Tədris planı üzrə fənnin auditoriya saatı: 150 İxtisas: Məktəbəqədər təlim və tərbiyə Təhsil ILI: 2021/22


Uşaqların təbiətlə tanışlığında məşgələ əsas forma kimi



Yüklə 183,53 Kb.
səhifə84/86
tarix21.06.2022
ölçüsü183,53 Kb.
#62015
növüTədris planı
1   ...   78   79   80   81   82   83   84   85   86
İmtahan suallarının cavabları 2

18.Uşaqların təbiətlə tanışlığında məşgələ əsas forma kimi.

18) Məktəbəqədər yaşlı uşaqların ətraf aləmdə gördükləri əşyaların adlarını yadda saxlamaları ilə qənaətlənmək olmaz. Onlar həmçinin əşyalar və hadisələr arasında müxtəlif əlaqələri müəyyənləşdirməyi də bacarmalıdırlar. Bu dövrdə uşaqlar sadəcə bioloji, fiziki, ictimai hadisələrin mahiyyətini dərk etməlidirlər. Ona görə də uşaqları canlı və cansız aləmin müxtəlif sahələrinə daxil etmək lazımdır. Məktəbəqədər dövrün vəzifəsi bir tərəfdən uşağı məktəb proqramına yaxınlaşdırmaq, digər tərəfdən onun özünün maraq dairəsinə, səviyyəsinə, ehtiyacına uyğun proqram yaratmasına imkan verməkdir. Uşaq müstəqilliyə alışmaqla yanaşı, yeni biliklərə, bacarıqlara yiyələndiyini də dərk etməlidir.


Uşaqların inkişafında və tərbiyəsində müxtəlif vasitələr mövcuddur. Onlardan ən başlıcası təbiətlə tanışlıqdır. Təbiət mənəvi zənginlik üçün tükənməz mənbədir. Uşaqlar daima bu və ya digər formada təbiətlə ünsiyyətdə olurlar.

Onları düzənliklər, çaylar, meşələr, quşlar, böcəklər, kəpənəklər, heyvan və müxtəlif təbiət hadisələri daima cəlb edir. Bu da uşaqlarda əməyə, bədii fəaliyyətə, canlı maraq oyadır, onları oyuna cəlb edir və inkişafları üçün zəngin qida verir.


Meşədə, göldə, düzdə, çay qırağında, oyun, göbələk, giləmeyvə yığmaq, çiçək toplamaq, heyvan və bitkilərin müşahidəsi uşaqlara şən, həyəcanlı anlar bəxş edir. Ümumiyyətlə, insan uşaqlıqda aldıqları təəssüratları, xatirələri unutmur, ömür boyu yaşadır. Təbiətə məhəbbət, uşaqlıqda oynadığı yerlərə bağlılıq, onlarda öz doğma yurduna, təbiətə, vətənə məhəbbət hissi yaradır. Onlarda vətənpərvərlik tərbiyəsi inkişaf edir.Təbiətlə tanışlıq prosesi idrak prosesinin mühüm bir mərhələsi kimi bu prosesin bir sıra məsələlərini özündə əks etdirir. Təbiətlə fəal ünsiyyət prosesində uşaq özünü canlı təbiətin üzvü, bir parçası kimi dərk etməklə, təbiətə fəal müdaxilənin mümkünlüyünü dərk edir. Ağac əkmək, suvarmaq, yer belləmək, heyvanlara qulluq etmək prosesində uşaq təbiəti bizim fəaliyyətimizlə dəyişən, tənzimləyən bir mühit kimi qavrayır. Məktəbəqədər yaşlı uşaqların təbiətlə tanış edilməsi onları əhatə edən təbiət haqqında real biliklər olması vasitəsidir, hissi təcrübədə, tərbiyədə düzgün münasibətin əsasıdır. Uşaqların təbiət hadisələrini düzgün mənimsəmələri üçün onları təbiəti dünyada istiqamətləndirmək lazımdır.
Uşaqların ətraf aləmdə dəfələrlə gördükləri əşyalar haqqında söhbət təşkil olunduqda, onlar həmin əşyaların adlarını sadalamaqla kifayətlənirlər. Bir çox hallarda uşaqların diqqəti aydın, parlaq, hərəkətdə olan əşyaya yönəldiyindən qavrayışları məhdudlaşır. Təəssüf ki, valideyn və tərbiyəçilər də bununla razılaşırlar. Əşya və hadisələrin adlarını bilmək, onları bir – birindən fərqləndirmək hələ işin başlanğıcıdır. Onların mahiyyətinin dərk olunması üçün uşaqları müşahidəçiliyə alışdırmaq lazımdır. Bunun üçün uşaq valideynin və tərbiyəçinin rəhbərliyi və köməkliyi ilə hər hansı əşyanın hissələrini görməyi, onların adlarını və vəzifələrini müəyyənləşdirməyi bacarmalıdır. Uşaq çinar ağacı üzərində müşahidə aparırsa, onun gövdəsinin, budaqlarının, yarpağının, meyvəsinin böyüklüyünə, formasına, rənginə, ətrafdakı ağaclardan nəyinə görə fərqlənməsinə fikir verməlidir. Müşahidə prosesində uşaq əşyaya əl vurub sığallamaqla, onun kələkötür, tikanlı, isti,

Məktəbəqədər yaşlı uşaqların ətraf mühit və təbiətlə tanış edilməsinin əsas vəzifəsi.


Uşaqların ətraf aləmlə tanışlığının əsas vəzifələri bunlardır:
a) uşaqların ətraf aləm haqqında bilik, bacarıq və vərdişlərə yiyələnməsi. Uşaqlara milli – mənəvi dəyərlərdən istifadə etməklə ictimai həyat hadisələri haqqında məlumatlar vermək;
b) uşaqlarda ictimai aləmə və təbiətə obyektiv münasibət tərbiyə etmək. Onlarda öz xalqının ictimai həyat hadisələrinə milli özünəqayıdış vaxtında qiymətləndirmə bacarığı tərbiyə etmək;
c) uşaqlarda yaşlıların təsərrüfat, məktəb və təbiətdəki əməyinə məhəbbət və sadə əmək bacarıqları tərbiyə etmək;
d) uşaqlara Vətənin ictimai həyatında və təbiətdəki gözəlliklərini görmək və qiymətləndirmək bacarığını aşılamaq;
e) uşaq şəxsiyyətinin ətraf aləm faktorlarının müsbət təsirləri nəticəsində formalaşdırılması. Körpələr evi – uşaq bağçasında ətraf aləmlə tanışlıq məşğələləri və onlara verilən tələblər.
Məktəbəqədər yaşlı uşaqların təbiətlə tanış edilməsi onların idrak maraq-larının inkişafında əsas rol oynayır. Ətraf aləm və təbiətlə tanışlığa aid ilk biliklərə yiyələnmə uşaqların əqli tərbiyəsi ilə yanaşı, həm də əxlaqi və estetik tərbiyəsinin mənbəyi hesab olunur. Uşaqların əqli cəhətdən məktəb təliminə hazırlanmasında

təbiət və ətraf mühit mühüm vasitədir. Nahaq yerə demirlər ki, “Təbiət insanın ilk müəllimidir”.


Uşaqlar kiçik yaşdan təbiətlə təmasda olmasa, tərbiyə - təlimdə ondan istifadə edilməsə onların hərtərəfli inkişafının qarşısında duran vəzifələri həll etmək olmaz.
Məktəbəqədər tərbiyə müəssisələrində tərbiyə - təlim proqramına uyğun olaraq uşaqların hərtərəfli inkişafının qarşısına vəzifələr qoyulur ki, bunlar da bir – birilə sıx əlaqədardır (tərbiyənin 5 tərkib hissəsi).
Təbiət uşağın təfəkkürünü fəaliyyətə gətirir. Cisim və hadisələrin mahiyyətini, onların arasındakı mühüm əlaqə və münasibətləri əks etdirən, varlığın insan beynində ümumiləşmiş inikası olan təfəkkür prosesində uşaqlar qavranılmış cisimlər qrupuna aid ümumi, həm də mühüm cəhətləri ayırır və onları sözlərlə ifadə edirlər. Təfəkkür qavrayış və təsəvvürlə, bir sözlə, hissi qavrayışla sıx bağlıdır. Uşaq ona əsaslanaraq ətraf aləmdəki əşyalar arasında münasibətlərin əsas xassələrini ayırmaq imkanı əldə edir. Bununla məktəbəqədər yaşlı uşaq yalnız sxematik təsviri anlamır, həm də ondan müvəffəqiyyətlə istifadə edir. Bütün bunlarla yanaşı, onun təfəkkürü əşyalarla real fəaliyyətə əsaslanmaqla öz konkretliyi, əyaniliyi, düzgün ümumiləşdirmə qabiliyyətinin olmaması ilə xarakterizə edilir. O uşaqlar bir çox hallarda əşyanı mühüm əlamətlərinə görə müəyyənləşdirə bilmir. Cins – növ anlayışını bilməmək bu dövr üçün xarakterikdir. Ona görə də ağac, çiçək, tərəvəz, meyvə, giləmeyvə və s. əşyaları ən mühüm əlamətlərinə (forması, rəngi, dadı, ətri və s.) görə tanımaq üzrə məşğələlərin təşkili vacibdir. Alma, armud, heyva, nar, üzüm, əncil, albalıya hansı ümumi adın verilməsinin mümkünlüyü xəbər alınır. Onlara birlikdə “meyvə” deyildiyini öyrənən uşaq böyürtkən, moruq, çiyələkdə də oxşarlığı hiss edir və bunları necə adlandırmaq üzərində düşünür. Beləliklə, çox sadə yolla “növ”, “cins” anlayışları formalaşır. Bununla da ətraf aləmlə tanışlıq uşağın dünya görüşünün formalaşmasında nitqinin və məntiqi təfəkkürünün inkişafında misilsiz rol oynayır.



Yüklə 183,53 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin