MƏDƏNĠYYƏT
§1. MAARĠF
Təhsil. Azərbaycan məktəbi keçid dövrünü yaşayırdı. İqtisadi, siyasi və
mənəvi həyatdakı ziddiyyətlər onu böyük çətinliklər qarşısında qoymuşdu. Maarifə
kifayət qədər vəsait ayırmaq hələ mümkün deyildi. Məktəblərin maddi bazası
zəifləyirdi. Yüzlərlə maarif müəssisəsi, o cümlədən 855 məktəbəqədər uşaq
müəssisəsi, 693 ümumtəhsil məktəbi, 85 musiqi məktəbi, 4 texnikum və 1 ali
məktəb binası düşmən əlinə keçmiş, qarət edilmiş, dağıdılmışdı.
1
90-cı illərin
əvvəllərində nəzarətsizlik üzündən bir çox məktəb binaları, sinif otaqları "zirək"
işbazların əlinə keçmiş və başqa məqsədlər üçün istifadə olunurdu. Maddi
vəziyyəti ağır olduğundan minlərlə müəllim maarif sistemini tərk etmişdi.
2
Müstəqil Azərbaycan Respublikası öz maarif sistemini yaratmalı, məktəb
hakim-amirlik ideologiyası təzyiqindən xilas olmalı idi. Milli təhsil konsepsiyası
həyata keçirilməyə başlandı. 1998-ci il martın 30-da Prezident Heydər Əliyevin
sərəncamı ilə Təhsil Sahəsində İslahatlar üzrə Dövlət Komissiyası təşkil olundu.
Dünya Bankı, milli və xarici ekspertlərin köməyi ilə Azərbaycan Respublikasının
Təhsil İslahatı Proqramı hazırlandı və Prezident tərəfindən 1999-cu il iyunun 15-də
təsdiq edildi.
3
Proqramda Azərbaycan milli təhsil sisteminin strategiyası və
konsepsiyası müəyyənləşdirildi. Burada təhsilin idarə edilməsində yeni prinsiplərin
bərqərar olunması, təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması, dünya təhsil
sisteminə inteqrasiyası və əsaslı şəkildə təkmilləşdirilməsi nəzərdə tutulurdu.
Dünya Bankı bu proqramın həyata keçirilməsinə kömək üçün 35 ilə 5 milyon
dollar həcmində kredit ayırdı. Uşaq və gənclərin milli vətənpərvərlik ruhunda
tərbiyə edilməsinin vasitə və yollarını müəyyənləşdirən "2000-2005-ci illərdə
Azərbaycan Respublikasının Təhsil Sistemində Tərbiyə Proqramı" hazırlandı və
həyata keçirilməyə başlandı.
4
Prezident Heydər Əliyev 2000-ci il iyunun 13-də "Azərbaycan
Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Fərman verdi.
5
Təlim-tərbiyə proseslərinin keyfiyyətcə yeniləşdirilməsini gücləndirmək üçün
mülkiyyət formasından və tabeçiliyindən asılı olmayaraq, bütün təhsil
müəssisələrinə tədris-metodik rəhbərlik, ayrı-ayrı dövlət qurumlarına məxsus təhsil
müəssisələrinin (Müdafiə və Milli Təhlükəsizlik nazirlikləri müəssisələrindən
başqa) tabeçiliyi Təhsil Nazirliyinə verildi. Azərbaycan Pedaqoji Kadrların
İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun bazasında
Azərbaycan Müəllimlər İnstitutu və onun regionlarda filialları yaradıldı. Təhsil
336
Problemləri üzrə Respublika Elmi-Metodik Mərkəzi ilə Azərbaycan Elmi-Tədqiqat
Pedaqoji İnstitutu bazasında Təhsil Problemləri İnstitutu, təsərrüfathesablı Təhsil
Texnologiyaları Mərkəzi təşkil olundu.
6
2000-ci ildə respublikada 111 min uşağı əhatə edən 1790 məktəbəqədər
müəssisə fəaliyyət göstərirdi.
7
2000-ci ilin noyabr ayında Bakının Əhmədli
qəsəbəsində Beynəlxalq "Sos Kinderdof İnternational" təşkilatı tərəfindən
yaradılmış 12 evdən ibarət uşaq kəndi istifadəyə verildi. Bu, 1999-cu ildə təşkil
olunmuş "Sos Uşaq Kəndləri Azərbaycan Assosiasiyası"nın (prezidenti Sevil
Əliyeva) səmərəli fəaliyyətinin nəticəsi idi.
8
Respublikada 367 məktəbdənkənar
müəssisə vardı. Onlarda 310 mindən çox şagird müxtəlif maraq sahələri üzrə
qruplara cəlb olunmuşdu.
9
Məktəb sovet təhsil sisteminin müsbət ənənələrini qoruyub saxlamaqla
bərabər, onu müasir Avropa texnologiyası ilə zənginləşdirməyə başladı. 40-dan
çox xarici ölkənin, o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya, Yaponiya,
Türkiyə və İsrailin təhsil sistemi, təlim texnologiyaları, idarəetmə modelləri
öyrənildi və nəzərə alınmağa başlandı.
10
Bir çox xarici ölkələrlə birbaşa təhsil
əlaqələri, şagird və tələbə mübadiləsi yaradıldı.
11
Azərbaycan Respublikası ali təhsil sahəsində təhsil sənədlərinin
və elmi
dərəcələrin tanınması ilə bağlı YUNESKO-nun 1979-cu il Paris Konvensiyasına,
1983-cü il Banqkok Regional Konvensiyasına, habelə Avropa regionunda ali təhsil
sahəsində ixtisasların tanınması haqqında 1997-ci il Lissabon Konvensiyasına
qoşuldu. Azərbaycan təhsil sistemi YUNESKO, YUNİSEF, YNEVOK, İSESKO,
Avropa Təhsil Fondu, Avropa Şurası, Avropa İttifaqı kimi nüfuzlu beynəlxalq
təşkilatların təhsil proqramları ilə məşğul olan qurumlarla Açıq Cəmiyyət İnstitutu
(SOROS Fondu) və başqa qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edirdi. Hər il
yüzə yaxın təhsil işçisi Soros Fondunun dəstəyi ilə müasir tədris texnologiyaları ilə
tanış olmaq üçün xarici ölkələrə ezam olunurdu. 1998-ci ildən respublikada fondun
"Addım-addım", "İngilis dili", "Debat", "Vətəndaş təhsili" (1999-cu ildən)
proqramları fəaliyyət göstərirdi. Azərbaycanın ali məktəbləri Avropa İttifaqının
maliyyələşdirdiyi TEMPUS/TASİS proqramına cəlb olunmuşdu. 2003-cü ilədək bu
proqram çərçivəsində respublikanın ali məktəblərinə göstərilən maliyyə-texniki
yardım 3370000 avro təşkil edirdi.
12
Orta məktəblər üçün orijinal dərsliklər, yeni dərs vəsaitləri, fənn
proqramları hazırlandı.
13
Alim və pedaqoqların səyi sayəsində qısa müddətdə
ümumtəhsil məktəbləri üçün yeni "Azərbaycan tarixi", "Ədəbiyyat", "Azərbaycan
dili", "Coğrafiya" və digər bir çox dərslik çap olundu. Ali məktəblər üçün ilk dəfə
"Azərbaycan tarixi" dərslikləri hazırlandı. Təbiət elmləri üzrə bir sıra yeni
dərsliklər nəşr edildi. Dərsliklərin və dərs vəsaitlərinin formaca müasir Avropa
standartlarına uyğunlaşdırılmasına diqqət yetirildi.
14
337
2000-2001-ci dərs ilində respublikada 4548 dövlət gündüz ümumtəhsil
məktəbi fəaliyyət göstərirdi. Bu məktəblərdə 1 milyon 654 min şagird təhsil alır,
onların təlim-tərbiyəsi ilə 165 min müəllim məşğul olurdu.
15
Ümumtəhsil
məktəbləri sistemində də dəyişikliklər baş vermişdi. Liseylər, gimnaziyalar
yaradılmışdı. Xüsusi istedada malik uşaqlar üçün təmayülləşdirilmiş 225 məktəb
(onlardan 7-si gimnaziya və 33-ü lisey) fəaliyyət göstərirdi. Bu məktəblərdə 84
min şagird təhsil alırdı.
16
Bakıda özəl Türkiyə liseyləri, o cümlədən "Atatürk"
liseyi, "Bakı Türk liseyi", T.Ozal adına Bakı və Sumqayıt Türk liseyləri və bir neçə
rayonda onların filialları təşkil olunmuşdu. 2001-ci ilin sentyabr ayında
Azərbaycanda ilk Bakı özəl ümumtəhsil kompleksi fəaliyyətə başladı.
17
Respublikada 18 minə qədər uşağın təhsil aldığı 38 ümumtipli internat
fəaliyyət göstərirdi.
18
1998-ci ildə C.Naxçıvanski adına Respublika Orta Hərbi
İnternat Məktəbinin Naxçıvan filialı təsis edildi.
2002-ci il oktyabrın 4-də Prezident Heydər Əliyev "Azərbaycan
Respublikası
ümumtəhsil
məktəblərinin
maddi-texniki
bazasının
möhkəmləndirilməsi haqqında" Fərman verdi. 2003-2007-ci illərdə məktəb
tikintisi, təmiri, məktəblərin müasir tədris avadanlığı ilə təchizi üçün konkret
tədbirlər görülməyə başlandı.
20
90-cı illərin birinci yarısında orta ixtisas məktəblərində tələbələrin sayı iki
dəfə azalıb 30 min nəfərə, texniki peşə məktəblərində şagirdlərin sayı iki dəfə
azalıb 43 min nəfərə enmişdi. 2000-2001-ci illərdə respublikanın 68 (4-ü özəl) orta
ixtisas məktəbində 41,2 minə qədər tələbə təhsil alırdı. Onların təlim-tərbiyəsi ilə
8,3 min nəfərə qədər müəllim məşğul olurdu. 109 peşə təhsili müəssisəsində (47
peşə liseyi və 62 peşə məktəbi) 25 min şagird 115 növ peşəyə yiyələnirdi.
22
Respublikanın texnikumlar şəbəkəsi yenidən qurulur, kolleclər yaradılırdı.
2002-ci ilin avqustunda Bakı Kommersiya, İnşaat, Əli Bayramlı Sənaye, Ağdam,
Gəncə, Şamaxı, Lənkəran, Şuşa Kənd Təsərrüfatı texnikumları ləğv edildi. Bakı
Dövlət İqtisadiyyat və Humanitar (Bakı Plan-Uçot Texnikumu bazasında), Bakı
Dövlət Sosial-İqtisad (Bakı Plan-İqtisad Texnikumu bazasında), Bakı Dövlət
Rabitə və Nəqliyyat (Bakı Rabitə Kolleci və Dəmir Yolu Nəqliyyatı texnikumları
bazasında) kollecləri təşkil edildi. Yerlərdə ləğv edilmiş texnikumların bazasında
Sumqayıt Dövlət Texniki, Sabirabad, Ağdam, Quba, Şamaxı, Tovuz və Qazax
Dövlət Sosial-İqtisad, Lənkəran, Ağdaş Dövlət Humanitar, Göyçay, Bərdə və
Zaqatala Dövlət İdarəetmə və Texnologiya, Naxçıvan və Şəki Dövlət Texniki
kollecləri yaradıldı.
23
Maarifin təşkilində mühüm yenilik 1992-ci ildən ali və orta ixtisas
məktəblərinə qəbulun test üsulu ilə aparılmasının tətbiqi olmuşdu. Ən ümdə
məqsəd qəbul zamanı qeyri-obyektivliyin, mənfi halların qarşısını almaq idi. Qəbul
338
sistemi getdikcə təkmilləşir, abituriyentlərin biliyini aşkara çıxarmağa imkan verən
müasir vasitələr tətbiq olunurdu.
24
1993-cü ildən respublikanın ali məktəblərində (incəsənət, mədəniyyət, tibb
və idman ixtisasları üzrə məktəblərdən başqa) çoxpilləli ali təhsil - dördillik
bakalavr və ikiillik magistratura sistemi tətbiq olunmağa başlandı. 1997-ci ildə
magistraturalara ilk qəbul keçirildi.
25
Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutu, Lənkəran Dövlət
Universiteti fəaliyyətə başlamışdı. Azərbaycan Dövlət Neft-Kimya İnstitutu,
Azərbaycan Kənd Təsərrüfatı İnstitutu, Azərbaycan Dövlət Konservatoriyası təhsil
akademiyalarına çevrilmişdi. 1996-cı ildə Bakı Dənizçilik Məktəbi əsasında Dəniz
Akademiyası yaradılmış, Polis Məktəbi Polis Akademiyası adlandırılmışdı.
Bakıdakı Azərbaycan Dövlət Pedaqoji İnstitutu - Pedaqoji Universitet, Politexnik
İnstitutu - Texniki Universitet, Tibb İnstitutu - Tibb Universiteti, Bakı Ali Partiya
Məktəbi - Sosial İdarəetmə və Politologiya İnstitutu kimi yenidən quruldu. 1999-cu
ildə Sosial İdarəetmə və Politologiya İnstitutu bazasında Respublika Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyası təşkil olundu. 1998-ci ildə Milli
Təhlükəsizlik Nazirliyinin Akademiyası təsis edildi.
26
Mülki Təyyarəçilik
Akademiyası fəaliyyət göstərirdi. 2001-ci ildə Azərbaycan Milli Konservatoriyası
fəaliyyətə başladı.
Respublika Prezidentinin 2000-ci il iyunun 13-də verdiyi Fərmana əsasən
təhsil sistemində aparıcı mövqeyi və beynəlxalq aləmdə real nüfuzu olan Bakı
Dövlət Universitetinə, Azərbaycan Dövlət Neft Akademiyasına və Azərbaycan
Kənd Təsərrüfatı Akademiyasına özünüidarəetmə və maliyyə müstəqilliyi statusu
verildi.
27
2002-ci ilin iyun ayında belə status Naxçıvan Dövlət Universitetinə də
verildi. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutu, Bakı Əmtəəşünaslıq
Kommersiya İnstitutu, Azərbaycan Kooperasiya İnstitutunun və Bakı Kooperativ
Texnikumunun bazasında Azərbaycan Dövlət İqtisad Universiteti yaradıldı.
Azərbaycan İnşaat Mühəndisləri Universiteti Azərbaycan Memarlıq və İnşaat
Universiteti adlandırıldı. Azərbaycan Sənaye İnstitutu bazasında Sumqayıt Dövlət
Universiteti, Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun
profili genişləndirilərək Bakı Slavyan Universiteti, Gəncə Dövlət Pedaqoji
Universitetinin profili genişləndirilərək Gəncə Dövlət Universiteti, Azərbaycan
Dövlət Dillər İnstitutunun profili genişləndirilərək Azərbaycan Dövlət Dillər
Universiteti, Azərbaycan Texnologiya İnstitutunun profili genişləndirilərək
Azərbaycan Texnologiya Universiteti adlandırıldı. Azərbaycan Rəssamlıq
Akademiyası və onun nəzdində İncəsənət Kolleci (Azərbaycan Dövlət Rəssamlıq
Texnikumu bazasında), Azərbaycan Milli Konservatoriyası və onun nəzdində
Musiqi Kolleci (Azərbaycan Dövlət Musiqi Texnikumu bazasında) təsis edildi.
28
339
Ölkənin hərbi məktəblərində: Ali Hərbi Məktəb, Ali Hərbi Təyyarəçilik
Məktəbi və Ali Hərbi Dənizçilik Məktəbində onlarca ixtisas üzrə hərbi
mütəxəssislər hazırlanırdı.
29
Prezident Heydər Əliyev 2001-ci ilin sentyabr ayında əlaçı ali məktəb
tələbələrinə Prezident təqaüdü təsis etdi.
30
Respublikada özəl ali məktəblərin geniş şəbəkəsi meydana gəlmişdi.
"Qərb", "Biznes", "Asiya", "Xəzər", "Təfəkkür", "Azərbaycan", "Qafqaz", "Odlar
Yurdu", "Beynəlxalq Münasibətlər", "Ali İctimai-Siyasi Kollec" və başqa özəl ali
təhsil müəssisələri fəaliyyət göstərirdi. Ümumiyyətlə, respublikanın şəhərlərində,
hətta qəsəbələrdə 121 özəl ali məktəb təşkil edilmişdi. Lakin bu ali məktəblərdən
cəmi 18-i dövlət lisenziyası ala bilmişdi.
31
Onların da bir çoxu maddi bazasının
zəif, təhsilin səviyyəsi aşağı olduğundan sonralar (2001-ci ildə 5-i, 2002-ci ildə 3-
ü) lisenziyadan məhrum edilmişdi.
32
1993-1994-cü dərs ilindən başlayaraq, respublikanın dövlət ali təhsil
müəssisələrində bir neçə qrupda ödənişli təhsil forması tətbiq olundu.
33
2000-2001-ci dərs ilində respublikada 43 ali məktəb fəaliyyət göstərir,
onlarda 119,7 mindən çox tələbə təhsil alırdı. 25 dövlət ali təhsil müəssisəsində 91
mindən çox (38,1 mini öz hesabına ödənişli əsasda), 18 özəl ali təhsil
müəssisəsində 28,7 mindən çox tələbə oxuyurdu. Dövlət ali məktəblərində 22 135
nəfər professor-müəllim heyəti çalışırdı. Özəl məktəblərdə 5 mindən çox müəllim,
dosent və professor işləyirdi.
34
2002-2003-cü dərs ilində 10-dan artıq xarici ölkənin ali məktəblərində 882
nəfərdən çox azərbaycanlı tələbə təhsil alırdı. Respublikanın ali məktəblərində
2100 xarici tələbə oxuyurdu.
35
Respublikanın ali təhsil ocaqlarında dünyanın qabaqcıl ali məktəblərinin
təcrübəsi diqqətlə öyrənilir və tətbiq olunurdu. Azərbaycan universitetləri Qara
Dəniz Hövzəsi Ölkələri Universitetləri Şəbəkəsinə qoşulmuşdu. 2002-ci ilin
sentyabr ayında bu təşkilatın II konqresi Bakıda keçirilmiş, 11 ölkənin 70
nümayəndəsinin təmsil olunduğu bu forumda universitet təhsilinin mühüm
problemləri, təcrübəsi təhlil və müzakirə olunmuşdu.
36
Təhsil müəssisələrində yeni təsərrüfat sistemi, bazar iqtisadiyyatı ilə bağlı
tətbiqi elmlərin, xarici dillərin, informatikanın tədrisinə, kompüter savadının geniş
yayılmasına diqqət artırılmış, beynəlxalq münasibətlər, beynəlxalq hüquq,
politologiya, menecment, marketinq kimi ixtisaslar üzrə kadr hazırlığına
başlanmışdı.
37
Gənc nəslin ümumi mədəni, siyasi səviyyəsinin yüksəldilməsinə diqqət
artırılmışdı. Bu məqsədlə 1997-ci ildən başlayaraq ali və orta ixtisas məktəblərində
təşkil olunan "Heydər Əliyev məktəbləri" xüsusi əhəmiyyət kəsb edirdi. Bu
məktəblərdə gənclərə ölkədə müstəqilliyin, dövlətçiliyin, tərəqqinin təmin
340
olunmasında Heydər Əliyev siyasət sənətinin incəlikləri, xarakterik cəhətləri
öyrədilirdi.
38
Respublikada qaçqın və məcburi köçkünlərin təhsil alması üçün münasib
imkanlar yaradılmışdı. 2000-2001-ci dərs ilində onlar üçün müxtəlif regionlarda
616 ümumtəhsil məktəbi, 35 məktəbdənkənar tərbiyə müəssisəsi, 12 texniki peşə
məktəbi, 5 orta ixtisas məktəbi və 3 orta ixtisas məktəbinin filialı, 1 ali məktəb,
234 məktəbəqədər tərbiyə müəssisəsi fəaliyyət göstərirdi.
39
BMT-nin Qaçqınlarla
İş üzrə Ali Komissarlığı xətti ilə çadır şəhərciklərində yüzlərlə yığma sinif otağı
quraşdırılmış, minlərlə məktəbli dərs ləvazimatı ilə təmin olunmuşdu. YUNİSEF-
in köməyi ilə qaçqın və köçkün uşaqları üçün 14 rayonda 35 Uşaq İnkişaf Mərkəzi
yaradılmışdı. ADNŞ və başqa müəssisələr qaçqın və köçkün məktəblərinin, onların
şagirdlərinin təmin olunmasında fəal iştirak edirdi. Bu məktəblərdə 130 min şagird
və tələbənin təlim-tərbiyəsi ilə 20 minə yaxın təhsil işçisi məşğul idi.
40
Təhsil sahəsində əhəmiyyətli irəliləyişlə yanaşı, ciddi çatışmazlıq və
nöqsanlar da mövcud idi. Məktəblərdə, xüsusən ali təhsil ocaqlarında qeyri-
obyektivlik halları inkişaf edirdi. Özəl məktəblərdə dərslərin keyfiyyətinə layiqincə
diqqət yetirilmirdi.
41
2001-ci ildə Azərbaycan Respublikasında əhalinin 2 milyon 901 min nəfəri
ümumi orta, 694 min nəfəri orta ixtisas, 612 min nəfəri tam ali təhsilli idi. Yaşı 15-
dən yuxarı olan hər min nəfərə 908 təhsilli, o cümlədən 108 ali, 122 orta ixtisas,
511 ümumi orta və 158 natamam orta təhsilli şəxs düşürdü.
42
Dostları ilə paylaş: |