Tədris Planı (ftp) və onun işlənib hazırlanması



Yüklə 24,87 Kb.
səhifə3/4
tarix24.04.2023
ölçüsü24,87 Kb.
#101833
növüTədris planı
1   2   3   4
Fərdi Tədris Planı

FTP-nın yazılması

FTP uşağın proqramına dəyişikliklərin edilməsi və ya vərdişlərin yaradılması üçün təlimatdır. Bu plan elə yazılmalıdır ki, qrupun indiki və gələcək bütün üzvləri onu başa düşə bilsinlər.
FTP-ə daxildir:



İllik məqsədlər və qısamüddətli vəzifələr

Uşağın ehtiyacları müəyyənləşdirildikdən sonra FTP (Fərdi Tədris Planı) komandası bu ehtiyaclarа uyğun məqsəd və vəzifələrin təyin edilməsi üzərində işləməyə başlayır. İllik məqsəd 12 ay müddətində uşaqdan nə gözlənilə biləcəyini göstərir. Qısamüddətli vəzifə isə uşağın illik məqsədə nail olmasına kömək edən addım hesab olunur. Başqa sözlə desək, illik məqsəd sizin getmək istədiyiniz məntəqəni göstərirsə, qısamüddətli vəzifə bu məntəqəyə yetişməyiniz üçün gedəcəyiniz yola bənzəyir. FTP-nin “İllik məqsədlər və qısamüddətli vəzifələr” bölməsi təhsillə bağlı hal-hazırki səviyyə əsasında hazırlanır. Hal-hazırki səviyyə uşağın ehtiyaclarını müəyyənləşdirir. Ehtiyacları ödəmək üçün bu məqsəd və vəzifələr yazılmalıdır.


Məqsəd və vəzifələrin yazılması FTP-nın ən çətin hissəsi sayıla bilər. Bunun əsas səbəbi ondan ibarətdir ki, məqsəd və vəzifələr bir çox sahələri əhatə edir. Uşağın ehtiyaclarından asılı olaraq bəzi məqsəd və vəzifələr ümumi tədris proqramı, digər məqsəd və vəzifələr isə xüsusi təhsil və ya fərdi tədris proqramı ilə bağlı ola bilər. Uşağın sərbəst şəkildə necə yemək yeyə biləcəyi, nəqliyyatdan necə istifadə edə biləcəyi buna misal ola bilər. Məqsəd və vəzifələrin digər hissəsi uşağın sosial və emosional ehtiyacları ilə bağlı ola bilər. Bunlar səciyyəvi “akademik” tədris proqramına daxil deyil. Lakin, uşağın sosial və yaxud emosional ehtiyacları varsa, onları təmin etmək üçün məqsəd və vəzifələr FTP-ə yazılmalıdır.
Mükəmməl şəkildə yazılmış illik məqsəd:

  1. müsbət ifadə olunmalı;

  2. müşahidə və qiymətləndirilə bilən bacarığı əks etdirməlidir.

O, aşağıdakı suallara cavab verməlidir:
Kim?....nail olacaq?

Yüklə 24,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin