Tədris planı üzrə fənnin auditoriya saatı: 150 İxtisas: Məktəbəqədər təlim və tərbiyə Təhsil ILI: 2021/22


Uşaqların cansız təbiətlə tanış edilməs



Yüklə 183,53 Kb.
səhifə79/86
tarix21.06.2022
ölçüsü183,53 Kb.
#62015
növüTədris planı
1   ...   75   76   77   78   79   80   81   82   ...   86
İmtahan suallarının cavabları 2

12.Uşaqların cansız təbiətlə tanış edilməs

12) Kiçik qrupda -uşaqların ətraf aləm haqqında təsəvvürlərini genişləndirmək, onlarda bitkilər və heyvanların həyatına maraq yaratmaq lazımdır. Onlara xeyirxah münasibət tərbiyə etmək, təbiətin estetik qavranılmasını təmin edir. Bu yaşda onlar cansız təbiətə sadə bələdləşmə formalaşır. Onlar oyun, müşahidə prosesində cansız


təbiətlə (su, yağış, qar, buz, qum, daş və s.) ilə tanış olurlar. Cansız aləmin nümunələri haqqında konkret məlumatlar verilir. Uşaqlar su tökülür, axır, istidir, soyuqdur, su ilə yuyunurlar, suda çimirlər, suyun üzərində bəzi əşyalar dayanır və s. məlumatlara yiyələnirlər. Onlar həmçinin qum quru olur, səpilir, nəm olanda formanı yaxşı saxlayır, həmçinin uşaqlar buz, müxtəlif növ daşlar, torpaq, gil və s. haqqında anlayışlara yiyələnmələrini təmin etmək lazımdır.


Yaş yarımdan sonra uşaqların sadə təbiət hadisələri (yağış, qar, günəş və s.) üzərində müşahidələr təşkil etmək lazımdır. Uşaqlar öyrənirlər ki, yağış suludur, yağış yağarkən gəzmək olmaz, qar soyuqdur, onu ağıza alsaq xəstələnərsiniz, günəş işıq saçanda isti olur, qışda qalın, yayda nazik paltar geyinilir.
Canlı təbiətlə sadə bələdləşmə da formalaşır və uşaqlar gəzinti zamanı diqqətini ağaclara, kollara, otlara, çiçəklərə yönəltmək lazımdır. Yaş yarımadək uşaqlar tərbiyəçinin tələbi ilə müəyyən çiçəyi tapır, tərbiyəçinin göstərdiyi rəngə uyğun çiçəyi seçirlər. 2 yaşında uşaqlar artıq tərbiyəçinin dediyi rəngdə çiçəyi tapır, göstərir, adını deyir, ot, çiçək, kol və ağacı fərqləndirirlər.
Uşaqlar xarici görünüşünə, formasına, dadına, iyinə görə bitkiləri fərqləndirməyi öyrənirlər. Onlar tərəvəz (pomidor, xiyar, kök, turp, kələm), meyvə (alma, armud, heyva, nar), giləmeyvə (çiyələk, qarağat) bunları fərqləndirməyi öyrənirlər.
Uşaqlar heyvan aləmi ilə də tanış olrlar. Natura, şəkillər üzrə, həmçinin oyuncaqlardan istifadə etməklə toyuq, xoruz, ördək, qaz, vəhşi quş, balıq, it, pişik, dovşanı tanımağı öyrənirlər. Uşaqların diqqətini heyvan və quşların bədəninin əsas hissələrinə yönəltmək, onları bir-birindən fərqləndirən əlamətləri tapmaq (quyruğuna, dimdiyinə, buynuzuna, ayaqlarına, rənginə, qaçmasına, uşmasına və s. görə fərqləndirmək) bacarığı formalaşır.
Canlı guşədə (təbiət guşəsində) dovşan, kirpi, qəfəsdəki quş, tutuquşu, akvariumdakı balıq üzərində müşahidə təşkil etmək lazımdır. Uşaqların diqqətini otaq bitkilərinə, təbiət guşəsindəki canlılara qulluq etməyə, onlara qayğı ilə, ehtiyatla yanaşmağa cəlb etmək lazımdır.
3 yaşında uşaqlara ev heyvanlarını (inək, qoyun, at, eşşək, it, pişik) və ev quşlarını (toyuq, cücə, xoruz) həm bilavasitə, həm də şəkil üzrə tanıtmaq və

adlandırmağı, hərəkətlərini müşahidə etməyi öyrənirlər. Heyvanların səslərini və hərəkətlərini fərqləndirməyi öyrətmək lazımdır. Heyvanların səslərini və hərəkətlərini fərqləndirməyi öyrənirlər. Tərbiyəçinin təbiət guşəsindəki əməyini müşahidə edirlər, quşlara və heyvanlara akvariumdakı balıqlara yem verirlər. Cansız təbiətin ekoloji amilləri (su, hava, qum, işıq) və xüsusiyyətləri haqqında uşaqların təsəvvürləri genişlənir. Fəsli dəyişikliklərlə tanış olurlar, hava üzərində müşahidə aparırlar və necəliyini (qar əriyir, sel axır, yağış yağır və s.) qeyd etmək lazımdır.


Gəzinti zamanı bitkilər haqqında daha geniş məlumata genişlənirlər və çiçəklərdən, yarpaqlardan buket düzəldirlər. Meyvə və tərəvəzlərin spesifik xüsusiyyətlərini bilirlər. Orta qrupda -uşaqlar cansız təbiət haqqında təsəvvürləri genişlənir. Təbiət hadisələri arasındakı asılılığı (günəş olanda hava qızır, külək əsəndə ağaçları tərpədir) öyrənirlər. Bitkilər aləmi haqqında tərbiyəçinin rəhbərliyi altında təbiətdəki dəyişikliyi müşahidə edirlər. Ağacların yarpaqlarının yaşıl və sarı olduğunu, sarı yarpaqların (xəzəlin) yerə töküldüyünü bilirlər. Bunun üçün sarı və yaşıl yarpaqlı ağacların yarpaqlarının tökülməsini müşahidə edirlər. Payızda yetişən meyvələr (alma, armud, heyva, nar, üzüm) və tərəvəzləri (kök, turp, kələm, kartof, soğan, çuğundur) xarixi görkəminə və dadına görə tanıyır və fərqləndirirlər. Həmçinin ağacın hissələri haqqında (gövdə, budaq, yarpaq) haqqında məlumatları olur. Ev heyvanlarını çıxardıqları səslərinə görə fərqləndirir, ev quşları haqqında bilikləri dəqiqləşir və xarici əlamətlərinə görə fərqləndirirlər və vəhşi heyvanları şəkil üzrə,oyuncaqlar üzrə tanıyırlar.
Bu yaşda cansız təbiət yəni əşya və təbiət hadisələri haqqında təsəvvürləri zənginləşir, ətraf mühitə maraq və məhəbbət hissi artır. Təbiət hadisələri haqqında bilikləri daha da genişlənir. Məsələn, günəş olmasa isti olmaz, meyvələr yetişməz, qar yağanda şaxta, soyuq olur, gecələr göydə ulduz, ay olur, gündüz isə göydə günəş olur, ona görə də hər tərəf işıq olur və s. Suyun, qarın, buzun, qumun əlamətlərini adlandırır və fərqləndirirlər. Məsələn, qar ağdır, soyuqdur, su axır, qum səpələnir

Bitkilər aləmi haqqında bilikləri zənginləşir, qışda ağacların, kolların yarpaqlarının tökülməsi, çılpaq qalması, onların hissələri haqqında təsəvvürləri dəqiqləşir (gövdə yoğun, budaqlar isə nazik). Qışlayan quşları (sərçə, qarğa, göyərçin) müşahidə edirlər, gəzinti zamanı onlara dəm səpirlər, səslərini yamsılamağı bacarırlar.


Heyvanlar aləmindən vəhşi heyvanların həyat tərzi haqqında ilkin məlumatlara yiyələnirlər, bu heyvanların meşədə yaşamasını və nə yeməsi haqqında məlumatlara malik olurlar.
Böyük qrupda- uşaqlar təbiətlə tanışlıq haqqında təsəvvürləri genişlənir. Cansız təbiət haqqında havanın necəliyini (soyuq, isti, sərin, günəşli, yağmurlu, küləkli) müəyyən edirlər. Qum, su, daş, gil, dolu, ildırım haqqında məlumatları genişlənir. Məsələn, su soyuq və isti olur, qum səpələnir, gil quru olanda bərk olur, isladanda yumşalır və ondan müxtəlif fiqurlar düzəltmək olur. Bəzi şeylər (kağız, taxta) suda üzür, bəzi şeylər isə (daş, dəmir) suda batır. Təbiət hadisələri arasındakı asılılığı uşaqlara çatdırılır, hər fəslin spesifik xüsusiyyətlərini öyrənirlər.

Məktəbəhazırlıq qrupunda- uşaqlar cansız təbiət haqqında bilikləri genişlənir, təsəvvürləri zənginləşir. Onları bəzi qanunauyğunluqlarla, təkrar olunan təbii hadisələrlər (ilin fəsillərin dəyişməsi) ilə tanış olurlar. Bunun əsasında təbiət hadisələrin realistcəsinə anlamını, biliyə marağı, müşahidə bacarığını, məntiqi təfəkkürü, təbiətə estetik münasibəti formalaşır. Günün hissələrini, həftinin günlərini, ilin fəsillərini fərqləndirməyi bacarırlar. Fəsillə əlaqədar dəyişikliklərin ardıcıllığını, canlı-cansız təbiətdəki qarşılıqlı dəyişmələri müəyyənləşdirir, qışda gecələrin uzanmağa, gündüzlərin qısalmağa başlamasını bilirlər.


Bitkilər aləmihaqqında 6-7 ağacı (palıd, söyüd, çinar, heyva, qoz, alma, ağcaqayın), 4-5 növ kolu (böyürtkən, itburnu, nar, fındıq, qarağat, və s.) xarici görünüşünə görə tanıyırlar, 7-8 növ tərəvəzin (kök, turp, kələm, çuğundur, xiyar, pomidor, kartof, soğan) adını, xarakter əlamətlərini bilirlər. Qazanılmış biliklərə əsasən meyvə ağaclarını, meşə ağaclarını, bəzək ağaclarını və kollarını bir-birindən fərqləndirməyi bacarırlar. Bitkilərin həyatının günəş işığından və istidən asılı olaraq dəyişməsini bilirlər. Göbələyi xarici görnüşünə görə fərqləndirməyi, zəhərli göbələkləri tanıyırlar.
Ev heyvanları və ev quşları haqqında bilikləri və onların xarakterik xüsusiyyətləri haqqında tanışlığı, onların həyat tərzi və insanlara verdiyi xeyir işləri haqqında tanışlığı artır. Həmçinin vəhşi heyvanlar və çöl quşları haqqında bilikləri, onların həyat tərzi haqqında müvafiq məlumatları genişlənir.
Həşəratlar haqqında (kəpənək, may böcəyi və arılar) tanışlığı başlayır və onlar üzərində müşahidə edirlər.


Yüklə 183,53 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin