2000-2009-cu illər ərzində ətraf mühitin mühafizəsi üzrə tədbirlərin
keçirilməsinə çəkilən cari xərclər (min manat)
Cədvəl 1.2
2000
2005
2006
2007
2008
2009
Su ehtiyatla-
rının müha-
fizəsi və sə-
mərəli istifa-
də edilməsinə
10508.50
17899.30
21024.60
28603.30
37732.60
53115.40
Atmosfer
havasının
mühafizəsinə
1040.50
2100.30
2866.40
2562.10
2607.70
1101.60
Torpağın
bərpasına
172.00
425.00
808.90
1143.50
9568.20
3709.90
- 16 -
Cədvəldən də göründüyü kimi bu sahədə çəkilən xərclər ilbəil artmışdır. Bu
artım bir tərəfdən ekoloji problemlərin də ilbəil artımını nümayiş etdirir. Buna görə
də təbiətdən istifadənin səmərəli yollarını axtarmalıyıq.
Bəzən təbiətdən istifadənin sinonimi kimi “təbii sərvətlərin, ətraf mühitin
mühafizəsi və səmərəli istifadəsi” anlayışını istifadə edirik. Ş.Göyçaylının fikrinə
görə ətraf mühit anlayışında bir-biri ilə qarşılıqlı əlaqəyə malik insanların əməyi,
məişəti və istirahətinin təsiri altında olan təbii, antropogen strukturlardan ibarət
sistemlər nəzərdə tutulur [25,267]. Lakin, insan – təbiət münasibətlərinin sosial –
ekoloji mahiyyətini araşdırarkən “ətraf mühit” və “ətraf təbii mühit” anlayışlarına
xüsusi diqqət yetirmək lazımdır. “Ətraf təbii mühit” anlayışı təbii komponentlərdən
ibarət olub, maddi cisimləri (su, hava, bitki və heyvanat aləmi, torpaq və s.) və təbii
hadisələri (işıq, istilik, radioaktivlik və s.) və təbii prosesləri (geoloji, kosmik, iqlim
və s.) özündə birləşdirir. “Ətraf mühit” anlayışı isə insanları əhatə edən bütün təbii
mühiti, eyni zamanda tarixi inkişaf prosesində insanlar tərəfindən yaradılmış maddi
sərvətlər və sosial – iqtisadi komponentləri əhatə edir.
İnsanın öz tələbatını ödəmək cəhdi onun ətraf mühitlə əlaqəsini təyin edir.
Insan sağlamlığı və iş qabiliyyəti onun ətraf mühitlə qarşılıqlı əlaqəsindən daha çox
asılıdır. Lakin insan sağlamlığı – yalnız xəstəlik və fiziki çatışmazlığın olması ilə
deyil, o insanın tam fiziki, mənəvi və sosial rifahı ilə təyin olunur. Məlum olduğu
kimi, “ətraf təbii mühit” anlayışı təbii və antropogen faktorların məcmusunu təşkil
edir. Təbii faktorlar - ərazinin iqlim, geoloji və bioloji xüsusiyyətlərinin insana
təsirini səciyyələndirir. Bu təbii faktorların insan sağlamlığına mənfi təsirləri çox az
olur. Antropogen faktorlar və insanın təsərrüfat fəaliyyəti isə çox vaxt insanın özünə,
onun həyat şəraitinə və sağlamlığına neqativ təsir göstərir. BMT-nin 1972-ci ildə
Stokholmdakı konfransında qəbul etdiyi deklarasiyasında deyilir ki, insan eyni
zamanda öz mühitinin məhsulu və yaradıcısı olub, özünün həyatı üçün fiziki, ruhi,
əqli, mənəvi, ictimai inkişafına imkanlar yaradır. Beləliklə, bəşəriyyətin rifahı –
firavanlığı iki aspektdən təbii mühit və insanın özü yaratdığı mühitdən asılıdır.
- 17 -
Insan həyata qədəm qoyduğu vaxtdan daima həyat uğrunda, təbiətin əlverişsiz
şəraiti ilə, təbii fəlakətli faktorlara qarşı mübarizə aparmaq ehtiyacı ilə qarşılaşmışdır.
Əmək alətlərinin hazırlanması mədəniyyətinə yiyələnməklə, qida ərzaq istehsal
etməklə insan özünü mühitin əlverişsiz faktorlarından xeyli dərəcədə təcrid edə bildi.
Bu zaman insanın tələbatı getdikcə artır, istehsal genişlənir və intensivləşirdi. İnsan
özünün əzələ enerjisindən getdikcə az istifadə etməklə təbii materiallardan və enerji
mənbələrindən daha çox istifadə etməyə başladı. Belə vəziyyət bir tərəfdən insanı
xeyli dərəcədə bir çox risk faktorlarından uzaqlaşdırsa da, digər tərəfdən yenilərini
törədirdi. Insan təbiətə uyğunlaşmaqdan daha çox özü onu dəyişdirməyə başladı.
Bununla belə, bu cür dəyişdirilmənin sürəti ilbəil artmaqda davam edir. İnsan
fəaliyyətinin ona müsbət effektləri olsa da, mənfi nəticələri daha çox aydın
görünməyə başlayır. Bu neqativ nəticələr təbii resursların tükənməsi, təbii
komponentlərin çirklənməsi (su, hava, torpaq, biotanın) ozon təbəqəsinin dağılması,
iqlimin qlobal istiləşməsi və s. kimi təzahür olunur. Təbiəti dəyişdirmək
istiqamətində insan fəaliyyəti onun üçün nisbətən yeni həyat şəraitinin yaranmasına
səbəb oldu: yeni “ikinci təbiət” – insan tərəfindən süni yaradılan və onun köməyi ilə
saxlanılan süni su hövzələri, əkin sahələri, meşə əkinləri və s. və insan tərəfindən
yaradılan təbii həyatla analoqu olmayan süni dünya – şəhərlər, binalar, asfalt, beton,
sintetika və s. meydana gəldi. Bunun nəticəsində insanı əhatə edən təbii və süni mühit
çirklənməyə və o qədər tez dəyişməyə başlayıb ki, insan orqanizmi bu dəyişilməyə və
çirklənməyə adaptasiya olunmağa belə macal tapa bilmir. Bu isə xəstələnmənin
strukturunda dəyişmənin yaranmasına və kütləvi şəkildə yeni xəstəliklərin əmələ
gəlməsinə səbəb oldu. Məsələn, Yapon alimləri balıqla qidalanan insanlarda
minimata xəstəliyi müəyyən etmişlər. Bu isə Minimata körfəzinə atılan zəhərli
texnogen civə məhsulları ilə bağlı olan hadisədir [ 8, 159].
Ş.Göyçaylının fikrinə görə ətraf mühiti mühafizə dedikdə aşağıdakılar nəzərdə
tutulur: 1) təbii və sosial şəraitin mühafizəsi və optimallaşdırılması;
2) mühəndis texniki və texnoloji proseslərin təkmilləşdirilməsi [24,238]. Yəni,
burada canlı və cansız təbiətdən səmərəli istifadə edilməsi, onun təbii – təkrar
- 18 -
istehsalı üçün təminat yaratmaq, insanın əli və zəkası ilə yaradılmış vasitə və
vasitələrin adamların səhhətinə, normal həyat və fəaliyyətinə qarşı qoymamaq,
texnoloji prosesləri təkmilləşdirmək, tullantısız texnologiya yaratmaq, uzun illər üçün
ekoloji nəticələri proqnozlaşdıran layihələr yaratmaq tələb olunur.
Təbiətdən istifadənin əsas iki yolu vardır: intensiv (dərininə) və ekstensiv (eninə)
yol. Ekstensiv yol ilə təbii resurslardan səmərəli və kompleks istifadə edilmir. Bu
artıq bizə məlum faktdır ki, tarix boyu insanlar yerin təkindən çıxarılan xammalın
cüzi hissəsini faydalı məhsul kimi istifadə etmişlər. Ekstensiv üsulla yerin təki
dağıdılaraq təbiətin min illərlə yaratdığı təbii vasitələr qısa müddət ərzində məhv
edilir. Bu üsulla təbii resursların istismarı 3 istiqamətdə həyata keçirilir.
1) Bərpa oluna bilən resurslar: verilən ərazidə resursun özünübərpa sürətindən
əhəmiyyətli dərəcədə az sürətlə istismarı;
2) Bərpa oluna bilməyən resurslar: onların ümumi ehtiyatının çox az hissəsinin
istismarı (bir qayda olaraq 1/30, 1/100 hissəsinin istismarı);
3) istismara daxil edilən ərazinin genişləndirilməsi ilə.
Azərbaycanda demək olar ki, istismar edilən bütün yataqlarda itgilər çoxdur.
Məsələn illərdir Naxçıvanda duz mədənlərində duz itkisinə yol verilir. Demək olar ki,
hasil edilən duzun 55%-i tullantıya çevrilir [33, 195].
Hazırda dünyada yerin təkindən çıxarılan xammal sərvətlərinin ehtiyatı ilə
hasilatı, onun tərkibindən çıxarılan faydalı elementlər arasında uyğunsuzluq vardır.
N.Ə.Nəbiyev bunun iki əsas səbəblərini aşağıdakı kimi izah etmişdir:
a) yerin üst qatının aşındırılması, qazılması, meşələrin qırılması, torpaqların
məhsuldar qatının pozulması şəraitində ehtiyatı müəyyən edilmiş xammalın xeyli
hissəsi yerin təkində qalır;
b) emal və istifadə vaxtı faydalı qazıntı xammalının 80-90%-i tullantılara
çevrilib maye, qaz, tüstü və sülb halında təbiətə qaytarılır [21, 297].
İndi dünyada bir sıra qiymətli və əlvan metalların ehtiyatı xeyli azalmış, bəziləri
isə tükənmək ərəfəsindədir. Bunlar platin, qızıl, gümüş, sink, qurğuşun, mis, kobalt
daxildir. Əlvan metallardan gümüş, sink, uran ehtiyatlarının əsrimizin sonuna qədər
- 19 -
tükənməsi fikrini söyləyənlər var. Bu metalların azalmasında əsas səbəb onların
ekstensiv istismarıdır. Müasir şəraitdə planetin hər bir sakininə təxminən illik 20 ton
xammal çıxarılır ki, bu da 800 t təmiz su, 2500 Vt güc istifadə olunmaqla hazır
məhsula çevrilir. Son məhsul buraxılışı xammalın ümumi miqdarının 2%-ni təşkil
edir. Yerdə qalan hissəsi isə bu və ya digər halda tullantı şəklində təbiətə qaytarılır.
Tullantı – istehsal edilən məhsul üçün yararsız olan xammal növünə və ya onun
istifadə edilməyən qalıqlarına deyilir. Istifadəsiz qalmış tullantılar zibilə çevrilir.
Deməli, ətraf mühit çirklənir, insan sağlamlığına zərər verilir. Demək, təbiətdən
səmərəli istifadə edilmir. Tullantıların növ tərkibi isə sənaye inkişaf etdikcə dəyişir.
Beləki, keçmişdə tullantılar üzvi maddələrdən ibarət idisə, hazırda qeyri-üzvi
maddələrdən, məsələn plastik kütələr, qeyri-üzvi kimyəvi birləşmələr hesabına xeyli
artmışdır.
Uzun illərdir ki, Azərbaycanda təbiət ekstensiv yolla istismar edilir. Nəticədə
Azərbaycanda ekoloji problemlər artıq son həddə çatıb. Təkcə Abşeron
yarımadasında ekstensiv üsulla istismar edilən neft yataqları və bu üsulla
genişləndirilən həm gülçülük təsərrüfatı, həm də tikinti materialları istehsalı Abşeron
torpaqlarının zəhərlənməsinə, eroziyasına və neftlə çirklənməsinə səbəb oub.
Xüsusilə də kənd təsərrüfatının ekstensiv üsulla inkişaf etdirilməsi gərginliyin
artmasına səbəb olub. Respublikamızda estensiv üsulla kənd təsərrüfatının müxtəlif
sahələrin inkişaf etdirilməsi ilə əlaqədar olaraq düzənlik və dağlıq ərazilərin ilkin
görünüşlərini dəyişmələri hələ lap qədim zamanlarda başlamışdır. Bu proses XX
əsrin II yarısından daha da sürətləndi və insanın təbiətə təsiri radikal xarakter aldı. Bu
hal özünü daha çox meşə və meşə - kolluqların geniş massivlərdə qırılması, suvarılan
torpaqların sahələrinin sürətlə genişləndirilməsi, torpaqların məhvi ilə xarakterizə
olundu. Həmçinin torpaq və bitki örtüyündən qeyri – səmərəli istifadə edilməsi,
mineral gübrələrdən tələn olunan normadan xeyli artıq istifadə olunması, hidrotexniki
qurğuların düzgün qurulmaması, suvarma kanallarının bərk örtüklə üzlənməməsi
nəticəsində böyük həcmdə su kütləsinin torpaqlara sızması və suvarma qaydalarına
- 20 -
düzgün riayət edilməməsi nəticəsində şorlanlaşma və eroziyanın sürətlənməsi əkinə
yararlı torpaqların sahəsinin azalmasına səbəb oldu.
Təbiətdən istifadənin ekstensiv yolu ekoloji problemlərin özəyini təşkil edir. Bu
üsulla təbiətdən istifadə ətraf mühiti korlamaqla yanaşı, insanların sağlamlığına da
zərər vurur.
Təbiətdən səmərəli istifadəyə nail olmaq üçün təbiətdən istifadənin intensiv
(dərininə) üsuluna keçmək lazımdır.
Ərzaq məhsullarının istehsalı problemi birbaşa dünya əhalisinin dinamikası ilə
sıx bağlı olub, qlobal və eyni zamanda yerli mahiyyət kəsb edir. Cədvəl 1-dən
göründüyü kimi dünya əhalisi sürətlə artır. Belə hesab edirlər ki, normal yaşayıb
işləmək üçün hər bir adam gün ərzində 2400 kkal qida almalıdır. Bu göstərici
baxımından dünya əhalisinin yarısı lazımınca qidalanmır və aclıq çəkir. Dünya
əhalisinin qidasının əsas mənbəyini əkin altında olan torpaqlar təşkil edir. Bütün
qurunun 10.5%-ni təşkil edən bu torpaqlar, bütün qida enerjisinin 90%-ni təmin edir.
Torpaq ehtiyatları öz istifadəsində “universallığına” görə digər təbii ehtiyatlardan
fərqlənir. Maddi istehsal sahəsində torpaq ehtiyatları ən çox kənd təsərrüfatında
istifadə edilir. Bundan başqa sənayenin, nəqliyyatın və digər sahələrin inkişafı üçün
də torpaq sahələrinə ehtiyac duyulur. Artmaqda olan dünya əhalisinin ərzaq
məhsulları ilə təmin edilməsi torpaqların intensiv istifadə edilməsi ilə həyata keçirilə
bilər. Lakin əkinçilik və maldarlığın dar çərçivədə intensivləşdirilməsinin mühüm
neqativ nəticələri olur. Q.Ş.Məmmədovun qeyd etdiyi kimi kənd təsərrüfatının
intensivləşdirilməsi dedikdə, vahid torpaq sahəsinə və ya hər mal-qara başına qoyulan
və ardıcıl olaraq artan istehsal vasitələri və sərf olunan əmək başa düşülür. Bu
intensivləşmə maddi bazanın möhkəmlənməsi, mineral və üzvi gübrələrin, həmçinin
bitki mühafizəsində tətbiq edilən kimyəvi vasitələrin istehsalının artırılması əsasında
həyata keçirilir. Halbuki, təbiətin gücünü insan əməyi ilə əvəz etmək olmaz.
Sənayedə, həmçinin əkinçilikdə insan yalnız təbiətin gücünün təsiri mexanizmini
dərk etdikdə ondan istifadə edə bilər. Təsadüfi deyil ki, təbii komplekslərə və onun
- 21 -
komponentlərinə göstərilən neqativ təsirlər və ətraf mühitin vəziyyətində baş verlən
mənfi dəyişikliklər kənd təsərrüfatının intensivləşdirilməsi prosesinin nəticəsidir.
Torpaq iqlim şəraitinə uyğun olaraq yüksək elmi əsaslarla tarixən formalaşmış
mütərəqqi əkinçilik mədəniyyətini saxlamaq, bəzi yerlərdə onu bərpa etmək, mineral
və üzvi gübrələrdən səmərəli istifadə etmək və aqrotexniki qaydalara düzgün riayət
etməklə kənd təsərrüfatında potensial imkanlardan da istifadə etmək olar. Xüsusilə
xarici ölkələrdə başlamaqda olan hidroponika – torpaqsız qatışıqlarda becərilmə xeyli
iqtisadi səmərə verə bilər. Bunun üçün yalnızca yeni texnoloji istehsal vasitələrini
əkinçiliyə tətbiq etmək tələb olunur. Demək, intensiv üsulla ərzaq məhsullarının
artırılması üçün torpaq sahələrini artırmaq və yararsız hala salmaq tələb olunmur.
Yalnızca yeni texnikanın düzgün tətbiq edilməsi tələb edilir.
İntensiv üsul nəzərə alındıqda təbii resursların istismarı 2 üsulla həyata keçirilir:
1) bərpa oluna bilən resurslar: verilən ərazidə onların özünü bərpa sürətinə yaxın
intensivlikdə istismarı;
2) bərpa oluna bilməyən resurslar: onların ümumi ehtiyatının əhəmiyyətli hissəsinin
istismarı, yaxud texnoloji proseslərin modernləşdirilməsi üsulu ilə onların istismarı
(məsələn, mədənlərdən filizlərin tamamilə çıxarılmasına nail olmaq). İntensiv üsulla
əsasən təbiəti qoruyan istehsal texnologiyasına keçməyi, tullantısız və ya az tullantılı
istehsal sahələri yaratmağı əsas prioritet istiqamət kimi qəbul edərək xammalın tam
emalını nəzərdə tutmalıyıq. Həmçinin təmizləyici qurğular tikmək, sənaye və məişət
tullantılarını emal etmək, hündürlüyü 200-300m olan tüstü boruları qurmaqla
təbiətdən səmərəli istifadəyə nail olmağa çalışmalıyıq. Iqtisadi inkişafın
ekologiyalaşdırılmasının əsas istiqaməti tullantısız və az tullantılı, resurslara qənaət
edən texnologiyaların yaradılmasıdır. Burada belə bir sual meydana gəlir ki,
tullantısız texnologiya nədir ?
Tullantısız texnologiya – bərk, maye, qaz tullantılarının texniki cəhətdən
minimuma endirilməsidir. Tullantısız texnologiyanın yaradılması uzun sürən
mürəkkəb bir prosesdir, onun aralıq mərhələsi aztullantılı istehsal texnologiyasıdır.
Aztullantılı texnologiya prosesi dedikdə isə elə bir istehsal başa düşürük ki, onun
- 22 -
nəticəsinin ətraf mühitə təsiri sanitar gigiyenik normaları keçmir. Bu texnologiya ilə
biz ətraf mühitin tullantılarla çirklənməsini azalda bilərik və tullantıları təkrar emala
cəlb etməklə təbii ehtiyatlara qənaət edə bilərik. Məlum məsələdir ki, istehsal prosesi
zamanı bir müəssisənin tullantılarını digər müəssisədə xammal kimi istifadə etməklə
yeni məhsul ala bilərik. Bunu bir neçə faktla belə izah edə bilərik ki, məsələn,
toxuculuq tullantılarından tibbi pambıq, bərpa edilmiş yun almaq olar. Metal, ağac,
kimyəvi material tullantılarından məişət və təsərrüfatda istifadə edə biləcəyimiz
alətlər almaq mümkündür. Neft hasilatı zamanı lay qumlarının hidroksil
təmizlənməsindən sonra yaxşı şüşə qablar almaq mümkündür. Demək, aztullantılı
texnologiya iki məsələni həll edir: 1) təbii xammaldan və onun emalından alınan
məhsullardan səmərəli istifadə; 2) müxtəlif növ tullantılardan və çirkləndiricilərdən
ətraf mühitin qorunması. Tədricən aztullantılı və resurslara qənaət edən
texnologiyalara keçməklə ətraf mühitə yükü əhəmiyyətli dərəcərə azaltmaq olar.
Yalnız bu üsulla biz gələcək nəsillərə tükənən və bərpa oluna bilməyən resurslar
saxlaya bilərik. Bu texnologiya ilə mineral ehtiyatlardan kompleks istifadə etmək olar
və nəticədə faydalı qazıntı itkisi xeyli azalar, xammal bazası genişlənər, iqtisadi
səmərə əldə olunar.
Bizcə, uzun illər təbiətdən istifadə barədə ayrı-ayrı ictimai-siyasi
və ictimai-iqtisadi qurumların elmi-nəzəri konsepsiyalarını təhlil etmək olduqca
maraqlı olardı. Cəmiyyət inkişaf etdikcə, yeni-yeni iqtisadi münasibətlər, istehsal
formaları yarandıqca yer səthinin təbii təsviri ictimai-iqtisadi məzmun kəsb etməyə,
bir sözlə iqtisadi coğrafiyanın yaranmasına səbəb olurdu. Bu elmin yaranması,
təşəkkül tapması və inkişafı sənayenin yaranması və inkişafı ilə bağlıdır. Hələ antik
və ərəb tədqiqatçıları coğrafi mühitin insan cəmiyyətinə təsiri barədə xeyli əsərlər çap
etdirmişdilər. 1567-ci ildə italyan L.Qviççardinin çapdan çıxmış “Niderlandiyanın
təsviri” kitabı, 1650-ci ildə Hollandiyada B.Varennusun “Ümumi coğrafiya” əsəri
nəinki Avropada, hətta sənayecə zəif inkişaf etməkdə olan Rusiyada böyük əks-səda
doğurmuşdu. V.N.Taptişev, M.V.Lomonosov və onların davamçılarının təbiətə
materialist baxışları formalaşmışdı. Artıq XVIII əsrdə bir çox fransız tədqiqatçıları, o
- 23 -
cümlədən coğrafi materializmin nümayəndəsi Ş.L.Monteskye özünün bir çox
əsərlərini təbii şəraitin ictimai mühitə təsirinə həsr etmişdilər. Təbiətlə cəmiyyət
arasında qarşılıqlı əlaqə barədə məşhur filosof Q.F.Hegelin çox qiymətli fikirləri
vardır. XIX əsrin birinci yarısında cəmiyyətin inkişafına təbiətin təsiri barədə
A.Humbolt və K.Ritterin fikirləri olduqca maraqlıdır.
Elmi sosializm nəzəriyyəsinin yaradıcıları K.Marks, F.Engels və onların
davamçılarının da təbiətlə cəmiyyətin qarşılıqlı əlaqələrinə münasibətləri diqqəti cəlb
edir. Onların baxışında sinfilik daha qabarıq özünü göstərir. Amerikalı tədqiqatçı
A.Qyuyo təbii mühitin insan cəmiyyətinə, onun istehsal münasibətlərinə təsirini önə
çəkirsə, marksist tədqiqatçılar mülayim iqlimin kapitalizmi doğurduğunu, onun
inhisarçı mahiyyətini vurğulayaraq cəmiyyəti onlarla mübarizəyə səsləyirdi. Bəzi
tədqiqatçıların əsərlərində təbiətin mənimsəmə formalarının ictimai mühitə təsiri ön
plana çəkilir. Rus tədqiqatçısı L.N.Meçnikov belə hesab edirdi ki, irriqasiya işlərinin
zəruriyyəti, xüsusilə də Nil çayının daşqınların qarşı mübarizə quldarlıq quruluşunun
yaranmasına və inkişafına təkan vermişdir. Əslində isə yeni istehsal münasibətlərinin,
əmək vərdişlərinin yaranması, məhsuldar qüvvələrin inkişafı qul əməyinin iqtisadi
səmərəliliyini üzə çıxararaq quldarlıq quruluşuna təkan vermişdir.
Artıq XIX əsrin ikinci yarısında coğrafi mühitin insan fəaliyyəti ilə
dəyişdirilməsi barədə iri əsərlər meydana gəlmişdir.
P.P.Semyonov–Tyan-Şanski, D.N.Mendeleyev, A.İ.Voyekov, Q.V.Plexanov
kimi məşhur alimlərin təbiətdən kompleks istifadəyə həsr olunmuş əsərləri geniş
şöhrət qazanmışdır.
Sonrakı dövrdə A.A.Qrüber, Vidal de lya Blaş, M.Bryun, R.Ratsel kimi
“antropocoğrafiyaçılar” insanın təbiətdən asılı olduğunu, onların təbiət qüvvələri
üzərindəki ağalığının artmasını qəbul etmir, təbiət qanunlarını insan coğrafiyasına
tətbiq edirdilər. Bu dövrdə yaranmış “ştandort” nəzəriyyəsi məhsuldar qüvvələrin
inkişafı və yerləşməsinin həqiqi hərəkətverici qüvvəsini açıb göstərə bilməsə də,
onun yerləşmə haqqındakı sxemlərindən sonralar iqtisadi hadisə və proseslərin
modelləşdirilməsi nəzəriyyəsi meydana gəldi.
- 24 -
Alman iqtisadçısı İ.Q.Tyünenin “Təcrid olunmuş dövlət” (1826) kitabındakı
istehsal xərcləri, torpağın münbitliyi və bitkinin xüsusiyyətləri, bazar qiyməti ilə
müqayisədə nəqliyyat xərcləri ideyası olduqca maraqlı, sonradan kənd təsərrüfatının
ərazi təşkilində təkanverici rolu nəzərəçarpacaqdır. Bu gün də iri şəhərətrafı kənd
təsərrüfatının ərazi təşkili məsələlərinin həllində onun ideyalarından istifadə edilir.
XX əsrin əvvəllərində Rusiyada sosialist inqilabının qələbəsi, SSRİ-nin
yaranması, təbiətlə cəmiyyət arasında münasibətlərin yeni forma və metodlarını
yaratdı. Təbiətdən səmərəli istifadə üçün ölkə ərazisinin iqtisadi rayonlaşması, bu
rayonlar üzrə xalq təsərrüfatının ərazi modellərinin hazırlanması, sənaye
qovşaqlarının, kənd təsərrüfatı ərazi – istehsal komplekslərinin, ölkə və rayonlararası
nəqliyyat qovşaqlarının yaradılması, infrastrukturların, əhaliyə məişət xidmətinin,
qeyri – istehsal sahələrinin perspektiv inkişafını tədqiq etmək, coğrafi mühitin
mənimsənilməsi, təbii şəraitin iqtisadi cəhətdən qiymətləndirilməsi və digər məsələlər
nəzəri və praktik cəhətdən öyrənilməyə başlandı.
Aparılan tədqiqat işləri göstərir ki, hər bir ictimai – iqtisadi formasiyada
təbiətdən səmərəli istifadə etmək, cəmiyyətin durmadan artan tələbatını ödəmək,
təbiəti öz düşündüyü tərzdə ram etmək insan üçün ilk növbədə bioloji və fizioloji
əhəmiyyət kəsb etmişdir. Təbiətdən istifadə etmək hər bir zaman və məkan daxilində
cəmiyyətin intellektual səviyyəsindən asılıdır. Elm və texnikanın sürətli inkişafı olan
müasir dövrdə təbiətdən istifadə daha aktuallaşmışdır. Insan getdikcə azalan təbii
resurslardan, təbii şəraitdən elə qənaətlə istifadə etməlidir ki, gələcək nəslin təbiətə
münasibəti tamamilə elmi əsaslara söykənsin, özü üçün qlobal problemə çevrilməsin.
Dostları ilə paylaş: |