TəBİƏTDƏN İSTİfadəNİN İQTİsadi VƏ ekoloji problemləRİ


Təbii şəraitlə ictimai mənimsəmənin qarşılıqlı münasibətlərİ



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə3/28
tarix28.12.2021
ölçüsü1,07 Mb.
#17189
1   2   3   4   5   6   7   8   9   ...   28
 
I F Ə S İ L 


 
- 5 - 
  
TƏBİƏTDƏN İSTİFADƏNİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ,  
ELMİ - NƏZƏRİ  ƏSASLARI 
 
1.
 
TƏBİƏTDƏN İSTİFADƏNİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ,  
PREDMETİ VƏ DİGƏR ELMLƏRLƏ ƏLAQƏSİ 
 
 
 
Təbiətdən  istifadə  məhsuldar  qüvvələrin  formalaşması  və  inkişafı,  təbiətlə 
cəmiyyət  arasında  münasibətlərin  yaranmasının  əsas  prinsiplərini  müəyyənləşdirir.  
İqtisadi  və  sosial  coğrafiyanın  predmeti,  məqsəd  və  vəzifələri  də  məhz  bu 
problemlərin  araşdırılması,  təbiətdən  səmərəli  istifadə  etməklə  əhalinin  artan 
tələbatını  öyrənməsi,  həyat  səviyyəsinin  daim  yaxşılaşdırılmasına  öz  töhfəsini 
verməsidir.  Təbiətdən  istifadə  yollarının  öyrənilməsi  təbiətlə  cəmiyyətin  qarşılıqlı 
münasibətinin  mahiyyətinin  aşkarlanması,  təbii  resurslardan  istifadə  yollarının 
təkmilləşdirilməsi deməkdir. 
 
Elm və texnikanın sürətli inkişafı şəraitində təbiətdən olduqca səmərəli istifadə 
etmək  insan  cəmiyyətin  qarşısında  ən  mühüm  problemə  çevrilmişdir.  Bu  problemin 
yaranması  və  həlli  də  məhz  cəmiyyətdən,  onun  intellektual  səviyyəsindən  asılıdır. 
Təbiət  insan  cəmiyyəti  formalaşana  qədər  də  mövcud  idi.  Təbii  komponentlər 
arasında qarşılıqlı əlaqə daim olmuş və vahid coğrafi təbəqə yaranmışdı, hal-hazırda 
da  insandan  asılı  olmayaraq  mövcuddur.  Sadəcə  olaraq  insan  bu  təbii 
komponentlərdən  öz  mənafeyi  üçün  istifadə  edir.  Təbii  komponentlər  planetar  olub, 
coğrafi  yerləşməsinə görə bütöv təbəqələri əhatə  edir. Planetimizin ayrı-ayrı coğrafi 
təbəqələri  cəmiyyətin  mənimsəməsi  baxımından  –  litosfer  (dağ  süxurları),  hidrosfer 
(su),  atmosfer  (  oksigen,  karbon  və  digər  qazlar),  biosfer  (bitki  və  heyvanat  aləmi) 
kimi dəyərləndirilir və istifadə edilir. İnsanlar da bioloji varlıq kimi biosferə daxildir, 
onun  komponentidir,  lakin  təbii  qanunlardan  tam  asılı  deyildir.  O,  daha  çox 
cəmiyyətin  qanunlarına  tabedir.  Buna  baxmayaraq  cəmiyyət  eyni  zamanda təbiətdən 
asılıdır,  onun  qanunlarına  qismən  tabedir,  lakin  təbiəti  dəyişməyə,  onu  bildiyi  kimi 
istifadə  etməyə  meyllidir.  Ona  görə  də  təbiətdən  səmərəli  istifadə  etmək  üçün 


 
- 6 - 
cəmiyyət bütün təbiət elmlərindən, elmlər sintezindən daha bacarıqla istifadə etməyi 
öyrənməlidir.  
 
Cəmiyyətin  təbiətə,  coğrafi  mühitə  təsiri  durmadan  artır.  Unutmaq  olmaz  ki, 
coğrafi  mühit  böyük  təbii  məhsuldar  qüvvələrə  malikdir  və  bu  qüvvələri  öyrənmək 
təbiətdən  səmərəli  istifadə  etmək  üçün  olduqca  vacibdir.  Təbii  məhsuldar  qüvvələrə 
təbii  resurslar  və  mənimsəmənin  təbii  şəraiti  aiddir.  Təbii  resurslar  planetimizin 
insanlar tərəfindən mənimsənilə bilən ayrı-ayrı xarici təbəqələrinin komponentləridir. 
Bura müxtəlif faydalı qazıntılar, bioresurslar, təbii enerji mənbələri və s. aiddir.   
 
Təbii mühit  təbii  resursların mənimsənilməsi üçün  zəruri  olan coğrafi mühitin 
elementləridir.  Bura  insanın  nəfəs  alması  üçün  oksigen,  günəş  istiliyi  və  işığı, 
rütubətlilik,  yağıntılar,  göllər,  çaylar,  relyef,  bioloji  varlıqların  inkişafı  üçün  torpaq 
örtüyü və s. aiddir. 
 
Təbiətin  mənimsənilməsi  istehsal  vasitələri  ilə  daha  sıx  əlaqədədir  və  bu  elm 
və  texnikanın  inkişafı  üçün  əlavə  stimuldur.  Müasir  dünyada  elm,  elmi-texniki-
tərəqqi  qarşısında  duran  ən  mühüm  vəzifələrdən  biri  də  məhz  elmin  məhsuldar 
qüvvəyə  çevrilməsidir.  Cəmiyyətin  elmi  –  intellektual  səviyyəsi  artdıqca,  yeni-yeni 
istehsal  vasitələri  istehsal  etdikcə  təbiətə  təsiri  daha  da  artır,  təbiətdən  istifadəni 
“dərininə”  və  “eninə”  doğru  təkmilləşdirir,  əhalinin  artan  tələbatını  ödəmək  üçün 
istehsalın artım imkanını genişləndirir. 
 
Təbiətdən istifadənin sürətli inkişafının baş verdiyi ərazilər ayrı-ayrı dövrlərdə 
müxtəlif  olmuşdur.  Əgər  ilkin  dövrlərdə  cəmiyyət  və  onun  mənimsəmə  imkanı 
təbiətdən  çox  asılı  idisə,  cəmiyyətin  sonrakı  tarixi  ərzində  o  tez-tez  dəyişmişdir. 
Həmçinin  tarixi  dövrlər  ərzində  coğrafi  mühitdə  baş  verən  dəyişiklikləri  də  nəzərə 
almaq  lazımdır.  Belə  ki,  son  buzlaşma  həm  insanların  inkişafına,  həm 
məskunlaşmasına,  həm  də  təbiətə  təsirində  ciddi  izlər  buraxmışdır.  Digər  tərəfdən 
insanlar  bir  sıra  təbii  hadisələri  və  təbii  kompleksləri  dəyişərək  mənimsəmənin 
coğrafi  mühitini  dəyişir,  təbiətin  tarixi  gedişini  sürətləndirir.  Dəyişən  təbiət  də  öz 
növbəsində  məhsuldar  qüvvələrə,  mənimsəmənin  formasına  öz  təsirini  göstərir. 
Elmin,  texnikanın  köməyi  ilə  səhralaşmanın  qarşısı  alınır,  kanallar,  kollektorlar, 


 
- 7 - 
irriqasiya sistemləri yaratmaqla təbii landşaft antropogen landşaftla əvəz edilir. Bütün 
bunları  həyata  keçirərkən  nəzərə  alınmalıdır  ki,  təbii  komponentlərin  dəyişməsi 
insana neçəyə başa gələcək, bu dəyişmələr mənimsəməyə nə verəcək və dəyişkənliyə 
sərf  olunan  vəsait  nə  qədər  vaxta  ödəniləcəkdir.  Həmçinin  təbiətə  təsir  hansı  mənfi 
hallara  gətirib  çıxara  bilər  və  əks  təsir  nə  vaxt  və  ya  hansı  miqyasda  özünü  göstərə 
bilər.  Müasir  dövrdə  təbiətdən  istifadənin  iqtisadi  cəhətdən  qiymətləndirilməsi, 
təbiətin qorunması və ekoloji problemlərin yaranmaması ön planda olmalıdır. 
 
İnsan təbiəti mənimsəyərkən daim ziddiyyətlə qarşılaşır. Təbiətin özünəməxsus 
və  idarəolunmayan  təbii  proseslərin  ilə  cəmiyyətin  məqsədli  fəaliyyəti  müxtəlif 
inkişaf  qanunlarına  tabedir.  İnsan  təbiətin  mənimsəyərkən  elmin,  texnikanın 
köməyilə  qarşısına  çıxan  ziddiyyətləri  həll  edir,  yeni-yeni  məhsuldar  qüvvələri 
hərəkətə gətirir. 
 
Təbiətin  mənimsənilməsi  uzun  tarixi  proses  olub,  insan  cəmiyyətinin 
formalaşma  tarixi  ilə  uzlaşır.  Təbiət  elmləri  həmişə  cəmiyyətlə,  cəmiyyət  haqqında 
elmlərlə  sıx  əlaqəli  olmuşdur.  Hər  bir  ictimai-iqtisadi  formasiyanın  özünəməxsus 
inkişafı,  təbiətdən  istifadə  bacarığı  olmuşdur.  Uzun  illər  boyu  cəmiyyət  təbiəti 
“eninə”  mənimsəyirdi,  “elm  və  texnikanın  indiki  mərhələsində  daha  çox  dərininə” 
mənimsəməyə  başlamışdır.  Bu  təbiətdən,  təbii  resurslardan  daha  səmərəli  istifadə 
etməyə  imkan  yaradır.  Digər  tərəfdən,  təbiətə  təsirin,  təbiətdən  istifadənin  iqtisadi 
səmərəliliyi  də  ön  plana  çıxmışdır.  Belə  ki,  bir  çox  inkişaf  etmiş  ölkələrdə  təbii 
resursları istehsala və emala cəlb etmək baha başa gəldiyindən onun digər ölkələrdən 
gətirilməsi  iqtisadi  cəhətdən  daha  sərfəli  olmuşdur.  Təbiətdən  istifadə  indi  bir  çox 
dəqiq elmlərin nəticələrinə əsaslanır. Buna görə də təbiət – istehsal – idxal kompleksi 
bu elmi dəqiq elmlərlə sıx bağlayır.  
 
Təbiətdən  istifadənin  müasir  mərhələsi  elm  və  texnika  ilə  bağlıdır.  İqtisadi 
səmərəlilik  yeni  texnika  və  texnologiya  olmadan mümkün  deyildir.  Azalmaqda  olan 
təbii  komponentlər,  xüsusilə  də  minerallar  daha  dəqiq  tədqiq  olunmanı,  istifadə 
zamanı  tullantısız  istifadəni  tələb  edir.  Bu  isə  müasir  və  təkmilləşmədə  olan 
avadanlıqlar hesabına mümkündür.  


 
- 8 - 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin