3.
Təbii sosial-ekoloji problemlər və onlarla mübarizə formaları
Dünya əhalisinin artım dinamikası göstərir ki, onun sayı artdıqca təbii mühit
daha sürətlə dəyişir, insanların bir çox regionlarda həyat səviyyəsi aşağı düşür, təbii
katavlizmlər özünü göstərməkdə davam edir. Regionlar sürətlə inkişaf etdikcə, elm-
texnika insanların həyatına daha çox daxil olursa, təbiətdən çox da istifadə edilir,
insanın təbiətə təsiri də artır. Əgər XX əsrin sonlarına yaxın əhali üçün həlli müşkül
ola biləcək problem sürətlə silahlanma və müharibə təhlükəsi idisə, indi bəşər
cəmiyyəti qlobal ekoloji problemlərdən daha çox ehtiyat etməyə başlamış, il-ildən
vəziyyətin daha kritik həddə yaxınlaşdığını hiss edirlər. Təbii mühitin sürətlə
dəyişməsi, biosferdə baş verən dəyişikliklər olduqca təhlükəli sosial həddə çatır,
elmin-texnikanın böyük imkanları, ətraf mühitin davam gətirə bilmək imkanları,
təsərrüfata cəlb olunan resursların istifadəsi yükünün artmasının dözüm həddi nəzərə
alınmamışdır. Ayrı-ayrı ölkə alimlərinin həyəcan təbili ciddi təzadlardan xəbər verir.
ABŞ-ın ümumdünya müşahidə institutunun illik hesabatında ekoloji situasiyanın
qorxunc həddə çatdığı bildirilir. Buna bir çox ölkə alimlərinin əsərlərində, beynəlxalq
simpoziumun materiallarında da rast gəlmək mümkündür. Bu gün istər ölkəmizin,
istərsə də, əksər dünya ölkə alimlərinin gəldiyi nəticə ondan ibarətdir ki, müasir insan
sivilizasiyası üçün xarakterik cəhət qlobal ekoloji krizisin artmasıdır. Bunu onlar
- 64 -
insanlarla təbiət arasındakı münasibətlərlə, xüsusilə də məhsuldar qüvvələrin inkişafı
ilə istehsal münasibətləri arasındakı, həmçinin də biosferdə gedən proseslərin
uyğunsuzluğu ilə izah edirlər. Son illərin hadisələri göstərir ki, təkcə insanların
təbiətə təsiri yox, eyni zamanda insanlar tərəfindən çox dəyişdirilmiş təbiətin
insanlara olan təsiri qlobal ekoloji krizisin başlanğıcından xəbər verir. Əgər nəzərə
alsaq ki, bu problemin əsas yaradıcısı insandır, deməli o, eyni zamanda onun qarşısını
ala biləcək bir qüvvədir.
Ekoloji situasiyanın dəyişməsi, krizis həddinə çatması və qarşısının alınması
bütün dövrlərdə baş vermişdir. Alimlər belə hesab edir ki, ilkin neolitdə, hələ
insanların yığıcılıq və ibtidai sənətkarlıq dövründə krizis halı olmuşdur. Son
buzlaşma dövründə ov məhsullarının kəskin azalması, iri gövdəli heyvanların,
xüsusilə də mamontların məhv olması ikinci belə krizisdən xəbər vermişdir. Sonralar
torpaqların şoranlaşması, meşələrin kütləvi şəkildə yaranması və məhvi, böyük
coğrafi kəşflər zamanı daha da bu proseslərin sürətlənməsi olmuş, lakin tədricən belə
krizislər aradan qaldırılmış, təbii mühit bərpa olunmuşdur. Düzdür, o dövrlərin krizisi
regional xarakter almış, bütün bəşəriyyəti əhatə etməmişdir, hər halda inkişaf edən
cəmiyyət belə hallara qarşı ciddi mübarizə aparmışlar. Müasir dövrün ekoloji krizisi
qlobal xarakter daşıyır, əvvəlkilərə nisbətən daha qorxuludur. Bu problemin
yaranması XX əsrin əvvəllərinə aid olsa da, əsrin sonunda artıq qorxulu xarakter
almışdır. Bu qloballaşmanı iki əsas səbəblərə bölmək düzgün olardı: a) təbiətdən
istifadənin düzgün aparılmaması hesabına yaranan təbii mühit pozulması; b) insan
fəaliyyəti nəticəsində ətraf mühitin çirklənməsi nəticəsindəki pozulmalar.
Təbiətdən istifadənin düzgün həyata keçirilməməsi barədə əvvəlki fəsillərdə
söhbət açmışdıq, lakin bir daha qeyd edək ki, təbii resurslardan rasional istifadə
etməmək təbiətdəki tarazlığın pozulmasına gətirib çıxarır. Yəni tükənən və
tükənməyən resursların varlığı şübhə altına alına bilir. Burada xüsusilə nəzərə çarpanı
mineral resursların bəzilərinin müəyyən regionlarda tükənməsi, yerüstü sərvətlərin
korlanması və bərpa olunma çətinliyi və ya baha başa gəlməsi, səhralaşma,
bataqlıqlaşma, duzlaşma, meşəsizləşmə və sairə.
- 65 -
Ekoloji sistemin ikinci pozulma səbəbi insanın istehsal və qeyri-istehsal
fəaliyyətinin nəticəsidir. Bu fəaliyyət nəticəsində təbiətə təsir o həddə çatıb ki, müasir
sivilizasiyanın mövcud olduğu təhlükə altındadır.
Təbii mühitə antropogen təsir onun bütün fəaliyyətinin kompleks şəkildə canlı
aləm üçün təhlükəli olan müxtəlif maddələrin cəmləşməsidir. Bu komponentlərin
müəyyən miqdarda cəmləşməsi insan cəmiyyətinin fəaliyyətini məhdudlaşdırır.
Bütövlükdə, antropogen çirklənməni miqdar və keyfiyyət kateqoriyasına ayırmaqla
təhlil edək. Miqdar aspektində çirklənmədə ətraf təbii mühitə təbiətdə
mövcudluğundan daha çox maddə və ya elementlərin daxil olması başa düşülməlidir.
Məsələn, müxtəlif filizlərin və ya filiz birləşmələrinin həddən artıq istehsalı ətraf
mühitin normadan dəfələrlə çoxalıb, ətraf mühiti metallaşdırması, yaxud, insan
fəaliyyəti nəticəsində atmosferə karbon və digər birləşmələrin atılması istixana
effektinin və qlobal istiləşmənin yaranmasına səbəb olur ki, bu da bəşər cəmiyyəti
üçün olduqca təhlükəlidir. Bu gün dünyanın ayrı-ayrı regionlarında leysan yağışların,
quraqlığın, torpaq sürüşmələrinin, havanın orta temperaturundakı fərqli artımların
hansı fəsadları yaratması aydın şəkildə özünü büruzə verir.
Insan cəmiyyəti üçün daha təhlükəli çirklənmə aspekti keyfiyyət çirklənməsidir
ki, bu zaman ətraf mühitə təbiətdə mövcud olmayan maddələrin daxil olmasıdır. Üzvi
sintez nəticəsində müxtəif maddələr və kimyəvi elementlər daha mühüm rol oynayır.
Bu maddələrin sayı artıq yüz mini keçmişdir, 5000 çoxu isə kütləvi şəkildə istehsal
olunur. Son illər alimləri daha çox narahat edən və tamamilə insan fəaliyyətinin
nəticəsi olan xlorftor birləşmələridir ki, məişətdə soyuducu, kondensioner kimi
cihazlardan istifadə etməklə ətraf mühitə bu qazlar atılır.
Bu xlorlu birləşmələrin ozon qatına təsiri hələ XX əsrin 70-ci illərində məlum
idi və elə də qorxulu həddə çatmamışdır. Lakin sonradan istehsalın sürətli inkişafı bu
qazların həcmini artırmış, ozon qatı sürətlə deqradasiyaya uğramağa başladı. Ozon
qatının yer səthində mühüm əhəmiyyəti məlumur. Onun son 25-30 ildə havaya atılan
freon qazı hesabına atmosferdə onun miqdarı 2-5% azalmışdır. Bu ilk baxışda çox az
görünür, lakin nəzərə almaq lazımdır ki, ozon qatının 1% azalması ultra bənövşəyi
- 66 -
şüaların həcmini 2% artırır. Artıq şimal yarımkürəsində ozon qatının həcmi 3%
azalmışdır ki, bu da qış dövrünün soyuq hava şəraitində freon qazının təsiri ilə 5%-
dək azalma müşahidə edilir. ABŞ və Avropa alimlərinin apardığı tədqiqatlar zamanı
məlum olmuşdur ki, şimal yarımkürəsində ozon “dəliyinin” shəsi 2 mln. kvadrat
kilometrə çatmışdır və bu olduqca təhlükəli vəziyyətin yaranmasından xəbər verir. Bu
artımı onunla izah etmək olar ki, freon qazının 31%-ni ABŞ, 30%-ni Qərbi Avropa,
12%-ni Yaponiya, 10%-ni MDB ölkələri istehsal edir. Bir cəhəti də nəzərə almaq
lazımdır ki, planetimizin ayrı-ayrı regionlarında vaxtaşırı “ozon dəliyi” yaranır ki, bu
ozon qatının daha sürətlə parçalanmasına şərait yaradır.
Təbii mühitin çirklənməsində radioaktiv şüaların təsiri danılmazdır. Radiaktiv
çirklənmə daha çox nüvə silahlarının sınaqdan keçirilməsi və AES-də baş verən
qəzalar zamanı daha çox müşahidə edilir. Son vaxtlar AES-lərdə baş verən texniki
nasazlıq, qəzalar, Yaponiyada yeraltı təkan və sunami nəticəsində baş verən hadisə
nəinki təbiətə, həm də iqtisadiyyata ciddi zərbələrdir.
Təbiətdə baş verən təhlükəli, dağıdıcı və bədbəxtlik gətirən hadisələr təbii və
təbii-antropogen xarakterli olub, əsasən lokal, regional və qlobal xarakter ala bilir.
Bir çox qərb alimlərinin məlumatlarına əsasən təkcə 1965-1992-ci illərdə təbii
hadisələrlə dünyada ölənlərin sayı 3.6 mln. nəfər olmuş, 3 mlrd. nəfərdən çoxu isə
zərər çəkmişdir, 2005-ci ildə dünya üzrə 220 mlrd. ABŞ dolları həcmində ziyan
dəymişdir. Bu təbii hadisələr içərisində ən tez-tez baş verəni daşqınlar, zəlzələlər,
quraqlıqlar və tropik qasırğalardır. 2002-ci ildə daşqınlar 17 mln. əhalini evsiz-eşiksiz
qoymuş, 80-dən çox ölkənin 3 min nəfəri həlak olmuşdur. Zəlzələlər hər il 10
minlərlə insanı məhv edir, 500 mlrd. dollardan çox zərər yetirir. Sunamilər sahilyanı
ölkələrdə daha böyük xətalar törədir. 2004-cü ildə Hind okeanında baş vermiş sunami
Sumatra, həmçinin Cənub-Şərqi və Cənubi Asiyada 220 min nəfər həlak olmuş,
2011-ci il Yaponiyada isə minlərlə insan həyatını itirmiş, ölkə iqtisadiyyatına külli
miqdarda ziyan dəymişdir. Dəniz qasırğaları sahilyanı ölkələri, xüsusilə də ABŞ-
dövlətini ciddi sınaqdan keçirir. Belə ki, 2005-ci ildə “Katrina” qasırğası Yeni Orlean
şəhərini dağıtmış, 100 mlrd. dollardan çox zərər yetirmiş, Meksika körfəzində
- 67 -
minlərlə neft kəmərlərini, platformaları dağıtmışdır. Təbii El-Ninio cərəyanı nəinki
sahilyanı ölkələrə ciddi ziyan vurur, hətta havanın temperaturunu dəyişir, okean
canlılarının həyatını təhlükə altına qoyur. Son 150 ildə bu cərəyan 20 dəfədən çox,
XX əsrin ikinci yarısından sonra 9 dəfə ciddi xətalar törətmişdir. Onun yaratdığı
quraqlıq və tropik leysanlar Mərkəzi Amerikanın kofe plantasiyalarına, xüsusilə də
Kolumbiya, Braziliya, İndoneziya plantasiyalarına ciddi ziyan vurmuş, dünya
bazarında kofenin qiyməti qalxmış, Kot-d`İvuarda kakao, Hindistan və Keniyada çay,
Vest-Hind ölkələrində şəkər qamışı yığımına ciddi ziyan vurmuşdur. Amazoniyada,
cənubi Meksikada, ABŞ-ın Texas, Florida ştatlarında, İndoneziyada böyük meşə
yanğınları törənmişdir.
Sosial, sosial-iqtisadi obyektlərdə baş verən hadisələr, yəni təbii-antropogen
hadisələr də əhaliyə, onun təsərrüfat fəaliyyətinə, bütövlükdə isə dünya
iqtisadiyyatına ciddi zərər yetirir. Texnogen qəzalar və katastrofik bədbəxt hadisələr
əsasən aşağıdakı kimi qruplaşdırılır: 1) nəqliyyatda; 2) zərərli kimyəvi maddələrin
tullantıları; 3) radioaktiv maddələrin tullantıları; 4) zəhərli döyüş sursatları
tullantıları; 5) elektroenergetika sistemlərində; 6) kommunal-yaşayış sistemlərində; 7)
təmizləyici qurğularda; 8) bəndlərdə; 9) partlayış və yanğınlarda baş verən hadisələr.
Bunlardan əlavə sərnişin daşınmaları, neft, qaz kəmərlərində, şaxtalarda və digər
texniki qurğularda ciddi fəsadlar ekoloji gərginliyin artmasında, cəmiyyətə dəyən
ziyanlarda özünü son vaxtlar daha çox göstərməkdədir.
Müasir dövrdə dünyada, ayrı-ayrı regionlarda baş verən təbii və antropogen
dağıdıcı hadisələrlə mübarizə aparmaq nəinki ayrı-ayrı fərdlərin, müəssisələrin, şəhər,
dövlət və regionların, bütövlükdə bəşər cəmiyyətinin ən ümdə məsələsi olmalıdır.
Buna nail olmaq üçün birgə müşahidələr aparılmalı, proqnozlar verilməli və birgə
mübarizə tədbirləri hazırlanmalıdır. Bu tədbirlər sisteminin əsasını ekoloji siyasətin
dəqiq yerinə yetirilməsi təşkil etməlidir. Belə olan halda dəyəcək ziyanı azaltmaq,
ölüm hallarının qabağını nisbətən almaq, vurulan ziyanı birgə həll etmək mümkündür.
Ekoloji siyasətin əsas istiqamətlərini aşağıdakı kimi təsbir edirlər:
1) ictimai istehsalda təbii resurslardan istifadənin optimallaşdırılması;
- 68 -
2) təbii mühiti insan fəaliyyətinin neqativ nəticələrindən qorumaq;
3) əhalinin ekoloji təhlükəsizliyi.
Bu siyasi istiqamətlərin həyata keçirilməsi, sözsüz ki, hər bir ölkədə əhalinin
dünyagörüşündən, sosial-iqtisadi inkişaf səviyyəsindən və bu inkişafı təmin edən
şəraitdən çox şey asılıdır. Ərazi baxımından ekoloji siyasəti milli və qlobal xarakterli
hesab etmək olar.
Qlobal ekoloji siyasətin formalaşması üçün bir neçə mərhələni keçmək lazım
gəlmişdir. Belə ki, BMT 1972, 1992 və 2002-ci illərdə üç mühüm beynəlxalq
konfrans keçirilmişdir. 1972-ci ildə Stokholmda keçirilən birinci beynəlxalq konfrans
çox əhəmiyyətli olmuş, bir neçə beynəlxalq təbii-ekoloji mühafizə təşkilatlarının
yaranmasının əsasını qoymuşdur. Məhz bu konfransdan sonra bir neçə ətraf mühitin
mühafizəsi üçün iri proqramların həyata keçirilməsinə başlanılmışdır. Bunlardan
“İnsan və biosfer”, “Beynəlxalq iqlim proqramı”, “Beynəlxalq geosfer-biosfer
proqramı” xüsusi fəallığı ilə seçilmiş, ətraf mühitin vəziyyətinə dair müntəzəm
hesabatlar tərtib etmişdir. 1980-ci ildə YUNEP-in nəzdində “Ətraf mühitin
mühafizəsinin ümumdünya strategiyası” adlı sənəd qəbul edildi ki, 1982-ci ildə buna
əsasən BMT-ni Baş Assambleyası “Ümumdünya təbiəti mühafizə partiyası”nın
yaradılmasını elan etdi. Son illərdə təbii mühitin mühafizəsi sahəsində bir çox ölkələr
arasında razılaşma protokolları imzalanmış, atmosferin birgə mühafizəsi üçün
beynəlxalq qeyri-hökumət təşkilatları yaranmışdır. 1987-ci ildə Monreal protokoluna
əsasən dünya üzrə freon qazının azaldılması, yaxın gələcəkdə isə tam ləğv edilməsi
nəzərdə tutulmuşdur. 1997-ci ildə Kioto protokolu müasir dövrün ən iri ekoloji sənədi
sayılır. Bu protokola əsasən əksər dünya ölkələrini zəhərli qazların atmosferə
buraxılmasını qadağan edir ki, bu da iqlimin istiləşməsinin qarşısını almaqla uğurlu
addım sayılır.
BMT-nin ikinci iki konfransı 1992-ci ildə Rio-de-Janeyroda keçirilmişdir. Bu
konfransda 179 ölkədən 114 dövlət və hökümət rəhbərləri, 1600-dən çox qeyri-
hökumət təşkilatı iştirak etmişdir. Bu konfransda beş əsas sənəd qəbul olunmuşdur.
Birincisi, “ətraf mühit və inkişaf” adlanır. Bu sənəddə deyilir ki, 1972-ci il Stokholm
- 69 -
konfransının deklarasiyası təsdiq edilir, dövlətlərarası müasir sazişləri bəyənir,
inkişaf üçün yeni-yeni səviyyələrin yaranmasını və inkişaf etdirilməsini dəstəkləyir.
Bütün dövlətlərə davamlı inkişaf üzrə öz milli strategiyasını hazırlayıb qəbul etmək
tövsiyyə olunmuşdur. İkincisi Strategiya, gələcək nəsillərin səadəti üçün ətraf mühitin
və resurs bazasının qorunması ilə yanaşı, sosial yonümlü iqtisadi inkişafın təmin
edilməsinə istiqamətləndirilməlidir. Strategiya hökumət, ictimaiyyət və işgüzar
dairələr daxil olmaqla əhalinin geniş iştirakı ilə işlənib hazırlanmışdır.
Üçüncüsü, meşələrə münasibətin olduqca vacibliyi qeyd olunur, bu münasibət
ekoloji tarazlığın qorunub saxlanmasında, enerjiyə, müxtəlif növ xammala, istehlak
mallarına, kənd təsərrüfatının inkişafına diqqətin yetirilməsinin vacibliyini qəbul edir.
Burada meşələrin qırılması, səhralaşma, qiymətli oduncaqların beynəlxalq səviyyədə
ticarətə qarşı birgə mübarizənin vacibliyini təsbit edir. Dördüncüsü, biomüxtəliflik
konvensiyadır ki, təbii və süni şəraitdə bioresurslardan səmərəli istifadə etməyi, növ
tərkibinin təbiətdə müxtəlifliyinin qorunub saxlanmasına yönələn tədbirlərin
genişləndirilməsi tövsiyyə olunur. Beşincisi, iqlim dəyişikliyi konvensiyasıdır.
Burada geniş ictimaiyyətin və dövlətlərin birgə səmərəli əməkdaşlığının artırılması,
inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr qarşısında ayrı-ayrılıqda tələblərin
qoyulması nəzərdə tutulmuşdur.
Təbii ki, bu tədbirlərin həyata keçirilməsi özünün müsbət nəticələrini vermişdir.
Lakin təbii mühitin tam qorunması sahəsində gözlənilən ciddi və əsaslı dönüş
olmamışdır. Ona görə də BMT-nin 1997-ci il XIX sessiyasında Rio-de-Janeyro
konfransından sonrakı dövr müzakirə edilərək qərara alınmışdır ki, bütün üzv dövlət
öz səylərini davam etdirsinlər.
2002-ci ildə BMT Yoxanesburqda növbəti beynəlxalq konfrans keçirərək
“Siyasi deklarasiya” və “Hərəkat planını” qəbul etdi. Konfransda keçən 30 il ərzində
təbii mühitin getdikcə daha da pozulmalarının davam etdiyini qeyd edib ölkələri
səfərbərliyə çağırdı. Təbii ki, hər bir ölkədə təbiətə, təbii mühitin qorunmasına və
davamlı inkişafa dair milli proqramların qəbul edilməsi və yerinə yetirilməsi
vəziyyəti eyni deyildir. Bu sahədə inkişaf etmiş ölkələrdə aparılan iş nisbətən
- 70 -
məqsədəuyğundur. Yüksək inkişaf etmiş Şimal ölkələrində təbiətin qorunması və
davamlı inkişaf barədə qanunlara ciddi əməletmə vardır. Yeni sənayeləşmiş bir sıra
ölkələrdə də ciddi irəliləyişlər vardır. 1990-cı illərdən sonra ciddi dönüşə malik
ölkələrə Sinqapur, İrlandiya, Y.Zelandiya, Portuqaliya, Norveç, Malayziya, İsveç,
Finlandiya, Çin, həmçinin Fransa, B.Britaniya, İsveçrə, İspaniya və Yaponiya
daxildirlər.
Ətraf mühitin getdikcə daha çox antropogen təsirlə pozulması şəraitində
müəyyən ərazilərin qorunması, onların qoruq, yasaq və ya milli parklara çevrilməsi
aktuallaşır. 1992-ci ildə Rio-de-Janeyroda keçirilən “Ətraf mühitin mühafizəsi
xartiyasında” belə ərazilərin yaradılması ideyası önə çəkilmişdir. Burada yer səthinin
təbii komponentlərinin, suyun, torpağın, meşənin, çəmənliyin və onun üzərindəki
hava məkanının təsərrüfatdan azad edilməsi, mövcud təbii kompleksin elm, təbii
mühafizə, rekreasiya, mədəni, estetik, sağlamlıq məqsədilə dövlət orqanları
tərəfindən himayə edilməsi nəzərdə tutulur. Dövlət tərəfindən qorunan belə ərazilər,
xüsusilə iri ərazilər daha çox ABŞ, Avstraliya, Kanada, Almaniya, Çin, İndoneziya,
Braziliya, CAR, İspaniya, İsveç, Rusiya, B.Britaniya kimi ölkələrindədir. Bir çox
ölkələrdə xüsusi qorunan ərazilər ölkə ərazisinə nisbətinə görə fərqlənir. Məsələn,
inkişaf etməkdə olan Ekvadorda bu ölkə ərazisinin 45%-ni, Venesuelada 36%-ni,
Danimarkada 32, Norveçdə 31, Avstraliyada 28, Almaniyada 27, Dominikan
Respublikasında 25, Y.Zellandiyada isə 24%-ni təşkil edir. Ölkəmizdə də bu sahədə
ciddi addımlar atılır.
- 71 -
Dostları ilə paylaş: |