Dünya üzrə iqtisadi hidropotensial iş və ondan istifadə
Cədvəl 1.6
Regionlar
İqtisadi hidropotensial
Bütün potensiala
nisbətdə istifadə %-lə
mlrd. kvt/saat
%-lə
MDB
1100
11.2
20
Avropa
710
7.3
70
Asiya
3670
27.3
14
Afrika
1600
16.4
3
Şm.Amerika
1600
16.4
38
Latın Amerikası
1900
19.4
16
Avstraliya
və
Okeaniya
200
2.0
18
Dünya üzrə
9780
100.0
21
Cədvəldən göründüyü kimi hidroenerji potensialından daha çox istifadə edən
region Avropa və Şimali Amerikadır. Bu rəqəmin az olduğu regionlarda əsasən
inkişaf etməkdə olan ölkələr yerləşir və onlar istifadə oluna biləcək potensialın üçdə
ikisini hələ mənimsəməmişlər. Ölkələr içərisində istifadə olunan potensial arasında
da fərqlər mövcuddur. Belə ki, iqtisadi hidropotensialın təxminən yarısı Çin (1260
mlrd. kvt/saat), Rusiya(850), Braziliya (765), Kanada (540), Hindistanın (500 mlrd.
kvt/saat) payına düşür. Bu potensialdan istifadə səviyyəsi də müxtəlifdir. Belə ki,
Fransa, İsveçrə, İtaliya, Yaponiya kimi dövlətlər demək olar ki, bütün potensialdan
istifadə edirlər. ABŞ və Kanadada bu 38-40%, Çində 16%, Hindistanda 15%, Peruda
5%, Konqo DR-da 1.5%-dir. Rusiya böyük potensiala malik olsa da onun cəmi 18%-
ni mənimsəyə bilmişdir.
Təbii və süni göllərin təbiətdə və məişətdə əhəmiyyəti böyükdür. Belə ki, təbii
göllərin əksəriyyəti şirin su mənbəyidir və məişətdə, təsərrüfatın ayrı-ayrı sahələrində
geniş istifadə olunur. Məsələn, Böyük Göllər, Ladoqa, Oneqa kimi göllər gəmiçilik
üçün əlverişlidir və istifadə olunur. Bir sıra göllər, xüsusilə çöl və yarımsəhra
- 47 -
zonalarında yerləşən göllər duzlu, acı dadlı göllərdir. Onlardan kimya sənayesi üçün
xammal, mətbəxdə istifadə etmək üçün xörək duzu istehsal olunur. Göllərin üzvü
aləmindən istifadə böyük praktik əhəmiyyət kəsb edir. Süni göllər insan fəaliyyətinin
nəticəsidir və onlar bir sıra məqsədlər üçün yaradılır. Su anbarlarının əsas vəzifəsi
çay sularının toplanması, onun su sərfinin tənzimlənməsidir. Bundan başqa ondan
suvarma, su təchizatı, hidroenerji istehsalı, gəmiçilik, rekreasiya, idman və s.
məqsədilə də istifadə olunur. Su anbarlarının yaradılma tarixi çox qədimdir. Ilk su
anbarları qədim əkinçilik mədəniyyətinin inkişaf etdiyi Nil, Yantsızı, Qanq, Dəclə,
Fərat və başqa çayların üzərində yaradılmışdır. Sonralar Asiya, Afrika, Avropa və
Amerikanın ayrı-ayrı ölkələrində yaradılmağa başlanılmış, sənayeləşmə dövründə isə
geniş vüsət almışdır. Ikinci dünya müharibəsindən sonra su anbarlarının tikintisi daha
da sürətlənmiş və XX əsrin 60-cı illərində özünün yüksək səviyyəsinə çatmışdır. 60-
cı illərdən sonra elmi diskussiyalarda iri su anbarlarının tikilməsinin təbiətlə mənfi
təsiri geniş şəkildə müzakirə olunmağa başladı və bu gün də davam etməkdədir.
Həqiqətən də iri su anbarlarında toplanan böyük miqdarda su qrunt sularının
səviyyəsinin artmasına, əkinə yararlı torpaq sahələrinin şoranlaşmasına və ya su
altında qalmasına, həmin ərazilərdən yaşayış məntəqələrinin köçürülməsinə, əhalinin
miqrasiyasına, ərazinin mikroiqliminin dəyişməsinə səbəb olur.
Hazırda 60 mindən çox su anbarı mövcuddur ki, ümumi sahəsi 400 min
kvadeat kilometrdən çoxdur. Bu anbarların ümumi həcmi 6600 kub. km, istifadə üçün
yararlısı isə 3000 kub.km-dir. Azərbaycanda su anbarları müxtəlif istiqamətlidir,
əsasən də suvarma və elektrik enerjisi istehsalı üçün yaradılmışdır. Lakin ən iri su
anbarı olan Mingəçevir su anbarı müxtəlif profillidir. Ondan həm suvarma, elektrik
enerji istehsalı, həm də rekreasiya, turizm, idman, balıqçılıq və s. məqsədlə də
istifadə olunur.
- 48 -
Dostları ilə paylaş: |