Tədris planı üzrə fənnin auditoriya saatı: 150 İxtisas: Məktəbəqədər təlim və tərbiyə Təhsil ILI: 2021/22


Fəaliyyətin təşkili və ictimai davranış təcrübəsinin formalaşmasına xidmət edən metod (alışdırma)



Yüklə 183,53 Kb.
səhifə24/86
tarix21.06.2022
ölçüsü183,53 Kb.
#62015
növüTədris planı
1   ...   20   21   22   23   24   25   26   27   ...   86
İmtahan suallarının cavabları 2

29.Fəaliyyətin təşkili və ictimai davranış təcrübəsinin formalaşmasına xidmət edən metod (alışdırma).

Bu metodlar qrupu insanda müsbət adətlər yaratmaq və iradəni möhkəmlətməklə düzgün davranış təcrübəsi formalaşdırmağa xidmət edir. İnsan qəbul etdiyi mənəvi ideyanı, öz əqidə və inamını gündəlik davranış və rəftarında tətbiq edir, müəyyən fəaliyyətə alışır. Bu mənada bəzi pedaqoji mənbələrdə ikinci qrup metodlar alışdırma metodları adlanır. Həmin metodlar müxtəlif formalarda olur.


1. İnsanın müxtəlif fəaliyyət növlərinə cəlb edilməsi onda davranış təcrübəsinin formalaşmasında böyük rol oynayır. Məsələn, oyun və idman insanın iradəsini möhkəmlədir, onda bir sıra müsbət keyfiyyətlər - kollektivçilik, yoldaşlıq, dostluq, intizam tərbiyə edir. İctimai iş, fəaliyyət insanda məsuliyyət, dəqiqlik, fəallıq, təşkilatçılıq keyfiyyətləri aşılayır. Buna görə də uşaq, yeniyetmə və gəncləri müxtəlif fəaliyyət növlərinə cəlb etmək, bu yolla onlarda düzgün davranış, ünsiyyət təcrübəsi formalaşdırmaq lazımdır.
2. Tərbiyələndirici situasiyaların yaradılması metodu əvvəlki metodla sıx bağlıdır. Burada da tərbiyəçi müxtəlif fəaliyyət növlərinin vasitəsilə uşağı xüsusi təşkil edilmiş tərbiyəedici situasiyaya salır. Ayrı-ayrı fəaliyyət növlərində belə situasiyalar yaradılır. Məsələn, təlimdə uşaq yoldaşlıq köməyinə, ictimai işdə - müxtəlif ictimai tapşırıqlara, habelə şəfqət dəstələri yaratmaqla başqalarına qayğı göstərməyə, idmanda küsülü uşaqla bir komandaya, əməkdə birgə tədbirlərə cəlb edilir. Kiçik yaşlarda oyun situasiyaları daha təsirli olur. Məsələn, müəllim xaraktercə eqoist uşağı oyunda elə rola cəlb edir ki, o kiçik uşaqlara qayğı göstərsin, onları oyuncaqlarla təmin etsin.
Yeniyetmə və gənclərlə tərbiyə işində onları xüsusi ictimai vəzifələrə, tapşırıqlara cəlb etməklə təşkilatçılıq, yoldaşlıq, dəqiqlik və s. keyfiyyətləri formalaşdırmaq olar. Ümumi iclasda bu və ya digər qərarla bağlı yeniyetmə və gəncləri seçim qarşısında qoymaq motivlər mübarizəsi, ideya mövqeyi, baxış və əqidənin formalaşmasında mühüm rol oynayır.
3. Tələb metodu insanı müsbət əməllərə sövq etmək və xoşagəlməz hərəkətlərdən çəkindirmək yolu ilə düzgün davranış təcrübəsi formalaşdırmaq
məqsədi güdür. Tələb tərbiyənin vacib şərtidir: tələbsiz tərbiyə yoxdur (A.S.Makarenko). Pedaqoji tələblər insanı müəyyən qaydaya alışdırmağa, adət yaratmağa, intizamı möhkəmləndirməyə kömək göstərir. Tələb həm də insanı müəyyən hərəkətlərdən çəkindirir, onu düz yola gətirir.
Tərbiyə işində tərbiyəçi ilə yanaşı, kollektivin də öz üzvlərinə tələb verməsinə nail olmaq lazımdır.
4. İctimai rəy metodu tələbin kollektiv forması olub, müəyyən şəxs və hərəkətlə bağlı kollektivin ümumi rəyini, qiymətini ifadə edir. İctimai rəy kollektivin iradəsini əks etməklə fəal və təsirli qüvvə kimi çıxış edir. O, bacarıqlı tərbiyəçinin əlində tərbiyə metodu funksiyasını yerinə yetirir, tərbiyənin subyekti, müəllimin etibarlı müttəfiqi rolunu oynayır.

Yüklə 183,53 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin