Tədris planı üzrə fənnin auditoriya saatı: 150 İxtisas: Məktəbəqədər təlim və tərbiyə Təhsil ILI: 2021/22



Yüklə 183,53 Kb.
səhifə2/86
tarix21.06.2022
ölçüsü183,53 Kb.
#62015
növüTədris planı
1   2   3   4   5   6   7   8   9   ...   86
İmtahan suallarının cavabları 2

Əsas pedaqoji anlayışlar.



Şərti olaraq təlim, tərbiyə, təhsil, inkişaf, pedaqoji proses pedaqogikanın əsas analayışları hesab oluna bilər.Təlim - öyrədənlə öyrənənlər arasında qarşılıqlı fəaliyyətə əsaslanan pedaqoji proses olaraq, öyrədən şəxsin öyrənənlərdə şüurun, intellektual səviyyənin, mənəvi, əxlaqi və psixoloji keyfiyyətlərin inkişafına, bilik, bacarıq və vərdişlərin mənimsənilməsinə istiqamət verir, əlverişli şərait və imkas yaradır . .
Tərbiyə anlayışı. Tərbiyə davranışla əlaqədar olan mənəvi keyfiyyətlərin məqsədyönlü, planlı və mütəşəkkil şəkildə formalaşdırılması prosesidir. Yaşlı nəslin əldə etdiyi bilk, bacarıq və təcrübənin yetişən nəslə məqsədyönlü, planlı, mütəşəkkil şəkildə verilməsi, öyrədilməsidir. Demək, tərbiyə etmək həm də öyrətmək deməkdir. Tərbiyə prosesində həm təlim prosesi, təlim prosesində də tərbiyə prosesi mövcuddur. Tərbiyə - təlim, məlumat verməklə hər hansı bir adət, ədəb və davranış qaydalarını aşılamaqla yetişdirib böyütmə, ərsəyə çatdırma deməkdir. İnsanın ümumi mədəni inkişafı, sistematik təsir və təlim nəticəsində biliyə, əxlaqi vərdişlərə yiyələnməsi həm də gözəl əxlaqa sahib olması deməkdir. .
Təhsil anlayışı. Pedaqogika elminin başlıca analyışlarından olan təhsil” sözü ərəb dilində “hasil”, “məhsul” mənalarını verən” həsələ” kökündən əmələ gəlmişdir. Təhsil haqqında Azərbaycan Respublikasının Qanunda yazılmışdır: “Təhsil – sistemləşdirilmiş bilik, bacarıq, təcrübə və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir”. Hər bir dövlətin və millətin inkişafında onun təhsilinin müstəsna rolu var. Təsadüfi deyil ki, Ulu Öndərimiz Heydər Əliyev təhsili “Millətin gələcəyi, müstəqil dövlətin təməli” adlandırmış və demişdir ki, cəmiyyət təhsilsiz yaşaya bilməz. Təhsilin məqsədi: hərtərəfli inkişaf etmiş şəxsiyyətin formalaşdırılması; özünün maraqlarına və cəmiyyətin tələbinə uyğun olaraq yaradıcı potensialından istifadə etmək bacarığının inkişaf etdirilməsi; mütərəqqi adət və ənənələrin davam etdirilməsi; elmin, texnikanın, mədəniyyətin inkişaf etdirilməsi, tarixi varisliyin təmin edilməsi; dünyanın elmi surətdə anlaşılması; millətlər arası mədəniyyətlərin inkişaf etdirilməsi; təhsilin bütün istiqamətlərinin yeniləşdirilməsi; insanın bütün həyatı boyu fasiləsiz təhsili; təhsilin müyəssərliyi; distant təlimin inkişaf etdirilməsi; informasiya texnologiyalarından geniş surətdə istifadə olunması; təhsilalanların akademik mobilliyi; vətəndaş tərbiyəsi; pedaqoji kadrların elmi tədqiqatçılıqda fəal iştirakı; yüksək ixtisaslı mütəxəssis kadrlarının hazırlığının təmin edilməsi; peşə mobilliyi və s. İnkişaf - insanın orqanizmində kəmiyyət və keyfiyyət dəyişiklikləri prosesi və onun nəticəsidir. Şəxsiyyətin inkişafı obyektiv aləmin mürəkkəb prosesidir. Müasir elm bu prosesi dərindən öyrənmək üçün şəxsiyyətin inkişafının fiziki, psixi, mənəvi, sosial və digər komponentlərini (tərəflərini) göstərmişdir. Ona görə də elmdə insanın bioloji, psixoloji və sosial inkişafı anlayışları işlədilir. Pedaqogika şəxsiyyətin inkişafının həmin komponentləri ilə qarşılıqlı əlaqədə onun mənəvi inkişaf problemlərini də öyrənir. Pеdaqоgika elmində şəхsiyyətin inkişafı dedikdə оnun daha çox psixi, mənəvi inkişafı başa düşülür. Yəni, iradi keyfiyyətlər, yaddaş, hafizə, təsəvvür, təxəyyül, təfəkkür, diqqət, məsuliyyət və s. psiхоlоji keyfiyyətlər təlim və tərbiyə prosesində inkişaf edir.  . .
Pedaqoji proses. Pedaqoji proses deyərkən təlim, tərbiyə və təhsilin, habelə bunlarla əlaqədar olan inkişafın vəhdəti nəzərdə tutulur. Pedaqoji proses cəmiyyətin yaranması və inkişafı ilə birlikdə yaranmış və inkişaf etmişdir. Cəmiyyətin ehtiyaclarına uyğun olaraq pedaqoji prosesin məzmunu, təşkili formaları, metod və prinsipləri dəyişmiş və təkmilləşdirilmişdir. Pedaqoji proses bəşər cəmiyyətinin bütün mərhələlərinin zəruri funksiyalarından biri olmuşdur. Pedaqoji anlayışların mənşəyini onların özündə yox, həyatın tələbatlarında, məktəb praktikasında axtarmaq lazımdır. Anlayışların təşəkkülü və inkişafı mexanizmi insanların praktik fəaliyyəti ilə bağlıdır. Anlayışların dialektikası onların ifadə etdikləri hadisənin, prosesin inkişafından asılıdır



  1. Yüklə 183,53 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin