Tədris planı üzrə fənnin auditoriya saatı: 150 İxtisas: Məktəbəqədər təlim və tərbiyə Təhsil ILI: 2021/22



Yüklə 183,53 Kb.
səhifə6/86
tarix21.06.2022
ölçüsü183,53 Kb.
#62015
növüTədris planı
1   2   3   4   5   6   7   8   9   ...   86
İmtahan suallarının cavabları 2

Özünəxidmət əməyi. Məktəbəqədər müəssisələrdə uşaqların əməyinin müəyyən bir hissəsi özünəxidmət əməyinə aiddir. Bu baxımdan məktəbəqədər müəssisələrdə uşaqların əməyi ilə məşğul olan tərbiyəçilər özünəxidmət əməyinin növlərini yaxşı bilməli və onları həyata keçirməyi bacarmalıdırlar. Başqa əmək növləri kimi özünəxidmət əməyi də uşaqları praktik fəaliyyətə hazırlayır və həmçinin onlarda müstəqilliyin inkişaf etməsinə imkan verir. Uşaqların özünəxidmət əməyinə aşağıdakılar daxildir. a. Kulinariya işləri, b. Parça ilə işlər, c. Məişət işləri. Bu işlərin öyrədilməsi ictimai-faydalı istiqamətlidir. Özünəxidmət əməyi zamanı aşağıdakı vəzifələr həyata keçirilir. a. Uşaqlara kulinariya, mənzil, paltar, dekorativ gül bitkilərinə qulluq etməyə dair ilkin bilik, bacarıq və vərdişlər vermək. b. Məişət texnikası və avadanlığı ilə davranmağı öyrətmək. c. Toxuculuq, tikiş, yeyinti və məişət xidməti müəssisələri və oradakı peşələr haqqında uşaqlara məlumat vermək. Məktəbəqədər müəssisələrdə tərbiyəçi yuxarıda göstərilən vəzifələrin həyata keçirilməsi üçün lazımı bilik, bacarıq və vərdişlərə malik olmalıdır. Yəni ərzaq məhsullarının saxlanması qaydasını, onların bişirilməsini və qənnadı məmulatlarının hazırlanmasına dair bacarıqlara yiyələnməlidir. Özünəxidmət əməyi kiçik yaşlı qruplarda daha çox tətbiq edilir və uşaqlara çətinliyi aradan qaldırmaq, müstəqillik və səliqəlilik kimi keyfiyyətlər aşılayır. Yuyunmaq, geyinmək, yatağı yığışdırıb səliqəyə salmaq, oyun otağını təmiz saxlamaq, yerini təmizləmək və s. vərdişlər uşaqların digər əmək növlərində müstəqil inkişafı üçün şərait yaradır. Bu yaş dövründə özünəxidmət əməyinin həyata keçirilməsi müəyyən çətinliklərlə bağlıdır. Uşaqların əzələlərinin kifayət qədər inkişaf etməməsi, hərəkətin ardıcıllıqla yerinə yetirilməsi zamanı meydana çıxan çətinliklər, onlarda işin vaxtında icraetmə həvəsini azaldır. Buna baxmayaraq tərbiyəçi uşaqlarda bu yaş dövründə işi müvəffəqiyyətlə görüb başa çatdırma, təmiz və səliqəli işgörmə kimi qabiliyyətləri yaradıb inkişaf etdirməyə səy göstərməlidir. Bütün bunlar tərbiyəçidən səbrli və mehriban olmağı tələb edir. Özünəxidmət əməyini həyata keçirərkən tərbiyəçi kollektiv işlə yanaşı, uşaqlara fərdi şəkildə tapşırıq verməli, hər bir uşağı fəaliyyətə ruhlandırmalı, onda öz qüvvəsinə inam yaratmalıdır. Başlıcası isə tərbiyəçi çalışmalıdır ki, bu yaş dövründə uşaqlar özünəxidmətin əhəmiyyətini aydın dərk etsinlər. Bu məqsədlə özünəxidmət əməyində də uşağın qarşısına aydın məqsəd qoyulmalıdır

Yüklə 183,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin