Tədris planı üzrə fənnin auditoriya saatı: 150 İxtisas: Məktəbəqədər təlim və tərbiyə Təhsil ILI: 2021/22


Uşaq bağçasında ekskursiyaların təşkili



Yüklə 183,53 Kb.
səhifə83/86
tarix21.06.2022
ölçüsü183,53 Kb.
#62015
növüTədris planı
1   ...   78   79   80   81   82   83   84   85   86
İmtahan suallarının cavabları 2

17.Uşaq bağçasında ekskursiyaların təşkili.
Ekskursiyanın məqsədi uşaqlara aydın olduqda onlar ekskursiyada çox həvəslə iştirak edir və təchizatın hazırlanması üçün səylə çalışırlar. Uşaqları ekskursiyaya aparmağa hazırladıqda tərbiyəçi uşaqların həmin obyekt haqqında təsəvvürlərini də qabaqcadan müəyyən etməlidir. Yalnız bundan sonra uşaqları ekskursiyaya aparmaq lazımdır. Ekskursiyanın keçirilməsi daha məsul mərhələdir. Ekskursiya prosesində qabaqca daxil edilmiş bütün məsələlər mütləq əhatə edilməlidir.

Bu mərhələ uşaqları bağçadan çıxarmaqla başlayır. Tərbiyəçi bağçadan çıxmazdan əvvəl, uşaqları nəzərdən keçirir, onların geyimini, sayını, hazırlığını bir də yoxlayır. Yay vaxtı uşaqlara çox isti paltar geyindirmək olmaz. Belə olarsa uşaqlar tərləyər və tez yorular. Əksinə, qışda çox yüngül geyim yaramaz.


Məktəbəqədər yaşlı uşaqların ekskursiyaya apararkən uşaqların düzgün təşkilinin böyük əhəmiyyəti vardır. Çox vaxt yaxşı düşünülmüş ekskursiya tərbiyəçinin nəzarətsizliyi üzündən pozulur və əhəmiyyətsiz olur. Bunun üçün tərbiyəçi qabaqca ekskursiyaya hazırlaşmalıdır.
Yuxarıda qeyd etdiyimiz kimi, ekskursiyanın aparılması metodikası uşaqların yaş və bilik səviyyəsinə uyğun olmalıdır. Uşaqlar belə qeyri-fəallıqla yorulur, nəticədə onlarda süstlük, diqqətsizlik və darıxma halı meydana gəlir, daha fəal uşaqlar tərbiyəçidən uzaqlaşıb başqa işlə məşğul olurlarş
Məktəbəqədər yaşlı uşaqlarla ekskursiyada az danışmaq, çox hərəkət etmək lazımdır. Yaşlıların əməyinin əhəmiyyəti haqqında çox danışmaqdansa, onu göstərmək faydalıdır. Tərbiyəçi əməyin bu və ya digər sahəsinə aid sualları ilə uşaqların diqqətini özünə cəlb etməlidir. Uşaqların diqqəti yorulduqda dərhal söhbəti kəsib, dincəlmək üçün imkan vermək lazımdır. Buzaman maraqlı oyun keçirmək məsləhətdir. Ekskursiya zamanı yuxarı qrup uşaqlarına məqsəddən asılı olaraq tapşırıqlar verməyin də böyük əhəmiyyəti vardır. Məsələn, pambıq tarlasına ekskursiyaya gedərkən uşaqlara yaş səviyyələrinə görə müxtəlif növdə qoza toplamaq tapşırığı verilə bilər.
Uşaqlar onlara tapşırılan işi icra etməli və müxtəlif qozaları bir-birindən fərqləndirməlidir. Bu cür tapşırıqlar uşaqları fəallaşdırır və onlara bilik-bacarığını yoxlamağa imkan verir. Hər bir ekskursiya görülmüş işin nəticəsini uçota almaqla yekunlaşdırılır. Uçotun məqsədi uşaqların bilik və bacarığında əmələ gəlmiş dəyişikliyi, bunun uşaq xarakterinə təsirini dəqiqləşdirməyə imkan verir. Çox vaxt belə yoxlama müsahibə yolu olur. Müsahibə ekskursiya obyektində keçirilsə, daha səmərəli olar. Ekskursiyadan alınmış təəssürat sonralar oyun və rəsm işində əks etdirilməlidir.



Yüklə 183,53 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin