Meşə resurslarının coğrafi yayılması
Cədvəl 1.7
Regionlar
Meşə sahəsi
mln.ha
Meşə örtüyünün sahəsi Meşəlik %-lə
Oduncaq
ehtiyatı,
mlrd.m
3
Bütöv,
mln.ha
Adambaşına
ha
MDB
940
755
2.2
35
84
Avropa
195
150
0.3
27
19
Asiya
660
500
0.2
19
55
Afrika
1140
545
0.9
18
56
Şm.Amerika
750
455
1.7
25
53
C.Amerika
1260
970
2.2
48
110
Avstraliya və
Okeaniya
180
70
0.5
9
7
Dünya üzrə
5125
3445
0.6
27
348
- 52 -
Cədvəldən göründüyü kimi ayrı-ayrı regionlarda meşə ilə təminat olduqca
müxtəlifdir. Burada C.Amerika ilə MDB ölkələri xüsusilə fərqlənirlər. Bu fərq istər
adambaşına, istərsə də oduncaq ehtiyatına görədir. Meşə resurslarının coğrafi
yayılmasında maraqlı cəhətlərdən biridə onların qurşaq şəklində yerləməsidir.
Bütövlükdə götürüldükdə iki iri qurşaq – şimal və cənub qurşaqları vardır. Şimal
meşə qurşağı enli kəmər kimi Şimali Amerikadan Avrasiyanın şimalına kimi geniş
bir ərazini əhatə edir. Burada əsasən iynəyarpaqlı ağaclar üstünlük təşkil edir. Bu
qurşaq daxilində Rusiya, Kanada, ABŞ, İsveç, Finlandiya daha çox fərqlənir. Bu
ölkələr dünya meşə sənayesində həmişə aparıcı mövqeyə malik olmuşlar. Şimal meşə
qurşağının sahəsi 2 mlrd. ha-dır. Iynəyarpaqlı ağacların xüsusi çəkisi 67%, qarışıq və
enliyarpaqlı meşələrin isə 33%-dir. Təbii şəraitin xüsusiyyətlərinə uyğunlaşan
meşələrdə ağacların inkişafı olduqca zəifdir. Cənuba doğru inkişaf və artım tədricən
çoxalır.
Cənub meşə qurşağının da sahəsi 2 mlrd. ha-dır və ağaclarının 97%-i
enliyarpaqlı ağaclardan ibarətdir. Burada bol günəş enerjisi və yağıntıların bolluğu
şəraitində ağacların həm inkişafı sürətlidir, həm də hər hektara düşən ağacların sayı
çoxdur. Bu qurşaqda Braziliya, Surinam, Qayana, Qabon, Konqo Demokratik
Respublikası, Papua-Yeni Qvineya kimi ölkələr həm meşə sahələrinin böyüklüyünə,
həm də meşəliyin göstəricilərinə görə fərqlənir.
Meşə sənayesinin inkişafına, meşə materiallarından istifadəyə görə uzun illər
şimal meşə qurşağı fərqlənmiş, Kanada, ABŞ, Finlandiya, Rusiya kimi nəhəng meşə
ehtiyatlarına malik ölkələr liderlik etmişlər. Dünya üzrə meşə materialları tədarükü
1965-ci ildə 2 mlrd. kub. metr, 1985-ci ildə 3.1 mlrd. kub. metr, 1990-cı ildə 3.4
mlrd. kub metr təşkil etmiş, sonrakı illərdə də təxminən sabit olmuşdur. Son illər
qiymətli oduncağa malik olan cənub meşə qurşağının rolu artmış, şimalı ötüb
keçmişdir. Inkişaf etməkdə olan ölkələr ağac tədarükünü artırmışlar. Bu gün ABŞ,
Kanada, Finlandiya və İsveçi arxada qoyan Braziliya, Hindistan, İndoneziya,
Nigeriya, Konqo Demokratik Respublikası, Efiopiya, Malayziya meşə tədarükünə
görə fərqlənməkdədirlər. Kağız və karton istehsalına görə ABŞ, Çin, Yaponiya,
- 53 -
Kanada, AFR, adambaşına istehsalına görə isə Finlandiya, İsveç, Kanada, Norveç,
Avstriya daha çox fərqlənir.
Meşələrdən səmərəsiz istifadənin nəticəsi göz qabağındadır. Belə ki, vaxtıilə
yer səthinin 56%-i meşə ilə örtülü olmuşdur, yəni ümumi sahəsi kolluqlarla birlikdə
75 mlrd. hektar olmuşdur. Bu gün meşəliyin sahəsi təxminən iki dəfə azalmışdır.
Cəmiyyətin, mədəniyyətin, elm və texnikanın sürətli inkişafı meşə sahələrinin də
sürətlə azalmasına səbəb olmuşdur. Bu ilk növbədə kənd təsərrüfatına yeni-yeni
torpaq
sahələrinin
cəlb
olunması, yeni sənaye sahələrinin yaradılması,
infrastrukturların, şəhərsalmanın genişləndirilməsi və s. ilə əlaqədardır.
Son onilliklərdə meşə sahələrinin azalması, kor-təbii meşə qırımlarının
çoxalması, cənub meşə qurşağında özünü daha qabarıq göstərir. Belə ki, cənub
meşələrinin qiymətli oduncağı dünya bazarında qiymətli olub, alıcıların diqqətini cəlb
etmiş, meşəsalma tədbirləri isə həyata keçirilməkdədir. Şimal meşə qurşağında,
xüsusilə də Avropa ölkələrində meşəsalma tədbirləri sürətlənmiş, daha məhsuldar
süni meşələrin yaradılmasına başlanılmışdır. Bu meşələrin ümumi sahəsi 4 mln.
hektarı ötmüşdür. Bir çox avropa ölkələrində, şm.Amerika və Çində oduncaq
istehsalının həcmi tədarükdən çoxdur. Cənub meşə qurşağı 70-dən çox ölkəni əhatə
edir ki, bura əsasən həmişəyaşıl tropik meşələr daxildir ki, onlar bütün tropik
meşələrin üçdə iki hissəsini təşkil edir. Bu meşələrin də təxminən dörddə üçü
Braziliya, İndoneziya, Konqo Demokratik Respublikası, Peru, Kolumbiya, Hindistan,
Boliviya, Papua-Yeni Qvineya, Venesuela və Myanma kimi ölkələrin ərazisindədir.
BMT-nin hesablamalarına görə hər il orta hesabla 15 mln. hektar tropik həmişəyaşıl
meşə sahəsi məhv edilir. Bunu daha çox Tanzaniya, Zambiya, Filippin, Kolumbiya,
Anqola, Peru, Ekvador, Kamboca, Nikaraqua, Vyetnam və s. kimi ölkələrin
timsalında göstərmək olar. Bu meşələrin sahəsinin sürətlə azalmasını mütəxəssislər
üç əsas səbəblə əlaqələndirirlər.
-ərazilərin yaşayış məskənləri, nəqliyyat və kənd təsərrütafı istehsalı məqsədləri
üçün;
- 54 -
-enerjidaşıyıcısı olmayan, yaxud dünya bazarında onların qiymətinin qalxması
hesabına inkişaf etməkdə olan kasıb ölkələrdə oduncaqdan yanacaq kimi istifadə
məqsədləri üçün;
-selluloz – kağız istehsalının artmasını təmin etmək üçün Yaponiya, ABŞ və
Q.Avropa ölkələrinə ixracat artımı məqsədləri üçün.
Bəşəriyyətin həyatı vacib bu tropik meşələrin qorunması, inkişaf etdirilməsi
olduqca vacib məsələyə çevrilmiş və hər bir düşüncəli insanın borcuna çevrilməlidir.
XXI əsrdə bu məsələnin təcili və təxirəsalınmaz həlli beynəlxalq ictimaiyyəti narahat
etməlidir. Bunun üçün ilk növbədə meşələrin oduncaq-yanacaq kimi istifadəsini
azaltmaq, ondan istifadə edən ölkələrə yardım göstərmək, enerjidaşıyıcılar artmaqda
güzəştli kreditlərdən istifadə hüququ vermək, qırılmış meşələrin daha məhsuldar və
tez yetişən növlər hesabına genişləndirilməsinə nail olmaq lazımdır.
Belə problemlər bizim respublikamızda da mövcuddur. Meşələrin sahəsini
artırmaq, yarımsəhra və dağətəyi ərazilərində, iri yaşayış məntəqələri və yolların
kənarlarında yaşıl zolaqların yaradılması işlərini sürətləndirmək məqsədəmüvafiqdir.
Düzdür, son illər bu sahədə müəyyən hərəkətlər vardır, lakin tək ağac əkməklə iş
bitmir, onu qorumaq, vaxtaşırı suvarmaq, qayğıkeşlik etmək lazımdır.
- 55 -
Dostları ilə paylaş: |