2.
Əhalinin təbii artımı, iqtisadi fəal əhali, inkişaf və problemlər
Planetimizdə əhalinin artımı, təzələnməsi, hərəkəti və s. problemləri həmişə
diqqət mərkəzində olmuş və bu sahə ilə məşğul olan demoqrafiya elmi sürətlə inkişaf
edərək müstəqil elm sahəsinə çevrilmişdir. Bu gün planetimizin mənimsənilməsi,
təbii şəraitin formalaşması, inkişafı əhalinin inkişafı, artımı və sair xüsusiyyətləri ilə
çox əlaqəlidir.
Əhalinin artımı barədə istər dünya, istərsə də respublikamızın qabaqcıl
alimlərinin fikirləri müxtəlif olsa da onların gəldiyi qənaət odur ki, əhali təzələnməsi,
yəni doğum bir-biri ilə əlaqəli şəkildə üç mühüm amillə bağlıdır:
-birincisi təbii – bioloji amildir, belə ki, ayrı-ayrı regionlarda, ölkələrdə təbii şəraitin
müxtəlifliyi (isti və soyuq iqlim) cinsi yetginliyə təsir edir:
-ikincisi demoqrafik amildir, əsasən də kişi və qadınların sayının bərabərliyi, yaxud
da birinin digərindən çoxluğu, həmçinin də əhalinin yaş strukturunun da böyük rolu
danılmazdır. Təbii ki, o regionda ki, gənclərin sayı üstünlük təşkil edir, orada artım
da yüksək olur:
- 59 -
-üçüncüsü sosial – iqtisadi, mədəni və psixoloji amildir. Hər bir ölkənin, regionun
sosial-iqtisadi inkişafı əhalinin təzələnməsində mühüm rol oynayır. Bunu bu gün
regionların inkişafı ilə əlaqələndirmək daha düzgün olardı. Belə ki, yüksək sosial-
iqtisadi inkişaf səviyyəsinə çatmış Qərbi və Şərqi Avropa, Şimali Amerika
regionlarında, əhalinin həyat səviyyəsinin yüksək olduğu ölkələrdə doğumun
səviyyəsi heç də qənaətbəxş deyildir. Belə ölkələrdə əgər qadın yüksək təhsil ala
bilirsə, onun işlə təmin olunma ehtimalı da yüksək olur və yüksək maaş alır, övladını
bahalı və yüksək keyfiyyətli məktəblərdə oxuda bilirsə, ona baha başa gələn övlad
böyüdürsə, deməli çox uşağı olmağa o qədər də marağı olmur. Bu isə son nəticədə
doğumun və təbii artımın aşağı düşməsinə təsir edir.
Sosial – iqtisadi amillər içərisində ölkənin demoqrafik siyasətinin, urbanizasiya
səviyyəsinin də təsiri böyükdür. Kənd yaşayış məntəqələrində təsərrüfatın
çoxcəhətliliyi, valideynlərə uşaq köməkliyi (odun tədarükü, meyvə-tərəvəz
toplanması, müxtəlif məişət xidmətləri və s.) doğumun yüksək olmasına təsir etdiyi
halda şəhər yaşayış məntəqələrində isə əksinə, uşağa çəkilən xərclərin artması,
valideynlərin əmək fəaliyyətinə intensiv qoşulması, təhsil almaq və təsərrüfatın
mürəkkəb və gəlirli sahələrinə meyl etmək doğuma mane olur. Eyni zamanda son
illər sürətlə artan boşanmalar, ailə vəziyyəti, nigah problemləri də doğumun
azalmasına təsir edir. Bir çox hallarda doğumun artmasına gec evlənmələrin də mənfi
təsiri vardır.
Son zamanlar alimləri daha çox narahat edən amillər içərisində regional və
məhəlli milli münaqişələr, dini-etnik qarşıdurmalarla yanaşı ekoloji tarazlığın
pozulması ilə yaranan problemlərdir. Elm və texnikanın sürətli inkişafı, atmosferə və
geosferin müxtəlif təbəqələrinə zərərli və zəhərli, çirkli maddələrin təsiri nəticəsində
iqlim dəyişiklikləri, havanın, suyun, torpağın, bitki və heyvanlar aləminin
korlanması, təbii kataklizmlər insanların ölüm hallarını artırmış, təbii fəlakətlərin sayı
artmışdır. Təbiətlə cəmiyyət arasında münasibətlərin formalaşması, təbiətdən
səmərəli istifadə olunması sözsüz ki, təbii artımın xarakterindən müəyyən qədər
asılıdır. Təbii artım doğumla ölümün nisbətidir. Bu nisbət regionlarda olduqca
- 60 -
müxtəlifdir. Asiya, Afrika və Latın Amerikası ölkələrində təbii artım yüksək,
Şm.Amerika, Avropa, Avstraliya və Okeaniyada nisbətən aşağıdır. Bu müxtəliflik
regionlarda cəmiyyətin formalaşması, cəmiyyətlə təbiətin münasibəti və təbiətdən
istifadənin xarakteri ilə müəyyənləşir. Belə ki, regionlarda və bütövlükdə dünyada
cəmiyyətin varlığı üç mühüm mərhələni əhatə etmişdir – iqtisadi mənimsəmə, aqrar
və sənaye iqtisadiyyatı mərhələləri ki, bunların da hər birində özünəməxsus təbii
artımın tipi formalaşmışdır: qədim, ənənəvi və müasir.
Təbii ki, müasir dövrün formalaşması uzun tarixi prosesin nəticəsidir, amma
elmin, texnikanın inkişafı cəmiyyətin formalaşması ilə nəticələnmiş, sabit təbii artım
prosesi yaranmışdır.
Ayrı-ayrı dövrlərdə təbii artımın müxtəlifliyi bunu bir daha sübut edir.
Məsələn, insanın yarandığı gündən 1820-ci ilədək dünya əhalisinin sayı cəmi 1
mlrd. nəfər idisə, növbəti milyardların yaranması üçün müvafiq olaraq 107, 33, 14,
13, 12 il sərf olunmuşdur. Dünya üzrə təbii artımın yüksələn xətt üzrə getməsində
regionlar arasında böyük fərq yaranmışdır. Alimlər bunu əsasən iki amillə izah
edirlər. Birincisi, inkişaf etməkdə olan ölkələrin əksəriyyəti siyasi müstəqillik əldə
etdikdən sonra elmin, xüsusilə də, tibb elminin nailiyyətlərindən səmərəli istifadə
etməklə uşaq ölümünün qarşısını müəyyən qədər almış, iqtisadi cəhətdən inkişaf
etdikcə əhalinin həyat səviyyəsini artırmış, erkən ölümü azaltmış, yuxarı yaş həddini
artırmaqla təbii artımı yüksəltməyə nail olmuşlar.
Ikincisi, ölümün azalması ilə yanaşı olaraq hələ də əksər inkişaf etməkdə olan
ölkələrdə ənənəvi təbii artım prosesi davam etməkdədir. Əgər dünyada hər il orta
hesabla 145 mln. uşaq dünyaya gəlirsə, bunun 125 mln. inkişaf etməkdə olan
ölkələrin payına düşür. Təbii artımın üstün olduğu ölkə və regionlarda əmək
ehtiyatları artıqlığı yaranmaqda və işsizliyin üstün olması nəzərə çarpır. Əmək
resursları dedikdə əmək qabiliyyətli insanlar nəzərdə tutulur. İşləməyən təqaüdçülər
və uşaqlar istisna olmaqla bütün əmək qabiliyyətli insanlar (işləyən təqaüdçülər və
işləyən 16 yaşınadək uşaqlar da daxil olmaqla) bura daxildir. Əgər 1990-cı ildə dünya
üzrə əmək resursları 3.2 mlrd. nəfər idisə, bunun da 2.4 mlrd. nəfəri iqtisadi fəal əhali
- 61 -
idi. İqtisadi fəal əhali işlə təmin olunmuş, yəni işləyən əmək resurslarına deyilir. Bu
kateqoriya insanların getdikcə artımı müşahidə edilir, belə ki, 1995-ci ildə onların
sayı 2.7 mlrd. nəfər, 2000-ci ildə 3 mlrd. nəfəri ötüb keçmişdir. Analizlər göstərir ki,
inkişaf etmiş ölkələrdə iqtisadi fəal əhalinin sayı əmək resurslarının azalmasına
baxmayaraq artmaqdadır. Bu ilk növbədə onunla izah edilir ki, bu tip ölkələrdə təbii
artımın azalması, yaşlı nəslin çoxalması, təqaüdçülərin və 16 yaşadək uşaqların
işləməsidir. Digər tərəfdən ayrı-ayrı regionlarda və ölkələrdə əmək resursları arasında
da fərqli cəhətlər vardır. Bu ilk növbədə əmək məşğulluğu ilə əlaqədardır. Bir sıra
inkişaf etməkdə olan ölkələrdə, məsələn, Çin, Braziliya, Hindistan, İndoneziya,
Banqladeşdə mütləq məşğulluq üstünlük təşkil edir. İnkişaf etmiş ölkələrdən daha
çox fərqlənəni ABŞ, Yaponiya, Almaniya, B.Britaniya və Rusiyadır. Ümumi əhalinin
sayına nisbətdə iqtisadi fəal əhalinin sayı inkişaf etməkdə olan ölkələrdə az olması
eyni zamanda əhalinin yaş-cins tərkibindən də asılıdır. Məsələn, Yaxın və Orta Şərq
ölkələrində, habelə ərəb ölkələrinin əksəriyyətində qadınların ictimai istehsala zəif
cəlb edilməsi ilə də bağlıdır. Əksinə, ictimai fəal əhalinin üstün olduğu inkişaf etmiş
ölkələrdə və Çində qadınlar ümumi iqtisadi fəal əhalinin 50-55%-ni təşkil edirlər.
Bütün bu göstəricilərə baxmayaraq inkişaf etmiş ölkələrdə, xüsusilə də, Almaniya və
İtaliyada təbii artımın zəifliyi, yaşlı əhalinin üstünlüyü tədricən iqtisadi fəal əhalinin
qıtlığına səbəb olur ki, bu da yaxın gələcəkdə işləyən əhalinin yuxarı yaş həddinin
artmasına gətirib çıxaracaqdır. Bu ölkələrdə, bütövlükdə inkişaf etmiş ölkələrdə
əhalinin yaşlanması, orta yaş həddinin yüksəlməsi sosial şəraitin yaxşılaşması,
uzunömürlülüyün üstün olması nəzərə daha çox çarpır. Alimlərin qənaətinə görə
insan həyatı 110-140 il müəyyən edilmişdir. Tək-tək hallarda daha yüksək hədd də
ola bilər. Belə uzunömürlülük bioloji sosial-iqtisadi, genetik və digər amillərlə izah
olunur və heç nə ümumi xarakterik hal deyildir. Qədim dövrlərdə orta yaş həddi 25-
30 il, sonralar 35-40 il olmuşdur. XX əsrin ortalarından sonra elmin sürətli inkişafı
uşaq ölümünün qarşısını almış, insanların sosial-iqtisadi durumu yaxşılaşmış, orta yaş
həddi də artmağa başlamışdır. Hesablamalar göstərir ki, 2006-cı ildən sonra ən az
orta yaş həddi Afrikada 53 yaş, ən çox isə Şimali Amerikada 78 yaş olmuşdur. 2005-
- 62 -
ci ilin məlumatına əsasən ən çox orta yaş həddinə malik 10 ölkə və ən aşağı yaş
həddinə malik 10 ölkə aşağıdakı kimidir:
Dostları ilə paylaş: |