Tədris planı üzrə fənnin auditoriya saatı: 150 İxtisas: Məktəbəqədər təlim və tərbiyə Təhsil ILI: 2021/22


Təbiətlə tanışlıqda müşahidə əsas metodur



Yüklə 183,53 Kb.
səhifə85/86
tarix21.06.2022
ölçüsü183,53 Kb.
#62015
növüTədris planı
1   ...   78   79   80   81   82   83   84   85   86
İmtahan suallarının cavabları 2

19.Təbiətlə tanışlıqda müşahidə əsas metodur
19) MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARIN TƏBİƏTLƏ TANIŞLIĞININ METODLARI. Təlim prosesində tərbiyəçi müxtəlif metodlardan istifadə edir. Uşaq bağçasında təlimin metodları məktəbəqədər yaşlı uşaqların bilik, bacarıq və vərdişlərinin müvəffəqiyyətlə həyata keçirilməsi və öyrənmə marağının inkişaf etdirilməsinə xidmət edir. Tərbiyəçi təlim prosesində istifadə edəcəyi metodları və tərzləri qabaqcadan müəyyən edir və bunların vasitəsilə təlimin səviyyəsini yüksəldir. Məsələn, payız fəslinə dair müsahibə metodundan istifadə edərkən onu müxtəlif materiallarla daha da zənginləşdirir: uşaqlarla günəşin yerdən uzaqlaşması nəticəsində ağacların yarpağının saralıb tökülməsi, tarlalarda, bağ və bostanlarda məhsulun yığılması, adamların qışa hazırlanması, köçəri quşların uşub isti ölkələrə getməsi haqqında müsahibə təşkil edilir.
Payızda təbiət” mövzusunda rəsm işi təşkil edir, uşaqlara payız fəslinə aid şerlər öyrədilir.
Uşaq bağçasında təlim metodları əyani, şifahi, prakrik və oyun növlərinə bölünür.
Əyani metodlar. Uşaq bağçasında əyani metodlar geniş yer tutur. Bu didaktik prinsip olan əyanilikdən istifadə uşaqlarda təfəkkürün inkişafı ilə bağlıdır. Əyani metoddan yeni biliyin öyrədilməsində daha çox istifadə olunur. Əyani metoda natural obyektlər (əşya və hadisələr), əyani vəsaitlər (şəkil, heyvan vı quş müqəvvaları, model nümunələri və s.) daxil olur. Texniki vasitələrin tətbiqi (videofilmlər, maqnitafon yazılarl, televiziya verilişləri və s.) əyani təlimdə mühüm yer tutur.
Müşahidə ətraf mühitdəki cism və hadisələri məqsədyönlü, planlı, qısa və uzunmüddətli qavrama prosesidir. Onun məqsədi cism və hadisələri, sadəcə göstərmək deyil, ətraf mühitdə baş verən dəyişmələri uşaqlara müşahidə etdirməkdir. Uşaqlar yaşlıların əməyini, nəqliyyatın hərəkətini, heyvanların xarakteri və həyat tərzini, bitkilərin inkişafını müşahidə etməklə çox şey öyrənirlər.
Tərbiyəçi uşaqları tədricən müşahidə etmək bacarığına və qabiliyyətinə yiyələndirir. Uşaqların qarşısına öyrənmə məqsədi qoyur, onlara obyektləri müxtəlif şərait və vəziyyətdə “tədqiq” etməyi öyrədir. Müşahidə planına uyğun iş aparmaq onlarda müstəqil olaraq mühüm cəhətləri ikinci dərəcəlilərdən fərqləndirmək keyfiyyətlərini formalaşdırır.
Müşahidənin təşkili və keçirilməsi üçün bir sıra şərtlərə əməl edilməlidir. Elə şərait və vaxt seçilməlidir ki, uşaqlar müşahidə ediləsi keyfiyyəti obyektdə görə bilsinlər. Sual və göstərişlər elə qoyulmalıdır ki, uşaqlar müşahidə ediləsi keyfiyyəti obyektə görə bilsinlər. Sual və göstərişlər elə qoyulmalıdır ki, uşaqlar müşahidə edilən obyektdə əsas əlamətləri seçə bilsinlər. Əlavə və dolayı suallarla uşaqların diqqəti qarşıya qoyulmuş obyektə daha möhkəm yönəldirlməlidir.
Müşahidə zamanı tərbiyəçi bu və ya digər aydın olmayan əlamət və hadisələri başa salmaq üçün müsahibədən istifadə edə bilər. Əgər uşaqlar nəqliyyatın çox olduğu yerə ekskursiyaya getməlidirsə, tərbiyəçi qabaqcadan müsahibə metodundan istifadə edərək onlara küçə hərəkəti qaydalarından nəyə daha çox diqqət

yetirəcəklərini və bu qaydaların necə tənzimlənməsini öyrədir. Bütün bunlarla yanaşı, o, uşaqlara ekskursiya zamanı özlərini necə aparmalarına aid suallar da verir. Müəyyən edilmiş döngəyə çatanda tərbiyəçi uşaqları elə yerləşdirməlidir ki, hamı küçənin sonrakı hissəsini görə bilsin və təhlükəsizlik qaydalarına əməl olunsun.



Yüklə 183,53 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin