Tədris Planı (ftp) və onun işlənib hazırlanması



Yüklə 24,87 Kb.
səhifə2/4
tarix24.04.2023
ölçüsü24,87 Kb.
#101833
növüTədris planı
1   2   3   4
Fərdi Tədris Planı

Planlaşdırmadan əvvəl

FTP-nın uşaq üçün zəruri olmasını qərarlaşdırdıqdan sonra aşağıdakı addımların bəzilərinin və ya hamısının atılması vacibdir:

  • Tərbiyəçi -müəllim tərəfindən sistemli şəkildə aparılan qiymətləndirmə;

  • Tərbiyəçi-müəllim və mütəxəssislər arasında məsləhətləşmələr;

  • Alternativ strategiyaların və onların təsirinin qiymətləndirilməsi ilə tanışlıq;

Uşağın “məxsusi ehtiyacları”nın olduğu müəyyənləşdirildikdən sonra onun tədris ehtiyaclarını planlaşdırmaq məqsədilə FTP komandası yaradılır.




  1. FTP komandasının yaradılması

FTP komandasının üzvləri hər bir uşağın fərdi təhsil tələbindən asılı olaraq fərqlənə bilər və yaxud fərqlənməlidir.Qrupun iştirakçıları aşağıdakı tərkibdə ola bilər:

Planın hazırlanması və yerinə yetirilməsi işini koordinasiya etmək üçün FTP koordinatoru təyin olunur. Onun vəzifələrinə aşağıdakılar daxildir:



Uşağın çox və ya ciddi ehtiyacları olduqda məqsədlərin vahidliyini, müdaxilələrin müvafiqliyini və xidmətin göstərilməsinə kompleks yanaşmanı təmin etmək üçün bir sıra mütəxəssislərin FTP komandasına daxil olması vacibdir.

  1. FTP ilə bağlı keçirilən iclaslar

FTP üzrə həyata keçirilən proseslər bir çoxları üçün yenidir və ona görə də bu valideynlərə izah olunması tələb olunan bir prosesdir. Valideynlər uşaqlarının təhsili ilə bağlı qərarların verilməsinə fəal şəkildə cəlb olunmaları üçün dəstəklənməlidirlər. Onlar uşaqların şəxsiyyətində, inkişafında və təlimində əvəzsiz tərəqqini təmin edirlər. Ev və təhsil müəssisəsi arasında yaranan açıq ünsiyyət və qarşılıqlı əlaqələr SİM olan şagirdlərin uğur əldə etməsi imkanlarını artırır.

  1. İclasa qədər:

Koordinator FTP üzrə keçiriləcək iclas barədə geniş məlumatı FTP-nın bütün üzvlərinin nəzərinə çatdırılmalıdır. Valideynlər bu iclas barədə xəbərdar edilməli və iştirak edəcək valideynlər müəyyənləşdirilməlidir. İclasa qədər valideynlərin iclasa hazırlanması çox faydalıdır.


  1. İclasda:

FTP üzrə iclasın keçirilməsində köməyi ola biləcək bir sıra təkliflərin siyahısı aşağıda verilmişdir:

  • Bütün üzvləri öncədən tanış etmək lazımdır

  • Protokol tərtib edən şəxsi müəyyənləşdirmək (adətən menecer) lazımdır

  • İclasda müəyyənləşdirilmiş məqsədlərdə və vaxt cədvəlində həmrəyliyin olduğunu göstərmək üçün FTP formasını hər kəsin imzalaması lazımdır;

  • FTP-nı nəzərdən keçirmək üçün təqribi tarix seçilməlidir. Məs: Fevralda.




  1. İclasdan sonra

İclasdan sonra iclas protokollarını və FTP-nın surətini iştirakçılara paylamaq çox faydalıdır.


  1. Yüklə 24,87 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin