Tədris planı üzrə fənnin auditoriya saatı: 150 İxtisas: Məktəbəqədər təlim və tərbiyə Təhsil ILI: 2021/22


Uşaqların ilin fəsilləri ilə tanış edilməsi



Yüklə 183,53 Kb.
səhifə81/86
tarix21.06.2022
ölçüsü183,53 Kb.
#62015
növüTədris planı
1   ...   78   79   80   81   82   83   84   85   86
İmtahan suallarının cavabları 2

14.Uşaqların ilin fəsilləri ilə tanış edilməsi.

14) Təbiət hadisələri arasındakı asılılığı uşaqlara çatdırılır, hər fəslin spesifik xüsusiyyətlərini öyrənirlər.


Bitkilər aləmi haqqında uşaqlar 4-5 ağacın görünüşünə görə fərqləndirməyi, hissələrini (gövdə, budaq, yarpaq) adlandırmağı bacarmalıdırlar. Uşaqları kolla tanış etmək, kolla ağacın fərqini öyrənirlər, fəsillə əlaqədar bitkilərdə baş verən dəyişikliyi, tədricən yarpaqların saralıb tökülməsini uşaqlara izah emək lazımdır.
Uşaqlarda təbiətin gözəlliyini görüb, duymaq bacarığını tərbiyə etmək lazımdır. Əmək bacarıqları və bitkilərə qulluq etməyi formalaşdırmaq lazımdır. Uşaqlar bir neçə payız güllərini, ağaclarını, meyvə və tərəvəzlərin xarakterik xassələrini fərqləndirməyi və adlandırmağı bilirlər. Meyvə və tərəvəzlərin xarici əlamətləri arasında əlaqə yaratmağı və onların yetişmə dərəcəsini müəyyənləşdirməyi öyrənirlər. Uşaqları ev heyvanları və onların balaları həmçinin ev quşları və onların balaları haqqında xarakter xüsusiyyətləri, insanlara verdiyi xeyir ilə tanış etmək lazımdır. Uşaqlar ev heyvanlarına və quşlarına qulluq etməyə alışırlar. Vəhşiheyvanlar haqqında daha geniş biliklərə sahib olurlar, qışlayan quşların həyat tərzi haqqında məlumatları formalaşır

Məktəbəhazırlıq qrupunda- uşaqlar cansız təbiət haqqında bilikləri genişlənir, təsəvvürləri zənginləşir. Onları bəzi qanunauyğunluqlarla, təkrar olunan təbii hadisələrlər (ilin fəsillərin dəyişməsi) ilə tanış olurlar. Bunun əsasında təbiət hadisələrin realistcəsinə anlamını, biliyə marağı, müşahidə bacarığını, məntiqi təfəkkürü, təbiətə estetik münasibəti formalaşır. Günün hissələrini, həftinin günlərini, ilin fəsillərini fərqləndirməyi bacarırlar. Fəsillə əlaqədar dəyişikliklərin ardıcıllığını, canlı-cansız təbiətdəki qarşılıqlı dəyişmələri müəyyənləşdirir, qışda gecələrin uzanmağa, gündüzlərin qısalmağa başlamasını bilirlər.


Bitkilər aləmihaqqında 6-7 ağacı (palıd, söyüd, çinar, heyva, qoz, alma, ağcaqayın), 4-5 növ kolu (böyürtkən, itburnu, nar, fındıq, qarağat, və s.) xarici görünüşünə görə tanıyırlar, 7-8 növ tərəvəzin (kök, turp, kələm, çuğundur, xiyar, pomidor, kartof, soğan) adını, xarakter əlamətlərini bilirlər. Qazanılmış biliklərə əsasən meyvə ağaclarını, meşə ağaclarını, bəzək ağaclarını və kollarını bir-birindən fərqləndirməyi bacarırlar. Bitkilərin həyatının günəş işığından və istidən asılı olaraq dəyişməsini bilirlər. Göbələyi xarici görnüşünə görə fərqləndirməyi, zəhərli göbələkləri tanıyırlar.
Ev heyvanları və ev quşları haqqında bilikləri və onların xarakterik xüsusiyyətləri haqqında tanışlığı, onların həyat tərzi və insanlara verdiyi xeyir işləri haqqında tanışlığı artır. Həmçinin vəhşi heyvanlar və çöl quşları haqqında bilikləri, onların həyat tərzi haqqında müvafiq məlumatları genişlənir.
Həşəratlar haqqında (kəpənək, may böcəyi və arılar) tanışlığı başlayır və onlar üzərində müşahidə edirlər.
Günəş bir damla suda əks olunduğu kimi, ata və ananın əxlaqi saflığının da uşağında əks olunması.



Yüklə 183,53 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin