TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 6,36 Mb.
Pdf görüntüsü
səhifə114/157
tarix30.12.2021
ölçüsü6,36 Mb.
#22177
1   ...   110   111   112   113   114   115   116   117   ...   157
uşaqlar basdırılanda  ənənə  pozulurdu. Təsəvvürlərə görə, mərhum axirətdə həyatını 

davam  etdirir,  işıqlı  dünyadakı  həyatını  xatırladan bir  həyat  sürürdü.  Ehtimal  ki,  buna 

görə  mərhumun paltara,  ərzağa ehtiyacı  vardı, axirətdə  ona sikkələr  də  lazım  ola bilərdi. 

Güman etmək olar ki, dəfn məqamında küplərdə açılan kiçik deşiklər mərhumun ruhunun 

qəbirdən sərbəst çıxmasına imkan yaratmaq üçün imiş. 

Qəbirdə  ölünün  başının  hansı  tərəfə  qoyulması  dini  xüsusiyyətlər  məsələsinin 

həllində  müəyyən  əhəmiyyət  kəsb  edir.  Məlumdur  ki,  torpaq  qəbirlər  mədəniyyətinin 

daşıyıcıları qadınları sol, kişiləri sağ böyürləri üstdə dəfn edirdilər, qadınların başlarını 

qərbə,  ayaqlarını  şərqə  tərəf,  kişilərin  başlarını  cənub-şərqə,  ayaqlarını  şimal-qərbə 

tərəf qoyurdular, həm də bütün hallarda ölünün üzünü günəşin ən gur işıq saldığı səmtə 

çevirirdilər.  Ölünün  əsasən  baş  tərəfində  çoxlu  gil  qablar  olması  mərasimin 

mürəkkəbliyini göstərir. Yarıbayarı doldurulmuş quyuda çox vaxt tonqal qalayır, qurbanlıq 

heyvanın şaqqalanmış ətini və kəsilmiş başını oraya atırdılar. Beləliklə, bəzi əlamətlər 

sübut  edir  ki,  torpaq  qəbirlər  mədəniyyətinin  daşıyıcıları  günəşə  ibadət  edir,  oda 

tapınırdılar. Başqa bir böyük mədəniyyətin nümayəndələri ölüləri iri gil küplərdə dəfn 

edir,  mərhumu  küpə  sağ  və  ya  sol  böyrü  üstə,  bükülü  vəziyyətdə  qoyurdular.  Bəzən 

belə izah edirlər ki, skeletin bükülü halda qoyulması mərhuma ana bətnindəki vəziyyəti 

vermək arzusundan irəli gəlmişdir. Əgər küp qəbirlərdə ayaqları uzadılmış skeletlərə 

rast  gəlinməsəydi,  bu  yozum  inandırıcı  olardı.  Görünür,  ənənə  ölənin  şəxsi 



350 

 

əşyalarından faydalanmağı yasaq edirdi: qəbirdə  mərhumun  geyimi əynində qalırdı. İri 



dəfn  küpünün  ətrafında  çox  vaxt  qida  və  içki  ilə  dolu  kiçik  keramik  qablar  düzülürdü. 

İnanırdılar ki, ruh kip bağlanmış küpün içindən çıxa bilməz. Buna görə də böyrü üstə 

qoyulmuş dəfn küpünün yuxarı tərəfində kiçik deşik açır və onu keramika qəlpəsi ilə 

qapayırdılar.  Kömür  və  kül  qalıqlarından  göründüyü  kimi,  tonqal  adətən  dəfn 

küplərinin  ağzına  yaxın  yerdə  qalanırdı.  Çiy  kərpic  qəbirlər  məhəlli  səciyyəli  din 

haqqında müəyyən məlumat verir. Meyiti torpaqdan seçmək üçün çox vaxt qəbirin yerinə 

ağ əhəng çəkilir, habelə çiy kərpic və  ya taxta döşənirdi. Mərhumun geyimi əynində 

qalırdı;  qabların  sayı  lap  azaldılmışdı;  qablar  demək  olar  həmişə  mərhumun  ayaq 

tərəfinə  qoyulurdu.  Bunlar  əksər  hallarda  səhəng  və  cam  idi.  Biz  hər  dəfə  qədim 

əhalinin  səcdəgahlarından  danışanda  səmtin  müəyyən  edilməsində  sistemsizliklə  üz-

üzə  gəlirik,  lakin  bəzən  sabitlik  də  görmək  olur.  Məsələn,  Mingəçevir  və  Torpaqqala 

qəbirlərinin  istiqaməti  qədim  alban  ibadətgahının  yeri  haqqında  fərziyyə  söyləməyə 

imkan  vermişdir.  Çiy  kərpic  türbələrin  istiqaməti  qərbdən  şərqədir  (başı  şərqə tərəfdir). 

Bu,  sübut  edir  ki,  səmt  Şərqə  götürülürmüş.  Güman  etmək  olar  ki,  həmin  sabit  səmt 

gündoğan tərəfdir. 

Dinin  parlaq  əlamətlərindən  biri  ornamentdir.  Torpaq  qəbirlərdən  tapılmış 

keramik  əşyalar  üçün  çökək,  qismən  də  qabarıq  ornament  səciyyəvidir,  bu  ornament 

paralel üfüqi və ya şaquli çökək xətlərdən, bir sıra kərtiklərdən, qabarıq düymələrdən 

və  ya  ayabənzər  təsvirlərdən  ibarətdir.  Demək  olar  bütün  hallarda  qabın  yuxarı  hissəsi 

paralel xətlərlə, həmçinin sağa və ya sola meylli kərtiklərlə haşiyələnir, üçdən on birə 

qədər çökək xətlərə toxunan paralel qanovcuqlar halqa əmələ gətirir. Torpaq qəbirdən 

tapılmış  qabın  gövdəsində  düz  və  dalğavari  xətdən  əlavə,  çökək  çevrələrdən  və 

onların  ətrafında,  yaxud  içərisində  yerləşdirilən  çökək  nöqtələrdən  ibarət  ornament 

vurulmuşdur.  Nöqtələrin  sayı  əsasən  ya  yeddi,  ya  da  doqquzdur.  Nöqtələrdən  ibarət 

batıq  ornamenti  olan  dairəciklər  üç-üç  yerləşdirilir  və  on  birə  qədər  kompozisiya  ünsürü 

əmələ  gətirir;  ornament  bir  çox  hallarda  əhalinin  dünyagörüşünü  kifayət  qədər  dəqiq 

əks  etdirir.  Məsələn,  qablarda  ay  ayininin  mövcudluğunu  təsdiqləyən  ayabənzər 

qabarıq təsvirə rast gəlinir. Qabların qulpunda və ağzında çəkilmiş xətlər aydın sübut edir 

ki,  "üç"  və  "yeddi"  ədədləri  kimi,  "on  bir"  ədədinin  də  xüsusi  dini  mənası  varmış. 

Ornamentin  tədqiqi  göstərir  ki,  torpaq  qəbirlərdən  çıxarılmış  qablarda  qırmızı  boyalı 

rəsmlər  yoxdur.  Torpaq  qəbirlər  mədəniyyətinə  Kürdən  şimaldakı  ərazilərdə  (buraya 

küp  qəbirləri  mədəniyyətinin  nüfuz  etməsinə  qədər)  yayılmış  ornament  elementləri 

xasdır. Küp qəbirlər mədəniyyəti üçün həm çökək və qabarıq ornament, həm də qabın 

üst yarısını tutan qırmızı boyalı rəsmlər səciyyəvidir. Hər rəsm bir neçə paralel xətdən, 

rənglənmiş və rənglənməmiş üçbucaqlardan, sınıq, dalğavarı xətlərdən ibarət olan ayrı-

ayrı ünsürlərə parçalanır. Məsələn, gil ağızlı və iki qulplu (cizgilər bir qulpda doqquz, 

o  biri  qulpda  yeddidir)  qabın  üzərində  üç  cərgə  qırmızı  boyalı  ornament  vardır: 

əvvəlcə  bir  cərgə  çəpəki  cizgilər,  sonra  üçbucaq  mötərizələr  düzülmüşdür  -  bunlar 




351 

 

səkkiz  tağı  saxlayır.  Qabın  ağzına  yoğun  bir  dairə  çəkilmişdir.  Gen  ağızlı  digər  iki 



qulplu  qabın  üzərində  açıq  qırmızı  boya  ilə  işlənmiş  dördlaylı  kompozisiya  öz 

semantikası  ilə  diqqəti  cəlb  edir.  Birinci  cərgə  qabın  ağız  hissəsinin  dövrəsinə 

çəkilmiş xətlərdən və şaquli kərtiklərdən, ikinci cərgə şaquli sınıq xətlərdən ibarətdir. 

Əsas  semantik  yük  üçüncü  cərgəyə  düşür:  təsvirin  mərkəzində  parlaq  səma  cismi  və 

ətrafa saçılan on bir şüa görünür, sağda bir budaq, solda iki budaq gözə dəyir. Bütün bunlar 

üç  sütuna  söykənir.  Ağcabədidən  tapılmış  ikiqulplu  bir  qaba  üç  cərgə  qəhvəyi  ornament 

vurulmuşdur.  Üst  və  alt  cərgələr  tağlardır.  Onların  arasında  meandrı  xatırladan  təsvir 

verilmişdir. Qabın hər qulpunda yeddi çökək cızıq vardır. K.V.Treverin fikrincə, qabda 

daha  qədim  qabların  formaları  və  naxışları  yeni  tərzdə  təkrar  olunur.  Birqulplu 

qabların birinə  qırmızı boya  ilə  üçcərgəli ornament çəkilmişdir: birinci  cərgə  çəpəki 

cızıqlardan,  ikinci  cərgə  şaquli  sınıq  xətlərdən  ibarətdir.  Üçüncü  cərgədə  tağlar  təsvir 

edilmişdir. Qabın qulpunda qırmızı boya ilə on çəpəki cızıq (lüləsinin ucunda qırmızı 

boya ilə dairəcik) çəkilmişdir. Lüləsi və bir qulpu olan başqa qaba dörd cərgə ornament 

vurulmuşdur. Alt və üst ornament tağların şəklini təkrar edir (hər cərgədə on tağ). İki 

orta  cərgəni  şaquli  sınıq  xətlər  (təqribən  qırx  dəfə)  ornamenti  nöqtələrlə  işlənmiş 

zəncir təsviri tutur. Qabın ağzı qırmızı boya ilə rənglənmiş lüləsində üç xətt, qulpunda xaç 

işarələrindən  ibarət  ornament  vardır.  Maraqlıdır  ki,  Mil  düzünün  küp  qəbirlərindəki 

qablarda  da  torpaq  qəbirlərdən  tapılmış  qablardakı  "üç",  "yeddi"  və  "on  bir"  ədədi 

semantikası  bu  və  ya  digər  formada  təkrar  olunur.  Mil  düzündə  aşkar  edilmiş 

keramikanın  ornamenti  Albaniyanın  qalan  hissəsində  tapılmış  qabların  rəsmlərindən 

öz  zənginliyi  ilə  fərqlənir.  Mingəçevir  keramikasının  çökək  və  qabarıq  rəsmləri  öz 

spesifik  xüsusiyyətlərinə  malik  olmaqla  bərabər,  bəzən  Yaloylutəpə  tipli  torpaq 

qəbirlərdən  tapılmış  gil  qabların  ornamentinə  bənzəyir.  Mingəçevir  qablarında  olan 

ornamentin bir nümunəsi maraqlı ritondur: ritonun bütün gövdəsi boyunca şaquli çökək 

xəttlər sınıq xətlərlə növbələşir. Belə sadə ornament eyni biçimli, lakin maral barelyefi 

olmayan  başqa  bir  qabda  da  vardır.  Yük  heyvanları  ilə  daşınan  böyük  və  yanda 

gəzdirilən kiçik mehtərələrin çökək, bəzi hallarda   qabarıq   ornamenti   Mingəçevir   

üçün  səciyyəvidir.  Rəsmlərin  xeyli  hissəsi  ya  ideologiyanı  əks  etdirir,  ya  da  keramika 

rəssamın  təxəyyülünün  bəhrəsidir.    Eyni    sözlər  birqulplu  və  lüləli  qabların  çökək  və 

qabarıq ornamentinə də aiddir. Mehtərələrin və  birqulplu qabların ornamentində ədədi 

semantika mühüm rol oynayır. Mingəçevir üçün zəngin boyalı keramika səciyyəvidir. 

Boyanın  keyfiyyəti  Mil  düzündən  tapılmış  qablara  vurulan  boyanın  keyfiyyəti 

kimidir, lakin rəngi bir qədər açıqdır. Birqulplu səhənglərin birində dimdiklərini sərv 

ağacına  tərəf  tutmuş  quşlar  və  ağacdan  yuxarıda  qabarıq  yarımdairə  təsvir  edilmişdir. 

Quşlar  ilə  ağacın  arasında,  bir  tərəfdən,  şüasaçan  cisim  və  rənglənmiş  üçbucaq,  o  biri 

tərəfdən, eynilə o cür səma cismi vardır. Quşların arxasında ağacların sxematik təsvirləri 

və  üçbucaqlar  görünür.  Güman  ki,  rəsm  nəqli-mifoloji  əhəmiyyətə  malikdir. 

Birqulplu,  novçalı  başqa  bir  səhəngdə  fauna  və  flora  daha  canlı  bir  şəkildə  əks 




352 

 

etdirilmişdir.  Rəsmdə  yenə  də  qarşı-qarşıya  dayanmış  müqəddəs  quşlar  təsvir 



olunmuşdur,  onların  arasında  həyat  ağacı  yoxdur,  lakin  bir  tərəfdən,  rənglənmiş 

üçbucaqlar, dama-dama üçbucaqlar, şaxələnmiş buynuzları olan maral və şüasaçan göy 

cismi, onların arxasında yenə maral və rənglənmiş üçbucaq, digər tərəfdən isə rənglənmiş 

üçbucaq,  qollu-budaqlı  ağac  və  şüasaçan  səma  cismi  vardır.  İki  şaquli  qulpu  olan 

enliboğaz  keramik  qab  maraq  doğurur.  Bir  qabda  qırmızı  boya  ilə  bizə  əvvəlki 

rəsmlərdən  tanış  olan  üçbucaqlar  çəkilmiş  və  onların  üzəri  ilə  yeriyən  iki  quş  təsvir 

edilmişdir.  Başqa  qablarda  da  eyni  üçbucaqlar  və  müqəddəs  quşlar  rəsm  olunmuşdur. 

Rəsmlər  güman  ki,  rəmzi  məna  daşıyır.  Qabların  birində  deşiyi  iki  tərəfə  çıxan  iki 

qabarıq məməcik vardır. Sərv təsvirli səhəngi xatırladan başqa bir qulplu keramik qabda 

qarşı-qarşıya  hərəkət  edən  quşlar  və  bəzisi  rənglənmiş  üçbucaqlar  nəzərə  çarpır. 

Quşların arasında budaqlı ağac görünür. Çiy kərpic türbələrdə aşkar edilmiş keramikada 

qırmızı  boyalı  rəsmə  bir  dəfə  rast  gəlinir;  çökək  xətlərə  vurulan  ornament  simmetrik 

deyildir, o, qabın qıraqlarına çəkilmiş üç qeyri-paralel xətdən, sağa və sola meyil edən 

bir neçə cərgə çökək cızıqlardan ibarətdir. Ornament bəsitdir. Strabonun yunan adları 

ilə  adlandırdığı  eyni  allahlara  sitayiş  olunması,  görünür,  onu  sübut  edir  ki,  farsların, 

madalıların, ermənilərin və albanların oxşar panteonu varmış, lakin hər bir ayrıca halda 

üstünlük allahlardan birinə verilirdi. Bir tərəfdən, farsların, madalıların və ermənilərin, 

digər tərəfdən, qədim Qafqaz albanlarının panteonları arasında müqayisəni davam etdirsək, 

o nəticəyə gələrik ki, Strabonun yunanca adlandırdığı alban allahları Helios, Zevs və 

Selena  İran allahları Mitraya, Ahura-Mazdaya  və  Anahitaya  tamamilə  və  ya  qismən 

uyğun  gələ  bilər.  Arşakilər  dövrünün  sonu  qədim  dini  təsəvvürlərin  tənəzzülə 

uğraması, sonra isə xristianlığın yayılması ilə səciyyəvi idi. Yeni təlimin qələbəsi heç 

də  köhnə,  xristianlıqdan  əvvəlki  dini  baxışların  məhv  olub  getməsi  demək  deyildi. 

Qədim  ayinlərin  qalıqları  geniş  xalq  kütlələri  arasında  yaşamaqda  davam  edirdi. 

Moisey Kalankatlı məlumat verir ki, çar Vaçaqan qədim ayinin nümayəndələrini "ya 

suda  batırır,  ya  da  qovurdu;  başqa  bir  qismini  qul  edirdi".  Onun  yazdığına  görə, 

Qambeçdə  və  Alvankda  "sərt  tədbirlər  görülürdü".  Repressiyalar  üzündən  təriqətlər 

xəlvətə  çəkilir,  xristianlığa  müqavimət  göstərirdilər.  Yeni  tədbirlər  həyata  keçirmək 

lazım  idi.  Orta  əsrlər  Albaniyasının  tarixçisi  danışır  ki,  Vaçaqan  "əmr  verdi  ki, 

cadugərlərin,  sehrbazların,  kahinlərin,  barmaqkəsənlərin  və  türkəçarəçilərin 

övladlarını yığıb məktəbə versinlər, ilahi elmə yiyələndirsinlər və səriştəli etsinlər...". 

Xristianlıq  ideyaları  yayıldığı  kimi,  hakim  yuxarı  təbəqənin  iqtisadi  və  siyasi 

hökmranlığı  da  yayılırdı.  Xristianlıq  tez-tez  ciddi  məğlubiyyətlərə  düçar  olurdu. 

Məsələn,  Kalankatlıya  görə,  "Alban  katolikosu  Qriqorisin  ölümündən  sonra  barbar 

Şərq  xalqları  yenə  bütpərəstliyə  qurşandılar  və  çoxlu  atəşgahlar  quraraq  xristianlığa 

qarşı  təqiblərə  başladılar".  Antik  dövrün  və  orta  əsrlərin  yazıçıları  tərəfindən 

xatırladılan etiqadlar Albaniyada hələ uzun müddət yaşadı. 

 



353 

 


Yüklə 6,36 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin