.
10.Təbiət guşəsinin təlim-tərbiyəvi əhəmiyyəti.
Təbiət guşəsini kiçik laboratoriya adlandırırlar. Bu laboratoriya adı özünü uşaq
uşəsinin təşkil edilməsinin yaxşı cəhəti ondadır ki, uşaqlar bitki və heyvanların mənzərəsinə yaxından müşahidə etmək yox, həm də uzun müddət baxa bilərlər. Bütün obyekt göz qabağında olur. Hər gün uşaqlar təbiət guşəsində yeni bir şey görə bilər, hansı ki, bunu o, təbiətin qoynunda heyvanlar tez-tez hərəkət etdiyi zaman görə bilməz
Təbiət guşəsi uşaqlara çox miqdarda olmayan guşə sakinlərinə, onların tipik əlamətlərinə diqqətini cəmləşdirməyə və bu barədə biliklərini dərinləşdirməyə imkan yaradır. Uşaqların təbiətdə bilavasitə rast gəldiyi və heyvan müxtəlifliyi onların həyatında olan ümumi cəhətləri və əhəmiyyətli qanunauyğunluğu ayırmağı çətinləşdirir. Belə bir çətin və vacibli məsələnin həllinin təşkil edilmiş təbiət guşəsi asanlaşdırır. Təbiət guşəsində obyektlərin, məkan yaxınlığının da böyük əhəmiyyəti vardır. Belə ki, uşaqlar bitki və heyvanlara yaxşı baxmaq imkanına malik olur və uzun müdddət müşahidə edə bilirlər.
Təbiət guşəsi üçün sakinlərin seçilməsinə verilən tələblər aşağıdakılardır:
1. Təbiət guşəsi üçün sakinləri seçərkən bu və ya digər sistematik və ekologiya qrupu üçün tipik olmalıdır. Belə olduqda uşaqları böyük bir heyvan və bitki qrupu üçün tipik olan əlamətlə tanış etmək imkanı olur.
2. Təbiət guşəsi üçün elə bir bitki və heyvan qrupunu seçmək lazımdır ki, qidaya çox tələbkar olmasın, çox qulluq tələb edilməsin. Onlara qulluq etmək məktəbəqədər yaşlı uşaqların gücünə müvafiq olmalıdır.
3. Bitki və heyvanın xarici görkəmi cəlbedici olmalıdır.
4. Təbiət guşəsi üçün seçilən eyni bitki və heyvanları bir neçə növü olmalıdır. Bu bitki və heyvanlarda nəinki ümumiliyi və ya fərdiliyi görməyə, həm də canlı orqanizmin təkrar olunmazlığını və müxtəlifliyi başa düşməyə kömək edir.
5. Təbiət guşəsində saxlanan bitki və heyvanlar təhlükəsiz olmalı və uşaqlara zərər gətirməyən olmalıdır.
6. Təbiət guşəsi üçün bitki və heyvanlar seçilərkən uşaq bağçasının şəraiti sakinlərin həyat tərzi boyu və inkişaf etməsi nəzərə alınmalıdır.
. Təbiət guşəsində uşaq öz fəallığını artırmaq imkanına malik olur. Uşaq bağçasında uşaqların təbiətlə tanış edilməsi, daim onların bilavasitə təbiətlə əlaqədar olmasını təmin edir. Bu tələbi də yerinə yetirən şərtlərdən biri uşaq bağçasının hər bir qrupunda təbiət guşəsinin təşkil edilməsidir. Bumdan başqa uşaq bağçasının ümumi təbiət guşəsi də təşkil edilməlidir ki, uşağın bitki və heyvanlar üzərində müşahidəsini və əməyin ilin hər bir vaxtında təşkil etmək mümkün olsun. Uşaq bağçasında təbiət guşəsinin təşkil edilməsinin əhəmiyyəti ondan ibarətdir ki, uşaqlar təbiətlə tanışlıq üzrə ardıcıl, sistematik biliklər qazanır. Guşə sakinləri haqqında möhkəm biliklər mənimsəyirlər, onlarda əmək bacarığı və vərdişlər əsasında yaranır, həmçinin müşahidəçilik qabiliyyəti inkişaf edir. Aldıqları bilik və vərdişlər əsasında onlarda təbiətə qoruyucu münasibət və maraq yaranır.
Təbiət guşəsində uşaqların fəaliyyəti ekskursiya ilə sıx bağlıdır. Lakin ekskursiya vaxtı balığa baxmaq, otun arasında kərtənkələni sezmək və ya uçan quşu görmək çətin olur. Uşaqlar isə bunları daha yaxından görmək istəyirlər.
Dostları ilə paylaş: |