətəndaş  müharibəsi,  siyasi  pərakəndəlik 

həddinə gətirib çıxarmış, iqtisadi və sosial problemləri daha da mürəkkəbləşdirmiş 

AXC  -  Müsavat iqtidarı  komandası özü  hakimiyyətə dəvət etdiyi Heydər Əliyevə 

bu  mürəkkəb  problemləri  aradan  qaldırmaqda  köməkçi  olmaqdansa,  müxalifətə 

keçdi: bir çoxu qaçıb gizləndi, bəziləri fəaliyyətlərini "dondurdu". Siyasi gərginliyə 

tab  gətirə  bilməyən,  şəxsi  təhlükəsizliyindən  qorxan,  baş  götürüb  qaçmaqla  guya 

paytaxtda qardaş qırğınının qarşısını almağa çalışan prezident Elçibəy iyunun 17-

dən 18-nə keçən gecə Bakını gizlicə tərk edib Naxçıvan MR-in Ordubad rayonuna 

-  doğulduğu  Kələki  kəndinə  getdi  və  ölkəni  bu  ucqar  dağ  kəndindən  idarə  etmək 

iddiasında olduğunu bildirdi.

14

 Milli Məclis qaçqın prezidentə geri qayıdıb ölkəyə 



belə bir mürəkkəb şəraitdə lazımi səviyyədə rəhbərlik etməyi dönə-dönə təklif etsə 

də, hər dəfə  faktik olaraq rədd cavabı aldı.  İyunun 24-də  Milli Məclis respublika 

prezidentinin səlahiyyətlərini Ali Sovetin sədri Heydər Əliyevə həvalə etdi.

15

 



Vətəndaş  müharibəsini  dayandırmaq  məqsədilə  Heydər  Əliyev  heç  bir 

siyasi  idarəçilik  bacarığı  olmayan,  xarici  dövlətin  xüsusi  orqanlarının  və  revanş 

almaq  istəyən  qüvvələrin  əlində  oyuncağa  çevrilmiş,  lakin  real  silahlı  gücə  malik 

S.Hüseynovu  öz  sayıq  nəzarəti  altında  baş  nazir  vəzifəsinə  təyin  etdi.  Güc 

nazirliklərinə rəhbərlik ona tapşırıldı.

16

 



Heydər Əliyev iqtidarında yüksək vəzifələr tutsa da, öz məqsədinə nail ola 

bilməyəcəyini  dərk  edən  S.Hüseynov  qərargahı  Gəncədə  yerləşən  Səhra  Cəbhə 

İdarəsi yaratdı. Burada R.Qazıyev və iyunun 15-də Lənkəranda hakimiyyəti hərbi 

hissələrin  köməyi  ilə  devirmiş,  cənub  bölgəsinə  faktiki  rəhbərlik  edən 

Ə.Hümbətovla  birgə  dövlət  başçısını  hakimiyyətdən  əl  çəkməyə  məcbur  etmək 

planlarını həyata keçirməyə cəhd etdi. 




265 

 

1993-cü  ilin  yayı  və  payızında  hərbi  müxalifətin  cinayətkar  satqınlığı 



nəticəsində  Azərbaycanın  ərazi  bütövlüyünə  yeni zərbələr  endirildi.  Ermənistanın 

hərbi  qüvvələri  Azərbaycandakı  siyasi  böhrandan  istifadə  edib  iyunun 

əvvəllərindən  başlayaraq  güclü  hücuma  keçdi.  Hərbi  qiyam  vaxtı  Ağdam 

cəbhəsindən  həm  AXC-Müsavat  iqtidarına,  həm də  S.Hüseynova  tabe  xeyli canlı 

qüvvə  və  hərbi  texnika  çıxarılmışdı.

17

  Daxili  qoşun  hissələri  Bakının 



"surətçi"lərdən müdafiəsinə çağırılmışdı.

18

 Düşmən bundan istifadə edib Ağdamın 



Qarqar çayı və Sayıbalı kəndinə qədər ərazisini ələ keçirmişdi. İyunun 25-dən 26-

na  keçən  gecə  milli  silahlı  qüvvələr  Ağdam  cəbhəsindən  çıxarıldı.  Cəbhə  yerli 

özünümüdafiə  taburlarının  ümidinə  qaldı.  İyulun  əvvəllərində  S.Hüseynova  sadiq 

709 saylı hərbi hissə

 

Ağdama daxil oldu.



19

 S.Hüseynov Ağdamı düşmənə, özünün 

dediyi kimi, "əlborcu verməklə" ölkədə siyasi vəziyyəti daha da gərginləşdirmək, 

Heydər  Əliyevi  hakimiyyətdən  kənarlaşdırmaq  istəyirdi.  Döyüşlərin  bütün 

ağırlıqlarını çəkmiş özünümüdafiə taburları döyüş mövqelərindən çıxarıldı. Ağdam 

şəhəri düşmən tərəfindən intensiv atəşə tutularkən "surətçilər" heç bir cavab tədbiri 

görmədilər.  Düşmən  sürətlə  irəlilədi.  Malıbəylidə  ağır  döyüşlər  getdi.  Asif 

Məhərrəmovun  başçılıq  etdiyi  özünümüdafiə  taburu  iyulun  22-23-də  bütün  günü 

və  gecəni  düşmənlə  əlbəyaxa  vuruşdu,  lakin  heç  bir  kömək  almadığından  geri 

çəkilməyə məcbur oldu. İyulun 23-də səhər əsasən özünümüdafiə taburlarının gücü 

ilə 43 gün düşmənlə qanlı döyüşlər aparmış Ağdam şəhəri işğal olundu.

20

 



S.Hüseynov Gəncədə bəyanat verib bildirdi ki, o, "xalq və dövlət taleyinin 

həll edilməsi məsələsini" öz üzərinə götürür. Ə.Hümbətov bu bəyanatı alqışladı.

21

 

Cənub  bölgələrində  separatçılıq  edən  qüvvələrlə  münasibəti  sivil  qaydada 



nizama  salmaq  istəyən  Heydər  Əliyev  Ə.Hümbətovla  görüşməyi  qərara  aldı.  Bu 

görüşdə "səlahiyyətim avtomatımdır" -deyən Hümbətov davakar-ultimativ iddialar 

irəli  sürdü.  S.Hüseynova  geniş  səlahiyyətlər  verilməsini,  Ali  Sovetin  sessiyasını 

çağırıb  A.Mütəllibovu  öz  vəzifəsinə  qaytarmağı  tələb  etdi  və  qəti  rədd  cavabı 

aldı.

22

 



1993-cü il avqustun 7-də respublikanın cənub bölgələrində üzdəniraq "Talış 

Muğan  Respublikası"  (TMR)  yaradıldığı  elan  olundu.  "Hökumət"  təşkil  edildi. 

Rusiya, İran və Belarus dövlətlərinə, BMT-yə müraciət edib bu qondarma qurumu 

tanımağı xahiş etdilər. Təbii ki, cavab almadılar.

23

 

Yerlərdə baş verən kortəbii mitinqlərdə əhali Ə.Hümbətovun silahlı quldur 



dəstəsinin ləğv olunmasını, qondarma "TMR"-i tanımadığını bəyan edirdi. Heydər 

Əliyev xalqın dəstəyinə arxalanaraq məsələni dinc vasitələrlə həll etməyə üstünlük 

verdi.  Avqustun  13-də  o,  bu  bölgədən  olan  xalq  deputatları,  tanınmış  ziyalılar  və 

ağsaqqallarla  görüşdü.  Onlar  "hümbətovçulara"  qarşı  qəti  tədbirlər  görülməsini 

tələb  etdilər.  Avqustun  17-də  Milli  Məclis  Lənkəran  hadisələrinə  siyasi  qiymət 

verdi,  onu  Azərbaycanın  müstəqilliyinə  qarşı  qüvvələrin  siyasi  oyunu  kimi  ifşa 




266 

 

etdi. S.Hüseynov avqustun 18-19-da Gəncədə Ə.Hümbətovu dost kimi qəbul edib 



möhkəm  dayanmağı  məsləhət  gördüyü  vaxt  cənub  rayonları  əhalisinin  etiraz 

hərəkatı genişlənirdi. Xalqın və dövlət qüvvələrinin birliyi sayəsində avqustun 23-

də separatçılar dövlətin gücü ilə məğlub edildilər. Ə. Hümbətov qaçdı, "TMR" ləğv 

olundu.


24

 

Satqınların  və  köhnə  iqtidara  sadiq  hərbi  hissələrin  təxribatı  nəticəsində 



avqustun  18-də  Cəbrayıl,  23-də  Füzuli,  31-də  Qubadlı  rayonları  işğal  olundu. 

Mühasirəyə düşmüş Zəngilan rayonu oktyabrın 29-30-da düşmən əlinə keçdi.

25

 

Ölkənin  müstəqilliyinə  qənim  kəsilmiş,  xaricdən  idarə  olunan  qüvvələrin 



hakimiyyəti ələ almaq üçün heç nədən çəkinmədiyini görən xalq Heydər Əliyevin 

ətrafında daha sıx birləşməyə başladı. Milli Məclisin qərarı ilə 1993-cü il avqustun 

29-da  prezident  Ə.Elçibəyə  etimad  haqqında  referendum  keçirildi.  Referendumda 

iştirak edənlərin 97,5 faizi prezidentə etimadsızlıq göstərdi.

26

 

1993-cü  il  oktyabrın  3-də  Azərbaycan  xalqı  Heydər  Əliyevi  alternativ 



əsasla, səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçdi.

27

 



Prezident Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin ardıcıl və dönməz 

olduğunu  təsdiqləyən  uğurlu  daxili  və  xarici  siyasəti  düşmənləri  ciddi  narahat 

edirdi.  Onlar  paytaxtda  və  respublikanın  digər  iri  yaşayış  məntəqələrində  siyasi 

sabitliyi  pozmaq  üçün  hər  vasitəyə  əl  atırdılar.  Bakı  metropolitenində  yanğın  və 

partlayışlar  törədilir,  Prezidentə  sui-qəsd  təşəbbüsləri,  dövlət  çevrilişinə  cəhdlər 

göstərilirdi. 

1993-cü  il  sentyabrın  ortalarında  S.Hüseynov,  Ə.Hümbətov  və  R.Qazıyev 

qüvvələrini  birləşdirib  Bakıya  hücum  etmək,  Heydər  Əliyevi  hakimiyyətdən 

salmaq  planı  hazırlamışdılar.  Respublikanın  qərb  rayonlarında  qeyri-rəsmi  hərbi 

qruplar yaradılmışdı. Murovdağ, Goranboy və Gədəbəy bölgələrindən 50-yə qədər, 

Lənkərandan  8  zirehli  texnika  və  canlı  qüvvə  Gəncə  ətrafındakı  meşələrdə 

yerləşdirilmiş  və  fürsət  gözləməkdə  idi.  S.Hüseynov  Gəncədə  və  Yevlaxda  öz 

əlaltılarının  müşavirəsini  keçirmiş,  çevrilişə  hazırlıq  tədbirlərini  müzakirə 

etmişdi.


28

  Baş  nazir  və  onun  tərəfdarları  ölkədə  narazılıq  salmaq  üçün  digər 

təxribatlara  da  əl  atır,  ərzaq  təchizatında  süni  gərginlik  yaradır,  inflyasiyanı 

dərinləşdirən tədbirlər görürdülər. 

Cəmiyyətdə  vahimə  yaratmaq  üçün  1994-cü  il  sentyabrın  21-dən  22-nə 

keçən  gecə  Təhlükəsizlik  Nazirliyi  istintaq  təcridxanasından  dövlətə  qarşı 

cinayətlərdə ittiham olunan bir neçə cinayətkar qaçırıldı. Sentyabrın 29-da daha bir 

neçə  cinayət  aktı  törədildi.  Ali  Sovet  sədrinin  müavini  A.Cəlilov  və  Prezident 

yanında  Xüsusi  İdarə  rəisi  Ş.Rəhimov  qətlə  yetirildilər.

29

  Xüsusi  Təyinatlı  Polis 



Dəstəsinin əvvəllər müəyyən hərbi xidmətləri olsa da, pozucu qüvvələrin təsiri ilə 

artıq  cinayət  yoluna  düşmüş  30-a  qədər  "döyüşçüsü"  oktyabrın  2-də  Respublika 

Prokurorluğu  binasına  soxuldu.

30

  Daxili  işlər  nazirinin  müavini  Rövşən  Cavadov 




267 

 

40  nəfərlik  silahlı  dəstə  ilə  nazirliyin  binasına  hücum  edib  dəf  olunduqdan  sonra 



prokurorluğun binasına, qardaşının rəhbərlik etdiyi dəstəyə köməyə gəldi.

31

 



Prezident  Heydər  Əliyevin  apardığı  danışıqlar  nəticəsində  Cavadov 

qardaşları  öz  tərəfdarları  ilə  prokurorluğun  binasını  tərk  etdilər.  Bu,  hərbi  qiyam 

cəhdinin  başlanğıcı  idi.  Oktyabrın  4-də  Gəncədə  S.Hüseynovun  tərəfdarlarından 

ibarət  300-ə  yaxın  silahlı  adam  şəhər  İcra  Hakimiyyəti  binasını  və  başqa  strateji 

obyektləri  ələ  keçirdi.  Bu  zaman  paytaxtda  iki  hərbi  hissənin  əsgərləri  artilleriya 

qurğularını  Prezident  sarayı,  Ali  Sovet  və  Müdafiə  Nazirliyi  binalarına  tuşlayıb 

əmrə müntəzir dayanmışdılar. Oktyabrın 4-dən 5-ə keçən gecə Prezident H.Əliyev 

Azərbaycanın  müstəqil  dövlətçiliyini  müdafiə  etmək  üçün  radio  və  televiziya  ilə 

xalqa müraciət etdi.

32 


Onun çağırışı ilə, gecə yarısı olmasına baxmayaraq, qısa bir 

vaxtda  on  minlərlə  adam  Prezident  sarayı  qarşısına  toplaşdı.

33

  Qiyamçılar 



Prezident sarayına hücuma cəsarət etmədilər. Prezidentin həyata keçirdiyi tədbirlər 

qiyamçılara  qüvvələrini  birləşdirməyə  imkan  vermədi.  Gəncədə  qiyam  yatırıldı. 

Vəziyyətin  dəyişdiyini  görən  Cavadov  qardaşları  Prezidenti  müdafiə  etdiklərini 

bildirdilər.

34

 

Xalq oktyabrın 5-də Bakının Azadlıq meydanında təşkil olunmuş izdihamlı 



ümumxalq mitinqində qanuni Prezidenti dəstəklədiyini bir daha nümayiş etdirdi.

35

 



Qiyam  və  dövlət  çevrilişi  qəsdində  günahkar  olan  S.Hüseynov 

hakimiyyətdən  kənarlaşdırıldı,  Azərbaycandan  Rusiyaya  qaçdı.  1996-cı  ildə  isə 

Rusiyada həbs olunub respublikaya gətirildi və məhkum edildi.

30

 



Düşmənlərin,  xarici kəşfiyyat orqanlarının əlində oyuncaq  olan hakimiyyət 

hərisləri  yenə  də  öz  niyyətlərindən  əl  çəkmirdilər.  1994-cü  il  dekabrın  4-də 

"Azərbaycana  xidmət"  vəqfi  tərkibində  "Azərbaycan  Strateji  Araşdırmalar 

Mərkəzi"  adlı  təşkilat  yaradılmışdı.

37

  Bu  təşkilat  ölkədə  siyasi  müxalifətlə  hərbi 



müxalifəti  birləşdirib  dövlət  çevrilişi  etməyi,  qanuni  Prezidenti  fiziki  cəhətdən 

məhv  edib  A.Mütəllibov,  Ə.Elçibəy  və  başqalarının  təmsil  olunduğu  "Dövlət 

Şurası"  yaratmağı  planlaşdırmışdı.  Mərkəzin  işində  "Müsavat"  və  "Doğru  yol" 

partiyalarının  nümayəndələri  də  fəallıq  göstərirdilər.  Bu  vaxt  AXC  və  ona  yaxın 

qüvvələr də xeyli fəallaşmışdılar.

38

 



Martın 12-dən 13-nə keçən gecə Ağstafa və Qazaxda Xüsusi Təyinatlı Polis 

Dəstəsi  əməkdaşları  (omonçular)  qiyam  qaldırıb  dövlət  idarələrini  zəbt  etdilər.

39

 

Martın 15-də omonçular Bakıda Nizami rayon polis idarəsinə silahlı basqın etdilər 



və  dəf  olundular.  Prezidentin  16  mart  tarixli  fərmanı  ilə  Xüsusi  Təyinatlı  Polis 

Dəstəsi ləğv edildi və onun Bakıdakı əməkdaşlarından silahı könüllü təhvil verib, 

"8-ci  km"  qəsəbəsindəki  bazalarını  tərk  etmək  tələb  olundu.

40 


Cavadov  qardaşları 

Prezidentin  münaqişəni  dinc  yolla  həll  etmək  istəyinə  məhəl  qoymadılar.  Onlar 

bazada toplanmış silahlıları dörd hücum qrupuna bölüb, martın 16-dan 17-nə keçən 



268 

 

gecə Prezident sarayı, Dövlət Teleradio Şirkəti və Daxili İşlər Nazirliyi binalarını 



tutmaq üçün həmlə ilə mühasirəni yarıb şəhərə çıxmağa çalışdılar.

41

 



İqtidarın fövqəladə tədbirləri, hökumət qüvvələrinin çevik hərbi 

əməliyyatları nəticəsində dövlət çevrilişi cəhdi bu dəfə də baş tutmadı. 

  Sonralar da qanuni hakimiyyəti devirmək, Prezidenti fiziki cəhətdən məhv 

etmək  və  başqa  siyasi  terror  cəhdləri  baş  verdi  və  hər  dəfə  respublikanın  hüquq-

mühafizə  orqanları  tərəfindən  qətiyyətlə  dəf  edildi.

42

  Xalq  respublikanın  dövlət 



müstəqilliyinin  təminatçısı  olan  Prezident  Heydər  Əliyevi  dəstəklədi,  siyasi 

yetkinlik, dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirdi. 

 


Yüklə 27,32 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin