TəBİƏTDƏN İSTİfadəNİN İQTİsadi VƏ ekoloji problemləRİ



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə14/28
tarix28.12.2021
ölçüsü1,07 Mb.
#17189
1   ...   10   11   12   13   14   15   16   17   ...   28
3.
 
Su resursları, onun iqtisadi – coğrafi  
qiymətləndirilməsi və mühafizəsi 
 
 
Planetimizin su təbəqəsində suyun ümumi həcmi 1390 mln. km
3
-dır,  yəni orta 
hesabla adambaşına 210 mln. m
3
 su düşür. Bu suların 361 mln. km
2
 dünya okeanında, 
20  mln.  km
2
  buzlaq,  bataqlıq,  çay,  su  anbarlarındadır.  Əgər  onların  coğrafi 
yayılmasına  diqqət  yetirsək  –  hidrosferdə  olan  suyun  96.4%  dünya  okeanında, 
3.54%-i  quru  sularında,  qalanı  isə  havada  buxar  şəklindədir.  Təbii  ki,  insanlar  üçün 
ən  əhəmiyyət  kəsb  edəni  sudan  istifadə  problemidir.  Dünya  okeanı,  onun  tərkib 
hissələri  olan  dənizlər  tarixən  insanlar  üçün  həyat  əhəmiyyətli  olmuş,  böyük  coğrafi 
kəşflərin həyata keçirilməsində, ölkələrarası iqtisadi – siyasi əlaqələrin yaranmasında, 
dənizin  ərzaq  məhsullarından  istifadə  edilməsində,  son  illərdə  qabarma-çəkilmə 
dalğalarından  enerji  istehsalında,  suyunun  rekreasiya  resursu  kimi  istifadəsində 
mühüm rol oynamışdır. Bir sıra arid iqlimli ölkələrdə dəniz suyunu şirinləşdirməklə 
istifadə olunması həyata keçirilir. 
 
Dünya okeanı zəngin mineral resurslara malikdir. Bu resurslar əsasən suda həll 
olunmuş  və  okean  altında  yerləşən  litosfer  qatındadır.  Bir  çox  alimlər  bu  mineral 
resursları  üç  qrupa  ayırırlar:  a)  maye,  qaz  və  həll  olunmuş  tərkibdə;  b)  bərk,  lakin 
səpinti  halında;  c)  bərk,  litosfer  qatının  tərkibində  olanlar.  Birinci  qrupa  daxil  olan 
minerallara  neft,  təbii  qaz,  müxtəlif  növ  duz,  kükürd  və  digərləri,  ikinci  qrupa 
metallogen  qırıntılar,  lil  və  digər  birləşmələr  formasında,  üçüncü  qrupa  isə  mədən 
üsulu ilə çıxarılan metallar, kömür və s. metal birləşmələri daxildir.  
 
L.A.Zenkeviçin hesablamalarına görə 1 km
3
  dəniz  suyunda  37.5  mln.  t.  və  ya 
1.2  mlrd.  dollar  qiyməti  olan  xörək  duzu,  maqnezium,  kalium,  kalsium,  brom,  yod, 
ftor, manqan, kükürd və s. vardır.  


 
- 42 - 
 
Dünya  okeanının  ümumi  sahəsinin  8.6%-ni  təşkil  edən  onun  şelf  hissəsi 
mineral  resurslarla,  xüsusilə  də  karbohidrogenlərlə  zəngindir.  Hələ  XX  əsrin  80-ci 
illərində  dünya  okeanının  şelfində  330  hövzədə  perspektivli  neft  və  qaz  ehtiyatları 
aşkar edilmişdir. Müxtəlif mənbələrdə onun ehtiyatı müxtəlif rəqəmlərlə təsbit edilir. 
Məsələn, neftin ümumi ehtiyatı 80-150 mlrd. t, təbii qazın ehtiyatı isə 40-150 trln. m
3
 
həcmində olduğu bildirilir və bunun da təxminən üçdə iki hissəsi Atlantik Okeanının 
akvatoriyasına  aid  edilir.  Burada  Şimal  dənizi,  Qvineya,  Karib  körfəzləri,  Kanada, 
ABŞ, Braziliya sahilləri, Aralıq dənizi, Sakit okeanın hövzəsində, xüsusilə də Şimali 
və  Cənubi  Amerika,  Asiya  və  Avstraliya  sahilləri,  Hind  okeanında  İran  körfəzi, 
Hindistan, İndoneziya, Avstraliya sahilləri, Şimal Buzlu okeanında Alyaska, Kanada, 
Rusiya sahilləri, Xəzər dənizi ehtiyatlarına görə xüsusi fərqlənən ərazilərdir. Aparılan 
tədqiqat  işləri  göstərir  ki,  neft  və  təbii  qazın  çox  hissəsi  okeanın  materik  yamacında 
və okean çökəkliklərindədir.  
 
Dünya okeanı resurslarından neft və təbii qazla yanaşı səpinti halında və qazma 
üsulu ilə çıxarıla bilən bərk halda olan mineral resursların da ehtiyatı çoxdur.  
 
Səpinti halında minerallardan ən geniş yayılmışı qurğuşundur. Onun ehtiyatları 
daha  çox  Malayziya,  İndoneziya,  Tailand  sahillərində  təxminən  sahildən  10-15  km 
məsafədə  35  m  dərinliyədək,  dəmir  tərkibli  minerallara  Yaponiya,  Kanada,  Yeni 
Zellandiya,  qızıl  tərkibli  qumlar  ABŞ,  Kanada,  boksit  isə  Avstraliya  sahillərində 
nisbətən  üstünlük  təşkil  edir.  Ağır  minerallardan  ilmenit,  sirkon,  rutil,  monasit 
Avstraliya,  ilmenit,  monasit,  sirkan  Hindistan,  Şri-Lanka,  ilmenit,  monasit  ABŞ, 
monasit  Braziliya,  almaz  Namibiya  və  Anqola  sahillərində  daha  çox  rast  gəlinir. 
Fosforitlərin  böyük  ehtiyatları  ABŞ-ın  qərb  və  şərq  sahillərində,  Afrikanın  Atlantik 
okeanı  sahillərində,  Cənubi  Amerikanın  Sakit  okean  sahillərində,  son  illər  isə 
okeanların materik yamaclarında vulkanik qalxma ərazilərində aşkar edilmişdir. 
 
Okean və dənizlərin qabarma enerjisindən istifadə etmək olduqca sərfəlidir. Bu 
sahədə Rusiya, Fransa, Kanada enerji istehsalında xeyli təcrübə əldə etmişlər. Dünya 
okeanı  qədimdən  insanların  həyatında  mühüm  rol  oynamışdır.  Onun  dənizləri, 
körfəzləri, boğrazları, kanalları qədim dövrdən gəmiçilik sahəsi olmuşdur. Bu gün də 


 
- 43 - 
dənizlə  yük  və  sərnişin  daşınması  prioritet  sahələrdəndir.  Daşınan  yüklər  içərisində 
neft  və  təbii  qazın  xüsusi  çəkisi  daha  böyükdür.  Dənizlə  yüklərin  daşınmasının 
inkişaf dinamikasını müəyyənləşdirən əsas amil məhsul istehsalı ilə istehlakı ölkələri 
arasında məsafə fərqlərinin böyük olmasıdır. Belə ki, B.Britaniya və Yaponiya xarici 
ticarətinin 98%-i, ABŞ-ın isə 90%-i, dünya ölkələri arasında iqtisadi əlaqələrin 80%-i 
dəniz nəqliyyatının payına düşür. 
 
Okeanlar  arasında  yükdaşımalar,  bütövlükdə  ticarət  əlaqələrində  Atlantik 
okeanının  xüsusi  çəkisi  daha  böyükdür.  Belə  ki,  iqtisadi  əlaqələrin  beşdə  üçü  onun 
payına düşür. Bunu  onun  ətrafında  yerləşən ölkələrin təbii şəraiti, ehtiyatları, tarixi, 
iqtisadi  və  mədəni  əlaqələrinin  bolluğu  ilə  əlaqələndirmək,  eyni  zamanda  sahil 
xətlərinin  girintili-çıxıntılı  olması,  gəmiçilik  üçün  daha  əlverişli  olması  ilə 
əlaqələndirmək  olar.  Ikinci  yerdə  Sakit  okean  durur.  Onun  əlaqələri  artırmaq  üçün 
potensialı daha böyükdür. Burada əhalisinin ümumi sayı 3 mlrd. nəfərdən çox 30 ölkə 
yerləşir,  okean  sahilində  iri  limanlar  mövcuddur.  Hind  okeanı  ümumi  yük 
daşınmasına  görə  üçüncü  yerdə  dursa  da  nəhəng  neft-qaz  ehtiyatlarına  malik  İran 
körfəzi  ölkələrinin  məhsullarının  ixrac  həcminə  görə  müqayisə  edilməzdir.  Şimal 
Buzlu  okeanının  iştirakı  nisbətən  azdır,  burada  naviqasiya  dövründə  xarici  iqtisadi 
əlaqələri  həyata  keçirmək  nisbətən  əlverişlidir.  Təbiətdə  quru  suları  əsasən 
Antarktida, Qrenlandiya, Arktika, yüksək dağ zirvələri və yeraltında toplanmış sular 
şəklindədir.  Bunlar  ümumi  hidrosfer  çəkisinin  cəmi  6%-ni  təşkil  edir. Lakin  heç  də 
bunun hamısı istifadə oluna bilən şirin su ehtiyatı deyildir. Alimlərin hesablamalarına 
görə  təbiətdə  istifadə  oluna  biləcək  şirin  su  resursları  ümumi  hidrosfer  çəkisinin 
2.5%-ni əhatə edir. Burada istifadə oluna biləcək şirin axan çayların payına düşür ki, 
onun  da  həcmi  2.1  min  kub  kilometrdir.  Hesablamalara  görə  çaylarda  şərti  olaraq 
rütubət  dövriyyəsi  16  sutkadır  və  il  ərzində  çay  suyu  23  dəfə  öz  suyunu  bərpa  edə 
bilir,  ona  görə  də  ildə  çayın  su  sərfi  48  min  kub  kilometrə  bərabər  olur.  Yadda 
saxlamaq  lazımdır  ki,  çaylara  15  dəfədən  çox  çirkab  suları  axıdılır  və  o  da  işi  bir 
qədər mürəkkəbləşdirir. 


 
- 44 - 
 
Regionlar  üzrə  çaylarda  şirin  su  sərfinin  təmin  olunması  olduqca  qeyri-
bərabərdir.  Belə  ki,  xarici  Asiyada onun  həcmi  3.1  min  m
3
,  xarici  Avropada  4.1min 
m
3
, Afrikada 5.7 min m
3
, Şimali Amerikada 15 min m
3
, MDB məkanında 15 min m
3

Cənubi Amerikada 32 min m
3
, Avstraliya və Okeaniyada 83 min m
3
, dünya üzrə isə 8 
min m
3
-dir. 
 
Çayların  tam  su  sərfi  bir  qədər  fərqlidir.  Məsələn,  Asiyada  bu  rəqəm  11  min 
km
3
,  Cənubi  Amerikada  10.5,  Şimali  Amerikada  7,  MDB  məkanında  5.3,  Afrikada 
4.2, Avstraliya və Okeaniyada 1.6, Avropada 1.4 min km
3
-dir. Bu onunla izah olunur 
ki,  həmin  regionların  su  ehtiyatı  bol  sulu  çayların  hesabınadır.  Məsələn,  Braziliya, 
Rusiya,  Kanada,  Çin,  İndoneziya,  ABŞ,  Banqladeş,  Hindistan,  Venesuela,  Myanma 
kimi ölkələrdə belə çaylar kifayət qədərdir. Lakin bildiyimiz kimi, şirin su ehtiyatının 
çox  olması  heç  də  tam    təmin  olunmanı  göstərmir,  çünki  təmin  olunma  ya  hər 
adambaşına  düşən  suyun  miqdarı  ilə,  ya  dahər  km
2
-ə  düşən  miqdarla 
müəyyənləşdirilir.  Biz  yuxarıda  bunu  göstərmişdik,  belə  ki,  ən  çox  təmin  olunma 
quru  və  isti  Avstraliya  və  Okeaniyaya,  ən  az  xarici  Asiyaya  şamil  edilmişdir. 
Ölkələrin  su  ehtiyatlarına  baxsaq,  bunu  bir  daha  göstərə  bilərik.  Şirin  su  ilə  ən  çox 
təmin  olunmuş  ölkələrə  Surinam,  Konqo  Demokratik  Respublikası,  Qayana,  Papua-
Yeni  Qvineya,  Qabon,  Kanada,  ən  az  isə  Misir,  Burundi,  Əlcəzair,  Tunis,  İsrail, 
Yəmən, İordaniya, S.Ərəbistanı, Liviya və Küveyti göstərmək olar.  
 
İlbəil  sudan  istifadənin  həcmi  də  artmaqdadır.  Burada  da  müəyyən  fərqli 
cəhətlər  vardır.  Belə  ki,  şirin  su  ehtiyatının  70%-i  kənd  təsərrüfatında,  20%  - 
sənayedə, 10%-i məişətdə istifadə olunur. Kənd təsərrüfatında çox istifadə olunur və 
əksəriyyəti də bərpa olunmadan itkiyə gedir, sənaye və məişətdə istifadəni bərpa edib 
təkrar istifadə mümkündür. İsti ölkələrdə, suvarma əkinçiliyinin üstünlük təşkil etdiyi 
ölkələrdə  həmişə  içməli  suya  da  ehtiyac  çoxdur  və  burada  qıtlıq  hiss  edilir.  Bu 
baxımdan  Respublikamızda  da  içməli  su  qıtlığı  mövcuddur.  Bunun  qarşısını  almaq 
üçün  ölkəmizdə  bir  sıra  tədbirlər  həyata  keçirilir.  Məsələn,  suvarma  sistemləri 
yenidən  qurulur,  yeni  su  anbarları  yaradılır,  məişətdə  istifadəni  artırmaq  məqsədilə 
Oğuz-Qəbələ-Bakı  su  kəməri  istifadəyə  verilmişdir.  Bu  kəmər  vasitəsilə  Oğuz  və 


 
- 45 - 
Qəbələdən  yeraltı  suların  istifadəsi  müəyyən  qədər  qıtlığın  aradan  qaldırılmasına 
xidmət edir. Çaylar nəinki içməli su mənbəyidir, o həmçinin çox fəal bir nəqliyyat – 
naviqasiya sistemidir. İri çaylar yük və sərnişin daşımada, bir sıra ölkələrdə isə meşə 
materialları  (oduncaq)  daşınmasında  geniş  istifadə  olunur.  Təsadüfi  deyildir  ki, 
çayları  təbiət  tərəfindən  istiqaməti  müəyyən  edilmiş  mühüm  nəqliyyat  arteriyası 
adlandırmamışlar. Bu gün dünyanın bir çox ölkələri ucuz çay nəqliyyatından istifadə 
etməklə  ağac,  neft,  filiz,  duz,  taxıl,  maşın  və  avadanlıqların  daşınmasında  istifadə 
edir.  Gəmiçilik  üçün  əlverişli  olmayan  bir  çox  çaylardan  meşə  materialları  axıtmaq 
üçün istifadə edilir.      
 
Çaylar  böyük  enerji  mənbəyidir.  Çayların  hidroenerji  potensialını  üç 
kateqoriyaya  ayırırlar:  nəzəri,  texniki,  iqtisadi.  Nəzəri  potensiala  dünya  çaylarının 
ümumi  su  sərfi  aid  edilir.  Bu  il  ərzində  48  min  km
3
-dir.  Əgər  qurunun  orta 
hündürlüyünü  nəzərə  alsaq  ki,  800  m-dir,  onda  çayların  nəzəri  olaraq  hidroenerji 
potensialını  1000  mln.  kvt  miqdarındadır.  Bu  da  il  ərzində  35  trln.  kvt/saat  enerji 
istehsalı  deməkdir.  Texniki  potensial  nəzəri  potensialın  bir  hissəsi  olub,  illik  və 
mövsümi  su  sərfinin  hesabına  SES-nin  quraşdırıla  bilməsini  göstərir.  Dünya  üzrə 
texniki hidropotensial 15 trln/saat həcminə qiymətləndirilir. 
 
Iqtisadi  potensial  texniki  potensialın  müəyyən  vaxt  ərzində  müvafiq  ərazinin 
hidroenerji  potensialından    istifadənin  iqtisadi  cəhətdən  əlverişli  olmasını  müəyyən 
etməyə  imkan  verir.  Onun  göstəricisi  texniki  potensialdan  azdır,  təxminən  8-10  trln. 
kvt/il,  yəni  gücü  2340  mln.  kvt-dır.  Nəzəri  potensiala  görə  regionların  imkanları 
belədir: Asiya (42%), Afrika (21%), Şimali Amerika (12%), Cənubi Amerika (13%), 
Avropa (9%), Avstraliya və Okeaniya (3%). Müəyyən edilmişdir ki, dünya çaylarının 
su  sərfinin  təxminən  yarısı  hövzəsinin  sahəsi  qurunun  40%-ni  örtən  50  iri  çayın 
payına düşür. Bu çaylardan 15-nin orta su sərfi 10 min m
3
/saniyədir. Su sərfi heç də 
hidropotensial  demək  deyildir.  Elə  çaylar  vardır  ki,  su  sərfi  çox  böyük,  amma 
hidropotensialı azdır. Məsələn, Amazon çayı Konqoya nisbətən 5 dəfə çox su axıdır, 
amma Konqonun hidroenerji potensialı ondan çoxdur. 
 


 
- 46 - 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin