Cədvəl 1.4
REGİONLAR
Kəşf olunmuş ehtiyat
Trln. m
3
%
MDB
56.0
32.0
Avropa
6.0
3.4
Asiya
82.5
47.2
Afrika
13.0
7.4
Şm.Amerika
7.0
4.0
Latın Amerikası
7.5
4.3
Avstraliya və Okeaniya
3.0
1.7
Dünya üzrə
175.0
100.0
Kəşf olunmuş təbii qazın ölkələr üzrə təminatı da müxtəlifdir. Ehtiyatına görə
10 qabaqcıl ölkədən Rusiya (48.1), İran (26.7), Qətər (25.8), Səudiyyə Ərəbistanı
(6.7), BƏƏ. (6.1), ABŞ (5.2), Nigeriya (5.0), Əlcəzair (4.5), Venesuela (4.2), İraq
(3.1) trln. m
3
daha çox fərqlənir. Təbii qazın ən iri yataqları ölkələr üzrə aşağıdakı
kimidir: Rusiyada Qərbi Sibir regionu üzrə, Urenqoy, Yamburq, Bovanen,
Zapolyarnı, Medvejye, Xarasov, Volqa-Ural regionunda Orenburq yatağı, Qətərdə
Mesopotamiya regionunda Qətər-Nord, İranın Mesopotamiya regionunda Kanqan,
Pars, Pazenun, Murqab regionunda Xangirən yataqları, Qazaxıstanın Xəzərsahili
regionunda Qaraçağanaq, Türkmənistanın Amudərya regionunda Damudabad yatağı
və s.
Getdikcə istifadəsi artan enerjidaşıyıcısı uranın coğrafi yayılması daha
müxtəlifdir. Yer qabığında uranın yayılması çox genişdir. Dünyanın 45-dən çox
ölkəsində uranın kəşf olunmuş ehtiyatları vardır. Avstraliya İttifaqı kəşf olunmuş
uran ehtiyatına görə fərqlənir. Qazaxıstan və Kanada ərazisində də uranın böyük
ehtiyatı aşkar edilmişdir. Bu hər üç ölkədə olan uranın ümumi ehtiyatı ümumdünya
- 34 -
ehtiyatının yarısına bərabərdir. Uranın iri yataqları həmçinin də CAR, Braziliya,
Namibiya, Rusiya, Özbəkistan, ABŞ və Niger ərazisindədir. Beynəlxalq atom
agentliyinin məlumatına görə əsrimizin əvvəlinədək uranın kəşf olunmuş ehtiyatı
təxminən 3.3 mln. tondur.
Elmin, texnikanın sürətli inkişafı enerjidaşıyıcılarına olan tələbatı artırmışdır.
Bununla yanaşı ayrı-ayrı dövrlərdə onlardan istifadənin miqdarı və forması da
dəyişməkdədir.
Belə ki, əgər XX əsrin altmışıncı illərinə kimi dünyada enerji istehsalında
kömürün xüsusi çəkisi yüksək idisə, 60-cı illərdən sonra neftin, sonra da təbii qazın
çəkisi artmağa başlamışdır. Sonralar neftin kimya sənayesi üçün əsas xammal rolunu
oynaması ondan enerji istehsalında miqdarını azaltmış, əksinə kömürün xüsusi
çəkisinin artmasına imkan vermişdir. Bu gün dünyanın aparıcı dövlətləri enerji
istehsalında urandan istifadəyə üstünlük verirlər. Baxmayaraq ki, 1 kq uran
konsentratı almaq üçün 80 ABŞ dolları sərf olunur. AES-lərdən istifadəyə görə
Fransa, Yaponiya, ABŞ, B.Britaniya, AFR və b. fərqlənir.
Yer qabığında metal resurslarının coğrafi yayılması daha genişdir. Ayrı-ayrı
ədəbiyyatlarda bu terminin müxtəlifliyi vardır: metallogen qurşaq, sipər və
platformalar, metallogen əyalətlər və s. Biz bunları istifadəsinə görə faydalı filiz
qurşaqları kimi də qeyd edə bilərik. Yer kürəsinin ən böyük filiz qurşağı Sakit okeanı
əhatə edir. Alp-Himalay, And, Kordilyer, Ural, Aralıq dənizi və s. qurşaqlar da öz
zənginliyi ilə fərqlənir. Bir sıra dağ sistemləri üçün faydalı qazıntıların dağ
sistemlərinin oxuna paralel şəkildə yerləşməsi qanunu səciyyəvidir. Bütövlükdə filiz
və qeyri-filiz faydalı qazıntıların coğrafi yerləşməsi qanunauyğunluğu bu ölkənin
tektonikasına əsaslanır.
Yer qabığında ən geniş yayılmış metal resurslarından dəmir filizi və
alüminiumu misal göstərmək olar.
Təxmini hesablamalara görə dəmir filizinin geoloji ehtiyatı 350 mlrd. ton kimi
qeyd edilir, lakin tədqiq olunmuş ehtiyat; 150 mlrd. tondur. Dünyanın 100-dən çox
- 35 -
ölkəsində dəmir filizi ehtiyatı vardır, lakin bu siyahıda ilk onluğu aşağıdakı ölkələr
təşkil edir (15. səh.38).
Dostları ilə paylaş: |