III F Ə S İ L Təbiətdən istifadənin sosial – ekoloji problemləri
Son onillikdə elm və texnikanın sürətli inkişafı təbiətdən istifadənin
coğrafiyasını genişləndirməklə yanaşı təbiətlə cəmiyyətin qarşılıqlı münasibətlərinin
də dəyişməsinə təsir göstərmişdir. Təbiətlə cəmiyyətin qarşılıqlı münasibəti nəinki
fənlərarası, həmçinin ölkələrarası və ya beynəlxalq səviyyəsi problemə çevrilmişdir.
Hal-hazırda bu problemin həllinə bir çox elm sahələri – texniki, humanitar, təbiət
elmləri də qoşulmuşdur. Insanların maddi və mənəvi-mədəni həyat səviyyəsinin
yaxşılaşdırılması, günü-gündən artan tələbatının ödənilməsi müqabilində təbiətdən
səmərəli və qənaətcil istifadəyə üstünlüyün verilməsi planlı şəkildə yerinə
yetirilməlidir.