Tədris planı üzrə fənnin auditoriya saatı: 150 İxtisas: Məktəbəqədər təlim və tərbiyə Təhsil ILI: 2021/22


Kiçik qrupda “az,çox,bərabər” münasibətlərinin müəyyənləşdirilməsi



Yüklə 183,53 Kb.
səhifə72/86
tarix21.06.2022
ölçüsü183,53 Kb.
#62015
növüTədris planı
1   ...   68   69   70   71   72   73   74   75   ...   86
İmtahan suallarının cavabları 2

2.Kiçik qrupda “az,çox,bərabər” münasibətlərinin müəyyənləşdirilməsi.
2)Uşaqlarda toplama və çıxma əməlləri, “azdır”, “çoxdur”, “o qədərdir”, münasibətləri haqqında təsəvvrülər yaradıldıqdan sonra məsələ həll etməyə həvəs yaratmaq olar. Özü də məsələ əvvəlcə praktik zəmində, səhnələşdirilmiş şəkildə verilməlidir. İnduktiv və deduktiv təfəkkürlərin, ilkin vərdişlərinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir.
Riyazi biliklər xırda hissələrə bölünür və müəyyən sistemlə, ardıcıl surətdə uşaqlara öyrədilir. Materialın uşağın yaşına və biliyinə müvafiqliyinə xüsusi diqqət verilir. Məsələn, proqramın hər bir yeni materialı 2-5 məşğələ ərzində ardıcıl öyrədilir. 2-3 həftədən sonra həmin materiallar təkrar edilir. Materialın təhrifsiz və müvəffəqiyyətlə təlimi tərbiyəçidən çox asılıdr. O, hər yaş qrupu proqramının məzmunu və quruluşunu bilməlidir.
Məşğələlərdə müşahidələrə xüsusi yer verilir. Uşaqlar qazandıqları bilik və vərdişləri öz fəaliyyətlərində tətbiq edirlər.
Bağçada sadə riyazi təsəvvürlərin verilməsi prosesində didaktik oyunlar və oyun – çalışmalardan geniş istifadə olunur. İstər məşğələ zamanı və istərsə də məşğələdənkənar didaktik və əyləncəli oyunlar şagirdlərin riyazi təsəvvürlərinin möhkəmləndirilməsinə və genişləndirilməsinə xidmət edir.
Uşaq bağçasında riyaziyyat təlimi prosesində fərdi yanaşma və təlimin diferensiyasından geniş istifadə olunur.
Riyaziyyatdan məşğələnin strukturuna, yeni material üzərində iş, keçmiş materialın təkrarı və işin bu qayda ilə növbələşməsi daxildir. Məşğələnin strukturu – proqram materialının həcmi, məzmunu və onların bir-birini nə dərəcədə tamamlaması, müvafiq bilik və vərdişlərin mənimsənilməsi və uşaqların yaş xüsusiyyətləri ilə müəyyən olunur.
Yeni materialın təlimi prosesində üç iş növü tətbiq olunur:
tərbiyəçi – müəllim materialı müvafiq şəkil və illüstrasiyalar vasitəsilə izah edir, əşyaların riyazi əlaqə və xassələrini aşkar edir, uşaqlar müəllimin hərəkətlərini müşahidə edir, onu dinləyir və suallara cavab verirlər;
bəzi uşaqlar müəllimin rəhbərliyi altında fərdi tapşırığı yerinə yetirirlər, qalanlar isə müşahidə edir, düzəlişlər aparır və suallara cavab verirlər;
uşaqlar müəllimdən aldıqları tapşırığı müstəqil yerinə yetirirlər.
Birinci məşğələdə hər üç iş növü tətbiq edilə bilər. Çünki, yeni materialın öyrənilməsinə çox vaxt sərf olunur.
İkinci məşğələdə yeni materiala əvvəlkindən az vaxt sərf olunur, qalan vaxt keçmiş materialın təkrarına sərf olunur. Uşaqların müstəqil işi (onlara paylanmış tapşırıqlar üzrə) sonrakı məşğələyə keçirilir və ona əvvəlki müstəqil işin yarısı qədər vaxt sərf edilir.
Kiçik və orta yaş qruplarında 1-2 mövzu üzərində iş aparılır, odur ki, məşğələlər 2-3 hissədən ibarət olur. Böyük yaş və məktəbə hazırlıq qruplarında 2-3 mövzu üzərində iş aparılır, ona görə məşğələlər 3-4 hissədən ibarət olunur.
Məşğələnin təşkili və keçirilməsi uşaqların fəallaşdırılması, əyani və didaktik materiallardan istifadə edilməsi pedaqoji-psixoloji tələblərə cavab verməlidir.
Müəllim məşğələyə hazırlaşarkən qrupdakı uşaqların yaş və bilik səviyyəsini, fərdi xüsusiyyətlərini nəzərə alır, qabaqcadan zəruri olan əyani vasitələri, didaktik və paylama materiallarını hazırlayır.
Müəllim elə təlim metodu və priyomlarını tətbiq etməlidir ki, onlar uşaqlarda təkcə sadə riyazi təsəvvürlərin formalaşdırılmasını deyil, həm də onların psixi funksiyalarının (qavrayış, yaddaş, təfəkkür, təxəyyül) inkişafını təmin etsin.
Bağça yaşlı uşaqların ilk riyazi hazırlığı, onların məktəbə hazırlanması işinin bir hissəsi olub, sadə riyazi təsəvvürlərin formalaşdırılması məqsədini daşıyır. Bu hazırlıq prosesi uşaq bağçasında aparılan təlim-tərbiyə işinin bütün istiqamətləri ilə əlaqədardır.
Bağça yaşlı uşaqların riyazi hazırlığı vəzifəsini həyata keçirmək üçün:
• uşağın fərdi inkişaf xüsusiyyətləri, zehni inkişafı və bacarığı;
• biliklərin mənimsənilməsində uşağın yaş xüsusiyyətləri və bununla əlaqədar bacarıq və vərdişlər;
uşaq bağçası ilə ibtidai məktəbin I sinfi arasında varislik nəzərə alınmalıdır.

2)Sonrakı mərhələdə işin xarakteri başqa istiqamətə yönəldilir; yəni uşaqlara təklif olunur ki, qruplardan ayrı-ayrı əşyalar götürsünlər və ya ayırsınlar. Ümumi əlamətə görə əşyalardan düzəlmiş qrupu əşyaların başqa əlamətlərinə görə hissələrə ayırırlar. Məsələn, kubiklər çoxluğunu – qırmızı kubiklər və sarı kubiklər (alt çoxluqlara) ayırır və qırmızı və sarı kubiklər arasında qarşılıqlı birqiymətli uyğunluq yaratmaqla, hansının çox olduğu müəyyən edirlər. Beləliklə, miqdar haqqında ilk təsəvvürlər tədricən formalaşmağa başlayır.


Müəllim əşyalar qrupuna əşya əlavə edir və əşya götürür, uşaqlar müşahidə edir; miqdar etibarilə qrupun artdığı və ya azaldığını uşaqlara öyrədir. Çalışmalar prosesində “bir”, “çox”, “bir-bir” sözlərini təkrarlamaq lazımdır. “Neçə?”, “Neçəsi?” suallarını qoymaqla, uşaqlardan müvafiq cavabları almaq lazımdır. Məşğələdə istifadə olunan oyuncaqları dəyişmək lazımdır. Hər dəfə uşaqların diqqəti miqdari münasibətlərə yönəldilməlidir. Uşaqlar əşyaların hamısına xas olan ümumi əlaməti göstərməyi bacarmalıdırlar. Ətraf mühitdə bir və çox olan əşyaları tapdırmaq lazımdır. Məsələn, otaqda stullar çoxdur, ancaq şkaf 1 dənədir. Qeyd etmək lazımdır ki, otaqdakı əşyalar bir-birinə yaxın və ya uzaq ola bilər. Sonra eyni əlaməti olan əşyalarla başqa əlaməti olan digər əşyalar miqdari cəhətdən müqayisə edilir: “Hansı çoxdur?” sualı qoyulur. Uşaqlar cavab verməyə çətinlik çəkərlərsə, müəllim onlara kömək edir.
Əşyaların əlamətlərini müəyyən etmək və onu adlandırmaq bacarığının inkişaf etdirilməsinə xüsusi diqqət yetirmək lazımdır. Bu işə nail olduqdan sonra uşaqların diqqəti əşya qrupları arasındakı miqdari cəhətlərə yönəldilir. Bunun nəticəsində uşaqlarda mücərrədləşdirmə təsəvvürləri tədricən əmələ gəlir. Onlar əşyaların aşkar görünən əlamət və xassələrindən daha çox onların miqdari münasibətləri ilə maraqlanırlar. Əlbəttə uşaqları bu işə müəllim sövq etməlidir.
Bu yaş qrupu uşaqlarında “bərabərdir”, “bərabər deyil” miqdari münasibətləri haqqında təsəvvürlər yaratmaq üçün iki çoxluq götürülür və birinci çoxluğun hər bir elementinə ikinci çoxluğun bir elementi uyğun qoyulur. Məsələn, oyuncaq maşınlar çoxluğu ilə oyuncaq qarajlar çoxluğunu bu qayda ilə müqayisə etmək olar. Elə etmək lazımdır ki, uşaqlar üç halın şahidi olsunlar: 1) maşınlar və qarajlar qədərdir;
2) maşınlar qarajlardan çoxdur; 3) maşınlar qarajlardan azdır. Bu şəkildə müqayisəni başqa əşyalar çoxluqları ilə də təkrar etmək lazımdır. Nəticədə uşaqlar “o qədərdir”, “çoxdur”, “azdır”, “neçədir” münasibətlərini dərk edirlər.


Yüklə 183,53 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin