FTP-nın uşaq üçün zəruri olmasını qərarlaşdırdıqdan sonra aşağıdakı addımların bəzilərinin və ya hamısının atılması vacibdir:
Tərbiyəçi -müəllim tərəfindən sistemli şəkildə aparılan qiymətləndirmə;
Tərbiyəçi-müəllim və mütəxəssislər arasında məsləhətləşmələr;
Alternativ strategiyaların və onların təsirinin qiymətləndirilməsi ilə tanışlıq;
Uşağın “məxsusi ehtiyacları”nın olduğu müəyyənləşdirildikdən sonra onun tədris ehtiyaclarını planlaşdırmaq məqsədilə FTP komandası yaradılır.
FTP komandasının yaradılması
FTP komandasının üzvləri hər bir uşağın fərdi təhsil tələbindən asılı olaraq fərqlənə bilər və yaxud fərqlənməlidir.Qrupun iştirakçıları aşağıdakı tərkibdə ola bilər:
Tərbiyəçi-müəllim(lər);
Rəhbərlik;
Valideynlər və ya hüquqi himayədarlar;
FTP-nın hazırlanmasına cəlb edilən digər mütəxəssislər (psixoloq, loqoped, metodist, sosial işçi, və s)
Planın hazırlanması və yerinə yetirilməsi işini koordinasiya etmək üçün FTP koordinatoru təyin olunur. Onun vəzifələrinə aşağıdakılar daxildir:
Müntəzəm monitorinq prosesi nəticəsində inkişafa nail olmaq;
FTP üzrə iclaslar təşkil etmək və bu iclaslara sədrlik etmək;
Keçirilən iclasların protokollarının lazımi qaydada tərtib olunmasını və paylanmasını təmin etmək.
Uşağın çox və ya ciddi ehtiyacları olduqda məqsədlərin vahidliyini, müdaxilələrin müvafiqliyini və xidmətin göstərilməsinə kompleks yanaşmanı təmin etmək üçün bir sıra mütəxəssislərin FTP komandasına daxil olması vacibdir.
FTP ilə bağlı keçirilən iclaslar
FTP üzrə həyata keçirilən proseslər bir çoxları üçün yenidir və ona görə də bu valideynlərə izah olunması tələb olunan bir prosesdir. Valideynlər uşaqlarının təhsili ilə bağlı qərarların verilməsinə fəal şəkildə cəlb olunmaları üçün dəstəklənməlidirlər. Onlar uşaqların şəxsiyyətində, inkişafında və təlimində əvəzsiz tərəqqini təmin edirlər. Ev və təhsil müəssisəsi arasında yaranan açıq ünsiyyət və qarşılıqlı əlaqələr SİM olan şagirdlərin uğur əldə etməsi imkanlarını artırır.
İclasa qədər:
Koordinator FTP üzrə keçiriləcək iclas barədə geniş məlumatı FTP-nın bütün üzvlərinin nəzərinə çatdırılmalıdır. Valideynlər bu iclas barədə xəbərdar edilməli və iştirak edəcək valideynlər müəyyənləşdirilməlidir. İclasa qədər valideynlərin iclasa hazırlanması çox faydalıdır.
İclasda:
FTP üzrə iclasın keçirilməsində köməyi ola biləcək bir sıra təkliflərin siyahısı aşağıda verilmişdir:
Bütün üzvləri öncədən tanış etmək lazımdır
Protokol tərtib edən şəxsi müəyyənləşdirmək (adətən menecer) lazımdır
İclasda müəyyənləşdirilmiş məqsədlərdə və vaxt cədvəlində həmrəyliyin olduğunu göstərmək üçün FTP formasını hər kəsin imzalaması lazımdır;
FTP-nı nəzərdən keçirmək üçün təqribi tarix seçilməlidir. Məs: Fevralda.
İclasdan sonra
İclasdan sonra iclas protokollarını və FTP-nın surətini iştirakçılara paylamaq çox faydalıdır.