Tədris planı üzrə fənnin auditoriya saatı: 150 İxtisas: Məktəbəqədər təlim və tərbiyə Təhsil ILI: 2021/22


Tərbiyəçinin nitqi və ona verilən pedaqoji tələblər



Yüklə 183,53 Kb.
səhifə86/86
tarix21.06.2022
ölçüsü183,53 Kb.
#62015
növüTədris planı
1   ...   78   79   80   81   82   83   84   85   86
İmtahan suallarının cavabları 2

20.Tərbiyəçinin nitqi və ona verilən pedaqoji tələblər.
Müəllim və tərbiyəçinin vəzifəsi ona görə şərəflidir ki, o, cəmiyyət üçün ən dəyərli, bilikli, zəkalı, tərbiyəli, vətənpərvər vətəndaşlar hazırlayır. Şübhəsiz ki, birinci növbədə müəllim və tərbiyəçiözü bu xüsusiyyətlərə malik olmalı, pedaqoji səviyyəsini daim təkmilləşdirməli, öz üzərində müntəzəm işləməlidir. Müəllim tərbiyəçi təlim tərbiyə işində başlıca simadır. Bəs əsl müəllim və tərbiyəçi necə olmalıdır? Müasir müəllimə və tərbiyəçiyə hansı tələblər verilir? Müasir müəllimə və tərbiyəçiyə tətbiq edilən bir sıra aparıcı tələblər vardır. Bu tələblərə konstruktiv, kommunikativ, qnostik və təşkilatçılıq bacarığı daxildir.
Konstruktiv tələb aşağıdakıları əhatə edir: təlim tərbiyə materialını qarşıya qoyulmuş məqsədin tələblərinə uyğun seçə bilmək, sistemləşdirmək, məktəbdə şagirdlərin, uşaq bağçasında uşaqların imkanlarına uyğunlaşdırmaq, şagird və ya uşaq tərəfindən yol verilə biləcək səhvləri, uşağın müəyyən situasiyada özünü necə aparacağını əvvəlcədən görə bilmək bacarığı; şagirdin və uşağın inkişaf layihəsini hazırlaya bilmək, yaranmış vəziyyətdən çıxmaq, işi planlaşdırmaq, maddi bazanı möhkəmləndirmək bacarıqları və s.
Kommunikativ bacarığa aşağıdakılar daxildir: uşaqların qəlbinə yol tapa bilmək, özünü onlara sevdirmək, uşaqlar arasında düzgün münasibətləri tənzim edə bilmək, valideyn və ictimaiyyətlə ümumi dil tapa bilmək, pedaqoji mərifətə malik olmaq, yeri gələndə gülməyi, hirslənməyi bacarmaq, ağır vəziyyətə düşdükdə ani müddətdə düşünüb düzgün tərbiyə yolu seçmək, bir sözlə münasibətlərin nizama salınması və s.
Qnostik bacarığa aşağıdakılar daxildir. Qnostik yunanca qnozis sözündən götürülüb, mənası idrak deməkdir. Qnostik bacarıqlara pedaqoji nəzəriyyəni bilmək və ondan yaradıcı şəkildə istifadə etmək, özünün və yoldaşlarının təcrübəsini ümumiləşdirə bilmək, elmi tədqiqat işlərində iştirak edə bilmək, psixologiyanı bilmək və ondan istifadə etməyi bacarmaq, bir sözlə pedaqoji prosesin nəzəri əsaslarını
bilmək bacarığıdır.
Təşkilatçılıq bacarıqlarına aşağıdakılar daxildir: uşaqları ictimai işlərə cəlb edə bilmək,
bağçada uşaqları yaşlarına uyğun ictimai işlərə cəlb etmək, uşaqlar arasında düzgün vəzifə
bölgüsü aparmaq, onların boş vaxtını günün tələbləri səviyyəsində düzgün təşkil etmək bir sözlə uşaqların fəaliyyətinə rəhbərlik etməyi bacarmaq və s.
5. Müəllimlik və tərbiyəçilik işinin özünəməxsus xüsusiyyətləri vardır. Müəllim tərbiyəçi məhdud görüş dairəsinə malik uşaqların gözünü dünyaya aşır, onlara bilik, bacarıq və faydalı vərdişlər aşılayır, Vətənin sabahı üçün ləyaqətli vətəndaş formalaşdırır. Müəllim və tərbiyəçidən yüksək yaradıcılıq, təşəbbüskarlıq, pedaqoji bacarıq və dözümlülük tələb olunur, çünki müəllim və tərbiyəçi müxtəlif xarakterə, fərdi xüsusiyyətlərə malik uşaqlarla işləyir. Bu işdə müvəffəqiyyət qazanmaq üçün müəllim və tərbiyəçidən uşaq psixologiyasının fərdi əlamətlərini məharətlə öyrənmək, fəalyyətdə onları nəzərə almaq qabiliyyəti tələb olunur. Bunun üçün müəllim və tərbiyəçi bir sıra mühüm fərdi keyfiyyətlərə malik olmalıdır. 1. Müəllim və tərbiyəçi dərin elmə, siyasi və pedaqoji nəzəriyyəyə yiyələnməli, sarsılmaz əqidəyə malik olmalıdır. Müəllim və tərbiyəçi Azərbaycan dövlətinin qarşıya qoyduğu məqsədə çatmaq üçün, xüsusilə, dövlət quruculuğu işində, müstəqillik, demokratiya uğrunda aparılan mübarizədə qabaqcıl olmalıdır. 2.Müəllim və tərbiyəçi geniş məlumata, yüksək mədəniyyətə malik olmalı, ölkəmizdə gedən iqtisadi və siyasi dəyişiklikləri, onların başvermə səbəblərini bilməli, meydana gələn elmi pedaqoji yenilikləri müntəzəm öyrənməlidir. 3. Müəllim və tərbiyəçi öz sənətinin peşəkar ustası olmalı, uşaqları təşkil və tərbiyə etmək texnikasına dərindən yiyələnməlidir. Bunun üçün o, pedaqogikanı, psixologiyanı, metodikanı və öz ixtisasını dərindən bilməli, bu sahədəki biliyini artırmalıdır. 4. Müəllim və tərbiyəçi pedaqoji fəaliyyətdə ancaq bilik verməklə kifayətlənməməli, eyni zamanda uşaqları sevməlidir. Bu məqsədlə müəllim və tərbiyəçi uşaq şəxsiyyətinə hörməti güzəştsiz pedaqoji tələbkarlıqla əlaqələndirməlidir.


Müəllim və tərbiyəçi öz üzərində müntəzəm çalışmalı, nöqsanlarını görməyi və onları tədricən aradan qaldırmağı bacarmalıdır.
Yüklə 183,53 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin