TəBİƏTDƏN İSTİfadəNİN İQTİsadi VƏ ekoloji problemləRİ


 Faydalı qazıntılar, istifadə və problemlər



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə7/28
tarix28.12.2021
ölçüsü1,07 Mb.
#17189
1   2   3   4   5   6   7   8   9   10   ...   28
3.Təbii şəraitlə ictimai mənimsəmənin qarşılıqlı münasibətlərİ 
 
Yer  səthinin  təbiəti  tarixən  öz-özünə  və  insan  fəaliyyəti  ilə  dəyişən,  bütün 
canlıların,o  cümlədən  də  insanın  həyatının,  ictimai  istehsalın  mənbəyidir. 
Yaşadığımız planet daxilində və xaricində baş verən təbii proseslər nəticəsində xeyli 
dəyişmiş,  getdikcə  soyuyaraq  bərkimiş,  səthində  müxtəlif  relyef  formaları 


 
- 25 - 
yaranmışdır.  Canlı  orqanizmlər  meydana  gəlmiş,  inkişaf  edərək,  hər  tərəfə 
yayılmışdır.  Onların  ali  və  yüksək  şüurlu  nümayəndəsi  olan  insan  gözü  qarşısında 
böyük dəyişikliklər baş vermişdir. Insanlar böyük buzlaşmanı görmüş, indiki quru ilə 
dənizlərin  yerdəyişməsinin şahidi  olmuşlar. Milyon illər ərzində  gedən bu dəyişiklik 
tədricən,  insan  cəmiyyətinin  tarixi  inkişaf  prosesi  isə  daha  sürətlə  getmişdir.  Insan 
təbii mühiti ona görə dəyişir ki, özünün daim artan tələbatını ödəyə bilsin. Məhsuldar 
qüvvələrin artması və inkişafı ilə insanın fəaliyyəti və təbii mühit də dəyişir ki, bu da 
təbiətin mənimsənilməsini və quruluşunun dəyişilməsini labüd edir. Təbii şərait insan 
fəaliyyətinin  təsiri  ilə  daha  məhsuldar,  insanın  həyatı  üçün  daha  əlverişli  olur. 
Aparılan arxeoloji tədqiqatlar göstərir ki, hələ paleolit dövründə sürü halında yaşayan 
pitekantroplar  təbiətdən  yığıcı  kimi  istifadə  etmiş,  hətta  bəzən  iri  heyvan  da  ovlaya 
bilmişlər. Çox da iri olmayan bu qədim insanların yığını əsasən isti iqlim şəraitində 
Cənubi  Avropada,  Afrika,  Asiya  və  Amerika  qitəsində  yaşamışlar.  Onların  təbiətə 
təsiri  heyvanların  təsirindən  heç  də  artıq  olmamışdır.  Yığın  halından  sadə 
məskunlaşmış  formaya  keçdikdən  sonra  onların  iri  məskənlərinin  ətrafında  ilkin 
antropogen  təsirlərə  rast  gəlinmişdir.  Sinantropların  yaşayış  yerlərinin  yaxınlığında 
aparılan  qazıntı  işlərindən  sonra  qalın  kül  təbəqəsi  aşkar  edilmişdir.  Odun  üzərində 
əsrlər ərzində saxlanılması göstərir ki, o dövrlərdə ot, xırda odun və ağac budaqlarını 
toplamaq, yandıraraq fasiləsiz ocaq qalamaq böyük zəhmət hesabına başa gəlmişdir. 
Neondartallar  artıq  daş  alətlər  düzəltməyi,  od  əldə  etməyi  və  iri  vəhşi  heyvanları 
ovlamağı bacarırdılar. Bütün paleolit dövründə insan özünün kollektivdən asılılığını 
hiss  etməyə  başlamış,  lakin  təbiətə  münasibəti  bir  tərəfli  olmuşdur.  Iri  heyvanların 
sayının  getdikcə  azalması  insanı  nisbətən  kiçik  heyvanların,  xüsusilə  də,  quş  və 
balığın ovunu artırmağa məcbur edir. Üst paleolitdən sonra kiçik həcmli heyvanların 
kütləvi  ovlanması  üçün  ov  alətləri  aşkar  edilmişdir.  Belə  ki,  qazıntılar  nəticəsində 
kaman və ox, tor, ağacdan hazırlanmış tələ və s. tapılmışdır. 
 
İlkin ibtidai icma şəklində yaşayan insanlar yığıcılıq, ovçuluqla yanaşı tədricən 
əkinçilik  və  heyvanlardıqla  da  məşğul  olmağa  başlamışlar.  Burada  enlik  zonallığı 
daha  aydın  nəzərə  çarpır,  çünki  insanlar  artıq  təbiətdən  istifadənin  sadə  yollarını 


 
- 26 - 
öyrənməyə  başlamışdılar.  Ovçuluq,  yığıcılıq  və  balıqçılıq  tayqa  zonasında  uzun 
müddət  saxlanmışdır.  Meşə  -  çöl  zonası  o  dövrün  insanlarını  daha  çox  cəlb  edirdi, 
çünki  vegetasiya  dövrünün  uzunluğu,  meyvə  və  heyvanların  bolluğu,  məhsuldar 
torpaq  daha  əhəmiyyətli  idi.  Çöl  zonasında  quraqlıq  baş  verirdi.  Lakin  ot  bitkisinin 
bolluğu heyvandarlığın inkişafı üçün stimul idi. Burada köçəri həyat hökm sürürdü. 
İnsanların  tədricən  təbii  proseslərə  uyğunlaşması  onları  daha  çətin  mənimsənilən 
ərazilərə də yayılmağa vadar edirdi. Odun uzun müddət saxlanması və ondan istifadə 
edilməsi  geniş  meşəliklərin  yandırılması  ilə  nəticələnirdi.  Ağaclardan  təmizlənmiş 
ərazilər  əkinçilik  üçün  istifadə  edilir,  atılmış  ərazilər  isə  sonradan  daha  sıx  və  iri 
gövdəli  ağaclarla  əvəz  olunurdu.  Bütövlükdə  təbiət  tədricən  dəyişir,  insanların 
təsərrüfat  fəaliyyətlərində  irəliləmələr  baş  verirdi.  Tədricən  kiçik  heyvanların, 
xüsusilə  də  qoyun,  keçi,  it,  at  və  quşlar  əhliləşdirilir,  ev  heyvanlarının  yavaş-yavaş 
növ tərkibi formalaşırdı.  
Əmək  vasitələrinin  inkişafı,  quldarlıq  cəmiyyətinin  formalaşması  əmək 
bölgüsünün  yeni  formasını  yaradır,  təbiətə  münasibət  və  təbiətdən  istifadə  yeni 
məzmun  kəsb  etməyə  başlayırdı.  Quldarların  fiziki  əməkdən  imtina  etmələri  onları 
elmi  və  mücərrəd  təfəkkür  və  incəsənətlə  məşğul  olmağa  vadar  edir,  təsərrüfata 
nəzarət  etməkdən  uzaqlaşdırırdı.  Zorla  gətirilib,  fiziki  əməyə  məcbur  edilən  qullar 
üçün təbiətdən səmərəli istifadə etmək o qədər də maraqlı deyildi. Təbii resurslardan 
kor-koranə  istifadə  qul  sahiblərini  sürətlə  varlandırır,  ətraf  mühitə  vurulan  zərər  isə 
sanki nəzərə çarpmırdı.       
İcma  dövrünün  müsbət  nəticələri  tədricən  aradan  qalxırdı.  Belə  ki,  icma 
dövründə təbiətdən istifadə zamanı əgər başçının şəxsi nümunəsi, təcrübəsi və əmək 
qabiliyyəti həlledici və səmərəli nəticə verirdisə, kor-koranə münasibət özünün mənfi 
təsirinin bəhrəsini verirdi. Hakim zümrə elə siyasi vəziyyət yaradırvə həyata keçirirdi 
ki, bütün imkanlar daxili təbii resurslardan səmərəli istifadəyə yox, daha çox qul əldə 
etməyə,  nisbətən  zəif  qonşu  dövlətləri  talan  etməklə  daxili  tələbatı  ödəməyə 
istiqamətlənirdi.  ərazisi  və  təbiəti  viran  edilən  ölkə  əhalisi  başqa  ərazilərə  aparılır, 
onların  isə  yeni  ərazilərə  və  yeni  istehsal  münasibətlərinə  öyrəşməkləri  çətinləşir, 


 
- 27 - 
qazandıqları əmək vərdişləri itirdi. Uzun-uzadı davam edən müharibə və çəkişmələr 
Mesopotamiya, Kiçik Asiya və Aralıq dənizi ətrafında torpaqların gücdən düşməsinə, 
korlanaraq səhralaşmasına səbəb olurdu. 
Patriarxal  dövrünün  təbiətdən  istifadə  metodları  sonrakı  ictimai  –  iqtisadi 
formasiya  olan  feodalizmdə  də  təkrarlanırdı.  Ayrı-ayrı  kəndlilərin  nəzərində 
olmayan,  iri  feodallara  məxsus  torpaqlardan  istifadə  o  qədər  də  iqtisadi  səmərəli 
deyildi, o daha çox qorunur, yüksək təbəqənin ovdanı rolunu oynayırdı. Nəticə etibarı 
ilə  ilkin  qoruqlar  da  yasaqlıqlar  yaranmağa  başlayırdı.  Çünki  ova  başı  bərk  qarışan 
zadəgənlər bəzi heyvan və quş nəslinin kəsilmə təhlükəsini hiss etməyə başlamışdılar. 
Bu dövrdə sadə əmək alətləri, formalaşmaqda olan məhsuldar qüvvələr təbiəti eninə 
istiqamətdə mənimsəməyə daha çox meyilli idi. 
Elmin  sürətli  inkişafı  sonrakı  mərhələdə  -  kapitalist  istehsal  münasibətlərinin 
formalaşdığı  bir  şəraitdə  təbiətdən  istifadə  yeni  məzmun  kəsb  etməyə  başladı.  Yeni 
texnikanın  tətbiq  edilməsi  sayəsində  təbiətə  təsir  daha  da  güclənir,daha  çox  gəlir 
gətirən  sahələr  sürətlə  inkişaf  edirdi.  Iri,  varlı,  hərbi-siyasi  durumu  yüksək  olan 
ölkələrdə  gətirilmə  xammala  meyl  yaranırdı.  Bu  dünyada  baş  verən  qüvvələr 
mərkəzləri  arasında  bir  növ  rəqabətə  də  çevrilirdi.  əgər  XX  əsrin  əvvəllərində 
kauçukun əsas istehsalçısı və ixracatçısı Braziliya idisə, həmin əsrin 20-ci illərindən 
sonra Cənubi-Şərqi Asiya ölkələrinin iri plantasiyalarından əldə etmək daha səmərəli 
olmuşdu.  İkinci  dünya  müharibəsi  zamanı  bu  əraziləri  Yaponiyanın  zəbt  etməsi 
yenidənBraziliyanın  atılmış,  kor-koranə  qalmış  ərazilərində  kauçuk  istehsalına 
marağı  artırmağa  başladı.  Müharibədən  sonra  yenə  də  bu  ərazilərə  maraq  azaldı, 
halbuki  bu  dövrdə  kauçuk  istehsalında  irəliləyiş  əldə  etmək  üçün  50  mindən  çox 
işçiqüvvəsi  gətirilmişdi.  İstehsalın  dayanması,  təbiətə  vurulan  zərbə,  insanların 
acınacaqlı həyat tərzi getdikcə artmağa, dözülməz hal almağa başladı.  
Elmi  –  texniki  nailiyyətlər  qazanmış  Qərbi  Avropa  ölkələrindətəbiətdən 
istifadə  böyük  vüsət  almışdı.  Yeraltı  təbii  sərvətlər  sürətlə  istifadə  edilir,  meşələr 
qırılır, əkin sahələri artırılırdı. XX əsrin 60-cı illərindən sonra artıq bu regionda təbii 
resursların  tükənməsi,  bəzilərinin  isə  iqtisadi  –  səmərəli  olmaması  meydana  çıxdı. 


 
- 28 - 
Buna baxmayaraq təbiətdən daha səmərəli istifadə etmək, onu qorumaq getdikcə daha 
da aktuallaşmağa başladı. Təsadüfi deyildir ki, bu gün bu regionun bəzi ölkələrində 
hər  hektardan  toplanan  buğda  maksimum  həddə  -  70-80  sentnerə  çatmışdır.  Təbii 
meşəliklər milli parklara çevrilmiş, yerli sənayenin artan tələbatını ödəmək üçün təbii 
sərvətləri  zəngin  olan  ölkələrdə  hasilat  –  ilkin  emal  sahələri  yaradılmış,  alınan 
yarımfabrikatlar  son  emal  üçün  ölkə  ərazisinə  gətirilərək  ekoloji  tarazlığı  saxlamaq 
ön plana çəkilmişdir.   
Aparılan  çoxsaylı  tədqiqat  işləri  göstərir  ki,  müasir  dövrdə  təbiətlə  cəmiyyət, 
təbii  mühitlə  ictimai  mənimsəmə  arasında  həm  dialektik,  həm  də  antaqonik 
münasibətlər  mövcuddur  və  bu  münasibətlər  ayrı-ayrı  ölkələrdə  müxtəlif 
səviyyədədir.  Bir  an  təsəvvür  edin  ki,  sənayecə  yüksək  inkişaf  etmiş  Qərbi  Avropa 
ölkələrindən birində hər hansı bir iqtisadi fəal insan ildə bir dəfə istirahət etmək üçün 
məzuniyyət götürür. İqtisadi durumu yüksək olan ingilis, fransız, alman və ya qeyrisi 
istirahət  üçün  haranı  nəzərdə  tutur  ?  Əlbətdə  ki,  təbii  mühiti  daha  sağlam,  təbiəti 
olduqca  rəngarəng,  təbiətinə  texnogen  təsir  olmamış  ölkələrə.  Deməli,  elmin, 
texnikanın  sürətli  inkişafı  haradasa  insanın  bəzən  özünə,  onun  maddi  və  mənəvi 
sağlamlığına  da  ciddi  zərbə  vurur.  Əhalinin  sağlamlığının  korlanması  təbiimühitin 
dəyişməsi  ilə  sıx  əlaqəlidir.  Təbiətə  təsirin,  təbii  mühitdən  istifadənin  güclənməsi 
əhali  arasında  xərçəng,  ürək-damar  xəstəliklərinin  də  artmasına,  ölənlərin  sayının 
sürətlənməsinə  səbəb  olur.  Əgər  inkişaf  etməkdə  olan  ölkələrdə  mədə-bağırsaq, 
epidomioloji  və  uşaqlar  arasında  erkən  ölüm  üstünlüyü  nəzərə  çarpırsa  və  bu  hallar 
ölkədə  sanitar  –  gigiyena  şəraitinin  pis  təşkili  ilə  izah  olunursa,  inkişaf  etmiş 
ölkələrdə  əsəb  -  sinir  sisteminin,  qan-damar  və  veneroloji  pozuntuların  artması  ilə 
izah edilir.   

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin