TəBİƏTDƏN İSTİfadəNİN İQTİsadi VƏ ekoloji problemləRİ



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə25/28
tarix28.12.2021
ölçüsü1,07 Mb.
#17189
1   ...   20   21   22   23   24   25   26   27   28
Cədvəl 1.9 
Şirkətlər 
İnvestisiya payı 
Britiş Petrolium (B.Britaniya) 
17.12% 
AMOKO (ABŞ) 
17.01% 
LUKoyl (Rusiya) 
10% 
Penzoil (ABŞ) 
4.81% 
Eksson (ABŞ) 
8.00 % 
Statoyl (Norveç) 
8.56% 
İtoçu Sladzi (Yaponiya) 
3.92% 
Remko Enerji: Qrup (B.Britamiya) 
2.08% 
Yunokal (ABŞ) 
10.05% 
Turkiş Petrolium Cor. (Türkiyə) 
6.75% 
Delta Nimir Xəzər (S.Ərəbistanı) 
1.68% 
ARDNŞ (Azərbaycan) 
10% 
  
 
Ölkəmizin sənaye istehsalının sahə strukturunda neft-qaz sənayesinin payı ili-
ildən  sürətlə  artmaqdadır.  Neft-qaz  sənayesinə  investisiyaların  cəlb  edilməsi  dövlət 
siyasətinin  prioritet  istiqamətlərindən  biri  kimi  qiymətləndirilir.  Son  illərdə  xarici 
şirkətlərlə  birgə  aparılan  geoloji  –  kəşfiyyat  işlərinin  nəticələrinə  əsaslanaraq  qeyd 
etmək  olar  ki,  ölkəmiz  nəinki  təbii  qaza  olan  daxili  tələbatı  ödəməyə  qadirdir,  hətta 
NABUKO  və  digər  beynəlxalq  layihələrdə  iştirak  etməklə  iri  təbii  qaz  ixracatçısı 
rolunu da oynayacaqdır.  


 
- 81 - 
 
Neft və təbii qaz hasilatı ölkəmizdə elektroenergetika sənayesinin yaranmasına, 
inkişaf edib təsərrüfatın ayrı-ayrı sahələrinin formalaşmasına öz töhfəsini vermişdir. 
Hal-hazırda  respublikamızın  energetika  sisteminə  ümumi  istehsal  gücləri  5000  mvt-
dan  artıq  olar  10  istilik  elektrik  stansiyası  və  7  su  elektrik  stansiyası  daxildir  ki,  il 
ərzində bu stansiyalarda 20 mlrd. kvt/saatdan artıq elektrik enerjisi istehsal edilir. 
 
Azərbaycanda  yerli  təbii  resurslar  əsasında  qismən  inkişaf  etmiş  sənaye 
sahələrindən  biri  qara  metallurgiyadır.  Bu  sənaye  sahəsini  xammalla  təmin  edən 
dəmir  filizi  əsasən  Daşkəsən  rayonu  ərazisində  cəmləşmişdir.  Burada  Daşkəsən, 
Cənubi  Daşkəsən,  Dəmir  və  Dardərə  yataqları,  müəyyən  qədər  Gədəbəy  rayonunun 
Novo-İvanovka  kəndi  yaxınlığında  və  Ordubad  rayonunun  Başyurd  sahəsində  aşkar 
edilmişdir.  Eyni  zamanda  Alabaşlı,  Çardaxlı,  Atabəy,  Aşağı  Morul,  Mansurlu, 
Təknəli,  Lənkəran-Astara  sahili  boyu  ərazilərdə  (çökmə  mənşəli)  dəmir  filizi 
yataqları  yayılmışdır.  Xromitin  iri  yataqları  Göydərə,  Zaidərə,  Nikolayev, 
Kəzimbinin, Xotovəng, Qarilov və İpək qrupu ərazilərindədir. Xromit filizi ilə yanaşı 
filiz  saxlayan  alunit  süxurları  odadavamlı  xammal  kimi,  maqnium  metalı  və  nikel 
almaq, eləcə də turş torpaqları neytrallaşdırmaq üçün istifadəyə yararlıdır. 
 
Molla Cəlilli, Eldar və Daşsalahlı manqan yataqları sənaye əhəmiyyətlidir. 
 
Ölkəmizdə  qara  metallurgiya  natamam  silsiləli  inkişaf  etməklə  Daşkəsən 
filizsaflaşdırma kombinatı, Sumqayıt boru-prokat zavodu, “Bakı Steel Company” və 
digər  müəssisələrlə  təmsil  olunur.  Daşkəsən  filizsaflaşdırma  kombinatı  1954-cü  ildə 
istifadəyə  verilmişdir.  Burada  filiz  çıxarıldıqdan  sonra  süxurlardan  təmizlənir, 
baraban  tipli  yuyucu  maşınlara  doldurulur,  baraban  fırlandıqca  dəmir  filizi  suyun 
köməyilə süxurlardan azad olur, barabanın daxilindəki güclü elektrik-maqnit qurğusu 
dəmiri torpaqdan ayırır, filiz xırdalandıqdan sonra domna sobasına daxil olur. 
 
Sumqayıt  boru-prokat  zavodu  1952-ci  ildə  istifadəyə  verilmiş,  çuquna  xrom, 
nikel, ferroərinti qatmaqla sobalarda polad əridilir. 
 
Ölkəmizdə  əlvan  metallurgiya  sənayesi  mis,  qurğuşun,  sink,  kobalt,  alunit, 
molibden,  civə,  boksit,  volfram,  arsen,  sürmə,  qızıl,  bismut  və  s.  metallar,  Gəncə  və 
Sumqayıt  alüminium  zavodları  ilə  təmsil  olunur.  Alüminium  sənayesindən  başqa 


 
- 82 - 
digər  sahələr  tam  dövriyyəli  deyildir.  Daşkəsənin  Zəylik  alunit  xammalı  əsasında 
1965-ci  ildə  Gəncə  alüminium  gili  zavodu  istifadəyə  verilmiş,  ilk  dəfə  olaraq 
alunitdən alüminium oksidi yarımfabrikatı istehsalı yaradılmışdır. Bu yarımfabrikatın 
əsasında  isə  Sumqayıt  alüminium  zavodu  fəaliyyət  göstərir.  Hal-hazırda  əlvan 
metallurgiyanın,  eləcə  də  qara  metallurgiyanın  kompleks  inkişafı  üçün  dövlət 
proqramı qəbul olunmuşdur. 
 
Yerli  gətirmə  xammala  əsaslanan  kimya  sənayesi  vaxtıilə  respublikamızın  ən 
inkişaf  etmiş  sahələrindən  biri  olmuş,  MDB  məkanını  müəyyən  məhsullarla  təmin 
etmişdir. Kimya sənayesini  inkişaf etdirən neftayırma zavodlarının propan, piroqaz, 
butan-butilen  və benzin kimi  məhsullardan  və dağ-mədən  sənayesinin məhsullarıdır. 
Naxçıvanın  Nehrəm  və  Duzdağ  duz  yataqları,  Goranboy  və  Göygöl  rayonlarının 
Başqışlaq  və  Çovdar  mis  yataqlarının  tərkibində  olan  barit,  Toğanalı  və  Çıraqdərə 
yataqlarında  olan  kükürd  kolçedanı,  Gədəbəy  rayonu  və  Balakən  kükürd  kolçedanı 
yataqları,  Naxçıvançayın  yuxarı  axarında  yerləşən  Gömür  yatağının  kükürd,  Laçın 
rayonunun Qorçu və Yuxarı Ağcakənddə kopal, dolomit, mineral boyalar ehtiyatları 
kimya sənayesi üçün perspektivli ehtiyatlardır. Kür çayının aşağı axarlarında, Muğan 
düzündə, Abşeronun Böyükşor, Masazır göllərində toplanmış xörək duzu, Şamaxıda 
Pirsaat  çayının  hövzəsində,  Qobustan  şəhəri  yaxınlığında  olan  mirabilit  kimi 
xammallar  mühüm  əhəmiyyətlidir.  Şəmkirin  Zəyəm  qəsəbəsi  yaxınlığında, 
Naxçıvanda,  Arazçayı  boyu,  Abşeron  yarımadası  və  Laçın  rayonu  ərazisində  Çili 
şorası ehtiyatı vardır. 
 
Naxçıvanın Nehrəmçay yatağında epsomit və molanterit, Şamaxı, Gədəbəy və 
Göygöl rayonlarında umbra, surik, siena, brekçiya kimi boyalar istifadəyə yararlıdır. 
Əsas  kimya  sənayesinin  məhsulu  kimi  yod  və  brom  istehsalı  üçün  kifayət  qədər 
xammal ehtiyatı vardır. Abşeron göllərində, xüsusilə də Böyükşor, Pirallahı adasının 
kiçik gölməçələrində, Neftçala, Xıllının mədən sularında ehtiyatı daha çoxdur. 
 
Seolit  neft-kimya  sənayesində,  neftayırmada,  kimya  sənayesində,  kənd 
təsərrüfatında,  metallurgiyada  geniş  istifadə  olunur.  Seolitin  iri  yataqları  Qazaxda, 
Tovuzda, Naxçıvanda, Talış dağlarında, Kiçik Qafqazda mövcuddur. 


 
- 83 - 
 
Son  illər  kimya  sənayesində  edilən  sahəvi  və  ərazi  strukturundakı  dəyişiklik, 
kiçik və orta həcmli müəssisələrə, xüsusilə də özəl müəssisələrə üstünlüyün verilməsi 
təsərrüfatın  və  əhalinin  artan  tələbatının  ödənilməsinə,  ətraf  mühitin  mühafizəsinə, 
xammal  ehtiyatlarından  səmərəli  istifadəyə  yönəldilmişdir  ki,  bu  da  özünü  iqtisadi-
ekoloji baxımdan doğrultmaqdadır. 
 
Respublikada 
tikinti 
sənayesi 
çoxsahəli  olub,  sement,  dəmir-beton 
konstruksiyalar  və  panellər,  sanatoriya-texnika  məmulatları,  mişar  daşı,  pəncərə  və 
tikinti  şüşəsi,  şifer,  asbest-sement  borular,  istilik  izolyasiya,  polimer  tikinti 
materialları,  polivinilxlor,  linelium,  aqloporit,  perlit  tipli  yüngül  doldurucu  mineral 
tikinti materialları sahələrini əhatə edir. Sement sənayesi və dəmir-beton məmulatları 
istehsalının  özəyini  təşkil  edən  təbii-tikinti  xammalı  hasilatına  mişar  daşı,  but  daşı, 
mərmərəbənzər  əhəngdaşı,  mərmər,  pemza,  travertin  kimi  bəzək  və  üz  daşları, 
müxtəlif tikinti gilləri, çınqıl, tikinti, şüşə və qəlb qumu, gips, gəc, perlit kimi yüngül 
suvaq və məsaməli doldurucu xammalı daxildir.   
 
Yerli  tikinti  materialları  istehsalı  müəssisələri  arasında  əsasən  yerli  sənaye 
kombinatlarının nəzdində fəaliyyət göstərən bişmiş kərpic, kirəmit və saxsı məmulatı 
hazırlayan  90-dan  artıq  müəssisə  vardır.  Kərpic  istehsalı  müəssisələrində  həmçinin 
oda, turşuya davamlı materiallar, meliorasiya küngləri də istehsal olunur. Ölkəmizin 
tikinti  materialları  sənayesinin  əsasını  sement  istehsalı  təşkil  edir.  Bu  sahə  dəmir-
beton  və  iri  panel  istehsalını  xammalla,  tikintini  isə  suvaq  və  hörgü  materialı  ilə 
təmin edir, müxtəlif sənaye sahələrinin texnoloji tələbatını ödəyir. 
 
Son  illər  respublikada  aparılan  məqsədyönlü  iqtisadi  islahatlar,  özəlləşdirmə, 
özəl  müəssisələrə  və  sahibkarlara  dövlət  qayğısı  digər  sənaye  sahələrində  olduğu 
kimi tikinti sənayesinə də öz təsirini göstərmiş, müəssisələrin yeni standartlara uyğun 
materiallar istehsalını artırmış, keyfiyyətini  yüksəltmiş, ətraf mühitin  mühafizəsində 
mühüm rol oynamışdır. 
 
 
 


 
- 84 - 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin