1.
Cəmiyyətlə coğrafi mühitin münasibətlərinin formalaşması.
Elm və texnikanın müasir inkişafı və dünya üzrə əhalinin artımı cəmiyyətlə
coğrafi mühitin qarşılıqlı münasibətini bəşəri problemə çevrimişdir. Əhalinin artan
tələbatının ödənilməsi, maddi nemətlər istehsalının artırılması təbii sərvətlərdən
qənaətlə istifadə etməyi qarşıya bir tələb kimi qoyur. Insanlar tərəfindən yeni-yeni
texnoloji avadanlıqların təbiətə təsiri o dərəcədə böyükdür ki, onun mənfi təsirini
müqayisə etmək çox çətindir. Bir çox alimlərin əsərlərində cəmiyyətin təbiətdən
asılılığı, insanların təbiətə təsiri ictimai inkişafdan, tarixi şəraitdən, mədəni-texniki
ənənələrin və texniki tərəqqinin inkişafından irəli gəlir.
XX əsrin ortalarından sürətlənməkdə olan texniki tərəqqi məhsuldar qüvvələrin
inkişafına, insanların əmək fəaliyyətinin genişlənməsinə müsbət təsir göstərmişdir,
təbii sərvətlərdən istifadənin coğrafiyası dəyişmişdir. Təbiətə təsiri qüvvətləndirən
elm-texnika təbiəti mühafizə problemini yaratmış, biosferdə bərqərar olmuş qarşılıqlı
ekoloji inkişaf və əlaqələr pozulmuşdur. Indi dünyanın bir çox rayonlarında, xüsusilə
inkişaf etmiş və yeni sənayeləşmiş ölkələrdə elə bir vəziyyət yaranmışdır ki, nəinki
insanlar, hətta canlıların həyatı təhlükə altında qalmışdır. Insanla təbiət arasında
- 56 -
sağlam münasibət yaradılmasa, təbiətə, şüurlu və planauyğun şəkildə yanaşılmasa bu
təhlükə fəlakətə çevrilə bilər. Atmosferə zərərli maddələrin buraxılmasına qarşı yeni
mübarizə tədbirləri və vasitələri qısa müddət ərzində tətbiq edilməli, su və meşə
sərvətlərindən səmərəli istifadə etmək üçün əlavə kompleks tədbirləri planı həyata
keçirilməlidir.
Müasir dövrdə biosferdə dinamik tarazlığın mürəkkəbliyi təbii inkişafın idarə
mexanizmi hərəkətin bioloji formasından kənarda – istehsal və istehlak münasibətləri
dairəsində təşəkkül tapır, öz-özünü tənzimləmə vəzifəsini itirir, ekoloji böhran
yaranır, üzvü təkamül təbii inkişafı pozur. Təbii ki, dinamik tarazlıq dialektik və nisbi
anlayışdır, biosferin idarə olunmasında o, hər şeydən əvvəl, insanların fəaliyyəti
nəticəsində biotik dövranında baş verən pozulmaların ardıcıl olaraq bərpa olunması
deməkdir. Istehsalın və cəmiyyətin sürətli inkişafı şəraitində insanların təbiətə
təsirinin, təbii sərvətlərdən istifadə edilməsinin məhdudlaşdırılması hələlik ki,
mümkün deyildir, lakin insanla təbiət arasındakı əlaqə və münasibətlər cəmiyyətin
coğrafi mühitdə tutduğu mövqeyində və təbii sərvətlərdən istifadə edilməsində
qarşılıqlı surətdə nizama salınmalıdır.
Cəmiyyət coğrafi mühitdə mövcud olmaqla, həm də onların arasındakı
qarşılıqlı təsirin məhsulu kimi inkişaf edir. Cəmiyyətin inkişafında təbiət istehsal
üçün xammal, yaradıcılığı üçün isə ilham mənbəyidir. Təbii resurslar sosial mahiyyət
daşıyır, istehsal və istehlakın təbii əsasını təşkil edir. Cəmiyyətlə təbiətin qarşılıqlı
vəhdətinə sosial amillər daha çox təsir edir, lakin təbiətdə baş verən antropogen
dəyişikliklər və pozuntular müəyyən vaxt keçdikdən sonra üzə çıxır, çox vaxt isə bu
pozulmalar və dəyişmələri aradan qaldırmaq olmur. Təbiətdə mövcud olan heyvanat
aləmi təbiətin özündə optimal səviyyəsini saxlayır, belə ki, həddindən çox miqdar
artımı yem çatışmazlığı üzündən tənzimlənir. Insan isə öz şüurlu münasibəti və
məqsədəuyğun fəaliyyəti nəticəsində uyğunlaşa bilir, təbiətə mənafeyinə uyğun
şəkildə təsir edir. Elmin, texnikanın təkmilləşdirilməsi hesabına təbiətə daha çox təsir
edən insan təbii tarazlığı pozur. Bu gün belə ərazilər Q.Avropa, Şm.Amerika
ərazilərində üstünlük təşkil edir. Təbiətdə tarazlığın pozulması prosesi təbii ki, insan
- 57 -
fəaliyyəti ilə daha sıx bağlıdır. O, bir bioloji varlıq olub, ekosistemin bir hissəsidirsə,
məhsuldar qüvvənin tərkib hissəsidir. Insan öz mənafeyi baxımından təbiəti
dəyişdirir, tarazlığı pozur, maddi nemətlərdən daha çox istifadə etməyə can atır, daha
yeni əraziləri mənimsəyir, daha dərin qatlardan xammal çıxarır, getdikcə maddi
nemətləri kasadlaşdırır. İnsanın əmək fəaliyyəti insanla təbiət arasında baş verən bir
prosesdir. O öz fəaliyyəti ilə təbiət ilə əlaqələri tənzimləyir və ona nəzarət etməyə
çalışır, təbiəti, həm də özünü dəyişdirir. Təbiətə cəmiyyətin təsiri artdıqca əks təsir də
artır.
Cəmiyyətlə coğrafi mühitin qarşılıqlı təsiri istehsalın və cəmiyyətin inkişafı,
əhalinin artması, yaşayış fəaliyyəti, onların təbii mühitə göstərdiyi təsir dairəsində
formalaşır və hərəkət edir. Istehsalın ərazi təşkili təbii resurslara əsaslanan sənaye
müəssisələrinin inkişafına, təbiətə və onun sərvətlərinə təsir edir. Istehsal olunan təbii
sərvətlərin çox hissəsi istifadə zamanı müxtəlif tullantı halında yenidən onun özünə
qaytarılır ki, bu da təbiətin saflığına mənfi təsir edir. Cəmiyyətin inkişafı ilə coğrafi
mühit arasındakı əlaqə əhalinin sayı, təkrar istehsalı, miqrasiyası, əmək
ehtiyatlarından istifadə səviyyəsi, şəhər və kənd əhalisinin miqdarı, istehsal-emal-
daşınma-istehlak əlaqələrinin təkmilləşməsi, coğrafi rayonların məskunlaşma
səviyyəsindən çox asılıdır.
Cəmiyyətin coğrafi mühitə təsiri, təbii resurslardan istifadə, onların mühafizəsi
mürəkkəb və çoxcəhətlidir. Kənd təsərrüfatının, aqrosənaye birliklərinin, əhalinin
yararlı torpaqlara artan tələbatı şəraitində torpaqların istehsal mübadiləsindən
çıxarılması ərzaq və xammal məhsulları alınmasını məhdudlaşdırır, torpaqların bərpa
olunması isə çoxlu vaxt və vəsait tələb edir. Neft və quru xammal tullantıları ilə
çirklənmiş, meliorasiya işlərinin düzgün qurulmaması ilə çirklənmiş, şoranlaşmış
torpaqların təkrar istehsala qaytarılması heç də hər yerdə yerinə yetirilmir. Atmosferə
buraxılan zəhərli qazların artması, meşə sahələrinin qorunmasını daha aktual
etmişdir.
BMT-nin hesablamalarına görə bu gün dünyanın meşə ehtiyatı 5.1 mlrd.
hektardır və getikcədə azalmaqda davam edir. Bunun da 35%-i MDB ölkələrinin,
- 58 -
27%-i Avropanın, 25%-i Şm.Amerikanın, 48%-i C.Amerikanın, 19%-i Asiyanın,
18%-i Afrikanın, 9%-i isə Avstraliya və Okeaniyanın payına düşür. Meşə sahələrinin
sürətlə azalmasında qorxulu cəhət ondadır ki, əhalinin sürətli artımı, sənayenin
inkişafı atmosferdə oksigenin azalmasına ciddi təsir edir. Belə ki, yaşıl örtük havadan
karbon qazını udub, oksigen verməklə havanı təmizləyən əsas mənbədir. Oksigen
ehtiyatını sabit saxlamaq üçün kəsilmiş meşə sahələrində ağac əkinini artırmaq,
meşəlikləri bərpa etmək, daha məhsuldar, mədəni meşəliklər yaratmaq lazımdır.
Təəssüf ki, bu tədbirlər hələ öz səmərəsini vermir və dünyada qlobal iqlim
dəyişiklikləri baş verir. Bu gün ayrı-ayrı regionlarda təbiətin əks təsiri özünü
göstərməkdədir. Mütəxəssislərin hesablamalarına görə havada karbon qazının artması
bütün canlılar üçün qlobal problem yaradır və ildən-ilə bu proses acı nəticələrini
göstərməkdədir.
Dostları ilə paylaş: |