§2. ORDU QURUCULUĞU. ATƏġKƏS
Heydər Əliyevin yenidən rəhbərliyə gəldiyi vaxtdan əvvəlki bütün
iqtidarlar, demək olar ki, əsil mənada Azərbaycan ordu quruculuğu ilə məşğul
olmurdular. Onların səriştəsiz siyasəti nəticəsində respublika ərazisinin 20 faizi
düşmən əlinə keçmişdi. Ermənilər "torpağı viran qoymaq" taktikasından istifadə
edirdilər. İşğal olunmuş ərazilərdə evlər, müəssisələr, kommunikasiya vasitələri,
təbii sərvətlər talan edilir, dağıdılır, yandırılırdı. Müharibədə 20 min azərbaycanlı
şəhid olmuş, 100 min nəfər yaralanmış, 5 min nəfər əlilə
çevrilmişdi. Qaçqın və
köçkünlərin sayı milyon nəfəri ötmüşdü.
43
Erməni işğalçıları tərəfindən 4861 nəfər azərbaycanlı, o cümlədən 314
qadın, 58 uşaq, 255 qoca əsir və girov götürülmüşdü.
44
Erməni faşistləri əsir və
girovların həqiqi sayını beynəlxalq humanitar təşkilatlardan gizlədir, onlarla qeyri-
insani rəftar edir, qul kimi işlədir, təhqir edir, alçaldırdılar. Yalnız bir fakt:
öldürülmüş əsir Fərhad Atakişiyevin meyiti üzərində ekspertlər 72 işgəncə əlaməti
aşkar etmişdilər. Onun əlləri, ayaqları sındırılmış, qulaqları kəsilmiş, gözləri
çıxarılmış, dırnaqları kökündən qoparılmış, burun, qulaq dəliklərinə və qarnına
məftil keçirilmişdi. Əsirlərə Azərbaycanın milli bayramları günü daha ağır
işgəncələr verilirdi, erməni qəbri üstə əsir başı kəsmək ənənəyə çevrilmişdi.
45
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş və separatçı "Dağlıq
Qarabağ Respublikası"nın nəzarətində olan əraziləri beynəlxalq terrorizmin təlim
düşərgələrinə və müxtəlif növ kimyəvi qırğın silahlarının sınaq meydanına, habelə
nüvə tullantılarının basdırıldığı zonaya çevrilmişdi. Laçın rayonunun Zabux
kəndində "Kürd konqresi" (başçısı Zeylan Öcalan), Xocavəndin Qırmızı Bazar
ərazisində suriyalıların "Xalq Azadlıq Cəbhəsi" (başçısı Zamir əl-Qisse), Zəngilan
rayonunun Mincivan qəsəbəsində liviyalıların "Hizbullah" (başçısı Ömər Şəhabi)
və livanlıların "Həmas" (başçısı Musa Qulam Haq) kimi terrorçu qrupları
yerləşdirilmişdi. "ASALA" erməni terrorçu təşkilatının radikal qanadı üçün
Şuşanın Xəlfəli, Xocavəndin Kiş, Əsgəranın Xankəndi yaşayış məntəqəsində təlim
269
düşərgələri təşkil edilmişdi. 1996-cı il mayın 26-da Azərbaycanın işğal olunmuş
ərazilərinə əfqan ərəbləri - "əl-Qaidə"çilər gətirilmişdi. Burada nüvə terrorizmi
(Ağdaban, Xanabad, Həsənriz, Kropatkin), bioloji terrorizm (İstisu, Kiş, Aşağı
Veysəlli), kimyəvi terrorizm (Vejnəli, Havıslı) və kompüter terrorizmi (Şuşa,
Xankəndi) üzrə qruplar fəaliyyət göstərirdi.
45a
Dağlıq Qarabağ ərazisində yerləşdirilmiş "S-300" və "Tayfun" raketlərini
Rusiya, Çin və Ermənistan alimləri modernləşdirmişdilər. Ermənistan nüvə silahı
hazırlamağa çalışırdı. Ermənilərin nüvə texnologiyası məsələləri ilə məşğul olan
"Vartanoil", "Razdanmaş", "Jak-Mak Metaliz" və b. şirkətlərinin, "Lizinq" Biznes
Mərkəzinin İran, Rusiya, Fransa, İraq, Pakistan Səudiyyə Ərəbistanı və b.
ölkələrdə filialları fəaliyyət göstərirdi. Dağlıq Qarabağda təşkil edilmiş nüvə
tədqiqatı laboratoriya və mərkəzlərində Suriya, Səudiyyə Ərəbistanı, Pakistan,
İran, Ermənistan alimləri və Əfqanıstandan olan ərəb mütəxəssisləri elmi
axtarışlarını davam etdirirdilər. Erməni və rus alimlərinin birgə sınaq təcrübələri
keçirilmişdi. 2000-ci il dekabrın 14-də qəbul edilmiş Ermənistanın nüvə
proqramının 4-cü maddəsində işğal olunmuş Azərbaycan əraziləri - Kəlbəcərin
Başalıbel, Şuşanın Göytala və Laçının Mixidərə, Malxələf, Aşağı Fərəcan yaşayış
məntəqələri Ermənistanın nüvə zonalarına aid olunmuşdu.
45b
İşğal olunmuş Azərbaycan ərazilərindən işğalçı ordunun dərhal, tamamilə
və qeyd-şərtsiz çıxarılması tələbi BMT Təhlükəsizlik Şurasının 1993-cü il 30 aprel
822, 29 iyul 853, 14 oktyabr 874 və 11 noyabr 884 saylı qətnamələrində öz əksini
tapsa da, Ermənistan müxtəlif bəhanələrlə onları yerinə yetirməkdən imtina
edirdi.
46
Əslində münaqişə tərəflərindən birinə - Ermənistana doğma, o birinə -
Azərbaycana yad münasibət bəsləndiyindən bu qətnamələrin heç birində
Ermənistan təcavüzkar elan olunmurdu. Bunlardan yalnız birində Ermənistanın adı
çəkilir və ondan tələb edilirdi ki, Dağlıq Qarabağa təsir göstərsin.
47
ABŞ, Rusiya
və başqa dövlətlərin parlamentlərində özünə doğma münasibət görən Ermənistan
təcavüzkar əməllərini azğınlıqla davam etdirirdi.
Azərbaycan Ordusu bərbad vəziyyətdə idi, parçalanmışdı, hərbi hissələr
ayrı-ayrı siyasi qrupların təsiri altına düşmüşdü. Silah, sursat, geyim və ərzaqla
təminat yarıtmaz halda idi. Korrupsiya geniş yayılmışdı. Xalq orduya yadlaşır,
fərarilik artırdı. 1991-1992-ci illərdə ordunu 30 min döyüşçü özbaşına tərk
etmişdi.
48
Müdafiə Nazirliyinə tabe olmayan müxtəlif siyasi ambisiyalı, döyüş
qabiliyyəti aşağı olan, nizam-intizamsız hərbi hissələri ləğv etmək, güclü nizami
ordu yaratmaq, bunun üçün xalqı ayağa qaldırmaq, birləşdirmək lazım idi.
Prezident Fərmanı ilə 1993-cü il noyabrın 1-də Dövlət Müdafiə Şurası yaradıldı.
Onun həmin gün keçirilən ilk iclasında ordu quruculuğu, müdafiə məsələləri geniş
müzakirə olundu, müvafiq qərarlar qəbul edildi. Səfərbərliyin təşkili, döyüş
hazırlığının, qoşun hissələri şəxsi heyətinin təlim-tərbiyəsinin təkmilləşdirilməsinə
270
istiqamətləndirilmiş tədbirlər müəyyən edildi.
49
Prezident Heydər Əliyev 1993-cü
il noyabrın 2-də televiziya və radio vasitəsilə xalqa müraciət etdi, onu ölkənin
qeyrət və azadlığı uğrunda birləşib düşmənə qarşı
mübarizəyə qalxmağa çağırdı.
50
Prezidentin çağırışı xalqı silkələdi, hərəkətə gətirdi, orduya könüllü
yazılanların sayı minlərlə idi. Könüllülərdən ibarət taburlar yaradılıb cəbhəyə
göndərildi. Əfqanıstanda xidmət etmiş keçmiş döyüşçülər Prezidentə müraciət
edib, alay yaratmaq təşəbbüsü irəli sürdülər. Bu təcrübəli döyüşçülərdən ibarət
hərbi hissə yaradıldı.
51
1993-cü il noyabrın 23-də Milli Şura "Müdafiə haqqında" Qanun qəbul etdi.
Qanunda ordu quruculuğunda məsul vəzifəli şəxs və orqanların fəaliyyəti
sistemləşdirildi, məsuliyyət sahələri dəqiqləşdirildi.
52
Noyabr-dekabr aylarında
16,7 min döyüşçüsü olan 40 ehtiyat taburu təşkil edildi. Prezident şəxsən cəbhə
bölgələrində ordunun, əsgərlərin döyüş hazırlığının vəziyyəti ilə yaxından tanış
olub, konkret tədbirlər müəyyənləşdirdi.
53
Səhra Cəbhə İdarəsi, 33 köhnə başıpozuq hərbi hissə ləğv edildi,
əldəqayırma "generallar", siyasi hoqqabazlar, xainlər və satqınlar ordudan
uzaqlaşdırıldı,
54
36 tabur təşkil edildi.
55
Səmərəli hərbi təlim üçün proqramlar
hazırlandı, ordunun döyüş hazırlığının yüksəldilməsi işi dövlət başçısının ciddi
nəzarəti altına alındı. 1994-cü ilin sonunda milli ordunun sıralarında 54 min əsgər
və zabit var idi.
56
Silahlı qüvvələrin maddi bazası xeyli möhkəmlənmişdi. Bütün
bunların nəticəsində Azərbaycan Ordusu düşmənin respublikanın içərilərinə doğru
hücumunu dayandırdı, hətta əks-hücuma keçib bir sıra əraziləri işğaldan azad etdi.
1993-cü il noyabrın ortalarında cəbhələrdə intensiv hücuma başlamış
ermənilər Azərbaycan Ordusunun güclü müqavimətinə rast gəldilər. Dekabrın
ortalarında Beyləqan istiqamətində milli ordunun əsgərləri böyük rəşadət
göstərdilər. Birinci tabura hücum edən 15 düşmən tankının 7-si məhv edildi.
57
Azərbaycan döyüşçüləri hücuma keçib 30 km irəlilədilər. Minomyotçular
komandiri Akif Xanəliyev döyüşdə 50-yə qədər düşmən əsgərini məhv etdi.
Xankəndi tərəfə kəşfiyyata getmiş hərbi hissə qəfildən düşmənlə üzləşsə də,
mərdliklə vuruşmuş, ermənilər xeyli itki vermişdilər. Etibar İsmayılov tank
əleyhinə qumbara ilə özünü düşmənə köməyə gələn tankın altına ataraq onu
partlatdı və həyatı bahasına döyüşçü yoldaşlarını ölümdən xilas etdi. Ölümündən
sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verildi.
58
1994-cü il yanvarın 5-də Azərbaycan Ordusu müvəffəqiyyətli əməliyyatlar
nəticəsində Füzuli rayonunda strateji əhəmiyyətli Horadiz
qəsəbəsini, 22 kəndi
işğaldan azad etdi, hücumu genişləndirib Cəbrayıl rayonu ərazisinin bir hissəsini,
Kəlbəcər rayonunda Bozlu, Təkəqaya, Babaşlar, Qanlıkənd, Çənli, Susuzluq,
Qasımbinəsi, Yanşaqbinə, Yanşaq, Bağırsaq, Qamışlı, Bağırlı yaşayış
məntəqələrini azad etdi.
271
Çiçəkli dağı və başqa strateji yüksəklikləri ələ keçirdi, Kəlbəcər-Ağdərə
yolunun Tunelə qədərki hissəsini nəzarət altına aldı.
59
1993-cü il dekabr - 1994-cü
il yanvar döyüşlərində düşmən 4 min əsgər və zabit, 50 zirehli texnika, 15
artilleriya qurğusu və s. itirdi. Azərbaycan tərəfinin itkisi bundan 1-1,5 dəfə az
idi.
60
Ordunun möhkəmlənməsi, NATO-ya tərəf əməli addımlar respublikada
müstəqilliyin dönməzliyinə şərait yaradırdı. Bunun qarşısını nəyin bahasına olursa-
olsun almaq istəyən nüfuzlu imperiyapərəst qüvvələr ermənilərə köməyi daha da
artırdılar. Bu səbəbdən 1994-cü ilin fevralında Kəlbəcərdə uğurla həyata
keçirilməyə başlanan "Murovdağ" əməliyyatı məğlubiyyətlə nəticələndi.
61
Azərbaycanda çaşqınlıq, vahimə yaratmaq üçün Ermənistan dövləti terror
əməllərini də fəallaşdırmışdı. 1994-cü il fevralın 1-də Bakı dəmiryol vağzalında
"Kislovodsk-Bakı" sərnişin qatarında törədilmiş terror aktı nəticəsində 3 nəfər
həlak olmuş, 20 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdı. 8 gün sonra Xudat
stansiyasında yük vaqonu partladılmış, dövlətə böyük ziyan dəymişdi. 1994-cü il
aprelin 13-də "Daqestanskiye oqni" stansiyası yaxınlığında "Moskva-Bakı"
sərnişin qatarı partladılmış, nəticədə 6 nəfər həlak olmuş, 3 nəfər yaralanmışdı.
62
Rusiya 1994-cü ilin aprelində regionda mövqelərini qoruyub saxlamaq,
qoşunlarını atəş xəttində yerləşdirmək, ağlasığmaz siyasi və iqtisadi güzəştlər əldə
etmək məqsədilə Azərbaycana münasibətdə alçaldıcı bir saziş layihəsi təklif etdi.
63
Azərbaycanı artıq Ermənistan tərəfindən bəyənilmiş bu layihə ilə razılaşmağa
məcbur etmək üçün aprelin 10-dan ermənilər bütün cəbhələrdə güclü hücuma
başladılar. Azərbaycan Ordusu düşmənin hücumunu müvəffəqiyyətlə dəf etdi.
Goranboy rayonunun Talış və Gülüstan kəndləri uğrunda döyüşlərdə Azərbaycan
əsgərləri qalib gəldilər, düşmən 150 əsgər və zabitini itirib geri çəkildi.
64
Tərtər
rayonunun İlxıçılar və Göyarx kəndləri tərəfdə gedən ağır döyüşlərdə düşmənin
200-dən çox canlı qüvvəsi məhv edildi.
65
Lakin arxalı ermənilər Ağdam rayonunun
daha 18 kəndini, Ağdərə bölgəsində bir neçə kəndi işğal edə bildilər. Bərdə üçün
ciddi təhlükə yarandı. Azərbaycan Ordusu buraya əlavə qüvvələr gətirməklə
düşmən hücumunun qarşısını aldı və əks-hücuma keçib bir neçə yaşayış
məntəqəsini azad etdi.
66
Beləliklə, imperiyapərəst qüvvələrin təklif etdiyi plan -
döyüşən tərəflərin ayrılmasında ATƏM-in iştirakı olmadan yalnız Rusiyanın
vasitəçiliyini nəzərdə tutan plan baş tutmadı. Bu işdə ABŞ-ın və ATƏM-in Minsk
qrupunun mühüm rolu oldu.
67
Azərbaycan öz suverenliyinə hörmət çərçivəsində qonşu Rusiyanın atəşkəsə
nail olmaq sahəsində səylərindən də imtina etmədi. 1994-cü il mayın 8-də
münaqişədə iştirak edən tərəflərin, o cümlədən Dağlıq Qarabağın azərbaycanlı və
erməni icmalarının, habelə Rusiya Federasiyasının bu niyyətini təsdiq edən Bişkek
protokolu Azərbaycan Respublikası tərəfindən də imzalandı.
68
272
Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin uğurlu diplomatiyası,
milli ordunun yaradılması və güclənməsi nəticəsində düşmən və onun havadarları
artıq münaqişəni zorakı vasitələrlə həll etmək cəhdlərinin perspektivsizliyini dərk
edirdilər. 1994-cü il mayın 12-də cəbhələrdə atəşkəsə nail olundu.
69
Gündəlik dövlət qayğısı sayəsində Azərbaycan Ordusu getdikcə inkişaf etdi,
müasir hərbi texnika və bacarıqlı kadrlarla təchiz olundu, silahlı qüvvələrin şəxsi
heyətinin döyüş qabiliyyəti artdı, hərbi hissələrdə nizam-intizam möhkəmləndi. Bu
işdə Azərbaycanın NATO ilə sülh naminə tərəfdaşlıq proqramı çərçivəsində həyata
keçirilən tədbirlərin, qardaş Türkiyə Respublikası hərbçilərinin köməyi böyük idi.
Azərbaycan xalqının orduya yardımını tənzimləmək məqsədilə 2002-ci il avqustun
17-də Prezident Heydər Əliyevin Fərmanı ilə "Azərbaycan Respublikası Silahlı
Qüvvələrinə Yardım Fondu" təsis edilmişdi.
70
Dostları ilə paylaş: |