§ 2. YAZI. MƏKTƏB. ƏDƏBĠYYAT
a) Al bani ya - Tarixi taley in xüsusi hökmülə A lbaniyanın yerli mənĢəli
yazılı abidələri dövrümü zə qədim erməni dilində gəlib çatmıĢdır. Lakin XIII
əsrədək alban ədəbiyyatı, Ģübhəsiz, alban dilində yazılmıĢdır.
Xristianlıq qəbul edilənə və Albaniyada dövlət dininə çevrilənədək
albanların öz yazısı olmuĢ, bütün ölkə üçün tayfalararası ünsiyyət vasitəsi kimi
alban dili geniĢ intiĢar tapmıĢdı. Alban dilində yerli yazı və ədəbiyyatın yaranması
ermənilərdə və gürcülərdə olduğu kimi, ölkənin xristianlaĢ ması ilə bağlı idi. Dini
ədəbiyyatın albancaya ilk tərcü mələri siryani dilindən olmuĢdur. Moisey
Kalan katlının verdiy i məlu matlar Albaniyanın qədim Suriyanın vilayətləri və
Fələstinlə köhnə əlaqələrinin o lduğunu göstərir.
Albanların öz doğ ma dillərində yazı və ədəbiyyatın olması obyektiv tarixi
zərurətdən irəli gəlirdi. Sosial-iqtisadi və siyasi Ģərait A lbaniyanın öz ədəbiyyatının
yaranması üçün zəmin hazırlamıĢdı. V əsrin baĢlanğıcında arami qrafikası əsasında
alban yazısı -əlifbası təkmilləĢdirildi. Antik müəlliflərə görə, albanlar hələ e.ə. I
əsrdə öz yazılarından istifadə edirdilər. V yüzilin əvvəllərində təkmilləĢdirilmiĢ 52
100
fonemli a lban əlifbası fıĢıltılı və boğaz səsləri ilə zəngin idi. V əsr erməni
müəlliflərin in özlərinin etiraf etdiyi kimi, alban dili ermənilər üçün "yad" dil id i.
Məhz bu dövrdə alban hökmdarı Asuagenin, alban patriarxı Ġyeremin in
yardımı ilə "Tövrat" və "Ġncil"in, "Liturgiya" (xristianların əsas ibadət ayini) və
baĢqa dini kitabların tərcüməsi üzrə uğurlu iĢlər görüldü. Müəllim kimi
hazırlaĢdırılmıĢ bir ço x gənc ölkənin mü xtəlif vilayətlərinə yollandı. A lbaniyanın
ayrı-ayrı vilayətlərindən olan, dövlət ərzaq payı ilə təmin edilmiĢ uĢaqlar dəstə-
dəstə məktəblərə göndərild ilər. Tərcü mə dini ədəbiyyatı ilə yanaĢı, yerli orijinal
agioqrafik (alban müqəddəslərin in həyatı) və dünyəvi ədəbiyyat da yaranırdı.
Albanlar ö z yazılarından beynəlxalq yazıĢ malarda da istifadə ed irdilər.
V-VII əsrlər a lban yazısının çiçə klən mə dövrü hesab olunur. Məhz bu
dövrdə, A.Q.ġanidzenin sözləri ilə desək, "albanlar Qafqazın siyasi və mədəni
həyatının bütün sahələrində gürcülər və ermən ilərlə eyni dərəcədə bərabər fəallıqla
iĢtirak edird ilər".
Erkən alban ədəbiyyatı əlveriĢli tarixi-mədəni Ģəraitdə təĢəkkül tapdı. Bu -
müstəqil Alban dövlətinin mövcud olduğu, alban arĢakilərin in və onları əvəz edə n
böyük alban hökmdarları - Mih ranilərin hakimiyyətdə olduqları, müstəqil alban
kilsəsinin fəaliyyət dövrü idi.
Ədəbiyyatın inkiĢafı nəticəsində maraq dairəsi geniĢlənmiĢ, bu isə öz
əksini mü xtəlif janrlarda tapmıĢdı: agioqrafik əsərlər, tarixi xronikalar, hüquqi
sənədlər - kilsə qanunları və dünyəvi qanunlar yaranmağa baĢladı. V-VI əsrlərdə
siyasi səbəblər üzündən ədəbiyyatda ellinpərəst istiqamət nəzə rə çarpdı.
Dövrün alban ədəbi ənənələrinə bizə yetiĢmiĢ aĢağıdakı tarixi narrativ
mənbələr aiddir: Moisey Kalankatlının "Alban tarixi", VII əsr Ģairi Davdəkin
elegiyası, alban hüquqi mənbələri olan kilsə qanunları (V əsr Aquen məclisin in
qanunu və Simeonun qanunu adı ilə tanın mıĢ 705-ci il Partav məc lisin in qanunu).
Moisey Kalankatlının I-X əsrlər Albaniyası və albanların , eləcə də baĢqa
xalq ların tarixinə həsr etdiyi əsərinin əhəmiyyəti olduqca b öyükdür. "Alban tarixi"
Azərbaycanın ictimai-iqtisadi, siyasi, ideoloji və mədəni tarixin i, eləcə də tarixi
coğrafiyasını və etnogenezini və s. öyrən mək baxımından hədsiz maraq doğurur.
Moisey Kalankatlı qüdrətli alban hökmdarı CavanĢirin müasiri idi; məhz
bu dövr Albaniyanın siyasi və mədəni d irçəliĢi dövrü sayılırdı. Hərbi istedadı,
müdrik və çevik siyasəti ilə Albaniyanı öz əzəli hüdudlarında - cənubda Araz
çayından, Ģimalda Dərbəndədək olan ərazidə birləĢdirən və bərpa edən, müstəqil daxili
və xarici siyasət yeridən, alban kilsəsinin müstəqilliyini qoruyub saxlayan CavanĢir,
Ģübhəsiz, xüsusi yazılı abidədə öz dövrünün inikasını görmək arzusu ilə Moisey
Kalankatlıya "Alban tarixi" kitabını sifariĢ verir. Həmin kitabın meydana gəlmə
səbəblərindən biri də budur.
Üç tərəfdən olan siyasi təzyiq Ģəraitində dövlətin müstəqilliyini saxlamaq,
özünün mədəni-ideoloji bən zərsizliy ini qoru maq naminə alban xalqını mübarizəyə
səfərbər etmək məqsədilə dövrün Ģanlı səhifələri ilə yanaĢı, Bibliya dövründən "bu
101
günədək" (yəni VIII əsrədək) baĢ verən hadisələri iĢıqlandıran bir əsərin olması vacib
idi.
Beləliklə, "Alban tarixi" müəllifinin məqsədi Alban məmləkətinin, onun
xalqının, ərazisinin, siyasi və mənəvi həyatının yaranma və inkiĢaf tarixini əks etmək,
onun ArĢakilər və Mihranilər sülalələrinə mənsub hökmdarlarının, xüsusilə CavanĢirin
dövrünü təsvir etmək, hakimiyyətin arasıkəsilmədən irsən keçdiyini göstərmək, apostol
patriarxlığı ilə baĢlamıĢ avtokefal (müstəqil) alban kilsəsinin yaran ma tarixin i izləmək
olmuĢdur.
Beləliklə, bu abidə Albaniyanın müstəqil dövlətçiliyini və müstəqil kilsəsini
mədh etmiĢdir.
"Alban tarixi" üzərində sonradan aparılmıĢ redaktə izlərinə baxmayaraq,
abidənin ifadə tərzi, haqqında danıĢılan məlu matların nisbi tamlığı, müəllifin maraq
dairəsinin geniĢliyi, ölkənin daxili və xarici həyatında baĢ verən hadisələrin dəqiq tarixini
müəyyənləĢdirməyə imkan verən xronoloji sistemin iĢlənib hazırlanması, dövr üçün
demək olar, xarakter olan tarixi duyumun olması, müəllifin hadisələri Ģərhində müəyyən
obyektivliyin mövcudluğu belə bir fikir yaradır ki, o dövrdə Albaniyada müəyyən
ənənələr və tarixi Ģərh etmə təcrübəsi olmuĢdur.
Əsər strukturuna görə üç hissədən ibarətdir: Birinci hissə Bibliya tarixi ilə
baĢlayır. Mənbədəki məlumata görə, mənĢəcə Yafəs soyundan olan albanlar bu soyun
Getarilər nəslinə mənsubdular. Ermənilər isə baĢqa bir nəsildən - Foqarmadan
(Toqarmadan) törəmələrdir.
Qaynaqda albanların adı yazısı olan 15 xalqın sırasında çəkilir. Ölkənin tarixi
coğrafiyası - coğrafi təsvir, təbii sərvətlərin xarakterizə edilməsi, ölkə hüdudlarının
dəqiq göstərilməsi ilə təqdim edilmiĢdir. IV fəsildən Albaniyanın real tarixinin Ģərhinə
baĢlanır. Yerli hakim olan Aran ölkənin ilk hökmdarı adlandırılır, ondan sonra söhbət
ArĢakilər sülaləsindən olan alban hökmdarları haqqında gedir. Birinci kitabda
xristianlığın yayılma tarixi görkəmli yer tutur; V əsr Aquen məclisinin kilsə qanunları
haqqında məlumat verilir. Birinci kitab hunların ölkəyə hücumunun təsviri ilə baĢa
çatır.
Ġkinci kitab 552-ci ildən baĢlayır və 711-ci il hadisələri ilə tamamlanır.
Burada Ġran-Bizans, Ġran-Ərəb müharibələri təsvir edilir, alban hökmdarı CavanĢirin
bu müharibələrdə iĢtirakı qələmə alınır. Mihranilərin tarixi, xüsusilə CavanĢirin və
Varaz Tiridatın hakimiyyəti əks etdirilir, alban katolikosu Vironun fəaliyyəti gös-
tərilir.
Üçüncü kitab ərəblərin tarix səhnəsinə çıxmaları, onların 698-ci ildən 877-ci
ilə qədər Albaniya, Ermənistan və Ġberiyaya hücumlarına həsr olunub. Daxildə baĢ
verən hadisələrdən Varaz Tiridatın hakimiyyətinin son illəri, hunlarla qarĢılıqlı
münasibətlər, alban katolikosu Nerses Bakurun fəaliyyəti əks olunub. Kitab X əsr hadi-
sələri, alban hökmdarları və katolikoslarının siyahısı ilə baĢa çatır.
Moisey Kalankatlının öz əsərini alban dilində yazdığını inkar edən erməni
alimləri etirazlarını əslində yalnız bir dəlillə gös tərməyə çalıĢırlar: o da həmin əsərdə
102
VII əsrdə yazılan və dövrümüzə "Alban tarixi" vasitəsilə qədim erməni dilində çatan
Ģair Davdəkin yazdığı böyük alban hökmdarı CavanĢirin ölümünə elegiyadır. ġair
Davdək özündən sonra, erməni alimlərinin dili ilə desək, "qanı qanından olmayan
alban hökmdarının" Ģərəfinə "akroĢlir üslubunda" yazılan ağıdan baĢqa heç bir əsər
qoymamıĢdır. Tədqiqatlar nəticəsində aydınlaĢdırılıb ki, mətnin alban redaktəsində
olan əlyazmalarında həmin elegiya erməni əlifbasının ilk 19 hərfinə uyğun, hər biri
dörd sətirlik 19 bənddən ibarətdir. Mətnin erməni redaktələrində olan baĢqa
əlyazmalarında isə bəndlərin sayı erməni əlifbasındakı bütün hərflərlə uyğunlaĢ -
dırılaraq 36-ya çatdırılır. Əgər 1-19-cu bəndlərdə Ģerin ahəngində, ölçüsündə bir
tarazlıq və səlislik müĢahidə edilirsə, 19-cu hərfdən sonra həm Ģerin ölçüsündə, həm
də formasında birinci hissədən fərqli cəhətlər yaranır (dörd sətirlik bəndlər iki və ya
üç sətirlik bəndlərlə əvəz edilir). Sözsüz ki, burada sünilik, zorluq hiss olunur.
Məlu mdur ki, belə Ģeirlərdə heç də həmiĢə əlifbanın bütün hərfləri əhatə edilmir.
Davdək də öz Ģerində 52 hərflik alban əlifbasının yalnız 19 hərfini əhatə edə
bilərd i.
Erməni dilinə tərcümə prosesində alban əlifbası tərcü mə edilən dilin, yəni
erməni dilinin əlifbası ilə əvəz edilmiĢ, eləcə də Ģairlik məharəti nü mayiĢ
etdirilmiĢdir. Onu da qeyd edək ki, Davdəkin CavanĢirin ölü münə həsr etdiyi
mərsiyənin Azərbaycan variantı bu gün də yaslarda oxunur. M əzmununa, ifadə
tərzinə görə Davdəkin elegiyası Ermən istandan Alban iyaya gəlmiĢ yadelli Ģair
tərəfindən sifariĢlə yazıla b ilməzdi. Elegiya - çarəsizlik, öz yaxının ı itirən Ģairin
dərin kədəri, bütün doğma alban ölkəsin in nisgili idi:
"Ey ilahi kəlamları xəlq eləyən ulu Tanrı,
Özün nəğmə - ağı söylə, yad et bizim hökmdarı.
Elə nəğmə - ağı qoş ki, bu əvəzsiz itki üçün
Gözümüzdən gecə-gündüz axsın odlu göz yaşları".
ġair bir neçə dəfə CavanĢir Ģəxsiyyətinin böyüklüyünü ("Onun Ģöhrəti
bütün torpaqlara yayılmıĢ, adı dünyanın hər tərəfinə çatmıĢdı") qeyd edir, bu
itkinin ö z ölkəsi - Albaniya üçün əhəmiyyətini o xucularına da çatdırmağa çalıĢır.
Alban epiqrafikasın ın öyrənilməsi səviyyəsi alban qayaüstü yazıların ın
həddən artıq azlığı ilə əlaqədar olaraq ibtida i mərhələdədir. Bu vaxtadək həmin
yazıların o xun ması və açılmasına açar ola b iləcək bir neçə sətirdən ibarət böyük
yazılı abidə və ya ikidilli yazı aĢkarlan mayıb. Bunlardan baĢqa, alban
epiqrafikasının öyrən ilməsi canlı Qafqa z d illərin in, baĢlıca o laraq ud in, eləcə də
qədim gürcü, orta fars və b. dilləri bilməyi də tələb edir.
1948-c i ildə M ingəçevirdə aĢkar olun muĢ alban yazıla rı bu gün də maraq
doğurur və öz əhəmiyyətini saxlamaqdadır.
1
1
Bu yazılarda bəzisinin türk (K.Əliyev) və ləzgi (Y.Yarəliyev) dillərində
oxunması cəhdləri olmuĢdur - red.
103
Bu yazılı lövhə V-VII əsrlərin Sudağılan adlanan Ģəhərgahdakı məbədin
otaqlarından birində aĢkar olunub. Lövhədə hündürlüyü 5-5,5 sm olan 56 hərf
vardır. Bu, ən uzun və rabitəli yazılardan biridir, o, kapitelin karn izi üzrə uzanaraq,
onu dörd tərəfdən əhatə edir. Mingəçevirdə aĢkar edilmiĢ alban yazılı kitabəsi 21
iĢarədən ibarətdir, 4 sətirlidir. Üzərində alban yazısı olan dördkünclü Ģamdan da
tapılmıĢdır.
Alban yazılarına aidiyyəti Ģübhə doğurmayan Mingəçevir kitabələrindən
baĢqa, alban yazılarına aidiyyəti çətinliklə güman ed ilən b ir sıra kitabələr də
mövcuddur: 1. Köhnə Gəncənin xarabalıqlarında tapılmıĢ, üç sətirlik qabarıq yazı
həkk edilmiĢ iki gil qab parçası; 2. Dağıstanın Qunib rayonunun Oroda kəndində
aĢkar edilmiĢ yazılı daĢ; 3. Dərbənd qalasının Ģimal xarici divarı üzərindo on beĢ
hərfdən ibarət olan yazı; 4. Dərbənddən cənubda, Kürtənçay yaxınlığındakı meĢədə
üç qəbiristanlıqda aĢkar edilmiĢ ermən i yazıları arasında erməni qrafikasın ın
yardımı ilə o xun mayan yazılar.
b) Adur badaqan - Cənubi Azərbaycanın ərazisində indiyədək tapılmıĢ
yazılı abidələr MiĢkinĢəhr və Təxti-Süley manda aĢkar edilmiĢ orta fars yazıları ilə
məhdudlaĢır. Bu, bütün imperiyada olduğu kimi, Azərbaycan ərazisində də orta
fars dilinin ka rgüzarlıq dili kimi qəbııl ed ild iyini göstərir.
Orta fars (pəhləvi) yazısı arami qrafikasının mü xtəlif növlərindən birinə
əsaslanır. Əlifba 22 iĢarədən ibarətdir. Əcnəbi yazının Ġran dillərinə tətbiqi bəzi
hərf və hərf birləĢ mələrində (liqarura larda) ço xmənalılıq doğururdu. Yazı sağdan
sola yazılırd ı. Pəhləv i yazısında tarixi orfoqrafiya qəbul edilmiĢdi. Yazın ın əsas
xüsusiyyətlərindən biri ideoqramların - Ģərti iĢarələrin ço xluğu idi. Arami
ideoqramları o xu zamanı mexan iki o laraq Ġran ekv ivalentləri ilə əvəz o lunur, bu
ideoqramlara Ġran Ģəkilçiləri əlavə edilird i. Belə liklə, ideoqram vahid iĢarə kimi
qəbul edilirdi. Lakin belə ideoqrafik yazılıĢ məcburi deyildi. Sö zləri fonetik
baxımdan da təsvir etmək olardı.
Ola bilsin ki, o uzaq illərdə Azərbaycanda iĢlədilən dillər də bugünkü çox
qədim dil və dialektlər (Mid iya dilin in xələfləri o lan hərzani, kərinqani dilləri,
Ramand dialektləri, dağlıq Taliqan və Rudbar bölgələrinin Ģivələri və s.) kimi
yazısız id ilər. Yazı, dil və ədəbiyyat o vaxt intiĢar tapır ki, biliklərin nəsildən-nəslə
ötürülmə ənənəsi olsun. Biliklərin ötürülməsi üçün əsas mənbə isə məktəbdir. Orta
fars mənbələri frahangestan adlanan məktəblərin ço xsaylılığ ını təsdiq edir.
"Kavadın oğlu Xosrov və cavan" əsərində (VI əsr) adlı-sanlı ailə lərdən olan
cavanların bu məktəblərdə necə oxu masından ətraflı danıĢılır. Məlu m olu r ki, ilk
növbədən onlara "Avesta"nın əsas hissələri olan YəĢtlər, Qatalar, Yəsna, Videvdat və
eləcə də "Avesta"nın orta fars tərcümələri və onun Ģərhləri - Zənd öyrədilirdi. Tədris
fənləri sırasına bədii ədəbiyyat, tarix, bəlağət və astronomiya daxil idi. Hər bir gənc at
sürmək, ox atmaq və nizə tullamaq məharətinə malik olmalı idi. Tədris kursuna Ģahmat,
dama, top (müasir polosayağı) oyunlarının öyrədilməsi də daxil idi. Bədii sənətin
öyrədilməsinə, mahnı oxumaq və musiqi alətlərində (simli kifara və sitrada) çalmaq
104
bacarığına da az əhəmiyyət verilmirdi. Beləliklə, frahangestanda təhsilini baĢa vuran
cavan dünyəvi və hərbi həyata hazır olurdu.
Kahinlik məktəbi herbedestan termini ilə ifadə olunurdu. Bu məktəblərdə
kahinlər (herbedlər) xaviĢt termini ilə ifadə olunan Ģagirdlərə dərs deyirdilər. Bu
Ģagirdlər öz təhsil haqlarını özləri ödəyirdilər. Tədris prosesində Avesta və Zənd mətnləri
əzbər öyrədilir, Qataların dürüst yadda saxlanmasına xüsusi fikir verilirdi.
Kahinlik məktəblərindəki Ģifahi təhsil prosesi haqqında ətraflı məlumat
"Avesta"nın itmiĢ fəsillərindən biri olan "Herbedistan"da verilmiĢdir.
Sasani dövlətində yaĢayan xristian əhalinin də öz məktəbləri var idi. Tarixən
məlumdur ki, I ġapur və onun ilkin davamçılarının iĢğalçılıq müharibələri nəticəsində
Suriya, Kilikiya, Kappadokiya və xristian əhalili baĢqa ölkələrin ərazisi ələ keç irildi,
onların əhalisi zor gücünə Ġran Ģəhərlərinə köçürüldü, bu - Sasani dövlətində
xristianların sayını, onların dövlət həyatında rolunu artırdı.
Ġbtidai təhsil verən və əsas etibarilə d ini xarakter daĢıyan xristian
məktəblərində Ģagirdlərə müqəddəs kitablar - "Tövrat" və ―Ġncil" və onların Ģərhi
öyrədilirdi.
Cənubi Azərbaycan ərazisində indiyədək aĢkar edilən epiqrafik abidələr sayca
çox cüzidir. Səlmas Ģəhərindən 30 km Ģərqdə yerləĢən Xani-Taxta kəndində sonralar
səyyah və tədqiqatçıların dəfələrlə haqqında məlumat verdikləri qayaüstü relyef var.
Zamanın təsirilə artıq korlanmaqda olan bu təsvirin sol tərəfində at üstündə ĢahənĢah,
onun yanında iki piyada fiquru, daha sonra isə bir atlı nəqĢ edilmiĢdir.
Tədqiqatçılardan F.Zarreyə görə, həmin qayaüstü relyefdə I ƏrdəĢir və onun oğlu I
ġapur təsvir edilmiĢdir. Tədqiqatçılardan R.Ker-Porter və K.Leman-Hauptın da
vaxtilə görüb təsdiq etdikləri kimi, relyefdə indi tamamilə məhv olub getmiĢ orta
fars yazısı olmuĢdur.
1966-cı ilin yayında Tehran arxeoloji muzeyinin əməkdaĢı Qəmbə xĢ Fərd Xiav
çayı hövzəsini (Muğanın mərkəzi hissəsi) tədqiq edərkən, MiĢkinĢəhrdən cənubda, orta
əsr coğrafiyaĢünaslarının Varavi Ģəhərinə uyğun gələn yaĢayıĢ yerində daĢ üzərində orta
fars kitabəsi aĢkar etmiĢdir. Bu kitabə çiy kərpicdən tikilmiĢ orta əsr qalasının
yaxınlığındakı Baği Novruz dərəsində idi. Kitabədə göstərilən tarix - II ġapurun 27-ci
ili, mehr (yəni mart) ayı 335-336-cı ilə uyğun gəlir. Yazının məzmunundan görünür ki,
Nərse-Hörmüz adlı birisi bu qalanı yeddi ilə tikmiĢdir. Kitabə vasitəsilə qalanın
yanından keçənlərə müraciət edən Nərse-Hörmüz, onlardan qala ürəklərincə olsa, onu
xoĢ sözlə yad etmələrini xahiĢ edir; qalanı bəyənməyənlərə isə bundan daha yaxĢısını
tikməyi tövsiyə edir. Cənubi Azərbaycan ərazisində bu günədək aĢkar edilmiĢ ən qədim
Sasani epiqrafik abidəsi olan MiĢkinĢəhr kitabəsi tarixi keçmiĢimizi öyrənmək
baxımından qiymətli olduğu kimi, qala tikintisi haqqında məlu mat verən hələ ki,
yeganə yazıdır.
Sasanilərin hakimiyyəti altında birləĢ miĢ mü xtəlif xalqların, o cümlədən
azərbaycanlıların elmi fəaliyyətlərini müxtəlif xarakterli elmi iĢlərin hələ Sasani
dövründən yunancadan pəhləviyə, sonradan isə ərəb dilinə tərcümələri təsdiq edir.
105
Əlbəttə, ümumsasani dövrü mədəniyyəti və elminin nümunələri olan və orta fars dilində
yazılan bu əsərlərdən məhz hansının imperiyanın Adurbadaqan -Azərbaycan
vilayətindən çıxan alimlər tərəfindən yazıldığını aĢkar etmək, bəlkə də, qeyri-
mü mkündür. Bununla belə, Sasani dövləti mədəniyyətinin inkiĢafında öncül
yerlərdən birini tutan suriyalılarla yanaĢı, bu dövlətin ən böyük dastkertlərindən birinin
sakinləri olan azərbaycanlıla rın da bu mədəniyyətin tərəqqisində mühüm mövqe
tutduqları Ģübhəsizdir.
Sasani ZərdüĢt kilsəsi imperiyanın müxtəlif dinli və dilli əhalisi arasında gedən
mədəni mübadilənin qarĢısını ala bilmədi, hətta dövlətin ərazisində yerləĢən
xristianların tədris etdiyi və Aristotel irsinin öyrənildiyi fəlsəfi məktəblərin
mövcudluğuna da göz yummalı oldu. ZərdüĢt ruhaniləri Hindistan mədəniyyəti və
dininin göstərdiyi təsirlə də hesablaĢ malı idilər. Belə ki, "Avesta"nın orta fars dilinə
tərcüməsinə qədim hind fəlsəfə və tibbinin əsasları, Aristotelin varlıq kateqoriyası da
daxil edildi.
Elm və ədəbiyyata Hindistanla yanaĢı, Yunanıstan və Babilis tanın da yüksək
təsiri vardı. Orta fars dilli əsərlərdə, yaxud onların ərəbcə olan tərcümələrində bu
alimlərin əsərləri haqqında məlu mat verilmiĢdi.
Orta fars dilinə edilmiĢ tərcümələr arasında Aristotel, Ptolemey, Hippokrat və
b.-nın riyaziyyata, təbabətə, astronomiyaya və s. aid əsərləri ilə yanaĢı, hind
alimlərin in məntiq və bəlağətə, astronomiya və ulduzların cədvəlinə həsr etdikləri
əsərlər də vardır.
Sasani dövlətinin hər yerində olduğu kimi, Azərbaycanda da bu dövrdə il
hesabı günəĢ ilinə əsaslanan "zərdüĢti" (və ya Kiçik Avesta) təqvimi üzrə aparılırdı.
Bu təqvim hər biri 30 gündən ibarət olan 12 aydan və əlavə 5 gündən təĢkil olunmuĢdu.
Ayların adları "Avesta"dakı allahlar panteonundan götürülmüĢdü: birinci fərvərdin ayı
21 martdan 20 aprelədək davam edir, bundan sonra ordveheĢt, xordad, tir, amordad,
Ģəhrivər, mehr, aban, adur, dey, vehmen, spandərməd və frəvərdigan gəlirdi. 365 gündən
ibarət olan zərdüĢti təqvim ili astronomik günəĢ ilindən 6 saat qısadır, ona görə hər
dörd ildən bir təqvim ilinin baĢlanğıcı bir gün irəli çəkilirdi. 120 ildə bu fərq 30 günə
bərabər olurdu. Təqvim ilini günəĢ ilinə uyğunlaĢ dırmaq məqsədilə III Yəzdigərd in
632-c i il iyunun 16-dan hakimiyyət baĢına gəlməsilə qəbul edilən təqvimin 120-ci
ilinə 13-cü ay əlavə edilmiĢdi.
Sasanilər dövründə təqvim, 365 günlük "yerini dəyiĢən" günəĢ ili ilə yanaĢı,
366 günlük "uzun" illə də hesablanırdı. Belə uzun il Yulian və Qriqorian təqvimlərində
olduğu kimi, 4 ildən bir təkrar olunurdu. Lakin "uzun" ilin mütəmadi istifadə
olunmaması mövsümi bayramlar, eləcə də "Avesta‖nın müəyyən etdiyi dini bayram və
mərasimlərlə təqvim arasında uyğunsuzluğun yaranmasına səbəb olurdu. Bu, özünü
yazın gəlməsini xəbər verən Novruz bayramının keçirilməsində daha çox göstərirdi.
Qədim iranlıların astronomik təsəvvürünə görə yeni il "GünəĢin Qoç bürcünə daxil
olması", yəni yaz gecə-gündüz bərabərliyi gününə təsadüf etməli idi. Ġran alimi
S.Tağızadənin tədqiqatına görə, zərdüĢti təqvimindən e.ə. 441-ci ildən bəri istifadə
106
olunmağa baĢlanmıĢdır.
Ġlk Sasanilər dövründə baĢlanğıcı 208-ci ildən götürülən vahid Sasani erası
haqqında təsəvvür mövcud idi. Ġran və Hindistan zərdüĢtiləri indiyə kimi tarixin
hesabını sonuncu Sasani Ģahı III Yəzdigərdin erası ilə aparırlar.
Elmin coĢqun inkiĢafı I Xosrov ƏnuĢirəvanın Ģahlığı dövrü ilə bağlıdır.
Aqafinin məlumatına görə, 539-cu ildə Afina akademiyası bağlandıqdan sonra yunan
filosofları I Xosrovun sarayına gəlmiĢ və ĢahənĢah tərəfindən hörmətlə qarĢılanmıĢlar.
Yeni Ģəhərlərin tikintisi, saray və məbədlərin ucaldılması, suvarma sisteminin qurul-
ması, körpü və bəndlərin tikilməsi hərtərəfli bilik tələb edirdi. Əyiricilik və toxuculuq
iĢləri üçün dəzgahlar, boyalar lazım idi. III-VII əsrlərdə kamil səviyyəyə çatmıĢ
sənətkarlıq, təcrübə ilə yanaĢı, texniki biliklərə yiyələnməyi də tələb edirdi. Bu
biliklərin açarları isə müxtəlif minerallar, filiz, qiymətli daĢlar, rənglərin hazırlanması
və s. haqqında məlumat verən kitablarda və baĢqa texniki vəsaitlərdə mövcud idi.
Mənbələrin yazdığına görə, Azərbaycanda çıxarılan civə və neft elə o zamandan bəri
yaxĢı məlum idi və geniĢ istifadə olunurdu. Ərəb müəlliflərinin məlumatına görə ġizin
civəsi, qızılı və s. yüksək keyfiyyəti ilə fərqlənirdi.
Cənubi Azərbaycanın da daxil olduğu böyük Sasani dövlətinin müxtəlif həyat
sahələrini xarakterizə edən və bu dövlətin xalqları üçün ümumi olan ədəbi əsərlər
dövrümüzədək yalnız Sasanilərin dövlət dili olan orta fars dilində gəlib çatmıĢdır.
Bunların içərisində dini abidələr üstünlük təĢkil edir. Bu dini əsərlərin əhəmiyyəti yalnız
zərdüĢtilərin Avestanın mətnlərinin tərcümələrini və onlara yazılmıĢ Ģərhləri qoruyub
saxlamaları ilə deyil, eyni zamanda tarixə, coğrafiyaya, hüquqa, mənəvi və maddi
mədəniyyətə dair məlu matları ilə müəyyən olunur.
Dini ədəbiyyatın orta fars dilində yazılmıĢ abidələri içərisində ən mühümü
"BundahiĢn" (hərfən: "Əsas əsər") və ya baĢqa adla "Zənd aqahih" ("Zəndin biliyi")
əsəridir. Bu əsər dövrümüzədək iki variantda - "Böyük (və ya Ġran) BundahiĢni" və
qısaldılmıĢ "Hind BundahiĢn"i gəlib çıxmıĢdır. Əsərin son redaktəsi IX əsrə aiddir.
Burada üç əsas mövzu əks olunmuĢdur: dünyanın yaranması, yerdə olan varlıqların növləri
(bitkilər, heyvanlar, insan), Kəyanilər sülaləsindən olan əfsanəvi (və ya yarıəfsanəvi)
Ģahların tarixi, onların Ģəcərəsi və o dövrdə Ġranda baĢ verən hadisələr. "Bunda-
hiĢn"in yazılmasında istifadə edilən mənbələr göstərilməsə də, müəllif (və ya
müəlliflər) özünün "Avesta"nı və xüsusilə ona yazılan Ģərhləri, eləcə də qədim Ġran
əfsanə və dastanların ı dərindən bilməsin i nü mayiĢ etdirir.
Orta fars dilində yazılmıĢ və dövrümüzədək yetiĢmiĢ ən böyük əsər ilk iki
cild i bizə gəlib çatmayan 9 kitabdan ibarət "Denkərd" ("Dinin əməli") əsə ridir.
"BundahiĢn" kimi bu da daha erkən əsərlərin kompilyasiyasıdır. Burada
zərdüĢtiliyin tarixi, onun adət, ehkam və mərasimləri haqqında geniĢ məlu mat
toplanmıĢdır. Bununla yanaĢı, "Denkərd"də Sasani dövlətində hüquq normaları,
həmçinin sənətkarlıq, əhalinin məĢğuliyyəti, təbabət haqqında da mühüm
materiallar vard ır.
Didaktik ədəbiyyatın çoxsaylı abidələri içərisində "Dadestani Menoq-i
107
Xrad" ("Müdriklik ruhunun mühakiməsi") əsərinin adın ı çəkmək olar. Abidənin
yaranması I Xosrovun Ģahlığı dövrünə, VI əsrə aid edilir. Əsərin əsas hissəsi
suallardan və onlara dini öyüd formasında verilən cavablardan ibarətdir. Burada
əhalinin zü mrə bölgüsü haqqında məlu mat da vardır.
"Arda Viraz namaq" ("Mömün Virazın kitabı") əsərində zərdüĢt dininin
bərqərar olması və kah inlərin nüfuzunun möhkəmləndirilməsi məqsədilə
qəhrəmanın o dünyaya səyahəti təsvir olunur. Dantenin "Ġlahi ko mediya"sının sələfi
olan bu əsər, çox güman, VI əsrdə, məzdəkilərin darmadağın edilməsindən sonra
qələmə alın mıĢdır.
Dünyəvi ədəbiyyat nümunələri içərisində "Karnamaq-i ƏrdəĢir-i
Papaqan" ("Papaq oğlu ƏrdəĢirin əməlləri kitabı") qeyd olunmalıdır. Bu əsər janr
etibarilə tarixi ro mana yaxın laĢır. Burada erkən feodal Sasani cəmiyyəti institutları,
həmçinin zü mrə bölgüsü haqqında məlu matlar var.
"Tansarın məktubu" əsəri hələ VIII əsrdə ərəb Ģ air-alimi Ġbn əl-Muqaffaa
tərəfindən ərəb dilinə tərcümə edilmiĢ, lakin nə bu tərcümə, nə də əsərin orta fars
dilində olan orijinalı dövrü mü zə gəlib çatmamıĢdır. XVII əsrdə təbəristanlı Ġbn
Ġsfəndiyar Xarəzmdə bir kitabsatanın dükanında əsərin ərəb dilinə tərcüməsini
aĢkar etmiĢ, onu fars dilinə çevirmiĢ, özünün Təbəristan tarixinə daxil etmiĢdir.
"Tansarın məktubu"nda Sasani dövlətinin tarixi və daxili quruluĢuna, ĢahənĢahın
əyanlar və kahin lərlə münasibətinə dair bir ço x məlu mat vardır.
Orta fars ədəbiyyatı nümunələrindən "ġəhristaniha-i Eran" ("Ġran
Ģəhərləri") əsəri tarixi coğrafiyanın və Ģəhərsalma tarixin in öyrənilməsi
baxımından xüsusi maraq doğurur. VI əsrdə I Xosrov ƏnuĢirəvanın hakimiyyəti
dövrünə aid olan bu əsər dövrümüzə VIII əsrin redaktəsində çatmıĢdır. Burada
yerin cəhətlərinə uyğun qruplaĢdırılmıĢ 110 Ģəhərin adı çəkilir. ġimal Ģəhərləri
"Adurbadaqan (Azərbaycan) tərəfi" adı ilə birləĢdirilir.
Sasani qanunnamələrindən yalnız "Mədəyən-i hezar dadestan" ("Min
məh kəmə qərarı kitabı") əsəri dövrümüzə gəlib çatmıĢdır. Bu əsər qanun və
məh kəmənin mü xtəlif sahələrinə aid dolaĢıq hüquqi iĢlərin toplusudur. Hakimlər
üçün əyani vəsait kimi bu toplu təqribən 620-ci ildə Pars sakin i Bəhrəm oğlu
Fərraxmərt tərəfindən tərtib edilmiĢdir. O vaxta qədər isə əvvəllər müəyyən edil-
miĢ qanunlar ço x vaxt həyata keçirilə b ilmirdi, belə ki, əvvəlki qanu nnamələrdə
əks edilmiĢ və III-VII əsrlər üçün artıq köhnəlmiĢ hüquq normaları cəmiyyətin
inkiĢaf səviyyəsinə uyğun gəlmird i. Ona görə Sasani qanunnaməsində rəsmi
qərarlarla qəbul edilmiĢ hüquq norma və qanunları ilə yan aĢı, uzun illərin
məh kəmə təcrübəsindən yaranmıĢ ənənələrdən də istifadə olunurdu. Qanunnamə
maddələrin in mövzusu çox geniĢ olub, əmlak münasibətləri, qanun pozuntu ları,
məh kəmə prosesi və eləcə də mühakimə üsullarının qaydasına və hüquqi
sənədlərin tərtibatına dair hər Ģeyi əhatə edirdi.
|