4374 kütləvi kitabxana, 607-yə qədər kino qurğusu, 26 peşəkar kinoteatr, 155
1831 kino qurğusunu, 6 teatrı, 10 parkı, 100 mindən çox qiymətli nadir eksponatı
olan 22 muzeyi və rəsm qalereyasını ələ keçirib qarət etmişdilər. Yüzlərlə tarixi
abidə, o cümlədən 13 qala bürcü, 22 kurqan-təpə, 31 məscid, 44 məbəd, 2 mağara-
ibadətgah təhqir edilmiş, dağıdılmışdı.
heykəlləri gülləbaran edilmişdi.
muzeylərindən çox qiymətli sənət əsərləri, əntiq əşyalar oğurlanıb xaricə
aparılmışdı. R.Mustafayev adına Dövlət İncəsənət Muzeyindən 1993-cü ilin
əvvəllərində dəyəri yüz milyon dollarlarla qiymətləndirilən 275 nadir rəsm əsəri
oğurlanmışdı. Onlar arasında klassik Avropa rəssamlarının qiymətli sənət inciləri
də vardı.
341
Vəsait çatışmazlığı, nəzarətin olmaması, mövcud metodların köhnəlməsi,
adamların müasir tələblər səviyyəsində yeni vasitələrlə mədəni həyata cəlb
edilməsi üçün mədəni-maarif müəssisələrinin fəaliyyətini köklü surətdə dəyişmək
tələb olunurdu. Kitabxana fondları, oxucuların sayı xeyli azalmışdı. Kinoteatrlar
televiziya və video ilə rəqabətə dözə bilmir, demək olar ki, boş qalırdı. 90-cı illərin
birinci yarısında kinoqurğuların sayı iki dəfədən çox azalmışdı.
47
Prezident Heydər Əliyev yenidən rəhbərliyə gəldikdən sonra bu sahədə də
mühüm tədbirlər həyata keçirilirdi. 1997-ci il noyabrın 18-də "Mədəniyyət
haqqında" Azərbaycan Respublikası Qanunu qəbul edildi.
48
Beynəlxalq Muzeylər
Şurasının (İKOM), Beynəlxalq Kitabxanalar Şurasının (İFLA) Azərbaycan Milli
komitələri yaradıldı. 2002-ci ilin yayında Azərbaycan muğamının YUNESKO
tərəfindən tərtib olunmuş dünya sənəti inciləri sırasına daxil edilməsi üçün layihə
hazırlandı və bu barədə təşkilatın qeyri-maddi mədəni irsin öyrənilməsi şöbəsi ilə
razılıq əldə olundu.
49
Hökumət kitabxana fondlarının genişləndirilməsinə vəsaiti
artırdı, "Azərbaycan Respublikasında kitabxana işinin vəziyyəti və onu
yaxşılaşdırmaq tədbirləri haqqında" qərar qəbul etdi.
50
M.F.Axundov adına Respublika Kitabxanası (1998-ci ilin aprel ayından
Milli Kitabxana statusu aldı) dünyanın 45 ölkəsindən 60-dan çox kitabxana ilə
əlaqə saxlayır, kitab mübadiləsi aparırdı. Prezident Heydər Əliyev, respublikanın
görkəmli ziyalıları bu kitabxanaya çoxlu kitab hədiyyə etmişdilər.
51
1994-cü ildə Bakıda Cəlil Məmmədquluzadənin, Niyazinin ev-muzeyləri
yaradıldı. N.Nərimanovun ev-muzeyi yenidən quruldu. 1996-cı ilin payızında
Naxçıvanda H.Cavidin, C.Məmmədquluzadənin ev muzeyləri açıldı. 1998-ci ildə
Ordubadda M.S.Ordubadinin ev-muzeyi bərpa edildi.
52
2001-ci ildə Şəkidə Sabit
Rəhmanın ev-muzeyi təşkil olundu. 2002-ci ilin iyun ayında Naxçıvanda görkəmli
rəssam Bəhruz Kəngərlinin, oktyabr ayında Bakıda Hüseyn Cavidin ev-muzeyləri
açıldı.
53
Həmin ilin avqustunda M.P.Vaqifin Qazaxdakı Xatirə Muzeyi "M.P.Vaqif
və M.V.Vidadinin Xatirə Muzeyi" kimi yenidən quruldu, Xalça Muzeyi yeni
binaya (ləğv olunmuş Lenin Muzeyinin binası) köçürüldü. Azərbaycan Tarixi
Muzeyində təmir və yenidənqurma işlərinə başlandı. İncəsənət Muzeyindən
oğurlanmış qiymətli rəsm əsərlərindən 192-si ABŞ-da müvafiq qurumların köməyi
ilə tapılıb, 2001-ci ilin iyul ayında geri qaytarıldı.
54
Dostları ilə paylaş: