Tədris planı üzrə fənnin auditoriya saatı: 150 İxtisas: Məktəbəqədər təlim və tərbiyə Təhsil ILI: 2021/22


Uşaqların vəhşi heyvanlarla tanış edilməsi



Yüklə 183,53 Kb.
səhifə82/86
tarix21.06.2022
ölçüsü183,53 Kb.
#62015
növüTədris planı
1   ...   78   79   80   81   82   83   84   85   86
İmtahan suallarının cavabları 2

15.Uşaqların vəhşi heyvanlarla tanış edilməsi.
15) Heyvanlar aləmindən vəhşi heyvanların həyat tərzi haqqında ilkin məlumatlara yiyələnirlər, bu heyvanların meşədə yaşamasını və nə yeməsi haqqında məlumatlara malik olurlar.
Böyük qrupda- uşaqlar təbiətlə tanışlıq haqqında təsəvvürləri genişlənir. Cansız təbiət haqqında havanın necəliyini (soyuq, isti, sərin, günəşli, yağmurlu, küləkli) müəyyən edirlər. Qum, su, daş, gil, dolu, ildırım haqqında məlumatları genişlənir. Məsələn, su soyuq və isti olur, qum səpələnir, gil quru olanda bərk olur, isladanda yumşalır və ondan müxtəlif fiqurlar düzəltmək olur. Bəzi şeylər (kağız, taxta) suda üzür, bəzi şeylər isə (daş, dəmir) suda batır. Təbiət hadisələri arasındakı asılılığı uşaqlara çatdırılır, hər fəslin spesifik xüsusiyyətlərini öyrənirlər.
Bitkilər aləmi haqqında uşaqlar 4-5 ağacın görünüşünə görə fərqləndirməyi, hissələrini (gövdə, budaq, yarpaq) adlandırmağı bacarmalıdırlar. Uşaqları kolla tanış etmək, kolla ağacın fərqini öyrənirlər, fəsillə əlaqədar bitkilərdə baş verən dəyişikliyi, tədricən yarpaqların saralıb tökülməsini uşaqlara izah emək lazımdır.
Uşaqlarda təbiətin gözəlliyini görüb, duymaq bacarığını tərbiyə etmək lazımdır. Əmək bacarıqları və bitkilərə qulluq etməyi formalaşdırmaq lazımdır. Uşaqlar bir neçə payız güllərini, ağaclarını, meyvə və tərəvəzlərin xarakterik xassələrini fərqləndirməyi və adlandırmağı bilirlər. Meyvə və tərəvəzlərin xarici əlamətləri arasında əlaqə yaratmağı və onların yetişmə dərəcəsini müəyyənləşdirməyi öyrənirlər. Uşaqları ev heyvanları və onların balaları həmçinin ev quşları və onların balaları haqqında xarakter xüsusiyyətləri, insanlara verdiyi xeyir ilə tanış etmək lazımdır. Uşaqlar ev heyvanlarına və quşlarına qulluq etməyə alışırlar. Vəhşiheyvanlar haqqında daha geniş biliklərə sahib olurlar, qışlayan quşların həyat tərzi haqqında məlumatları formalaşır.
16.Azərbaycanın heyvanlar aləmi.
16) Uşaqlar heyvan aləmi ilə də tanış olrlar. Natura, şəkillər üzrə, həmçinin oyuncaqlardan istifadə etməklə toyuq, xoruz, ördək, qaz, vəhşi quş, balıq, it, pişik, dovşanı tanımağı öyrənirlər. Uşaqların diqqətini heyvan və quşların bədəninin əsas hissələrinə yönəltmək, onları bir-birindən fərqləndirən əlamətləri tapmaq (quyruğuna, dimdiyinə, buynuzuna, ayaqlarına, rənginə, qaçmasına, uşmasına və s. görə fərqləndirmək) bacarığı formalaşır.
Canlı guşədə (təbiət guşəsində) dovşan, kirpi, qəfəsdəki quş, tutuquşu, akvariumdakı balıq üzərində müşahidə təşkil etmək lazımdır. Uşaqların diqqətini otaq bitkilərinə, təbiət guşəsindəki canlılara qulluq etməyə, onlara qayğı ilə, ehtiyatla yanaşmağa cəlb etmək lazımdır.
3 yaşında uşaqlara ev heyvanlarını (inək, qoyun, at, eşşək, it, pişik) və ev quşlarını (toyuq, cücə, xoruz) həm bilavasitə, həm də şəkil üzrə tanıtmaq və adlandırmağı, hərəkətlərini müşahidə etməyi öyrənirlər. Heyvanların səslərini və hərəkətlərini fərqləndirməyi öyrətmək lazımdır. Heyvanların səslərini və hərəkətlərini fərqləndirməyi öyrənirlər. Tərbiyəçinin təbiət guşəsindəki əməyini müşahidə edirlər, quşlara və heyvanlara akvariumdakı balıqlara yem verirlər. Cansız təbiətin ekoloji amilləri (su, hava, qum, işıq) və xüsusiyyətləri haqqında uşaqların təsəvvürləri genişlənir. Fəsli dəyişikliklərlə tanış olurlar, hava üzərində müşahidə aparırlar və necəliyini (qar əriyir, sel axır, yağış yağır və s.) qeyd etmək lazımdır.



Yüklə 183,53 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin