13.Uşaq bağçalarında gəzintilərin təşkili.
Uşaq bağçalarında dağlara, meşələrə, parka, dənizkənarı parka, çay kənarına, tarlaya təşkil olunmuş ekskursiya və gəzinti ilə uşaqlarda kiçik yaşdan Vətənə məftunluq hissi aşılanır. Uşaqlar ekskursiya və gəzinti zamanı müşahidəçilik qabiliyyətinə yiyələnir, ətraf həyatın müsbət və çatışmamazlıqlarını görür, müəyyən əqli nəticə çıxarmaq qabiliyyətinə malik olur, zəhmət adamlarının əməyinə düzgün iymət verirlər.
Planlı mütəşəkkil və yüksək səviyyədə təşkil edilmiş gəzinti və ekskursiya uşaqlarda ətraf və ictimai mühit haqqında dolğun məlumat yaradır və burada gördüklərini uzun müddət yadda saxlaya bilirlər. Belə tanışlıq uşaqlarda adamlara qayğılı münasibət, əməksevərlik, yaşlılara hörmət, dostluq, yoldaşlıq, beynəlmiləlçilik, vətənpərvərlik kimi hisslərin təşəkkülünə şərait yaradır. Onların nitqi formalaşır, lüğət fondu zənginləşir, psixi öroseslər inkişaf edir, şəxsiyyətlərində, xarakter xüsusiyyətlərində müsbət əlamətlərin sayı artır, həmçinin gəzinti və ekskursiya uşaqların bədii zövqünə və fiziki inkişafına da güclü təsir göstərir. Onlar gəzinti və ekskursiya zamanı öyrənirlər ki, hər şey əmək vasitəsilə yaranır, əməksiz yaşamaq mümkün deyil. Onu da qeyd edəkki, iç obyektlərə ekskursiya və gəzinti bir-birilərinə yaxın olduqları qədər fərqli xüsusiyyətlərə də malikdirlər.
Gəzinti zamanı uşaqlara daha çox müstəqillik, sərbəstlik verilir. Onlar tərbiyəçinin rəhbərliyi altında oynayır, danışıb söhbət edirlər. Tərbiyəçi uaqları dənizkənarı parka gəzintiyə apararkən onların diqqətini sahilə yaxınlaşan gəmi sahildə ucalan ən uca Azərbaycan bayrağına yönəldir. Bundan sonra uşaqlar parkın işçilərinin əkdikləri gül-çiçəklərə xidmətini müşahidə etdilər. Gəzinti zamanı tərbiyəçi uşaqların müşahidəsini istiqamətləndirməlidir.
Gəzinti uşaqların dünyagörüşünü genişləndirdiyi kimi, onun nitqinin inkişafına da müsbət təsir göstərir. Tərbiyəçi uşaqları tez-tez ətrafdakı küçəyə, M.F.Axundov, M.Ə.Sabir, S.Vurğun bağına gəzintiyə aparırlar. Vətənimizin məşhur yazıçıları, dövlət xadimləri, əmək adamları, qəhrəmanları haqqında məlumat alırlar. Bununla da onlarda təbiətə məhəbbət artır, yaşıllığa, gül-çiçəklərə ehtiyatla yanaşmaq və onlara qoruyucu münasibət halları yaranır.
Uşaqlar hər dəfə parka gələndə Azərbaycan xalqının qəhrəman oğlu Həzi Aslanovun büstü yanında ayaq saxlayıb ora gül-çiçək qoyurlar. Belə gəzintilərdə uşaqlar görür və öyrənirlər ki, Vətənimizdə bu gözəlliyi yaradan, adamlarımızın zəhçətsevən əlləri, iradəsi və Vətən məhəbbətidir. Tərbiyəçi uşaqlara düzgün məlumat verməlidir. Uşaqlar gəzintiyə gedəndə və yaxud qayıdanda onlar küçələrin adını yadda saxlamağa çalışır, həmin küçədə aptekin olması, kita-yazı ləvazimatı mağazalarının hansı küçədə yerləşdiyini öyrənirlər.17
yerləşdiyini öyrənirlər.
Ekskursiya müəyyən obyektin müşahidəsini nəzərdə tutur. Hər bir təşkil olunmuş ekskursiya proqram materialının tələblərindən irəli gəlməli və müəyyən məqsəd daşımalıdır.
Eskursiya prosesində hadisələr arasında səbəb əlaqəsini tapmaq, müşahidələrdən nəticə çıxarmaq də məktəbəqədər yaşlı uşaqların yaş və təfəkkür xüsusiyyətinə uyğun olmalıdır. Ona görə 5-6 yaşlı uşaqları ekskursiyaya apararkən onların təsəvvürlərini yalnız dərinləşdirməklə kifayətlənmək olmaz. Burada müəyyən edilmiş obyektlər arasındakı oxşar və fərqli cəhətləri tapmaq, onların əsas əlamətlərini, səbəblərini də uşaqlara çatdırmaq lazımdır.
Ekskursiya zamanı uşaqlara az da olsa tapşırıqlar vermək lazımdır. Uşaqlarda müstəqillik inkişaf edərək, məsuliyyətlilik də artır. Belə tapşırıq fərdi və kollektiv ola bilər. Uşaqlar ətraf aləmi və təbiəti müşahidə edərkən çoxlu yeni biliklər alırlar. Onlar bitkilərin, böcəklərin, quşların üzərində müşahidə apararaq baş verən yenilikləri,
dəyişikliyi görürlər. Müşahidə zamanı bilikləri daha dəqiq olur və məşğələdə qavraya bilmədiklərini müşahidə prosesində daha yaxından öyrənirlər. Uşaqlarda müşahidəçilik qabiliyyətini inkişaf etdirmək möhkəm idrak marağının formalaşmasına kömək edir. Uşaqlar böyüdükcə onlarda təbiətə davamlı maraq hiss olunur. Beləki onlar bitkiləri yetişdirir, heyvanlara qulluq edərək onların inkişafını müşahidə edirlər.
Uşaqların hərtərəfli inkişafı üçün təbiətlə bilavasitə təmasda olması böyük əhəmiyyətə malikdir, o əqli qabiliyyətin tərbiyəsinə kömək edir.
Uşaqlara verilən təbiət haqqında təsəvvürlər tədricən mürəkkələşib və dərinləşməlidir. Onlar meşəyə, parka, tarlaya, çaya gəzintiyə çıxarkən hər dəfə yeniliklərlə qarşılaşır və tanış olurlar. Təbiətin eyni hadisələrini ildən ilə müşahidə etdikcə uşaq onları daha yaxşı araşdırır. Onların mənasına daha dərindən daxil olur. Bu yaşda uşaqlar ilin hansı fəsil olduğunu, həmin fəslin xüsusiyyətlərini öyrənirlər. Onlar həmin fəsillərin qanunauyğun növbələşməsini də öyrənirlər. Əgər kiçik uşaqlar ancaq heyvan haqqında sadə məlumatlar alırlarsa, böyük yaşlılar sadəcə olaraq qruplaşdırmağı bacarırlar. Təbiətlə təmasda olmaq uşağın sensor tərbiyəsinə çox fayda verir. Çünki təbiət rənglərlə, formalarla, səslərlə zəngindir, bu da eyni vaxtda bütün analizatorlara təsir edir. Gəzinti zamanı (bağçayanı sahədə, yaxud meşədə, tarlada, parkda) uşaqlar yaşıl yarpaqları, güllərin əlvan rənglərini görür, ətri ilə nəfəs alırlar. Ağacların xışıltısına, quşların oxumasına qulaq asırlar. Bu cür müşahidələr zamanı uşaq hadisələrlə qarşılaşır və onların üzərində fikirləşirlər. Onları belə bir sual düşündürür. Yayda çayın üzərində gəmilərr və qayıqlar üzürdü, indi isə qışdır, onun üzərinni buz örtmüşdür? Heyvanxanaya böyük heyvanları tutub gətiriblər? Burada tərbiyəçinin vəzifəsi uşaqlara düzgün, dəqiq məlumat verməklə onlarda təbiətə maraq oyatmaq, biliksevərliyi artırmaq və hər şeylə maraqlanmağı tərbiyə etməkdən ibarətdir.
Dostları ilə paylaş: |