Tədris planı üzrə fənnin auditoriya saatı: 150 İxtisas: Məktəbəqədər təlim və tərbiyə Təhsil ILI: 2021/22


Kiçik qrupda forma haqqında təsəvvürlərin yaradılması



Yüklə 183,53 Kb.
səhifə73/86
tarix21.06.2022
ölçüsü183,53 Kb.
#62015
növüTədris planı
1   ...   69   70   71   72   73   74   75   76   ...   86
İmtahan suallarının cavabları 2

3.Kiçik qrupda forma haqqında təsəvvürlərin yaradılması.
3)İkinci kiçik yaş qrupunda uşaqlar həndəsi fiqurlar haqqında ilk təsəvvürləri oyunlar vasitəsilə qazanırlar. Müxtəlif kürələr, kubiklər, həndəsi mozaika və s. oyun üçün əlverişli materialdır. Bu fiqurların adlarını müəllim söyləyir, lakin uşaqların həmin adları yadda saxlamasına ehtiyac yoxdur. Uşaqlar kürə ilə kubu ayırd edirlər. Kürəni diyirlətməklə müəyyən edirlər ki, kubu diyirlətmək olmur. Çalışmaq lazımdır ki, kürələr və kublar müxtəlif rəngdə olsun.
Müxtəlif rəngli və müxtəlif ölçülü kubları müşahidə edirlər. Kublardan müxtəlif fiqurlar, ev, qüllə və s. düzəldirlər. Sonra eyni rəngli kublardan və eyni rəngli şarlardan qruplar düzəldirlər. Fiqurların formalarına, rənglərinə və ölçülərinə görə fərqləndirilməsinə aid çalışmalar yerinə yetirilir. Müəllim ayrı-ayrı fiqurları nümayiş etdirməklə onların konturunu əli ilə göstərir və bu işi uşaqlara təkrar etdirir.
Sonrakı məşğələlərdə görmə və bilavasitə toxunma vasitəsilə həndəsi fiqurlardan dairəni, kvadratı və üçbucağı bir-birindən fərqləndirməyi, göstərməyi və adlandırmağı öyrədirlər. Burada işi asanlaşdırmaq üçün müxtəlif rəngli fiqurlardan istifadə olunur.
Əvvəlcə fiqurlar rəng əlamətinə görə, sonralar isə ölçülərinə görə müqayisə edilir. Nümayiş və paylama materialı kimi həndəsi fiqurların kağızdan, kardondan kəsilmiş modellərindən istifadə olunur.
Fiqurların formaları haqqında təsəvvür yaratmaq üçün müəllimin nümunəsi və göstərişi əsasında uşaqlar bu və ya digər hərəkətləri yerinə yetirirlər. Məsələn, şarı diyirlətmək olur. Çünki, səthi hamardır. Kubu diyirlətmək olmur, çünki təpələri mane olur.
Fiqurların fərqləndirilməsi və adlandırılmasına aid çalışmalar davam etdirilir. Məsələn, belə çaılşmalar vermək olar: “Dairəni sağ ələ, kvadratı sol ələ götür”. “Bütün kvadratları düzüm taxtasının üst cərgəsinə, bütün dairələri isə alt cərgəsinə düzün”, “Maşın üçün dörd təkər hazırla”.


4.Kiçik qrupda fəza anlayışının formalaşması
4)İkinci kiçik yaş qrupu uşaqları ilk dəfə fəzada istiqamət elementləri ilə tanış edilirlər. Bunun üçün uşağın özündən başlamaq lazımdır. Uşaq öz bədəninə nəzərən qabaqda, arxada, sağda, solda kimi fəza istiqamətlərini fərqləndirməyi bacarmalıdır. Bununla əlaqədar onlar öz bədənlərinin hissələrini: sağ əl, sol əl, sol ayaq, üz, başın arxası kimi anlayışlarını bilməlidirlər. Təcrübə göstərir ki, bəzən uşaqlar (hətta I sinifdə) sağ, sol istiqamətlərini düzgün ayırd edə bilmirlər. Odur ki, bu istiqamətdə sistematik iş aparmaq lazımdır. Çalışmaq lazımdır ki, qarşılıqlı əks istiqamətlər eyni zamanda öyrədilsin. Məsələn, yuxarı-aşağı, qabaqda-arxada, solda-sağda.
Sol-sağ istiqamətlərini uşaqların fəliyyəti ilə əlaqələndirmək lazımdır. Məsələn, sağ ilə qaşığı, qələmi sol əl ilə tuturlar. Çalışmaq lazımdır ki, ilk məşğələlərdən uşaqlar hər əlin vəzifəsindən düzgün istifadə etsinlər. Son vaxtlar bəzi tədqiqatçılar “uşağın iradəsi əleyhinə” getməməyi məsləhət görürlər. Yəni uşaq üçün hansı əl ilə rahatdırsa, qoy onunla yazsın. Bu fikirlə razılaşmaq çətindir. Çünki vərdişdən çox şey asılıdır. Yenicə əlinə qələm alan uşağa onun qaydaları öyrədildikdə və tez-tez təkrar edildikdə, vərdiş tez yaranır. Müşahidə göstərir ki, sol əl ilə yazan, fiziki işləri sol əl ilə görən uşaqlar kollektivdə bəzən maneçilik törədirlər. Məsələn, sol əl ilə yazan uşaq müəyyən dərəcədə yanındakı yoldaşına (sağ əl ilə yazan) mane olur, onun sərbəst yazması məhdudlaşır. Bundan əlavə, gələcəkdə sol əl ilə ağır işlərin görülməsi (qumbara atma, çəkic vurma və s.) ürəyə də mənfi təsir göstərir.
Fəzada istiqaməti müəyyən etməyə aid çalışmalar (hərəkətlərin icrası) 3-5 dəqiqədən artıq olmamalıdır.
İstiqamətləri göstərmək üçün bacarıqlardan da istifadə edilir. Müəllimin göstərişi ilə uşaqlar istiqamətləri göstərirlər.
Uşaqlar kağız üzərində istiqamətləri müəyyən etmək üçün vərdiş qazanırlar. Məsələn, kağız vərəq üzərində soldan sağa və yuxarıdan aşağı əşyaları düzməyi öyrənirlər. Sonra isə düzülmüş əşyaların istiqamətləri soruşulur.
İstiqamətin müəyyən edilməsi say təlimi ilə əlaqələndirilir. Məsələn, “Hansı dairələr çoxdur?” (soldakı), “hansı dairələr azdır?” (yuxarıdakı) və s.


5.Kiçik qrup uşaqlarında əşyaların böyüklüyü haqqında təsəvvürlərin yara­dılması.
5)İkinci kiçik yaş qrupları (üç yaşlı) əşyaların xassələrini müstəqil ayırd edə bilmirlər. Ölçülərə görə fərqli əlamətləri yalnız “böyükdür”, “kiçikdir” sözləri ilə ifadə edirlər. Ona görə də ilk məşğələlərdə çalışmaq lazımdır ki, əşyalar bir ölçüsünə görə müqayisə edilsin. Məsələn, “uzundur-qısadır”, “hündürdür-alçaqdır” və ya “genişdir-dardır”, “qalındır-nazikdir”, “hündürlükləri eynidir-bərabərdir”. Hər ölçünün müqayisəli şəkildə öyrənilməsinə 3-4 məşğələ həsr olunur.
Məsələn, birinci məşğələdə uzunluq əlaməti haqqında təsəvvür yaratmaq istəyiriksə, onda yalnız uzunluqları müxtəlif olan iki eyni formalı, eyni rəngli əşya nümayiş etdirməli və onun üzərində iş aparmalıyıq. Çalışmaq lazımdır ki, nümayiş etdirilən əşyaların uzunluq fərqi 10-15 sm, paylama materialında isə fərq 5-6 sm olsun.
Müqayisə zamanı əşyalar elə qoyulmalıdır ki, yaxud əldə elə tutulmalıdır ki, uşaqlar fərqi yaxşı müşahidə etsinlər. Əşyanın ölçüsünü nümayiş etdirərkən müəllim onu əl hərəkəti ilə göstərməlidir. Sonra elə oyunlar keçirilməlidir ki, uşaqlar əşyanın ölçüsünü başqa əşyanın ölçüsü ilə gözəyarı müqayisə edə bilsinlər, məsələn, tircik körpü rolunu oynayır, onun üstündən maşın keçməlidir. Uşaqlar körpünün eni ilə maşının enini müqayisə edirlər. “Maşın keçə bilərmi?”, “nə üçün?”. Düzgün cavab vermək üçün uşaqlar üst-üstə qoyma priyomundan istifadə edirlər.
Əşyaların uzunluqlarını, enini və hündürlüklərini müqayisə etmək üçün üst-üstə qoyma, yanaşı qoyma priyomları öyrədilir.
Bundan sonra ölçüləri bərabər olan əşyaların müqayisəsinə aid çalışmalar verilir. Uşaqlar müxtəlif uzunluqda olan çöplər, tirciklər arasında uzunluqları eyni olanları tapır və yanaşı qoyurlar. Yığıla bilən oyuncaqlar və didaktik materiallar əsasında müxtəlif oyunlar keçirilir. Məsələn, “Qüllə düzəlt”, “Oyuncağı yığ” və s.
Orta yaş qrupunda əşyaların ölçülərinin müqayisəsinə aid çalışmalar davam etdirilir. Dərs ilinin birinci və ikinci kvartalında əşyaların ölçülərinin müqayisəsinə aid çalışmalar əsasən say təlimi ilə əlaqələndirilir. Müqayisə həm üst-üstə və ya yanaşı qoymaqla, ya da gözəyarı aparılır. Lakin burada müqayisə olunan əşyaların ölçü fərqi nümayiş materialında 4-5 sm, paylama materialında isə 2-3 sm olur. Burada həm əldə olan materiallardan, həm də ətraf mühitdəki əşyalardan istifadə olunmalıdır.
Dərs ilinin ikinci kvartalında uşaqlar əşyaların eyni zamanda iki ölçüsünü müqayisə etməyi öyrənirlər. Məsələn, 2 düzbucaqlının eni və uzunluğu müqayisə edilir. Əvvəlcə elə iki düzbucaqlı götürülür ki, onların eni eyni, uzunluqları müxtəlif olsun. Ətraf mühitdə uzunluqları eyni, eni müxtəlif və tərsinə eni eyni, uzunluqları müxtəlif olan əşyalar tapırlar. Nəhayət, eni və uzunluqları bərabər olan əşyaları müqayisə edirlər. Buna üç məşğələ həsr edilir. Bu məşğələlərdə digər biliklər də təkrar edilir. Bundan sonra 2-5 əşyanın ölçülərinin müqayisəsinə aid çalışmalar verilir. Uşaqlar eyni formalı müxtəlif ölçülü əşyaları ölçüləri artma və ya azalma sırasına görə düzürlər. Hər bir əşya bilavasitə özündən əvvəlki və sonrakı əşya ilə müqayisə edilir.
Gözəyarı ölçmə və müqayisə vərdişlərinin aşılanmasına xüsusi diqqət yetirilir. Əşyaların ölçülərinə görə sıraya düzülməsinə aid 7-8 məşğələ həsr edilir. Bu məşğələlərdə proqramın digər mövzuları da təkrar olunur.



Yüklə 183,53 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin