Tədris Planı (ftp) və onun işlənib hazırlanması


Nə?...bacarıq yoxsa davranış? Necə?



Yüklə 24,87 Kb.
səhifə4/4
tarix24.04.2023
ölçüsü24,87 Kb.
#101833
növüTədris planı
1   2   3   4
Fərdi Tədris Planı

Nə?...bacarıq yoxsa davranış?
Necə?...hansı tərzdə və yaxud hansı səviyyədə?
Harada?...hansı şəraitdə və ya hansı şərtlər daxilində?
Nə zaman?...nə zaman? son tarix?”
Məqsədlər bir il üçün müəyyən edilir, vəzifələr isə 3-6 ay müddətində yerinə yetirilməlidir. Məqsədlər ifadə edilərkən istənilən oxucu üçün aydın olan təsdiq cümlələrdən istifadə olunur. Müxəlif uşaqlar üçün nəzərdə tutulmuş məqsəd və vəzifələr bütün inkişaf sahələrini : əqli, sosial, emosional və fiziki sahəni əhatə etməlidir. Hər bir vəzifə üç hissədən ibarət olmalıdır :

  1. Davranış uşaqdan hansı davranışın gözlənildiyi və ya onun hansı bacarıqları mənimsəməli olduğu müəyyən edilir.

  2. Şərt -uşağın nə zaman, hansı şərtlər daxilində, hansı şəraitdə arzu olunan davranışı nümayiş etdirəcəyini və ya zəruri bacarıq və vərdişləri mənimsəyəcəyi müəyyən edilir.

  3. Meyarlar- uşağın davranış modelini, bu və ya digər bacarığı nə dərəcədə yaxşı mənimsəməli olduğu müəyyən edilir.

Məsələn, illik məqsədi aşağıdakı kimi ifadə etmək olar:
Əli yoldaşları ilə daha tez-tez ünsiyyət yarada biləcək
Bu zaman qısamüddətli vəzifə belə ola bilər:
Əli 3-4 gün ərzində sinifdə (qrupda) iş zamanı yoldaşları ilə 5 dəfə danışıq vasitəsilə ünsiyyətə girməyə cəhd göstərəcək.


FTP-nin həyata keçirilməsi
FTP-nin səmərəli olması üçün aparıcı təhsil planı ilə əlaqələndirilməlidir, belə ki, FTP işlək sənəddir. SİM olan uşaq ilk növbədə qrupda adi uşaq kimi qəbul edilməli və xüsusi diqqət tələb edən uşaq kimi təyin edilməli və nəzərə alınmalıdır. FTP-nın icrası qrup üzvləri tərəfindən razılaşdırılmış planların, strategiyaların və işlərin təcrübən keçirilməsidir. Bura adətən aşağıda sadalananlardan biri və ya bir neçəsi aid edilir:

  • Uşağın ehtiyacına uyğun olaraq kurrikuluma dəyişikliklər

  • Təlimat və qiymətləndirmə meyarlarına uyğunlaşdırmalar

  • Tətbiqi və ya köməkçi texnologiyalardan istifadə

  • Təlim mühitini daha da əlverişli olması üçün uyğulaşdırma

  • Əlavə xidmətlərin təşkil edilməsi

  • Müəllimlərin təlimləndirilməsi

  • Valideynlərlə mütəmadi gorüşlərin keçirilməsi və s

FTP üzrə il boyu həyata keçirilən inkişafetdirici qiymətləndirmədən əlavə, ildə 2 dəfə sistematik qiymətləndirilmə keçirilməli və bu qiymətləndirmə nəticəsində FTP-na əlavə və dəyişikliklər aparılmalıdır. FTP-nı təhsil müəssisəsində müəllim və müəllim köməkçiləri icra edir, uşağın inkişafını izləyir və komanda ilə daim məsləhətləşir. Bununla belə, SİM olan uşağın təhsil prosesinə uğurlu inteqrasiyasını təmin etmək üçün bir sıra digər xidmətlər də mövcud olmalıdır. Bunlar reabilitasiya xidmətləri, psixoloji və digər sosial xidmətlərdir.
Yüklə 24,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin