Neft strategiyası. Azərbaycan Respublikası iqtisadiyyatının böhrandan
çıxarılması və inkişaf etdirilməsində neft sənayesinin dirçəldilməsi, müasir
texnologiyalar əsasında yenidən qurulması mühüm əhəmiyyət kəsb edirdi.
Prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni dövlət neft strategiyası
hazırlandı və uğurla həyata keçirilməyə başlandı. Bu, Azərbaycan neft sənayesində
yeni eranın başlanğıcı idi.
40
Neft sənayesinə investisiya və yeni texnologiyalar cəlb etmək, respublikaya
sərfəli şərtlərlə xarici neft şirkətləri ilə müqavilələr bağlamaq üçün danışıqlar
aparılması Azərbaycan Dövlət Neft Şirkətinə (ADNŞ) tapşırıldı. Danışıqlar
qrupuna neft və beynəlxalq əlaqələr üzrə görkəmli mütəxəssislər daxil edildi. Bu
qrupun fəaliyyətində İlham Əliyevin, Xoşbəxt Yusifzadənin, Natiq Əliyevin rolu
xüsusən səmərəli oldu, Azərbaycanın maraqlarına tam cavab verən müqavilə
şərtləri razılaşdırıldı.
41
306
Müqavilənin bağlanmasına müxtəlif, əsasən xarici qüvvələr ciddi mane
olurdular. Rusiya Federasiyasının təşəbbüsü ilə belə bir tezis irəli sürüldü ki, Xəzər
dənizi bütün Xəzəryanı ölkələr üçün ümumidir və onu milli sektorlara bölmək
olmaz. Buna görə də Azərbaycan birtərəfli qaydada xarici şirkətlərlə neft
müqavilələri bağlaya bilməz. Diplomatik notalar, bəyanatlar verilirdi. Xarici
şirkətlər belə fikirdə idilər ki, müqavilə Xəzər dənizinin statusu həll ediləndən
sonra qüvvəyə minməlidir. Lakin Azərbaycan hökuməti tərəfindən Vaşinqtona
ezam edilmiş ADNŞ-in birinci vitse-prezidenti İlham Əliyev ABŞ-da Energetika
Nazirliyi rəhbərləri ilə səmərəli danışıqlar apardıqdan sonra ABŞ hökumətinin
dəstəyi sayəsində xarici şirkətlər bu fikirdən əl çəkdilər.
42
1994-cü il sentyabrın 20-də Bakının "Gülüstan" sarayında ADNŞ ilə ABŞ,
Böyük Britaniya, Norveç, Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, Yunanıstanın iri
neft şirkətləri daxil olan konsersum (sonralar bu konsersuma Yaponiya şirkəti də
qoşuldu) arasında Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq"
yataqlarının və "Günəşli" yatağının bir hissəsinin birgə işlədilməsi və hasil olunan
neftin pay şəklində bölüşdürülməsi haqqında 30 illik saziş imzalandı. Bu müqavilə
dünyada "Əsrin müqaviləsi" adı ilə məşhurlaşdı (2001 -ci ildən başlayaraq
Prezidentin Fərmanı ilə həmin gün respublikada "Neftçi günü" kimi bayram edilir).
Razılığa görə, investisiyanın 80 faizini konsersum qoyur, Azərbaycanın ümumi
gəliri çıxarılacaq neftin qiymətinin 80 faizi miqdarında müəyyən olunurdu. Bundan
əlavə, hasil olunacaq səmt qazı tam Azərbaycanın ixtiyarına verilirdi.
43
"Əsrin müqaviləsi"nin təkcə hazırlanması və bağlanmasını deyil, həm də
həyata keçirilməsini olduqca ağır və çətin problemlər müşayiət edirdi. Bu işə mane
olmaq üçün xarici qüvvələrin dəstəyi ilə ölkədə dövlət çevrilişi, Prezidentə qarşı
terror cəhdləri törədildi. Hətta xarici şirkətlərə yalan informasiyalar və müxtəlif
yollarla təzyiq göstərməyə çalışırdılar. Lakin Azərbaycan Prezidenti H.Əliyevin
siyasi iradəsi, qətiyyəti və müdrikliyi sayəsində bu maneələr müvəffəqiyyətlə
aradan qaldırıldı. Ölkədə xarici sərmayələr qoyuluşu üçün ən vacib şərt-siyasi
sabitlik yaradıldı.
44
1995-ci il noyabrın 10-da Xəzərin yeni aşkar olunmuş "Qarabağ"
strukturunda və ona bitişik ərazilərdə kəşfiyyat aparılması, yataqların işlədilməsi
və çıxarılan neftin bölüşdürülməsi haqqında Rusiya, İtaliya, ABŞ şirkətləri ilə yeni
saziş imzalandı. Müqavilədən əldə olunan daxili gəlirin 65-80 faizinin
Azərbaycana çatacağı razılaşdırıldı.
45
1996-cı il iyunun 4-də Xəzərin "Şahdəniz" yatağının birgə işlədilməsi
haqqında ADNŞ ilə Böyük Britaniya, Norveç, Türkiyə, Rusiya, Fransa və İranın
neft şirkətləri konsersumu müqavilə imzaladılar. Bu müqaviləyə görə də ümumi
gəlirin 80 faizi Azərbaycana çatacaqdı.
46
Burada dərinliyi 6,5 min m olan quyular
qazıldı və nadir qaz-kondensat yatağı kəşf edildi. Qərb ekspertlərinin fikrincə, çox
307
böyük qaz ehtiyatı olan bu yatağın kəşf edilməsi ilə Azərbaycan təkcə neft deyil,
həm də qaz "kralına" çevrildi.
47
Dövlət Azərbaycan qaz sənayesinin inkişafı
strategiyasını hazırlamağa, onun dünya bazarına çıxarılması yollarını
müəyyənləşdirməyə başladı.
1996-cı il dekabrın 14-də Xəzərdə "Dan ulduzu" və "Əşrəfi" yataqlarının
birgə işlədilməsi üzrə ABŞ, Səudiyyə Ərəbistanı və Yaponiya, 1997-ci il yanvarın
13-də "Lənkəran-dəniz" və "Talış-dəniz" yataqlarının birgə istismarı üzrə Fransa
neft şirkətləri ilə ADNŞ arasında sazişlər bağlandı.
48
1997-ci il avqustun 1-də Vaşinqtonda - "Ağ Ev"də ABŞ-ın
qabaqcıl neft
şirkətləri ilə ADNŞ arasında Xəzər dənizinin Azərbaycan sektorundakı "Abşeron",
"Naxçıvan", "Oğuz" və "İnam" neft yataqlarında birgə iş barədə üç yeni müqavilə
imzalandı.
49
1998-ci ilin iyun ayında İtaliya, Yaponiya, Türkiyə, ABŞ, Britaniya-Kanada
neft şirkətləri konsersumu ilə, həmin ilin iyul ayında isə Böyük Britaniya, ABŞ və
Rusiya neft şirkətləri ilə ADNŞ arasında yeni neft müqavilələri imzalandı. 1999-
2000-ci illərdə daha bir neçə neft müqaviləsi bağlandı.
50
2001-ci ilin yanvarında
Zığ və Hövsan yataqları üzrə Rusiyanın LUKOYL şirkəti ilə müqavilə imzalandı.
51
Ümumiyyətlə, 1994-2001-ci illərdə ADNŞ 14 ölkənin 32 neft şirkəti ilə 21
müqavilə imzaladı. 2001-ci ildə bu şirkətlərə servis xidməti göstərən 400-ə qədər
xarici şirkət fəaliyyətdə idi.
52
Bu müqavilələr çərçivəsində Azərbaycana 60 milyard
dollar həcmində investisiya qoyulması nəzərdə tutulurdu. Bu müddətdə xarici neft
şirkətləri müqavilələr üzrə işlərin həyata keçirilməsi üçün 6 milyard dollara qədər
investisiya qoymuşdu.
53
1995-ci ilin aprelində "Əsrin müqaviləsi"ni reallaşdırmaq üçün Azərbaycan
Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ), 1996-cı ilin aprelində isə "Qarabağ"
strukturu üzrə müqaviləni həyata keçirmək üçün "Xəzər" Beynəlxalq Neft Şirkəti,
habelə başqa müqavilələr üzrə əməliyyat şirkətləri təşkil edildi. Bu şirkətlər qazma
qurğularından və infrastrukturdan birgə istifadə etmək üçün xüsusi klub
yaratdılar.
54
ABŞ-ın "EKSON", "AMOKO", "YUNOKAL", "MOBİL" və "PENZOYL",
Böyük Britaniyanın "Britiş Petrolium", Yaponiyanın "İTOÇİ", "MİTSUPİ",
Norveçin "STATOYL", Səudiyyə Ərəbistanının "DELTA", Rusiyanın
"LUKOYL", Fransanın "ELF AQİTEN", "TOTAL", İtaliyanın "ACİP" kimi
dünyada ən qabaqcıl neft şirkətləri Azərbaycanın neft, neft-maşınqayırma
sənayesinə müasir texnologiyalar, idarəetmə təcrübəsi gətirdilər.
55
Respublikanın
neft donanması, neft sənayesi infrastrukturu yenidən quruldu. "Bakı" elmi-tədqiqat
gəmisi modernləşdirilib dünyada ən mükəmməl geofiziki tədqiqat gəmilərindən
birinə çevrildi.
56
"Xəzərdənizneft" yarımdalğa qazma qurğusu yenidən quruldu,
"Dədə Qorqud" adı ilə ikinci həyatına başladı.
57
"Şelf-5" qazma qurğusu əsaslı
308
şəkildə yenidən quruldu, müasir avadanlıqla təchiz olunaraq, dünyada ən böyük
üzən qazma qurğularından birinə çevrildi və 1998-ci ilin sentyabrında "İstiqlal" adı
ilə istifadəyə verildi.
58
Xəzər Gəmiqayırma müştərək müəssisəsində 1998-ci ilin
iyul ayından 2000-ci ilin avqust ayınadək dənizin 7620 m-dək dərin yerlərində neft
quyuları qazmağa imkan verən "Qurtuluş" adlı ən müasir çoxfunksiyalı özüqalxan
qazma qurğusu yaradıldı.
59
2002-ci ilin yayında "Azəri", "Çıraq" və "Günəşli"
yatağında ən yeni texnologiya üzrə Xəzərdə ilk dəfə qazma qurğularının altı üçün
sualtı qazma dayaq tavası quraşdırıldı.
60
Tofiq İsmayılov adına dalğıc,
"Azərbaycan", İsrafil Hüseynov adına kran gəmiləri təmir edilib yeni avadanlıqla
təchiz olundular.
61
Dənizdə "Çıraq-1" platforması beynəlxalq standartlara uyğun,
Qərb texnologiyası əsasında yenidən quruldu.
62
Bu platformadan sahilədək 120 m
dərinlikdə 176 km neft, Neft daşlarına 48 km qaz kəmərləri çəkildi. Səngəçal
terminalı tikildi. Zığ zavodu sualtı boruların üzlənməsi üzrə ixtisaslaşdırıldı.
63
1994-cü ildən başlayaraq hər ilin iyun ayında Bakıda xarici firma və
şirkətlərin iştirak etdiyi ənənəvi Beynəlxalq neft-qaz sərgisi təşkil olunurdu. 4000
nəfərdən çox azərbaycanlı mütəxəssis dünyanın ən qabaqcıl neft şirkətləri
bazasında yeni texnologiya və iş metodlarına yiyələnmişdi. 2001-ci ildə hasilat və
servis şirkətlərində 10 mindən çox Azərbaycan vətəndaşı işləyirdi.
64
Bakı
neftçilərinin böyük təcrübəsi yüksək qiymətləndirilir və ondan səmərəli istifadə
olunurdu. Neft şirkətlərinin beynəlxalq tenderlərdə bağladığı müqavilələrin 20
faizdən çoxu Azərbaycan müəssisələrinin və onların xarici tərəf müqabilləri ilə
birgə yaratdıqları müəssisələrin payına düşürdü.
65
"Azəri", "Çıraq" və "Günəşli" yataqlarından hasil olunacaq ilkin neftin Qara
dəniz limanlarına Rusiya və Gürcüstandan keçən "Şimal" (14000 km) və "Qərb"
(920 km) neft kəmərləri ilə nəql ediləcəyi barədə müqavilələr bağlandı.
66
Bakı-
Novorossiysk "Şimal" kəmərinin Azərbaycan hissəsi 1996-cı ilin sonuna qədər
hazır oldu, mövcud kəmərə 26 km yeni kəmər əlavə edildi. Kəmər neftlə
dolduruldu. 1997-ci il oktyabrın 25-də "Şimal" kəməri istifadəyə verildi.
67
Bakı-
Supsa "Qərb" kəmərinin tikintisi 1998-ci ilin axırlarında başa çatdırıldı. 1999-cu il
aprelin 17-də bu kəmər və Supsa terminalı istifadəyə verildi.
68
1996-cı ildə dənizdə ABƏŞ-in qazdığı ilk neft quyusu güclü fontan vurdu
və yataqların böyük ehtiyatları bir daha təsdiq olundu.
1997-ci il noyabrın 12-də "Əsrin müqaviləsi" üzrə neftin hasilatına
başlanıldı. Bu hadisə Bakıda böyük təntənə ilə qeyd edildi.
69
Bu müqavilə üzrə əsas işlərin birinci fazasının başlanması üçün Xəzər
dənizindən Aralıq dənizinə qədər uzanan, ildə 50 milyon ton neft nəql edə biləcək,
uzunluğu 1760 km olacaq iridiametrli Bakı-Tibilisi-Ceyhan əsas neft ixrac
kəmərinin tikintisi haqqında saziş əldə olunması vacib idi.
70
1998-ci ilin mayında
müqavilə hazırlanması üçün işçi qrup yaradılmışdı. Həmin il oktyabrın 29-da
309
Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistan prezidentlərinin və
ABŞ energetika nazirinin imzaladıqları bəyanat bu kəmər üzrə danışıqlara təkan
verdi.
71
1999-cu il noyabrın 18-də İstanbulda "Xam neftin Azərbaycan
Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyətinin əraziləri ilə
Bakı-Tbilisi-Ceyhan əsas boru kəməri vasitəsilə nəql edilməsinə dair" saziş
imzalandı. Bu zaman Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və ABŞ-ın
dövlət başçıları tərəfindən verilən "İstanbul Bəyannaməsi" layihənin yüksək
səviyyədə dəstəkləndiyinə sübut oldu.
72
Bu sazişin hazırlanmasına da ciddi maneələr törədilirdi. Şirkətlərin bəziləri
kənardan təsirlər nəticəsində belə bir kəmərə ehtiyac olacağına skeptikcəsinə
yanaşırdılar. Qoyulacaq investisiyalar haqqında da müxtəlif fikirlər vardı. Lakin
Azərbaycan Prezidentinin müdrik siyasəti sayəsində bütün bu maneələr dəf
edildi.
73
2002-ci il avqustun 1-də bu kəmərin tikilməsi və idarə edilməsi üçün
BTCKO (Bakı-Tbilisi-Ceyhan) şirkəti təsis edildi.
74
2002-ci il sentyabrın 18-də
kəmərin təməli qoyuldu. Bu münasibətlə təntənələrdə iştirak etmək üçün Türkiyə
Respublikasının prezidenti Əhməd Necdət Sezər, Gürcüstan Respublikasının
prezidenti Eduard Şevardnadze, ABŞ-ın energetika naziri Spenser Abrham Bakıya
gəlmişdilər. 3 milyard dollara qədər dəyəri olan bu kəmərin sahibi Azərbaycan
Dövlət Neft Şirkəti (25 faiz), Böyük Britaniyanın BiPi (30,1 faiz), ABŞ-ın Yunokal
(8,9 faiz), Konoko-Filips (2,5 faiz), Norveçin Statoyl (8,72 faiz), Türkiyənin
Türkiyə Petrolları (6,53 faiz), Yaponiyanın İtoçi (3,4 faiz) və İnpeks (2,5 faiz),
Səudiyyə Ərəbistanının Delta Hess (2,36 faiz), İtaliyanın Epi (5 faiz) və Fransanın
Total Elna Elf (5 faiz) şirkətləri idi.
75
2001-ci il avqustun 30-da "Əsrin müqaviləsi" üzrə əsas işlərin birinci,
mühüm fazasına başlanıldı.
76
Həyata keçirilən tədbirlər sayəsində respublikanın neft sənayesi dirçəldi və
sürətlə inkişaf etməyə başladı. 2002-ci ildə ölkədə 15,3 milyon ton neft hasil
edildi.
77
Neft müqaviləsi gəlir gətirməyə başladı.
Prezidentin Fərmanı ilə 1999-cu ilin dekabrında "Azərbaycan Dövlət Neft
Fondu" təsis olundu.
78
Respublika Prezidentinin 2001-ci il 27 dekabr sərəncamı ilə
bu fondun Müşahidə Şurası təşkil edildi. Azərbaycan yeni neft strategiyasının
baniləri Heydər Əliyev və İlham Əliyev bu fondu güclü iqtisadiyyat yaratmaq
vasitəsi kimi qiymətləndirirdilər. İlham Əliyevin qeyd etdiyi kimi, Dövlət Neft
Fondunu yaratmaqda başlıca məqsəd mineral-xammal ehtiyatlarını təkrar istehsala
yönələn maliyyə ehtiyatlarına çevirməkdir və bu fond nəsildən-nəslə keçməlidir.
79
Dövlət Neft Fondunda yığılan vəsaitlər investisiya şəklində Azərbaycan
iqtisadiyyatının başqa sektorlarına qoyulmalı, neftlə bağlı olmayan digər sahələrin
inkişafı, yeni iş yerləri yaradılması üçün, habelə gələcək nəsillərin neft hasilatı
310
səviyyəsindən və dünya bazarında neftin qiymətinin dəyişməsindən asılılığını
istisna edən proqramlar həyata keçirilməlidir.
80
2003-cü ilin əvvəllərində fondda
730 milyon ABŞ dolları həcmində vəsait var idi.
81
Ondan respublikanın iqtisadi və
sosial rifahı naminə səmərəli istifadə etmək üçün xüsusi proqram hazırlanmışdı.
İqtisadiyyatın başqa sahələrinə də xarici sərmayə qoyuluşu sürətlə artırdı.
Əgər 1996-cı ildə respublikaya gələn xarici investisiyanın 33 faizi qeyri-neft
sahələrinə yönəldilmişdisə, 2000-ci ildə bu, 50 faizdən çox idi.
82
Ümumiyyətlə, respublika iqtisadiyyatına 1993-cü ildə 15 milyon, 1995-ci
ildə 375 milyon, 1996-2002-ci illərdə 9 milyard (qeyri-neft sektoruna 3 milyard)
dollar xarici investisiya qoyulmuşdu.
83
Xarici sərmayənin 90 faizi istehsal
sahələrinin inkişafına yönəldilmişdi.
84
Azərbaycan Respublikası iqtisadiyyatının dirçəldilməsinə və inkişafına
Avropa Birliyi "Traceca" proqramı üzrə AVROPA-QAFQAZ-ASİYA nəqliyyat
kommunikasiyasının - "Yeni İpək Yolu"nun işə düşməsi də əhəmiyyətli təsir
göstərirdi. 1993-cü ilin may ayında Avropa Birliyinin təşəbbüsü ilə bu istiqamətdə
nəqliyyat dəhlizinin açılması barədə 8 ölkənin, o cümlədən Azərbaycanın iştirakı
ilə "Brüssel Bəyannaməsi" qəbul olunmuşdu. 1996-cı il mayın 13-də Azərbaycan,
Gürcüstan, Türkmənistan və Özbəkistan respublikaları arasında tranzit yük
daşınmasının tənzimlənməsi sahəsində əməkdaşlıq və dəmiryol nəqliyyatı
fəaliyyətinin əlaqələndirilməsi haqqında Sarahs (Türkmənistandadır) sazişləri
imzalandı.
85
1996-cı ilin dekabrında Odessada Azərbaycan, Gürcüstan və Ukrayna
respublikaları başçılarının Avrasiya nəqliyyat dəhlizi yaradılması haqqında saziş
imzalaması da bu işə qüvvətli təkan oldu.
86
Dostları ilə paylaş: |