dəyişikliklərinin mühüm istiqamətlərindən biri də torpaq islahatının həyata
keçirilməsi idi. İlk vaxtlar kənd təsərrüfatında sahibkarlıq çox ləng inkişaf edirdi.
1992-ci ildə 320, 1995-ci ilin əvvəllərində isə 830 müstəqil və kollektiv fermer
sovxozların islahatı haqqında" qanunlar qəbul edildi.
müəyyənləşdirilməsindən çox asılı idi. 1995-ci ilin mart ayında "Dövlət Aqrar
1996-cı il iyulun 16-da ölkənin aqrar sektorunda radikal bir addım atıldı.
Prezident Heydər Əliyevin rəhbərliyi altında hazırlanan, onun təfəkkürünün və
316
siyasi iradəsinin məhsulu olan "Torpaq islahatı haqqında" Qanun qəbul edildi.
128
Bu qanuna görə, bütün postsovet respublikalarından fərqli olaraq, torpaq sosial
ədalət prinsipinə əsasən kənddə yaşayan vətəndaşların xüsusi mülkiyyətinə pulsuz
verildi. Respublikanın vahid torpaq fondu əsasında üç - dövlət, bələdiyyə və xüsusi
torpaq mülkiyyəti forması müəyyən olundu. Kənd təsərrüfatı torpaqlarının 22 faizi
- 1 milyon 911 min hektarı xüsusi mülkiyyətə, 45 faizi dövlət mülkiyyətinə, 33
faizi isə bələdiyyə mülkiyyətinə verildi.
129
Qanunun icrası üçün Prezident Fərman
imzaladı. "Dövlət torpaqları haqqında", "Torpaq vergisi haqqında" qanunlar,
normativ aktlar qəbul olundu. 1999-cu il martın 12-də "Dövlət torpaq kadastrı,
torpaqların monitorinqi və yerquruluşu haqqında" və "Torpaq icarəsi haqqında",
həmin il iyulun 18-də "Torpaq bazarı haqqında" qanunlar verildi. Bütün rayonlarda
torpaq istifadəçilər üzrə inventarlaşdırıldı və iqtisadi cəhətdən qiymətləndirildi.
Özəl qurumların tələbatını təmin etmək üçün 1996-cı ilin iyul ayında Aqrar kredit
kassaları təşkil olundu.
130
Prezident Heydər Əliyev "Aqrar sahədə islahatların sürətləndirilməsinə dair
bəzi tədbirlər haqqında" 1999-cu il 22 mart tarixli Fərmanı ilə kənd təsərrüfatı
məhsulları istehsalçılarını beş il müddətinə torpaq vergisindən başqa bütün (8 növ)
vergilərdən azad etdi və bu vergilər üzrə borcların hamısı silindi. Nazirlər
Kabinetinin 1996-cı il 26 mart tarixli qərarı ilə onlara neft məhsulları, yanacaq 50
faiz güzəştlə satıldı.
131
1999-cu il noyabrın 9-da Prezident xüsusi Fərmanla "1999-2000-ci illərdə
Azərbaycan Respublikasında aqrar islahatların dərinləşdirilməsi və kənd
təsərrüfatında sahibkarlığın inkişafına kömək göstərilməsinə dair Dövlət
Proqramı"nı təsdiq etdi.
132
Bu sahədə iş daha da intensivləşdi.
2001-ci ilin əvvəllərində 1 milyon 329 min 285 ha torpaq özəlləşdirilmiş,
kənddə yaşayan 830 min ailədən 818 mini (3 milyon 238 min adam) torpaq payını
almışdı.
133
Kənd təsərrüfatı müəssisələrinin 2,9 milyard manatlıqdan artıq əmlakının
2,1 milyard manatlığının özəlləşdirilməsi nəzərdə tutulurdu.
134
Aqrar islahatlara eksperiment qaydasında daha tez başlamış Xızı, Zaqatala,
Salyan və Masallı rayonlarında bu iş artıq 1996-cı ilin axırlarında başa çatmışdı.
135
1996-cı ilin yazından başlayaraq ictimai kənd təsərrüfatı müəssisələrinin
mal-qarası özəl mülkiyyətə verildi.
136
1995-ci ildən başlayaraq 1300-dən çox kolxoz və sovxoz ləğv edildi,
onların bazasında 35 minədək kəndli-fermer təsərrüfatı, o cümlədən 224
kooperativ, 491 kiçik müəssisə, 1676 birgə təsərrüfat yaradıldı.
137
1996-cı ilin oktyabr ayında "Sudan pulla istifadə haqqında Əsasnamə" qəbul
olunması meliorasiya xidmətlərinin yaxşılaşmasına imkanlar açdı. Meliorasiya
qurğularının bərpası və genişləndirilməsinə başlanıldı. 2000-ci ildə uzunluğu 52,9
317
km olan Baş Muğan-Mil kollektorunun ikinci hissəsi istifadəyə verildi. Samur-
Abşeron kanalında yenidənqurma işləri başlandı.
138
Kənd təsərrüfatında lizinq (icarə) xidməti formalaşdı. Bu işdə Yaponiya fəal
iştirak edirdi. 1997-1998-ci illərdə bu ölkə Azərbaycana 350 milyon iyen (12
milyard manat), 1999-cu ildə isə 400 milyon iyen texnika şəklində qrant
ayırmışdı.
139
2002-ci ilin əvvəllərinədək bu qrant hesabına 705 kənd təsərrüfatı
texnikası, traktor, kombayn və s. alınmışdı.
140
Aqrar islahatların həyata keçirilməsi sahəsində bəzən tələsikliyə və səhvlərə
də yol verilmişdi. Torpaqlar paylandıqdan və pambıq zavodları özəlləşdirildikdən
sonra pambıqçılıq kimi əhəmiyyətli bir sahə özbaşına buraxılmışdı. 1998-ci ildə 60
min tona qədər pambıq tarlalarda yığılmamış qalmışdı.
141
Konserv zavodları
gücünün 10-15 faizi həcmində işləyirdi. Özəlləşdirilməsi nəzərdə tutulan 126 şərab
zavodunun cəmi 14-ü səhmdar cəmiyyətinə, 6-sı özəl kiçik müəssisəyə çevrilmişdi.
İslahatlar Bərdə, Neftçala, Dəvəçi, Beyləqan, Şəki, Qəbələ, Ucar, Ağdaş,
Goranboy, Tərtər rayonlarında çox ləng gedirdi.
142
557 kənd təsərrüfatına xidmət
müəssisəsində özəlləşdirmə zəif idi. Buna əsas səbəb respublikaya 90-cı illərin
əvvəllərindən kənd təsərrüfatı texnikası gətirilməməsi, mövcud maşın-traktor
parkının köhnəlib sıradan çıxması olmuşdu. Dövlət mülkiyyətində qalmış 41
toxumçuluq və damazlıq müəssisəsinin də maddi bazası olduqca zəif idi.
Prezidentin 1999-cu il 22 mart tarixli Fərmanı bu sahədə nöqsanların aradan
qaldırılmasına,
inkişaf
üçün
yeni
imkan
və
vasitələr
tapılmasına
istiqamətləndirirdi.
143
Çətinliklərə baxmayaraq, respublikada özəlləşdirmə uğurla həyata
keçirilirdi. 2002-ci ildə artıq ümumi daxili məhsulda özəl sektorun payı 71 faiz
təşkil edirdi. Sənaye məhsulunun 50 faizi, kənd təsərrüfatı istehsalının 99 faizi,
ticarətin 99 faizi, tikintinin 76 faizi, nəqliyyat və rabitədə xidmətlərin 65 faizi özəl
sektorun payına düşürdü. Məşğul əhalinin 70 faizdən çoxu özəl müəssisələrdə
işləyirdi.
144
Dostları ilə paylaş: