TəBİƏTDƏN İSTİfadəNİN İQTİsadi VƏ ekoloji problemləRİ



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə12/28
tarix28.12.2021
ölçüsü1,07 Mb.
#17189
1   ...   8   9   10   11   12   13   14   15   ...   28
 
Cədvəl 1.5 
Ölkə 
Ehtiyat mlrd. t. 
Filizdə dəmirin orta həcmi, % 
Rusiya 
33.2 
36 
Braziliya 
21.0 
58 
Avstraliya İttifaqı 
18.0 
62 
Ukrayna 
15.4 
35 
Çin 
15.0 
33 
ABŞ 
6.9 
26 
Hindistan 
6.6 
61 
Qazaxıstan 
4.2 
35 
İsveç 
3.5 
53 
Kuba 
2.6 
42 
 
Dəmir  filizinin  istehsalı  ilk  növbədə  ona  olan  tələbatla  bağlıdır,  onun  iqtisadi 
və  ekoloji  səmərəliliyi  bu  gün  həlledicidir.  Belə  ki,  əgər  XX  əsrin  50-60-cı  illərində 
dəmir  filizinin  əsas  istehsalçıları  ABŞ,  Kanada,  SSRİ,  Qərbi  Avropa  ölkələri  idisə, 
sonradan bu “çirkli” sahə kimi inkişaf etməkdə olan ölkələrə miqrasiya etmişdir. Bu 
gün  dünyanın  inkişaf  etmiş  ölkələri  öz  ərazilərindəki  istehsalı  dayandırmış,  ABŞ, 
Kanada  sabitləşdirmiş,  gətirilmə  xammala  üstünlük  vermişlər.  Ona  görə  də  hal-
hazırda  dəmir  filizinin  əsas  istehsalçıları  Avstraliya,  Braziliya,  Hindistan  və 
Venesueladır.  Dəmir  filizinin  əsas  ixracatçıları  Avstraliya,  Braziliya,  Hindistan, 
Ukrayna,  Kanada,  CAR,  İsveç,  idxalçıları  isə  Çin,  Yaponiya,  Koreya  Respublikası, 
Almaniya, Fransa, B.Britaniya, İtaliya, ABŞ kimi ölkələrdir. 
XX  əsrin  70-80-ci  illərinə  kimi  qara  metallurgiyanın  inkişafı  ölkənin  iqtisadi 
qüdrətindən xəbər verirdi. Lakin ETİ inkişafı müasir dövrdə bu sahəni bir növ “xəstə” 
sahəyə çevirmişdir. Bu ilk növbədə yeni texnoloji irəliləmələr, yeni material istehsalı, 


 
- 36 - 
rəqabətdə  üstünlük  təşkil  edən  alüminium,  plastmass  və  digər  konstruksiya 
materiallarından istifadə imkanlarının artması ilə izah edilir. Nə qədər köhnə, ekoloji 
cəhətdən  istehsalı  əlverişsiz  olsa  da  polad  istehsalı  müasir  dövrdə  daha  çox  inkişaf 
etmiş, istehsal həcmi 420 mln. tonu keçmişdir. Qeyd etdiyimiz kimi bunun bir neçə 
səbəbi  vardır.  Ilk  növbədə  bu  sahə  “çirkli”  sahə  kimi  olduğu  üçün  inkişaf  etmiş 
ölkələrdən  inkişaf  etməkdə  olan  ölkələrə  miqrasiya  etmişdir.  Digər  tərəfdən  dəmir 
filizinin  ehtiyatı  zəngin  olan  ölkələrdə  onun  emal  sənayesi  yaradılmışdır.  Bu  gün 
Asiya,  Afrika  və  Latın  Amerikasında  iqtisadi  cəhətdən  sürətlə  inkişaf  edən  yeni 
sənayeləşmiş ölkələr formalaşmışdır. Eyni zamanda ekoloji vəziyyətin gərgin olduğu 
Qərb  ölkələri  metallurgiyanın  həmin  region  ölkələrinə  köçürmələri,  ucuz  xammal 
əldə etmək istəyi bu inkişafa təkan vermişdir.  
Hal-hazırda  polad  istehsalına  görə  fərqlənən  ölkələrə  daxildir  –  Çin  (420 
mln.t), Yaponiya (116 mln.t), ABŞ (98 mln.t), Rusiya (71 mln.t), Cənubi Koreya (48 
mln.t),  Almaniya  (47  mln.t),  Hindistan  (44  mln.t),  Ukrayna  (41  mln.t),  İtaliya  (32 
mln.t), Braziliya (31 mln.t).  Təbii ki, dünyanın 90 ölkəsində polad istehsal olunursa, 
bu onluq ölkələri dəyişkəndir.  
Yer qabığında ən  geniş  yayılmış metal alüminiumdur. XIX  əsrin əvvəllərində 
Fransanın  cənub-şərqində  Boks  adlanan  ərazidə  alüminium  xammalı  istehsal 
olunmağa başlamış və xammal da boksit adlanmışdır. Düzdür ilkin vaxtlarda  ondan 
qismən az istifadə olunurdusa, sonralar istehsalçıların sayı artaraq 30-a çatmışdır. Bu 
metalın  istehsalı  və  emalı  digər  metallara  nisbətən  daha  çox  yerdəyişmələrə  məruz 
qalmışdır. Belə ki, ilkin dövrlərdə, yəni XX əsrin əvvəllərində əsas istehsalçılar Qərbi 
Avropa  və  Şimali  Amerika  ölkələri  idisə,  artıq  XX  əsrin  ortalarında  Şərqi  Avropa, 
SSRİ,  Latın  Amerikası  xüsusi  ilə  fərqlənmişdi.  Latın  Amerikasında  Yamayka, 
Surinam, Qayana kimi ölkələrdə onun istehsalı daha sürətli olmuşdur. Əsrin 80-90-cı 
illərində  Afrikanın  Qvineya  dövlətlərində  Avstraliyada  və  paralel  olaraq  Latın 
Amerikasında istehsal həcmi sürətlə artmağa başlamışdır. 2000-ci ildən sonra boksit 
istehsalında 10 aşağıdakı dövlət liderlik səviyyəsinə çatmışdır: Avstraliya (61 mln.t), 
Braziliya  (21  mln.t),  Çin  (20  mln.t),  Qvineya  (18  mln.t),  Yamayka  (15  mln.t), 


 
- 37 - 
Hindistan  (15  mln.t),  Rusiya  (6  mln.t),  Surinam  (5  mln.t),  Venesuela  (4mln.t), 
Yunanıstan (3 mln.t). 
Aparılan  tədqiqatlar  göstərir  ki,  son  illər  Asiya,  Afrika  və  Latın  Amerikası 
ölkələrində məhsulun istehsal həcmi getdikcə artmaqda, ABŞ, Qərbi və Şərqi Avropa 
ölkələrində  isə  azalma  və  dayanmalar  davam  etməkdədir.  Bunun  səbəbini  boksitin 
tərkibinin  ağır  əlvan  metallara  nisbətən  çox  olması  (50%)  ilə  izah  edirlər,  dəmir 
filizindən fərqlənmir, nəqliyyat əhəmiyyəti yüksəkdir. Ona görə inkişaf etmiş ölkələr 
bu filizin idxalının ucuz başa gəlməsinə üstünlük verirlər. 
Yer  qabığı,  onun  quru  hissəsi  təbii  sərvətlərlə  zəngin  olsa  da,  mineralların 
tərkibində  kimyəvi  elementlərin  müxtəlifliyi  də  çoxdur.  Buna  görə  bu  gün  cəmiyyət 
qarşısında  duran  ən  vacib  məsələ  mövcud  tərkibdən  kompleks  şəkildə  istifadə 
etməkdir.  Sənaye  əhəmiyyətli  xammaldan  istifadə  zamanı  qənaətcilliyə,  tullantısız 
texnoloji  proseslərə  üstünlüyün  verilməsi  önə  çəkilməli,  nadir  elementlərdən 
istifadəni  artırmaqla  davamlılığı  artırmaq,  enerjidaşıyıcılarından  yanacaq  kimi  az, 
kimya  xammalı  kimi  daha  çox  istifadəyə  üstünlük  verilməlidir.  Müasir  dövrdə 
geoloji,  geokimyəvi  tamlıq  təşkil  edən  regionların  resurslarından  kompleks  istifadə 
etmək  böyük  əhəmiyyət  kəsb  edir.  Təsərrüfatların  ərazi  təşkilini  təkmilləşdirmək 
üçün ərazinin relyef xüsusiyyətlərini nəzərə almaq çox vacibdir.  
 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin