Kütləvi informasiya vasitələri. Respublikada kütləvi informasiya vasitələri
şəbəkəsi xeyli genişlənmişdi. 90-cı illərin ortalarında Mətbuat və İnformasiya
Nazirliyində 600-ə qədər informasiya vasitəsi qeydə alınmışdı. 2001-ci ilin
əvvəllərində respublikada 8 dildə 300-dən çox qəzet, 72 jurnal nəşr olunurdu. Nəşr
olunan qəzetlərin cəmi 3-4-ü dövlətə, qalanları isə partiyalara, ictimai təşkilatlara,
kollektivlərə, ayrı-ayrı şəxslərə məxsus idi.
55
Azərbaycan Respublikası Milli
Məclisinin orqanı, rəsmi dövlət qəzeti "Azərbaycan", Prezidentin İşlər İdarəsinin
342
"Respublika" və "Xalq qəzeti", "Yeni Azərbaycan", "Səs", "Şərq qapısı", "Yeni
Müsavat", "Millət", "Yurd", "Azadlıq", "Aydınlıq", "Zerkalo"-"Ayna",
"Müxalifət", "Exo", "İki sahil", "Bizim əsr", "Şərq", "İslam", "İstiqlal",
"Azərbaycan-nyus" və onlarla başqa qəzet, "Xəzər", "Trend", "Yurd", "Populyar",
"Milli təfəkkür", "Azərbaycan fermeri", "Cahan" və s. jurnallar mövcud reallıqları
ən müxtəlif mövqelərdən əks etdirirdilər.
56
Adamların hadisələri müstəqil
qiymətləndirməsi üçün münasib şərait yaranmışdı.
Uşaqlar üçün "Tumurcuq", "Şəkər villası" qəzetləri, "Savalan", "Günəş"
jurnalları çap olunurdu.
57
Ölkədə 20 informasiya agentliyi fəaliyyət göstərirdi. Dünyanın informasiya
agentlikləri ilə birbaşa əlaqə saxlamaq imkanları yaranmışdı. 90-cı illərin
ortalarında YUNESKO-nun köməyi ilə "Azərinkom" adlı informasiya şəbəkəsi
təşkil olunmuşdu.
58
90-cı
illərin ortalarından Azərbaycanda Beynəlxalq İNTERNET
informasiya şəbəkəsindən istifadə olunmağa başlanmışdı. 1996-cı ilin sonlarında
"Azinternet Servis" firması təşkil edildi. 2000-ci ildə bu sahə ilə 5 provaydr
(Ötürücü xidmət) məşğul olurdu. 2001-ci il mayın 10-da "Bakinternet" Dövlət
Şirkəti fəaliyyətə başladı. Paytaxtda, digər şəhər və qəsəbələrdə çoxlu "İnternet
klub" təşkil edilmişdi. 2002-ci ildə bu sahə ilə 10 provaydr məşğul olurdu.
İNTERNET-dən 120 min nəfər (90 faizi Bakıda) istifadə edirdi. Onların 80 faizi
gənclərdən ibarət idi.
59
Ölkədə hər il minlərlə kitab, kitabça, plakat, xəritə və s. nəşr olunurdu.
60
Azərbaycan televiziyası, radiosu texniki və yaradıcılıq imkanı baxımından
xeyli inkişaf etmişdi. Dövlət radiosunun verilişləri 13 dildə, o cümlədən 1992-ci
ildən ingilis dilində dünyaya yayılırdı. 1992-ci ildə türkdilli ölkələrin əksəriyyətini
əhatə edən Türkiyə "Avrasiya" telekanalı fəaliyyətə başladı.
61
1996-cı ildə Bakıda əsası hələ 1982-ci ildə qoyulmuş, hündürlüyü 310 m
olan yeni teleqüllə istifadəyə verildi. Türkiyənin "Türksat" peyki vasitəsilə yerüstü
stansiyalar əlaqələndirildi. Naxçıvanda Azərbaycan Dövlət TV-nin qəbulu
yaxşılaşdı.
62
2002-ci ildə respublikada 30 radio və televiziya fəaliyyət göstərirdi.
63
Kabel
TV kanalı ilə 40-dan çox ölkənin televiziya verilişlərinə baxmaq mümkün idi.
Əhalinin böyük əksəriyyəti Azərbaycan TV-nin I və II Dövlət, habelə "ANS",
"Speys", "Lider", "Azad Azərbaycan", Rusiyanın, Türkiyənin proqramlarına
baxmaq imkanı əldə etmişdi.
64
1993-cü ildən respublika televiziyası ingilis dilində "Həftənin səsi"
proqramını yayırdı.
65
343
1996-cı ilin noyabr ayından Respublika Televiziyasının "Azərbaycan bu
gün" populyar proqramı bazar günləri TQRT kanalı ilə dünyanın üçdə bir
hissəsinə, o cümlədən Avropa və Amerikaya yayımlanmağa başlamışdı.
66
1999-cu ildə Azərbaycan Televiziyasında "Xalq yaradıcılığı" redaksiyası
təşkil olunmuşdu.
67
2001-ci il oktyabrın 1-dən Azərbaycan Televiziyasının birinci proqramı və
dövlət radiosunun iki proqramı gündə 36 saat bütün dünyaya yayımlanmağa
başladı. 12 ölkədə efirdə Azərbaycan dilində verilişlər səslənirdi.
68
2002-ci il iyunun 25-də "Televiziya və radio yayımı haqqında" Azərbaycan
Respublikasının Qanunu qüvvəyə mindi.
69
Azərbaycan jurnalistikası inkişaf edirdi. Jurnalistlərin yeni nəsli
formalaşmaqda idi. Ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülmüş Çingiz Mustafayev, Alı Mustafayev Salatın Əsgərova kimi istedadlı və
cəsarətli jurnalistlər baş verən hadisələr haqqında insanlara doğru məlumat
çatdırmaq üçün böyük fədakarlıq göstərmişdilər.
1999-2000-ci illərdə ABŞ-ın İntermediya qrupunun apardığı sosioloji
tədqiqatlar göstərirdi ki, Azərbaycanda sıravi vətəndaşların 76 faizi Azərbaycan
telekanallarına, 7 faizi başqa xarici telekanallara, 59 faizi Rusiya telekanallarına
baxır, 22 faizi Bakı radiosuna, 16 faizi xarici radiostansiyalara qulaq asır, 10 faizi
qəzet oxuyur. Elitanın 72 faizi Azərbaycan televiziyasına, 82 faizi Rusiya
televiziyasına, 11 faizi digər xarici kanallara baxır, 25 faizi Bakı radiosuna, 12 faizi
xarici radiostansiyalara qulaq asır, 70 faizi qəzet oxuyur.
70
Respublikanın kütləvi informasiya vasitələri Azərbaycanın dövlət
müstəqilliyinin qorunması, dünyəvi, demokratik quruculuq, milli və bəşəri mənəvi
dəyərləri, ölkədə siyasi sabitlik və vətəndaş həmrəyliyi yaranmasını, ölkə
rəhbərliyinin uğurlu daxili və xarici siyasətini geniş təbliğ edirdi. Məsələn, 2003-cü
ilin əvvəllərində ANS Şirkətlər Qrupu və Çingiz Mustafayev Fondu Azərbaycan
Prezidenti Heydər Əliyevi BTC neft kəmərinin əsasının qoyulması, Qəbələ RLS-in
taleyinin müəyyənləşdirilməsi, Xəzərin statusuna dair razılaşmalar əldə edilməsi,
Azərbaycan-Türkiyə-Gürcüstan birgə təhlükəsizlik sistemi yaradılması, İranla
dostluq və əməkdaşlıq sazişi imzalanmasında göstərdiyi fövqəladə xidmətlərinə
görə "2002-ci ilin adamı" adına layiq görülmüşdü.
70a
Mətbuatda mövcud qüsur və çatışmazlıqlar kəskin tənqid olunurdu. Lakin
verilmiş söz azadlığından bəzi müxalif qüvvələr və media işbazları şəxsi, qrup
mənafeləri və məqsədləri üçün sui-istifadə edir, məsuliyyətsiz, populist, böhtançı
çıxışlara yol verir, "sarı mətbuat", "bulvar qəzetləri" xalqın mentalitetinə qarşı
çevrilmiş mənəvi pozuculuq işləri ilə məşğul olurdular.
71
Demokratiyanın inkişafında mətbuatın rolunu yüksək qiymətləndirən
Azərbaycan Prezidenti jurnalistlərlə dəfələrlə görüşmüş, kütləvi informasiya
344
vasitələrinin problemləri ilə tanış olmuş və onların həllinə əməli köməklik
göstərmişdir.
72
Azərbaycan Respublikası Prezidenti "Kütləvi İnformasiya
Vasitələrinə dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında"
sərəncam imzaladı. 2001-ci ildə "Kütləvi İnformasiya Vasitələri haqqında" Qanuna
edilən əlavələr və dəyişikliklər nəticəsində kütləvi informasiya vasitələrinin hüquqi
bazası yeniləşdi, demokratik prinsiplərə tam cavab verən qanun yarandı.
Prezident Heydər Əliyevin təşəbbüsü ilə Kütləvi İnformasiya Vasitələrindən
tutulan vergilərin 3 il müddətində dövlətin hesabına ödənilməsi haqqında qərar
qəbul edildi.
73
Qəzet kağızına idxal gömrük rüsumları aradan qaldırıldı, kütləvi
informasiya vasitələrinə uzunmüddətli və qısamüddətli kreditlər verilməsinə imkan
yaradıldı. 2002-ci ilin sentyabrında Kütləvi İnformasiya Vasitələrinin inkişafı üzrə
layihələrin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikası Sahibkarlığa
Kömək Milli Fondundan 3 milyard manat vəsait ayırdı.
74
Dövlət qeydiyyatı,
lisenziya və radiotezliklərin (özəl televiziya və radiolar üçün) verilməsi işinin
təkmilləşdirilməsi, onların yayım dairəsinin genişləndirilməsi, yayım tariflərinin
azaldılması, özəl mətbəələrin inkişafının stimullaşdırılması, layiqli jurnalistlərin,
aparıcı qəzet redaksiyalarının mükafatlandırılması, istedadlı jurnalistlərə Prezident
təqaüdləri verilməsi və başqa tədbirlər görülməsi qərara alındı. Qəzetlərin
"Azərbaycan" nəşriyyatına 2001-ci il üçün mövcud borclarının ödənilməsi bir il,
2003-cü il 9 yanvar tarixli sərəncamla isə 2005-ci ilin sonunadək təxirə salındı.
75
2002-ci il oktyabrın 5-də Azərbaycan Prezidentinin Fərmanı ilə "Milli Televiziya
və Radio Şurası" yaradıldı.
76
"Ruh" Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğuya görə Heydər
Əliyev 2001-ci il üçün "Jurnalistlərin dostu" elan edildi.
77
Əyani təbliğat işində də ciddi qüsurlar vardı. 2001-ci ilədək şəhərlərin ən
görkəmli yerində yüzlərlə iri, cəlbedici reklamlar cürbəcür xarici siqaretləri, spirtli
içkiləri geniş təbliğ edirdi. Prezidentin göstərişi ilə ölkədə belə məhsulların reklam
olunmasına son qoyuldu.
78
Dostları ilə paylaş: |