Tədris planı üzrə fənnin auditoriya saatı: 150 İxtisas: Məktəbəqədər təlim və tərbiyə Təhsil ILI: 2021/22


Orta qrupda miqdar və say anlayışı



Yüklə 183,53 Kb.
səhifə74/86
tarix21.06.2022
ölçüsü183,53 Kb.
#62015
növüTədris planı
1   ...   70   71   72   73   74   75   76   77   ...   86
İmtahan suallarının cavabları 2

6.Orta qrupda miqdar və say anlayışı.


6)Orta yaş qrupunda ilin əvvəlində 5-6 məşğələ təkrara həsr olunur. Say təlimi və ədəd anlayışı haqqında tanışlıq vermək üçün zəruri olan bilik, bacarıq və vərdişlər təkrar edilir. Təkrar üçün bir qədər çətinləşdirilmiş çalışmalar seçilir. Əsas diqqət 2 çoxluğun (qrupun) elementləri sayına görə müqayisə məsələsinə yönəldilir. Burada uşaqlar çoxluğun elementləri sayını bilməyə can atırlar. Sayma üçün real situasiya yaranır.Məşğələlərdə həmçinin fəza təsəvvürlərinin dəqiqləşdirilməsi və inkişaf etdirilməsinə, istiqamətlərin ayırd edilməsinə aid çalışmalar verilir. Həndəsi fiqurlardan dairə, kvadrat və üçbucağın hissi – hərəki və görmə yolu ilə ayırd edilməsi, fərqləndirilməsinə aid praktik işlər davam etdirilir. Uzundur-qısadır, genişdir-dardır, böyükdür-kiçikdir kimi ölçü münasibətləri haqqında təsəvvürlər möhkəmləndirilir.Bu yaş qrupunda ən mühüm məsələlərdən biri 1-dən 5-ə qədər saymanın öyrədilməsidir. Əsas məqsəd ondan ibarətdir ki, uşaqlar “neçə?” və ya “neçədir?” sualına cavab versinlər; 1-dən 5-ə qədər sayarkən, ədədlərin adını ardıcıl söyləyib, hər birini müvafiq çoxluğa aid edə bilsinlər. Dörd yaşlı uşaqlar üçün hər iki iş birlikdə çətinlik törətdiyindən onu iki mərhələyə ayırmaq məqsədə uyğundur.
Birinci mərhələdə iki çoxluq götürülür və əşyaların sayına görə müqayisə edilir. Məsələn, bir cərgədə iki kvadrat, o biri cərgədə 2 dairəcik qoyulur. Uşaqlar müəyyən edirlər ki, bu cərgələrdəki əşyaların sayı bərabərdir. Sual-cavab yolu ilə onlar həmin miqdarların adını söyləyirlər: 2 kvadrat, 2 dairəcik. Sonra 1 kvadrat götürülür. Uşaq söyləyir: 1 dairəcik çox oldu; 1 kvadrat az oldu. Bu kimi çalışmalarla müəllim iki məsələ üzərində dayanır:
1) Əşyaların miqdarına görə müqayisəsi: kvadratlar dairəciklərdən azdır və ya çoxdur;
2) Həmin münasibətin müvafiq ədədlərə aid edilməsi (kvadratların sayını göstərən ədəd dairələrin sayını göstərən ədəddən kiçikdir və ya böyükdür: 2˃1, 1˂2 və s.)
Uşaqlar tədricən dərk edirlər ki, hər bir ədəd müəyyən əşyaların miqdarını göstərir.
2 kvadratın yanına 1 kvadrat da qoymaqla, uşaqlar 3 kvadrat olduğunu və həmin ədədin “üç” adlandığını öyrənirlər. Sonra hər ədədə uyğun əşya qrupları düzəldilir: bir kvadrat, iki dairəcik, üç üçbucaq. Burada iki cəhətə fikir verilir: əşyalar qoyulur – onların sayı soruşulur və əşyaların sayı söylənilir, uşaqdan isə onları düzmək tələb olunur.
Çalışmaq lazımdır ki, qruplar əşyaların sayına görə müqayisə olunarkən, tələffüz edilən sözlər riyazi cəhətdən düzgün olsun. Məsələn, “Gəlinciklər dovşanlardan çoxdur” (və ya azdır). Sonra isə “neçə çoxdur?” və ya “neçə azdır?” – suallarına cavab almaq lazımdır.
İkinci mərhələdə uşaqlar sayma əməliyyatına yiyələnirlər. Əvvəlcə 1-dən 3-ə qədər saymanı, sonra isə 1-dən 5-ə qədər saymanı öyrənirlər.
İlk məşğələlərdən başlayaraq, uşaqlar natural sırada hər sonrakı ədədin necə alındığını başa düşməlidirlər. Bu prosses - əvvəlki biliklərin təkrarına əsaslanır. Eyni qayda ilə natural sırada hər əvvəlki ədədin necə alındığı göstərilir. Ardıcıl ədədlərin müqayisə edilməsi nəticəsində uşaqlar öyrənirlər ki, hər bir ədəd özündən əvvəlki ədəddən böyükdür, sonrakı ədəddən kiçikdir. Əlbəttə, burda bir istisna olunmalıdır.
Uşaqlar müstəqil surətdə elə əşya qrupları düzəltməlidirlər ki, üç münasibətin hər birinə cavab versin. Məsələn, “Üç kubik var, necə etmək olar ki, dörd kubik olsun?” (və ya iki kubik olsun və s.)
Orta yaş qrupunda sayma vərdişləri yaradılır və möhkəmləndirilir. Müəllim göstərir ki, sayma sağ əllə və həm də soldan sağa doğru aparılmalıdır. Hər dəfə əşyanı götürərkən, onun adı (miqdarı) deyilməlidir. Sonuncu əşyaya uyğun deyilən ədəd – bütün sayılan əşyaların miqdarını göstərəcəkdir. Sayma vərdişlərini möhkəmləndirmək üçün çoxlu çalışmalar verilir. Elə çalışmalar da daxil edilir ki, onlar fəzada istiqamətə aid, forma və ölçülərə aid təsəvvürlərin inkişaf etdirilməsinə kömək etsin.Çalışmaların xarakteri dəyişdirilir: kartoçkalardakı şəkillərin sayı qədər ətraf mühitdə əşya tapmaq lazımdır. Paylama materialı – uşaqlarda sayma vərdişlərini möhkəmləndirməyə xidmət edir.Bu kimi hazırlıq işindən sonra uşaqlar əvvəlcə kartoçkadakı şəkillərin və ya dairəciklərin sayı qədər əşya sayıb ayırmağı öyrənirlər. Sonra isə müəllimin göstərişi ilə həmin işi görürlər. Məsələn, “4 qırmızı dairəcik ayır” və “Maşınların sayı qədər qaraj ayır” və s. Uşaqlara tez-tez xatırlatmaq lazımdır ki, sayma prosesində axırıncı tələffüz edilən ədəd sayılan bütün əşyaların sayını bildirir.



Yüklə 183,53 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin