Tədris planı üzrə fənnin auditoriya saatı: 150 İxtisas: Məktəbəqədər təlim və tərbiyə Təhsil ILI: 2021/22


Uşaqların ev heyvanları ilə tanış edilməsi



Yüklə 183,53 Kb.
səhifə76/86
tarix21.06.2022
ölçüsü183,53 Kb.
#62015
növüTədris planı
1   ...   72   73   74   75   76   77   78   79   ...   86
İmtahan suallarının cavabları 2

9.Uşaqların ev heyvanları ilə tanış edilməsi
Proqram məzmuna 2 məsələ daxildir: təlim və tərbiyə məsələsi. Təlim məsələsi elə bilik həcmidir ki, burada uşaq məşğələ vasitəsilə biliklər qazanır, bilikləri konkretləşdirilib dəqiqləşdirilir. Tlim məsələsinə daxildir: idrak prosesinin ayrı-ayrı fikiri əməliyyatlarının inkişafı (yəni müqayisə, təhlil, ümumilləşdirmə), nitqin inkişafı, həmçinin tədris fəaliyyəti vərdişlərinin formalaşması (yoldaşlarına qulaq asmaq bacarığı, öz fəaliyyətinin nəticəsini sözlə ifadə etmək bacarığı) uşaqların təbiətə idrak marağının formalaşması kimi keyfiyyətlər daxildir. Məşğələnin tərbiyəvi hissi təbiətə qayğıkeş, qoruyucu kimi müsbət münasibət bəsləməyi öyrətmək və onda estetik münasibətin inkişaf etdirilməsinə yönəlməlidir. Məşğələyə hazırlaşarkən məşğələnin düzgün keçirilmə metodunu müəyyələşdirmək lazımdır. Metodun seçilməsi təlimin əsas məqsədlərindən və obyektinin xüsusiyyətlərindən, uşaqların yaşından asılıdır. Məsələn: vəhşi heyvanlar haqqında bilikləri formalaşdırmaq üçün diafilm-kiofilmdən istifadə etmək daha məqsədə müvafiqdir. Lakin təbiət güşəsindəki heyvanlarla tanışlıq bilavasitə müşahidə ilə həyata keçirilir. Kiçik qrup məşğələdə həm müşahidədən həm də oyun metodundan istifadə edilir. Şifahi metoddan ən çox böyük qrup məşğələdə istifadə edilir.
Seçilmiş metod bütünlüklə proqram tapşırıqlarını və uşaqların fəal əqli fəaliyyətini əhatə etməlidir. Heyvanlara və otaq bitkilərinə baxmaq üçün uşaqları yarımdairə əyləşdirmək lazımdır. Bu cür oturmaq uşaqların hamısına məşğələdə iştirak etmək imkanı verir, əgər məşğələdə uşaqlara paylayıcı materiallar verilirsə, onda stol arxasında oturmaq daha yaxşı olar.
Bəzən təbiətdə əmək vərdişlərinin tərbiyəsinə həsr olunmuş məşğələlər qrup otağında təşkil olunur. Bu vaxt uşaqlar bir qədər səmərəli yerləşdirilməlidir ki, tərbiyəçinin göstər iş üsulunu yaxşı görə bilsinlər, həm də tərbiyəçi onları öyrətməyə
və işlərinə nəzarət etməyə imkanı olsun. Tərbiyəçi məşğələyə hazırlaşarkən hansı əyani vəsaitdən istifadə etməsini dəqiqləşdirməli- şəkillər, qurudulmuş bitkilər, təbiət və hava kalendarı və s. Yalnız bundan sonra məşğələnin gedişi haqqında fikirləşməlidir. Tərbiyəçi proqram materiallarının əsas hissəsini məşğələnin gedişində həyata keçirir. Tərbiyəçi işi proqram tələbinə uyğun planlaşdırıb ardıcıllığı, uşaqların əqli fəaliyyətin formalaşmasını (sualın ortalığa çıxması) nəzərdə tutmalıdır. Məşğələnin sonunda tərbiyəçi uşaqların işə marağını, məşğələyə münasibətini, bacarıq və vərdişlərini müəyyənləşdirmək üçün pedaqoji qiymətləndirmədən istifadə etməlidir. Tərbiyəçi məşğələ zamanı uşaqları təbii obyektlərə baxmağa, onları adlandırmağa və hissələrini düzgün göstərməyi öyrədir. Bunun üçün bir neçə “məşğələdə müşahidə” adlı məşğələ keçir. Bir neçə məşğələdə heyvanların necə qidalanmasını, hərəkətlərində müşahidə edir. Tərbiyəçi onlara aydınlaşdırır ki, heyvanların qidası və hərəkətləri onların bədən orqanlarının quruluşundan asılıdır. Məsələn, dovşan, qurbağa, quşlarda qanad olduğu üçün, pişik pəncələri üstə sakit gəzir. (cünki balış kimidir)

Yüklə 183,53 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin