TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə


PARTĠYA QURULTAYLARI, KONFRANSLARI



Yüklə 27,32 Mb.
Pdf görüntüsü
səhifə40/168
tarix02.01.2022
ölçüsü27,32 Mb.
#1595
1   ...   36   37   38   39   40   41   42   43   ...   168
 

 

§4. DEMOKRATĠK, HÜQUQĠ DÖVLƏT 

VƏ VƏTƏNDAġ CƏMĠYYƏTĠ QURUCULUĞU 

 

Ölkədə  real  imkanlar,  xalqın  mentaliteti  nəzərə  alınmaqla  demokratiya, 



qanunçuluq, plüralizm münasib yollar və vasitələrlə inkişaf edirdi. Bu proses 90-cı 

illərin  ikinci  yarısında  xüsusən  intensivləşmişdi.  "1995-ci  ilin  ortalarında 

Azərbaycan  bütün  qeyri-qanuni  silahlı  qüvvələrdən  xilas  olmuş,  tamamilə 

möhkəmlənmiş, keyfiyyətcə yeni bir mərhələyə daxil olmuş, dövlət quruculuğunda 

...böyük  işlərə  başlamaq  üçün  möhkəm  ictimai-siyasi  sabitlik  və  qanunçuluq 

şəraitinə gətirilmiş dövlətə çevrilmişdi".

149

 

1995-ci  il  iyun  ayının  2-də  Milli  Məclisin  qərarına  əsasən  Azərbaycan 



Respublikasının  Konstitusiyasını  hazırlamaq  üçün  Prezident  Heydər  Əliyevin 

sədrliyi  ilə  33  nəfərdən  ibarət  Konstitusiya  Komissiyası  təşkil  edildi. 

Respublikanın  görkəmli  hüquqşünasları,  qanunverici,  icra  və  məhkəmə 

hakimiyyəti  nümayəndələri  cəlb  olunmuş  bu  mötəbər  komissiya  Azərbaycan 

xalqının  milli  xüsusiyyətlərini  nəzərə  almaqla,  qabaqcıl  demokratik  ölkələrin 

təcrübəsi  əsasında  "Azərbaycan  Respublikasının  Konstitusiyası"  layihəsini 

hazırladı.  Layihə  1995-ci  il  oktyabr  ayının  15-də  ümumxalq  müzakirəsi  üçün 

mətbuatda  dərc  edildi  və  cəmiyyətdə  böyük  maraqla  müzakirə  olundu.  Bəzi 

məsələlər,  anlayışlar,  məsələn,  dövlət  dilinin  adı  ilə  bağlı  geniş  diskussiyalar 

keçirildi.  Komissiyaya  vətəndaşlardan  və  təşkilatlardan  2450  təklif,  düzəliş  və 

əlavə  daxil  olmuşdu.

150


  Cəmiyyətin  rəyi  nəzərə  alınmaqla  layihəyə  düzəliş  və 

əlavələr edildi. Yeni variant - o, əvvəlki kimi 199 deyil, 158 maddədən ibarət idi -

noyabrın 8-də mətbuatda dərc edildi. "Azərbaycan Respublikasının Konstitusiyası" 

- müstəqil Azərbaycan dövlətinin ilk Əsas Qanunu 1995-ci il noyabr ayının 12-də 

referendumla qəbul olundu. Referendumda 4  milyona  yaxın seçici korpusunun 86 

faizi iştirak etdi. Onların 94,8 faizi Konstitusiya layihəsini bəyəndiyini bildirdi.

151

 



286 

 

Azərbaycan  Respublikasının  dövlət  quruculuğunun  hüquqi,  qanuni  əsasları 



qoyuldu.  Konstitusiya  bəyan  etdi:  Azərbaycan  xalqının  və  dövlətinin  ən  mühüm 

məqsədləri  Azərbaycan  dövlətinin  müstəqilliyini,  suverenliyini  və  ərazi 

bütövlüyünü  qorumaq,  Konstitusiya  çərçivəsində  demokratik  quruluşa  təminat 

vermək,  vətəndaş  cəmiyyətinin  bərqərar  edilməsinə  nail  olmaq,  xalqın  iradəsinin 

ifadəsi  kimi  qanunların  aliliyini  təmin  edən  hüquqi,  dünyəvi  dövlət  qurmaq, 

ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq bütün dünya xalqları ilə dostluq, 

sülh  və  əmin-amanlıq  şəraitində  yaşamaq  və  bu  məqsədlə  qarşılıqlı  fəaliyyət 

göstərməkdir.

152

 

Azərbaycan Respublikası Konstitusiyası  maddələrinin üçdə bir hissəsi (158 



maddədən 48-i) insan hüquqlarına və onların təminatlarına həsr edilmişdi.

153


 

Hakimiyyət  bölgüsü  konsepsiyasına  uyğun  olaraq  Konstitusiya  təsbit  etdi 

ki, icra hakimiyyəti Azərbaycan Respublikası Prezidentinə mənsubdur, qanunverici 

hakimiyyəti  Azərbaycan  Respublikasının  Milli  Məclisi,  məhkəmə  hakimiyyətini 

isə  müstəqil  məhkəmələr  həyata  keçirirlər.  Azərbaycan  Respublikası  Prezidenti 

təsisatının ikili hüquqi təbiəti vardır, Ali icra hakimiyyətinin ona mənsub olması ilə 

yanaşı,  o,  birinci  növbədə,  Azərbaycan  dövlətinin  başçısıdır,  Azərbaycan  xalqını 

bütövlükdə təmsil edir və xalqın vahidliyinin rəmzidir.

154

 

Konstitusiyada  məhkəmələrin  müstəqilliyini  təmin  edən  əsas  prinsiplər 



müəyyən  edilmişdi:  Hakimlər  müstəqildir,  onlar  yalnız  Konstitusiyaya  və 

qanunlara tabedirlər, səlahiyyətləri müddətində dəyişməzdirlər.

155

 

Azərbaycan  Respublikası  Konstitusiyası  Naxçıvan  MR-ə  Azərbaycanın 



tərkibində  Muxtar  Dövlət  statusu  verdi.  Naxçıvanın  coğrafi  xüsusiyyətləri, 

Azərbaycan Respublikasının əsas hissəsi ilə onun ümumi sərhədinin olmaması bu 

bölgə  üçün  muxtar  idarəetmə  sisteminin  təsis  olunmasını  tələb  edirdi.  Naxçıvan 

Muxtar Respublikasında dövlət idarəetməsi parlament hakimiyyəti üsulu ilə həyata 

keçirilir.  Ali  Məclisin  -  parlamentin  sədri  Muxtar  Respublikanın  ali  vəzifəli 

şəxsidir. İcra Hakimiyyəti Ali Məclis tərəfindən formalaşdırılır və onun qarşısında 

məsuliyyət  daşıyır.  Naxçıvan  MR-in  Ali  Məclisi,  məhkəmələri  qanunla  və 

Prezident  fərmanları  ilə  onların  səlahiyyətinə  aid  edilmiş  məsələlərin  həllində 

müstəqildirlər. 1998-ci il aprelin 28-də Naxçıvan MR-in Azərbaycan Respublikası 

Konstitusiyası əsasında hazırlanmış yeni Konstitusiyası Muxtar Respublikanın Ali 

Məclisində  qəbul  edildi  və  həmin  il  dekabrın  29-da  Azərbaycan  Respublikasının 

Milli Məclisi tərəfindən təsdiq olundu. 

Azərbaycan  Respublikasının  Konstitusiyası  ölkədə  demokratik  dövlət  və 

iqtisadiyyat, vətəndaş cəmiyyəti quruculuğuna hüquqi əsas yaratdı. 

Avropa Şurası Parlament Assambleyasının siyasi məsələlər üzrə 2000-ci il 3 

may  iclasında  qeyd  olunduğu  kimi,  Azərbaycanın  Avropa  standartlarına  çatması 

üçün ölkənin rəhbərliyi "son dərəcə böyük səylər göstərir. Bu ölkədə rəhbərliyin və 



287 

 

xalqın  azad,  çiçəklənən  cəmiyyət  qurmaq  əzmi  heyranlıq  doğurur.  70  illik  sərt 



rejimdən sonra Azərbaycan keçmişin irsindən əl çəkə bilmişdir və suveren, hüquqi 

dövlət qurur".

157

 

Konstitusiyanı  daha  da  demokratikləşdirmək  üçün  Prezident  Heydər 



Əliyevin təşəbbüsü ilə 2002-ci il avqust ayının 24-də referendum vasitəsilə ona 39 

mühüm dəyişiklik edildi. 

1995-ci  il  noyabrın  12-də  müstəqil  Azərbaycan  Respublikası  parlamentinə 

mojaritar (100 deputat) və proporsional (25 deputat) sistemlə ilk seçkilər keçirildi. 

125 deputat yerinə 600, o cümlədən birmandatlı dairələrdə 100 deputat yerinə 400 

namizəd  qeydə  alındı.

158 

Cəmiyyətdə  daha  çox  sosial  dəstəyi  olan  səkkiz  siyasi 



Yüklə 27,32 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin